Moskvada rekord temperatur qeydə alındı .....                     Arvadının saçını keçəl edən ərə .....                     Rusiya Ermənistana xəbərdarlıq etdi .....                     İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi .....                     Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında .....                     Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı .....                     Moskvanın seçim tələbinə İrəvandan cavab: .....                     Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib .....                     Azərbaycanda daha bir aqropark yaradılıb .....                     Qurultayda qarşıdurma gözlənilir .....                     Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? .....                     Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq .....                     Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib .....                     `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub .....                     Tap.az-da saxta torpaq elanları ilə dələduzluq .....                     Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır .....                     Metronun "Həzi Aslanov" stansiyasındakı təmir .....                     Dünyanın ən gözəl şəhərləri açıqlandı .....                     Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? .....                     Sasanilər dövründə Azərbaycan .....                     Nizami küçəsində qalmaqal .....                     Rus ordusu Voloxovkanı işğal etdi .....                     Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir .....                     “Bank Avrasiya”nın səhmdarları toplanır .....                     Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır? .....                     “Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” .....                     TƏBİB-in sistemi yenidən çökdü .....                     Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı .....                     Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb .....                     NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” .....                     Paşinyan erməniləri Qarabağı unutmağa .....                     Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək .....                     “İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB .....                     “Qurban bazarı”nda son vəziyyət: .....                     Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” .....                     112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb .....                     Az yağış yağacağı ehtimalı var .....                     AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? .....                     SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır .....                     “Vəziyyət belə davam etsə, evləri də su basacaq” .....                 

Gədəbəydə durum heç də ürəkaçan deyirl... - Korrupsiya ayağa bulaşır - PROBLEM
Tarix: 30-10-2014, 15:53 | Çap et
Gədəbəydə durum heç də ürəkaçan deyirl... - Korrupsiya ayağa bulaşır
Son zamanlar Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov və onun komandasında təmsil olunan şəxslər - Gədəbəy rayon icra başçısının birinci müavini Qüdrət Paşayev, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüsal Musayev, aqrar məsələlər şöbəsinin müdiri Rüstəm Nağıyev, ictimai-siyasi və humanitar şöbəsinin müdiri Vəfa Allahverdiyeva, Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədov, təhsil şöbəsinin müdiri Baxış Nağıyev, mədəniyyət və turizm şöbəsinin müdiri Ramiz Məmmədov, Gədəbəy Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ramiz Pirverdiyev barəsində, daha doğrusu, onların yol verdikləri ciddi nöqsanlar və əhalinin kəskin narazılığına səbəb olan əməllərilə bağlı gədəbəylilər tərəfindən redaksiyamıza durmadan şikayət xarakterli müraciətlər daxil olur.

Demək olar ki, hər gün azı bir Gədəbəy rayon sakini icra başçısının fəaliyyətsizliyi, vətəndaşların problemlərinə laqeyd yanaşması ilə əlaqədar şikayətlərini bizlərlə bölüşür.Gədəbəy camaatını təəccübləndirən odur ki, bu qədər şikayət və müraciətlərə baxmayaraq, hələ də heç kim Ramiz Yediyarovun əməllərinə müvafiq qiymətin verilməsini təmin etməyib.

Redaksiyamıza pənah və ümid yeri kimi baxan gədəbəylilər açıq şəkildə bəyan edirlər ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı insanlara olmazın zülm etməklə yanaşı, müxtəlif yollara baş vuraraq şəxsi maraqlarının təmin olunmasına çalışır: "Ramiz Yediyarov və onun komandası rayonu iflic edib. İcra başçısı ancaq öz maraqlarının təmin olunması barədə düşünür, bu istiqamətdə ən müxtəlif üsullara əl atmaqdan belə, çəkinmir. Elə buna görə də gədəbəylilərin saysız-hesabsız problemlərilə maraqlanmır, camaatın gün-güzəranının yaxşılaşdırılması üçün əlində olan imkanları səfərbər etmək barədə heç düşünmür də. Məgər, Ramiz Yediyarov görmür ki, onun rəhbərlik etdiyi rayonun əhalisi sosial problemlər məngənəsində boğulur, işsizlikdən əziyyət çəkir, səfalət içində yaşayır? Təbii ki, görür. Lakin həmin problemləri həll etmək onun marağında olmadığından özünü görməməzliyə vurur". Şikayətçilərin sözlərinə görə, Gədəbəydə məmur özbaşınalığı günü-gündən artır və ən ağır formada təzahür edir. Rayonda bütün sahələrdə ciddi və uzun illərdən bəri həllini gözləyən problemlərin olduğunu deyən Gədəbəy camaatının bildirdiyinə görə, təhsil, səhiyyə, maliyyə, mədəniyyət və digər sahələrdə özbaşınalıq baş alıb gedir: "Yoxsulluq içində yaşayan gədəbəylilərin problemləri hər gün bir az da artır. Bu isə Ramiz Yediyarovu və onun göstərişilə oturub duranları heç maraqlandırmır. Çünki icra başçısının və onun komandasının üzvlərinin özlərinin heç bir maddi problemi yoxdur. Onların ancaq bir devizi var: Nə yolla olursa-olsun şəxsi maraqlarımızı maksimum səviyyədə təmin edək. Ramiz Yediyarov və ətrafındakılar başqa məsələlər barədə heç düşünmürlər".

Gədəbəyin icra başçısının əhalinin böyük əksəriyyətini intihar həddinə çatdırdığını deyən şikayətçilər qeyd edirlər ki, rayon sakinlərinin işsizlikdən əziyyət çəkdiyi bir vaxtda Ramiz Yediyarov və ətrafındakılar məhz gədəbəylilərin hesabına süd gölündə üzürlər: "Vallah, deyiləsi dərd deyil, sadəcə, dəhşətdir! Adam bilmir ki, nə etsin, kimdən yardım istəsin. Hara, kimə şikayət edirsən et, yenə də Ramiz Yediyarov öz bildiyini edir".

Təhsilin səviyyəsinin bu dərəcədə aşağı düşməsində Ramiz Yediyarovla Baxış Nağıyevin də misilsiz "xidmətləri" var

Gəbədəyin ən ağrılı problemlərindən birinin də təhsillə bağlı olduğunu deyən şikayətçilər bildirirlər ki, son illər adıçəkilən rayon ali məktəblərə qəbul faizinə görə ölkədə sonuncu yerlərdən birini tutur: "Təhsilin səviyyəsinin bu dərəcədə aşağı düşməsində isə icra başçısı Ramiz Yediyarovla birgə Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri Baxış Nağıyevin də misilsiz "xidmətləri" var. İcra başçısı təhsilə ayrılan vəsaitə sahib çıxmaq üçün təhsil şöbəsinin müdirilə iş birliyinə girib və onların fəaliyyətləri nəticəsində gədəbəyli gənclər normal təhsil almaqdan məhrum olublar. Baxış Nağıyev icra başçısının bütün tapşırıqlarına can-başla əməl etdiyindən Ramiz Yediyarov ona bütün lazımi şəraiti yaradıb. İş o yerə çatıb ki, icra başçısı rayonun dövlət qurumlarında uzun müddət çalışan ixtisaslı kadrları əsassız yerə vəzifəsindən azad edib yerinə yaxın adamlarını yerləşdirir. Əvvəlki icra başçıları əhalini diqqətdə saxlayır, onlara müəyyən yardımlar edirdilər. Lakin Ramiz Yediyarov rayona icra başçısı təyin ediləndən sonra yalnız insanların hüquqlarını pozmaqla məşğuldur".

Əldə etdiyimiz bilgilərə görə, hazırda Gədəbəy rayonunun kənd orta məktəblərində dərs davamiyyəti həddindən artıq aşağı səviyyədədir. İş o həddə çatıb ki, yuxarı siniflərin şagirdlərindən bəziləri illərlə məktəb üzü görmədikləri halda, adları sinif jurnallarında əksini tapır. Yekunda isə valideynlər bəzi yollarla övladlarına attestat almağa nail olurlar. Yəni, dərsə getməsə də, uşaqların məktəbi bitirmələri haqqında sənəd almaq elə də çətin məsələ deyil. Təəssüflər olsun ki, Gədəbəy rayonunda problem təkcə bununla bitmir. Belə ki, məktəbəqədər təhsil müəssisələrində uşaqların gündəlik sayı ilə jurnalda adları qeyd olunanlar arasında böyük fərq var. Məsələ ilə bağlı məlumat verən mənbənin sözlərinə görə, bütün bunlara baxmayaraq, Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri Baxış Nağıyevə "gözün üstə qaşın var" deyən yoxdur. Çünki onu himayə edən bəzi şəxslər var. Və onlardan ehtiyat etdikləri üçün heç kim Baxış Nağıyevin işinə müdaxilə etmir, onun yol verdiyi bir sıra ciddi nöqsanlara göz yumurlar. Bununla yanaşı, mənbə iddia edir ki, Baxış Nağıyevi nə təhsilin, nə də təhsil alan şagirdlər üçün nəzərdə tutulan məktəb binalarının durumu maraqlandırır. Elə buna görə də bu gün rayonun kənd məktəbləri uçma təhlükəsilə üz-üzə qalıb: "Gədəbəydə tez-tez güclü küləklər olur. Və günlərin birində kənd məktəblərindən birinin şagirdlərin başına uçacağı təhlükəsi hər gün mövcuddur. Buna çarə tapmaq əvəzinə Baxış Nağıyev məktəblərin təmirinə ayrılan vəsaitin təyinatdankənar xərclənməsinə şərait yaradır". Baxış Nağıyevin vəzifəsindən gəlir mənbəyi kimi istifadə etdiyini deyən mənbənin sözlərinə görə, Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri icra başçısının mühafizəsi və himayəsi altında olduğundan rayonda ürəyi istədiyi kimi hərəkət edir. Bundan başqa, Baxış Nağıyevin məktəblərə yersiz direktor təyinatları ucbatından rayonda gələcək üçün savadlı kadrların yetişməsinin qarşısına sədd çəkilir. Buradan da belə qənaətə gəlmək olar ki, Gədəbəy təhsilinin bərbad hala düşməsinə səbəb Baxış Nağıyevin əməlləridir. Mənbənin bildirdiyinə görə, vaxtilə öz ziyalıları və alimlərilə fərqlənən rayon bu gün təhsil səviyyəsinə görə ölkə üzrə geridə qalmış rayonlardan biridir.

Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında pulsuz tibbi xidmət almaq mümkün deyil

Bu arada, son zamanlar Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında mövcud olan problemlərin daha kəskin xarakter aldığını vurğulayan məlumatlı şəxsin sözlərinə görə, Ramiz Pirverdiyevin baş həkimi olduğu səhiyyə müəssisəsində Səhiyyə Nazirliyinin pulsuz xidmətlər haqqındakı müvafiq sərəncamını saya salan yoxdur: "Gədəbəy rayonunda çox nadir halda elə bir səhiyyə müəssisəsi tapılar ki, ora müraciət edən sakinlərdən adi bir iynə vurulması və ya müayinə üçün pul tələb olunmasın. Yəni Gədəbəydə çox nadir hallarda həkim xəstəni təmənnasız müalicə və ya müayinə edir. Heç şübhəsiz ki, Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ramiz Pirverdiyev, eləcə də rayon icra başçısı Ramiz Yediyarov mövcud vəziyyətdən xəbərdardır. Lakin nədənsə problemin həllinə maraq göstərən yoxdur. Halbuki ölkədə fəaliyyət göstərən bütün dövlət tibb müəssisələrində əhaliyə göstərilən tibbi xidmət, müayinələr və dərman preparatları pulsuzdur. Lakin bu və buna bənzər məzmunda elanların Gədəbəydə nağıl olmasına heç kim şübhə etmir. Yəni reallıqda rayonda fəaliyyət göstərən heç bir dövlət tibb müəssisəsində pulsuz tibbi xidmət almaq mümkün deyil. Odur ki, mövcud vəziyyət artıq Gədəbəy sakinlərinin ciddi narazılığına səbəb olub". Mənbə iddia edir ki, Gədəbəy rayonunda vərəm və digər idarə olunmayan xəstəliklərə qarşı profilaktik tədbirlər görülsə də, sözügedən mərəzlərə yoluxanlar heç də az deyil: "Çünki Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında bu sahəni bilən yetərli sayda mütəxəssis yoxdur. Hazırda rayondakı tibb müəssisələrinin bir qisminin təmirə ehtiyacı var. Orada tibbi avadanlıqlar, qurğular və ləvazimatlar az qala yox səviyyəsindədir. Ən dəhşətli hal odur ki, doğum evindəki şəraitsizliklə yanaşı, tibb məntəqələrində ginekoloqlar və lazımi avadanlıqlar çatışmadığından hamilə qadınlara doğuşa qədər göstərilən tibbi xidmətin səviyyəsi ilbəil aşağı düşür. Ona görə də hamilə qadınların vaxtında müayinə olunması və yarana biləcək fəsadların qarşısının alınması xeyli qəlizləşib".

Ramiz Yediyarovun vasitəçiləri Hesablama Palatasının rəhbərliyilə hansı məsələdə razılıq ələ ediblər?

Qeyd edək ki, məhz bu mövzu ilə bağlı bizimdovr.az-da yayımlanmış informasiyada bildirilir ki, hazırda Gədəbəy rayonunda Hesablama Palatası tərəfindən təftiş aparılır. Hətta icra başçısı rayonda bəyan edib ki, komissiyanın Gədəbəyə gəlməsindən bir qədər əvvəl o, özü Hesablama Palatasına vasitəçilər göndərib. Bu vasitəçilər isə guya Hesablama Palatasının rəhbərliyilə müəyyən razılıq əldə edə biliblər. Buna görə də rayonda gedən yoxlamalar elə bir ciddi qanun pozuntuları aşkar etməyəcək. Əlbəttə, biz də hamı kimi bu iddiaların quru böhtandan başqa bir şey olmadığı qənaətindəyik. Lakin əldə olunmuş bilgilərdə qeyd olunur ki, Gədəbəydə həqiqətən də bir sıra müəssisələrdən Hesablama Palatası adına vəsaitlər yığılmaqdadır. Yəqin elə bu səbəbdəndir ki, bir neçə gündür yoxlama davam etməsinə baxmayaraq, komissiya üzvləri hələ də nə Gədəbəy Rayon Maliyyə İdarəsində, təhsil şöbəsində, rayon mərkəzi xəstəxanasında, eləcə də mədəniyyət və turizm şöbəsində qanun pozuntuları aşkar etməyiblər. Ümid edirik ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov tez bir zamanda bu məsələyə aydınlıq gətirəcək...

Ramiz Məmmədov əmisi oğlu və icra başçısının birinci müavini Qüdrət Paşayev tərəfindən müdafiə olunur

Bu arada, Gədəbəy Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Ramiz Məmmədovun rayon maliyyə idarəsinin rəisi Namiq Məmmədovun əmisi oğlu olduğunu vurğulayan məlumatlı şəxsin sözlərinə görə, Ramiz Məmmədov şöbəni sanki öz şəxsi mülkü kimi idarə edir: "Onu müdafiə edən şəxslər əmisi oğlu Namiq Məmmədov və icra başçısının birinci müavini Qüdrət Paşayevdir. Ramiz Məmmədov məhz onların sayəsində rayon təhsil şöbəsindən mədəniyyət və turizm şöbəsinə rəhbər vəzifəyə gətirilib. Beləliklə də, o, himayədarlarına arxalanaraq, 28 mədəniyyət evi, 22 klub, 75 kitabxana, 1 muzey və 4 musiqi məktəbini nəzdində birləşdirən mədəniyyət və turzim şöbəsinə ayrılan vəsaitlərin tamam başqa istiqamətlərə sərf olunmasına rəvac verir. Belə ki, hər il adıçəkilən şöbəyə ayrılan vəsaitlər müxtəlif avadanlıqların dəftərxana, inventarlar, aftomobil hissələri, təsərrüfat malların alınmasına xərclənir. İcra başçısının birinci müavini Qüdrət Paşayev şöbə müdirilə əlbir olaraq rayon büdcəsindən ayrılan vəsaitləri kitabxanaların, klubların və digər inzibati binaların cari təmiri adı altında silinməsinə şərait yaradır. Qeyd edim ki, Qüdrət Paşayevin qardaşı Ədalət Paşayev generaldır. O, Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin rəisi vəzifəsində çalışır. Qüdrət Paşayevin oğlu Babək Paşayev isə bir neçə il öncə türmədə intihar edib".

Maliyyə nazirinin müavini tərəfindən himayə olunan Namiq Məmmədov Ramiz Yediyarovun yerinə göz dikib

Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədova gəlincə, məlumatlı şəxs iddia edir ki, o, maliyyə nazirinin müavini Azər Bayramov tərəfindən himayə olunur: "İş o yerə çatıb ki, artıq gədəbəylilər Namiq Məmmədova rayonun gələcək icra başçısı kimi baxırlar. Əgər belə olarsa, o zaman rayon camaatı yağışdan çıxıb yağmura düşəcəklər". Mənbənin sözlərinə görə, Namiq Məmmədov bu yaxınlarda məclislərin birində deyib ki, icra başçısı Ramiz Yediyarovu çıxaracaqlar və yerinə məni qoyacaqlar: "Gədəbəy Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri bildirib ki, maliyyə ilə bağlı bəzi işlər görürəm ki, büdrəmələr olsun, narazılıq yaransın. Görünür, o, Ramiz Yediyarovu məhz bu yolla zərərsizlişdirmək, yolundan kənarlaşdırmaq niyyətindədir". Qeyd edək ki, bəzi rayon və kəndlərdə maliyyə işlərini aparanlara hesabdar deyilir. Odur ki, biz inanmırıq ki, hesabdardan icra başçısı olsun... Bundan başqa, Namiq Məmmədovun "Milyarderlər İttifaqı"nın üzvləri Söyün Sadıqov və Abbas Abbasovla əlaqələrinin olması barədə araşdırmalarımız gedir. Gələcəkdə bu barədə ətraflı məlumat verəcəyik...

Mövzu ilə əlaqədar qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.
\\ gundelik-baki \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskvada rekord temperatur qeydə alındı
Dünən, 18:02
Arvadının saçını keçəl edən ərə - Hökm oxundu
Dünən, 17:48
Rusiya Ermənistana xəbərdarlıq etdi
Dünən, 17:44
İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi - BUNDAN SONRA...
Dünən, 17:16
Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında
Dünən, 17:09
Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı - FOTO
Dünən, 16:59
Moskvanın seçim tələbinə İrəvandan cavab: - Günbəgün Avropa İttifaqına yaxınlaşırıq
Dünən, 16:53
Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib - AÇIQLAMA
Dünən, 16:49
Azərbaycanda daha bir aqropark yaradılıb
Dünən, 16:47
Qurultayda qarşıdurma gözlənilir - İttifaq katibindən XƏBƏRDARLIQ
Dünən, 16:43
Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC...
Dünən, 16:35
Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq
Dünən, 16:27
Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib - SİYAHI
Dünən, 16:22
`Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Dünən, 16:11
Tap.az-da saxta torpaq elanları ilə dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:05
Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır - Eldar Əzizov
Dünən, 15:59
Metronun "Həzi Aslanov" stansiyasındakı təmir BU TARİXDƏ bitəcək
Dünən, 15:47
Dünyanın ən gözəl şəhərləri açıqlandı - Cənubi Qafqazdan hansı var?
Dünən, 15:43
Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? - AKTUAL
Dünən, 15:41
Sasanilər dövründə Azərbaycan
Dünən, 15:33
Nizami küçəsində qalmaqal - Yaşayış binasının həyətində qanunsuz kulinariya sexi açılıb
Dünən, 15:10
Rus ordusu Voloxovkanı işğal etdi
Dünən, 15:08
Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir - “Eurasianet”
Dünən, 15:03
“Bank Avrasiya”nın səhmdarları toplanır
Dünən, 15:00
Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır?
Dünən, 14:59
“Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” - Samirə Yusifqızından QALMAQALLI MÜSAHİBƏ
Dünən, 14:57
TƏBİB-in sistemi yenidən çökdü - Növbələr yarandı
Dünən, 14:54
Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı - KİV
Dünən, 14:51
Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb – İcra nümayəndəsinin oğludur
Dünən, 14:46
NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” - NƏDƏN SİYAHIDA YOXDUR.?!
Dünən, 14:30
Paşinyan erməniləri Qarabağı unutmağa ÇAĞIRDI
Dünən, 13:17
Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək - RƏSMİ
Dünən, 13:13
“İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB – ZƏRƏRİ 2 DƏFƏ ARTIB
Dünən, 13:06
“Qurban bazarı”nda son vəziyyət: - Ən ucuz və ən bahalı heyvanlar
Dünən, 13:02
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ
Dünən, 12:59
112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb - SİYAHI
Dünən, 12:53
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:51
AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? - CƏDVƏL
Dünən, 12:49
SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 12:47
“Vəziyyət belə davam etsə, evləri də su basacaq” – Niyə tədbir görülmür?
Dünən, 12:32
Ermənistanda gərginlik artır: - Paşinyanın aqibəti necə olacaq?
Dünən, 12:27
Müğənni Nura Suri və bələdiyyə sədri arasında QALMAQAL
Dünən, 12:23
Kannı silkələyən azərbaycanlı aktyor - Şahmar Ələkbərovun nəvəsi Hollivudun diqqət mərkəzində
Dünən, 12:20
Baş Prokuror “Aqrar Kredit”in qanunsuzluğunu nəzarətə götürdü - TƏFƏRRÜAT
Dünən, 12:16
Güney Qafqazın taleyi HƏLL OLUNUR... - GƏLİŞMƏ
Dünən, 12:04
2025-ci il "Xəmsə Sığorta və Təkrarsığorta Brokeri üçün uğursuz olub - ŞİRKƏT GERİLƏYİR
Dünən, 12:00
Rahidəni PƏRT ETDİLƏR - “Oğlanın qulağına dedi ki, bu, nə günə qalıb”
Dünən, 11:57
Rusiya Pekinin təsiri altına düşür... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:49
İqtisadiyyat Nazirliyi TƏSDİQLƏDİ: "Bakı-Tiflis-Bakı sərnişin qatarları bərpa olunur" - 26 maydan etibarən...
Dünən, 11:42
"Bizi niyə xərcə salırlar?" - NAXÇIVANDA NARAZILIQ
Dünən, 11:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru