'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib .....                     İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı .....                     "Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" .....                     Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR .....                     "Əslində qiymət bundan ucuz olmalıdır..." .....                     Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb .....                     Samuxda təhsil adına OYUNBAZLIQ... .....                     Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? .....                     Nazir müavini Vüqar Kərimova ağır ittihamlar .....                     Məhkəmə Hicran Əyyubovaya qarşı... .....                     "Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" .....                     Kürdəmirdə QOÇULUQ edən məmur kimdir .....                     Rodrigez Trampı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb .....                     Paşinyan konstitusiyadakı ərazi iddialarını ləğv etməyə hazırlaşır .....                     ABŞ Senatı İranla müharibəyə son qoymaq üçün qətnamə qəbul edib .....                     “ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” .....                     Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır .....                     Qarabağlı “siyasətçiyə” qarşı sərt addım .....                     Moskvada rekord temperatur qeydə alındı .....                     Arvadının saçını keçəl edən ərə .....                     Rusiya Ermənistana xəbərdarlıq etdi .....                     İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi .....                     Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında .....                     Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı .....                     Moskvanın seçim tələbinə İrəvandan cavab: .....                     Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib .....                     Azərbaycanda daha bir aqropark yaradılıb .....                     Qurultayda qarşıdurma gözlənilir .....                     Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? .....                     Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq .....                     Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib .....                     `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub .....                     Tap.az-da saxta torpaq elanları ilə dələduzluq .....                     Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır .....                     Metronun "Həzi Aslanov" stansiyasındakı təmir .....                     Dünyanın ən gözəl şəhərləri açıqlandı .....                     Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? .....                     Sasanilər dövründə Azərbaycan .....                     Nizami küçəsində qalmaqal .....                     Rus ordusu Voloxovkanı işğal etdi .....                 

Azərbaycanda radikal dini qrupların biznes şəbəkəsi – şok faktlar
Tarix: 15-11-2014, 11:59 | Çap et
Azərbaycanda radikal dini qrupların biznes şəbəkəsi
Azərbaycanda radikal dini qrupların maliyyə mənbələri, onların nəzarətində olan biznes şəbəkəsi mövzusu bu ilin əvvəlində gündəmə gəlib. Həmin vaxt mətbuatda dolaşan məlumatlarda Azərbaycandan Suriyaya göndərilən savaşçıların burdakı xüsusi qruplar tərəfindən hazırlandığı, maliyyələşdirildiyi bildirilirdi. Hətta bir neçə dəfə Milli Məclisdə, o cümlədən ayrı-ayrı rəsmi şəxslər də Azərbaycanda radikal dini qruplara məxsus biznes şəbəkəsinin olduğu qeyd olunurdu.
Ötən ayın sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda radikal dini qrupları “yemləyən” biznes şəbəkəsinin olduğunu bildirmişdi. M. Qurbanlı bildirmişdi ki, onlarda radikal dini cərəyanların üzvlərinə məxsus dükanların, hətta böyük ticarət obyektlərinin olması haqda məlumatlar var. Komitə sədri demişdi ki, bəzi şəxslər bu biznesdən radikal qrupları maliyyələşdirmək üçün istifadə edir.

Sitat: “Mən ərazilərə gedəndə onların o obyektləri ilə də maraqlanmışam. Bəli, məlumat var ki, onlar arasında artıq əldə etdikləri vəsaitdən radikal mərkəz yaradaraq yeni üzvlər cəlb edirlər və sair. Bununla da təbii ki aidiyyəti qurumlar artıq məşğul olur. Çünki radikal, ekstremizmə meylin qarşısını almaq üçün onların iqtisadi bazasını sarsıtmaq lazımdır. Biz imkan verməyəcəyik ki, kimlərsə Azərbaycanda müxtəlif vasitələrlə maliyyə vəsaiti toplayıb bunu hansısa terrorçu qrupa və terrorçu niyyətlərə yönəltsinlər. Əgər kimlərsə burada vəsait əldə edib bundan Suriyaya, İŞİD-ə və başqa yerlərə gənclərimizi göndərmək üçün istifadə edəcəksə, bunun qarşısı alınacaq və dərhal bu vəsaitin mənbəyi məhv ediləcək”.
Yeri gəlmişkən, bu ilin yayında Bakıda xüsusi xidmət orqanları bir neçə əməliyyat keçirərək vəhhabilərə məxsus olduğu və ya onların maliyyələşməsinə xidmət edən biznes qurumlarının rəhbərlərini həbs edib. Ancaq bütün bu məlumatlar həm də Azərbaycanda məhz radikal dini qruplara məxsus böyük biznes şəbəkəsinin olması ilə bağlı iddiaları təsdiqləyir.

Bir qədər əvvəl isə mətbuat üçün brifinq keçirən ekspert Aydın Əlizadə radikal dini qrupların maliyyə şəbəkəsi haqda maraqlı faktlar səsləndirmişdi. Onun sözlərinə görə, sələfilər üçün toplanan ümumi illik maliyyə təxminən 5 milyon dollar həcmindədir. Bu məbləğə həm xaricdən göndərilən yardımlar, həm biznes strukturlarına yatırılmış maliyyə və sələfilərin özlərinin idarə etdiyi biznes əməliyyatlarından gələn gəlir, həm də zəkat formasında vəhhabi üzvlərdən yığılan vəsaitlər daxildir. Bu pulların hamısı təbliğata, nəşr vəsaitlərinə, “dəvətçi”lərin əmək haqlarına, bir sıra hallarda məsul şəxslərin ələ alınmasına və s. sərf olunur.
O bildirib ki, eyni zamanda dini radikalizmin səbəbləri kimi təkcə xaricdən dəstəklənən təbliğat və radikal qruplara gənclərin cəlb edilməsi üçün ayrılan maliyyə vəsaitləri deyil, həmdə nəsillərin dəyişməsi, cəmiyyətdəki sosial ədalətsizlik halları, insanların psixoloji problemləri, geriçi xalq adətləri, işsizlik və yoxsulluq, dövlətin radikal dini təbliğata qarşı öz ideologiyasını qoya bilməməsi də göstərilə bilər.
Ancaq maraqlıdır, Azərbaycan kimi biznes üzərində böyük nəzarətin olduğu bir ölkədə radikal dini cərəyanların, dövlət üçün potensial təhlükə mənbəyi hesab olunan qrupların böyük biznes qurması necə mümkün olub? Əlbəttə, aydın məsələdir ki, bu məsələdə həmin qrupların dəstəkçiləri faktoru unudulmamalıdır. Məsələ burasındadır ki, əldə etdiyimiz məlumatlarda Azərbaycanda sələfi qruplarını himayə edən güclü “əllər”in olduğu qeyd olunur. Diqqətçəkən odur ki, hökumət orqanlarında sələfi qruplarını himayə edən nüfuzlu dairələr var. Məhz bu himayə nəticəsində ticarət mərkəzlərində böyük sayda sələfi camaatı işləyir və böyük biznes şəbəkəsi yarada bilib. Ərəb ölkələri və Çinlə böyük ticarət şəbəkəsi qurmuş sələfi camaatı üzvləri və eləcə də radikal vəhhabilər Azərbaycanda monopoliyada olan ticarət markaları və bir sıra məhsulların böyük həcmdə dövriyyəsini təşkil edir. Bu işdə xaricdən, xüsusən də Dubaydan varlı ərəb iş adamlarının böyük dəstəyi olsa da, Azərbaycanda da bu şəbəkəyə şərait yaradan nüfuzlu məmurlar və iş adamları var. Bizə çatan məlumatlara görə, Azərbaycan hakimiyyətində olan bəzi şəxslər məhz ərəblərlə olan güclü biznes əlaqələri səbəbilə yerli sələfi icmalarını himayə edir. Bunun nəticəsində ölkədə bir sıra məhsullar, yüngül sənaye məhsulları məhz bu qrupun nəzarətindədir. Bu səbəbdən də hazırda adı gedən ticarət mərkəzlərində, o cümlədən Bakının mərkəzində bir sıra ticarət şəbəkələrində camaat nümayəndələrinə məxsus çoxlu sayda obyektlər fəaliyyət göstərir. Bizə çatan məlumata görə, hakimiyyətdə bir çoxları sələfi qrupların bu qədər fəallaşması, güclənməsində məhz onlara yaradılan bu cür ticarət imkanları və əldə etdikləri qazancdır.
Mövzunu “Yeni Müsavat”a şərh edən keçmiş təhlükəsizlik zabiti, “Trend” informasiya agentliyinin direktor müavini Arzu Nağıyev deyir ki, Azərbaycan tolerant bir dövlətdir və heç kim dini əqidəsinə və inancına görə təqib edilmir. Lakin ekspertin fikrincə, tolerantlıq mühitindən istifadə edərək qanunsuz əməllərini həyata keçirməyə cəhd edən hər bir şəxs qanun qarşısında cavab verməlidir: “Göründüyü kimi, ölkəmizdə islam dininin müxtəlif təriqətinə və cərəyanlarına inanc gətirən şəxslərin bir sıra ticarət və biznes sahələrində də geniş fəaliyyət göstərməsinə şərait yaradılıb. İstər İranla, istərsə də ərəb ölkələri, Pakistan, Əfqanıstan, İndoneziya və digər müsəlman ölkələri ilə də geniş ticarət əlaqələri mövcuddur”.
Ekspertin sözlərinə görə, bu gün Azərbaycanda vəhhabi adlandırılan qrupların geniş biznes şəbəkəsi var. A.Nağıyev deyir ki, əsasən bu qurumların leqal biznesi bir sıra istiqamətlərdə ixtisaslaşıb: “Kimsə bu biznesdən gələn gəlirin xərclənmə təyinatından, kimsə hansısa qeyri – leqal fəaliyyətin maliyyələşməsindən narahatdır. Məlumdur ki, vəhhabilərin əsas biznes fəaliyyəti divar kağızı, müxtəlif ətirlər, bir sıra velosiped markalarının, avtomobil ehtiyat hissələrinin satışı, cehiz qab-qacaq, qızıl-zinət əşyalarının satışı, stomatoloji avadanlıqların gətirilməsi və s. ilə bağlıdır. Diqqətlə təhlil edərkən məlum olur ki, bu məhsullar əsasən Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə və s. mənşəlidir. Yəni birinci fakt onların inancı ilə bağlıdır və necə deyərlər öz din qardaşlarına inandıqları üçün biznes qurmaq imkanları yaradılır. İkincisi isə bu çeşidlərin distribütor imkanlarının məhz dini baxımdan onlara həvalə edilməsi, üçüncüsü isə nisyə mal mübadiləsi və sərfəli faizlə kredit şərtləridir. Yəni müəyyən müddət ərzində bir neçə dəfə verilən malların əvəzində pul vəsaiti alınmır, həmin vəsait dövriyyədə artdıqdan sonra və bizneslə məşğul olan şəxsin artıq öz “maya pulu” əldə olunduqdan sonra satışdan əldə edilən vəsait geri qaytarılır. Yəni hər üç variantda dini baxışlar böyük rol oynayır və həmrəylik nəticəsində maliyyə vəsaitinin artması ilə nəticələnir”.
A.Nağıyev deyir ki, bu qrupların biznesinin qeyri-leqal olması, vergidən yayınması mümkün deyil: “Düşünmürəm ki, bu biznes sahələri digərlərindən fərqli olaraq kim tərəfindənsə himayə edilir və ya vergidən yayınır. Xeyr, bu mümkün deyil, yəni ümumi qayda və qanun onlar üçün də şamil və tətbiq edilir. Vəsaitlərin artması ancaq və ancaq, yuxarıda qeyd etdiyim kimi əsasən istehsalçı dövlətlərin və bu istehsala rəhbərlik edən fərdi biznesmenlərin dini həmrəyliyi nəticəsində və eyni zamanda əqidə və inanc baxımından alıcıların da dini baxışlarının eyni olması ilə genişlənə bilər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib - KİV
Bu gün, 07:58
İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı - AY MAŞALLAH...
Bu gün, 07:52
"Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" - NARAZILIQ VAR...
Bu gün, 07:34
Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR - yarımçıq qalan yol və körpülər...
Bu gün, 07:09
"Əslində qiymət bundan ucuz olmalıdır..." - HESABLAYAQ...
Bu gün, 07:02
Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb - "Times"
Bu gün, 06:40
Samuxda təhsil adına OYUNBAZLIQ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:36
Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? - ARAŞDIRMA
Bu gün, 06:25
Nazir müavini Vüqar Kərimova ağır ittihamlar – “Meşə mafiyası”nın başında kim dayanır?
Bu gün, 06:24
Məhkəmə Hicran Əyyubovaya qarşı... QƏRAR VERDİ
Bu gün, 06:16
"Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" - Əməkdar müəllimdən ETİRAZ
Bu gün, 06:12
Kürdəmirdə QOÇULUQ edən məmur kimdir - NARAZILIQ VAR...
Bu gün, 06:10
Rodrigez Trampı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb
Bu gün, 06:00
Paşinyan konstitusiyadakı ərazi iddialarını ləğv etməyə hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 05:59
ABŞ Senatı İranla müharibəyə son qoymaq üçün qətnamə qəbul edib - C-SPAN kanalı
Bu gün, 05:57
“ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” - ETİRAZ VAR!
Bu gün, 01:41
Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır - BU NƏDİ BELƏ?
Bu gün, 01:38
Qarabağlı “siyasətçiyə” qarşı sərt addım – iş ağır maddəyə keçirildi
Bu gün, 01:34
Moskvada rekord temperatur qeydə alındı
Dünən, 18:02
Arvadının saçını keçəl edən ərə - Hökm oxundu
Dünən, 17:48
Rusiya Ermənistana xəbərdarlıq etdi
Dünən, 17:44
İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi - BUNDAN SONRA...
Dünən, 17:16
Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında
Dünən, 17:09
Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı - FOTO
Dünən, 16:59
Moskvanın seçim tələbinə İrəvandan cavab: - Günbəgün Avropa İttifaqına yaxınlaşırıq
Dünən, 16:53
Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib - AÇIQLAMA
Dünən, 16:49
Azərbaycanda daha bir aqropark yaradılıb
Dünən, 16:47
Qurultayda qarşıdurma gözlənilir - İttifaq katibindən XƏBƏRDARLIQ
Dünən, 16:43
Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC...
Dünən, 16:35
Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq
Dünən, 16:27
Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib - SİYAHI
Dünən, 16:22
`Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Dünən, 16:11
Tap.az-da saxta torpaq elanları ilə dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:05
Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır - Eldar Əzizov
Dünən, 15:59
Metronun "Həzi Aslanov" stansiyasındakı təmir BU TARİXDƏ bitəcək
Dünən, 15:47
Dünyanın ən gözəl şəhərləri açıqlandı - Cənubi Qafqazdan hansı var?
Dünən, 15:43
Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? - AKTUAL
Dünən, 15:41
Sasanilər dövründə Azərbaycan
Dünən, 15:33
Nizami küçəsində qalmaqal - Yaşayış binasının həyətində qanunsuz kulinariya sexi açılıb
Dünən, 15:10
Rus ordusu Voloxovkanı işğal etdi
Dünən, 15:08
Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir - “Eurasianet”
Dünən, 15:03
“Bank Avrasiya”nın səhmdarları toplanır
Dünən, 15:00
Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır?
Dünən, 14:59
“Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” - Samirə Yusifqızından QALMAQALLI MÜSAHİBƏ
Dünən, 14:57
TƏBİB-in sistemi yenidən çökdü - Növbələr yarandı
Dünən, 14:54
Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı - KİV
Dünən, 14:51
Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb – İcra nümayəndəsinin oğludur
Dünən, 14:46
NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” - NƏDƏN SİYAHIDA YOXDUR.?!
Dünən, 14:30
Paşinyan erməniləri Qarabağı unutmağa ÇAĞIRDI
Dünən, 13:17
Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək - RƏSMİ
Dünən, 13:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru