Moskvada rekord temperatur qeydə alındı .....                     Arvadının saçını keçəl edən ərə .....                     Rusiya Ermənistana xəbərdarlıq etdi .....                     İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi .....                     Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında .....                     Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı .....                     Moskvanın seçim tələbinə İrəvandan cavab: .....                     Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib .....                     Azərbaycanda daha bir aqropark yaradılıb .....                     Qurultayda qarşıdurma gözlənilir .....                     Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? .....                     Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq .....                     Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib .....                     `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub .....                     Tap.az-da saxta torpaq elanları ilə dələduzluq .....                     Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır .....                     Metronun "Həzi Aslanov" stansiyasındakı təmir .....                     Dünyanın ən gözəl şəhərləri açıqlandı .....                     Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? .....                     Sasanilər dövründə Azərbaycan .....                     Nizami küçəsində qalmaqal .....                     Rus ordusu Voloxovkanı işğal etdi .....                     Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir .....                     “Bank Avrasiya”nın səhmdarları toplanır .....                     Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır? .....                     “Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” .....                     TƏBİB-in sistemi yenidən çökdü .....                     Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı .....                     Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb .....                     NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” .....                     Paşinyan erməniləri Qarabağı unutmağa .....                     Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək .....                     “İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB .....                     “Qurban bazarı”nda son vəziyyət: .....                     Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” .....                     112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb .....                     Az yağış yağacağı ehtimalı var .....                     AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? .....                     SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır .....                     “Vəziyyət belə davam etsə, evləri də su basacaq” .....                 

Deputat 200 km-lik məsəfədə 150-200 manatlıq cərimə ödəyirsə... - araşdırma
Tarix: 21-10-2014, 10:20 | Çap et
Deputat 200 km-lik məsəfədə 150-200 manatlıq cərimə ödəyirsə...
Milli Məclisin son iclasında В«Yol hərəkətiВ» haqqında qanuna əlavə və dəyişikliklərin müzakirəsi zamanı bəzi deputatlar yenə də dövlətdən güzəştlər qoparmağa çalışdılar. Mətbuatdan məlumdur ki, deputatlar əksər hallarda olduğu kimi, bu dəfə də qanun yaradıcılığına deyil, öz mənfəətləri naminə xeyli çalışdılar. Sən demə, vaxtilə səs verib qəbul etdikləri qanunun tətbiqi zamanı özlərinin də В«radaraВ» düşmələri xoşlarına gəlmir və indi parlament rəhbərliyindən xahiş edirlər ki, onların avtomobilləri yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrdən azad olunsun.

Şübhəsiz, ayrı-ayrı millət vəkillərinin məsələyə münasibəti fərqlidir. Elə həmin müzakirələr zamanı da bəzi millət vəkilləri yol polisindən güzəşt tələb edənlərin cavabını verərək, onları intizamlı olmağa dəvət etdilər. Hətta, problemin radarlarda deyil, deputatın avtomobilində olduğunu deyən də oldu. YAP İcra katibinin müavini Siyavuş Novruzov deputatların bəzilərinin maşınlarının qayınanalarının adına olduğundan, həmin maşınları DYP-nin tanımamasını da təbii saymışdı.

Məsələ çox sadədir. Demək, deputatlar tələb edirlər ki, onların avtomobillərinə yazılan cərimələr geri oxunsun, radarlar onların maşınlarını çəkməsin, çəkibsə də heç bir cərimə ödəməsinlər. Bir sözlə, necə istəsələr, harda istəsələr, qanunu pozsunlar, hətta, onların sürücüləri belə istədikləri kimi yol hərəkəti haqqında qanunu pozsun, ancaq yenə də onlara В«gözün üstə qaşın varВ» deyən olmasın. Maraqlısı budur ki, В«radar davasıВ» aparan deputat DYP-nin qanunsuz hərəkətindən, yol polisinin əsassız cərimələrindən şikayətlənmir. Deputat şikayətlənir ki, mən qanunu pozduğuma görə cərimə olunuram, niyə?

Məsələn, 2005-ci ildən parlamentdə deputat yerini tutan Ərəstun Cavadovun etirafına baxaq:
“Hər ay 1000 manata yaxın radara görə cərimə ödəyirəm. Təkcə İsmayıllıya gedəndə gərək 150-200 manat cərimə ödəyim”. Nə gözəl etirfadır... Ə.Cavadova bu etirafına görə həqiqətən təşəkkür düşür. Çünki o, (ya da sürücüsü) intizamsız sürücü olduğunu səmimi etiraf edir. İsmayıllıya gedəndə, Bakıdan təxminən 200 km-lik məsəfədə 150-200 manatlıq cərimə ödəyirsə, deməli, ən azı 2-3 dəfə qayda pozuntusuna yol verir.

…Milli Məclis üzvlərinin cərimə və radarlardan şikayətlənməsi heç cür başa düşülən deyil. O mənada ki, əvvəla, bu qanunları elə siz deputatlar qəbul etmisiniz. Cərimələr sizin səsvermənizlə bu qədər "kəllə-çarxa çıxıb", radarları da sizin səsverməniz sayəsində qəbul edilən normativ aktlara əsasən yollarda quraşdırıblar. İndi siz nə demək istəyirsiniz: Hesab edirsiniz ki, DEPUTAT QANUNDAN ÜSTÜN OLMALIDIR? Niyə, nəyə görə, hansı xidmətlərinə rəğmən? Məgər bilmirsiniz ki, sizin özünüzü oxşatmaq istədiyniz qədim Roma senatında bu fikir tez-tez səslənirdi ki, В«Şah Qanun deyil, Qanun Şahdır!В».
Qəribədir ki, Azərbaycan parlamentinin stajlı-uzunömürlü deputatları açıq-aşkar qanunsuzluğu təbliğ edirlər. Buna başqa ad vermək olmaz. Bunlar deyirlər ki, bizim maşınlar hər gün, bütün yolboyu, Bakıdan-İsmayıllıya və geriyə, şəhərin hər yerində, qaydaları poza-poza gedib-gəlsin, amma bizə heç bir qayda, cəza tətbiq olunmasın. Doğrudur, həmin iclasda vitse-spiker Ziyafət Əskərov qanunvericiliklə bağlı kiçik bir izahat verdi və qeyd etdi ki, deputatların inzibati cərimələnməsi qanuna uyğundur. Amma təəssüf ki, həmin iclasda radar davası edən deputatlara deyən olmadı:
Siz niyə qaydalara əməl etmirsiz ki, radarlara, cərimələrə tuş gəlirsiz?

Özü də çox maraqlıdır ki, cərimələrdən şikayətlənən Milli Məclisin ən imkanlı deputatlarıdır. Məsələn, Ərəstun Cavadov. Mərkəzi Univermaqdan Milli Məclisə yüksək kürsüyə əyləşən Ə.Cavadov bütün respublikada biznesmen, iş adamı kimi tanınır. Onun deputat maaşına ehtiyacı olmadığını da hər kəs bilir. İş adamını parlamentə aparan qanun yaradıcılığına töhfə vermək həvəsi də deyil. 2005-ci ildən bu vaxtadək deputatlıq fəaliyyətində Ə.Cavadov neçə qanun layihəsi hazırlayıb, neçə dəfə parlamentin iclasında qanun layihələrinə təklif verib, düzəliş edib, onu da görən olmayıb…

Bir neçə il əvvəl İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər müzakirə edliləndə Ə.Cavadov danışmışdı. O vaxt saxta, keyfiyyətsiz mal satan, istehlakçıları aldadan satıcılara tətbiq edilən inzibati cərimələrin sərtləşdirilməsi müzakirə olunurdu. Ərəstun müəllim, ağsaqqal ticarətçi kimi, buna etiraz etmişdi, satıcıların 300-400 manat cərimələnməsini haqsızlıq saymışdı. Onun etirazına baxmayaraq, qanun o vaxt qəbul olundu, amma MUM satıcılarının yanında Ə.Cavadovun hörməti bir daha artmış oldu ki, rəhbər onların qayğısına qalır.

İndi də Ə.Cavadovdan soruşmaq olar ki, hansı xidmətlərinizə görə, Bakıdan İsmayıllıya gedəndə yolda 150-200 manatlıq qayda pozuntusuna yol verirsiz? Bu gediş-gəlişinizin qanun yaradıcılığına, parlament fəaliyyətinə dəxli olmadığı bəllidir. Parlament salonunda otura-otura qanundan bir kəlmə danışmayanın rayonda nə qanun yazacağını düşünmək olar ki? Heç olmasa, deputatı olduğunuz Ağsu-İsmayıllı camaatına bu cəriməli get-gəllərinizin xeyri varmı? Söhbət qohum-əqrabadan, yaxın iş adamlarından getmir. Hər kəs Ə.Cavadovun rayondakı qohum-əqrabasının yerli biznesə nəzarət etdiyini bilir. Ə.Cavadov özü də onlara atalıq qayğısını heç vaxt əsirgəmir, məhz bu xüsusiyyətinə görə, Ağsuda onu sevirlər. Amma bir qrup, onun biznesinə aidiyyəti olanlar, yaxınlar, qohum-əqrəba… Bəs qalan camaata bu ged-gəllərin nə dəxli?

Deputatlar, elə Ə. Cavadov da, guya, dövlət tədbirlərinə gedib-gələrkən tələsdiklərindən radara düşdüklərini bəhanə edirlər. Çox bəsit, primitiv bəhanədir. Ayda 2 dəfə parlamentə iclasa toplaşan, həftədə 1 dəfə komissiya iclaslarına gəlməyən, 3 ay yay, 3 ay qış fasiləsində istirahət edən deputatlar məgər hər gün dövlət tədbirlərinə qatılırlar?

Məsələn, elə Ə.Cavadovdan soruşmaq lazımdır ki, indiyədək Bakıda keçirilən hansı beynəlxalq tədbirə qatılaraq dövlətçiliyin inkişafına töhfə vermisiz? Təbii söhbət çıxış, müzakirədə iştirakdan gedir…
Və ya hansı xarici ölkədə, beynəlxalq qurumda, regional birlikdə Azərbaycan dövlətini, parlamentini təmsil etmisiniz, çıxış etmisiz, Azərbaycanın haqq səsini dünyaya çatdırmısız? 9 ilin deputatlıq fəaliyyətində neçə maddə, neçə sətirlik qanun layihəsi hazırlamısız? İsmayıllıya hər gedəndə 150-200 manatlıq cərimə ilə ayda 1000 manat xərc çıxırsa, təxminən ayda 5-6 dəfə rayona gedirsiz. İndiyədək neçə dəfə MM-də danışıb təmsil etdiyiniz bölgənin problemindən, ayda 150-200 manata dolanan camaatın güzəranından danışmısız?

Siz, milyonçu, biznesmen deputatlar, cərimələrdən şikayətlənirsizsə, bəs maaşı sizin qazancınızdan dəfələrlə az olan sürücülər nə etməlidir? Ayda 200-300 manat maaş alan sıravi vətəndaş necə ödəməlidir cəriməni? Deputatlar qadağaların onlara şamil olunmamasını düşünür. Nəyə görə, hansı xidmətlərinizə görə? Siz bir bölgənin seçilmişisizsə, ölkə prezidenti cənab İlham Əliyev bütün Azərbaycan xalqı tərəfindən seçilib. Həmişə cənab prezident məmurları, dövlət adamlarını təvazökar olmağa, özünü sadə camaatdan ayırmamağa çağırır, özü də şəxsi nümunə göstərir. Qanun yaradan deputatlar da qanunlara əməl olunmasını təbliğ etmək üçün ikl növbədə özləri nümunə olmalıdırlar. Seçici seçdiyi vəkilinin davranışından müsbət örnək götürməlidir. Amma, təəssüf ki, əksinədir. Deputat seçiciyə heç də müsbət örnək göstərmir, əksinə qanunları pozmasına nümayişkaranə surətdə haqq qazandırmağa çalışır.

Ərəstun Cavadov və onun kimi digər oliqarxlar hesab edirlər ki, qanundan üstündürlər, qanunla verilmiş toxunulmazlıq statusu onlara istədikləri kimi yaşamaq, qanunu pozmaq, tapdalamaq hüququ verir. Min təəssüf, milyon təəssüf... Bu milyonların isə deputatın milyonlarına heç bir aidiyyəti yoxdur!










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskvada rekord temperatur qeydə alındı
Bu gün, 18:02
Arvadının saçını keçəl edən ərə - Hökm oxundu
Bu gün, 17:48
Rusiya Ermənistana xəbərdarlıq etdi
Bu gün, 17:44
İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi - BUNDAN SONRA...
Bu gün, 17:16
Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 17:09
Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı - FOTO
Bu gün, 16:59
Moskvanın seçim tələbinə İrəvandan cavab: - Günbəgün Avropa İttifaqına yaxınlaşırıq
Bu gün, 16:53
Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib - AÇIQLAMA
Bu gün, 16:49
Azərbaycanda daha bir aqropark yaradılıb
Bu gün, 16:47
Qurultayda qarşıdurma gözlənilir - İttifaq katibindən XƏBƏRDARLIQ
Bu gün, 16:43
Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC...
Bu gün, 16:35
Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq
Bu gün, 16:27
Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib - SİYAHI
Bu gün, 16:22
`Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Bu gün, 16:11
Tap.az-da saxta torpaq elanları ilə dələduzluq - TƏFƏRRÜAT
Bu gün, 16:05
Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır - Eldar Əzizov
Bu gün, 15:59
Metronun "Həzi Aslanov" stansiyasındakı təmir BU TARİXDƏ bitəcək
Bu gün, 15:47
Dünyanın ən gözəl şəhərləri açıqlandı - Cənubi Qafqazdan hansı var?
Bu gün, 15:43
Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? - AKTUAL
Bu gün, 15:41
Sasanilər dövründə Azərbaycan
Bu gün, 15:33
Nizami küçəsində qalmaqal - Yaşayış binasının həyətində qanunsuz kulinariya sexi açılıb
Bu gün, 15:10
Rus ordusu Voloxovkanı işğal etdi
Bu gün, 15:08
Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir - “Eurasianet”
Bu gün, 15:03
“Bank Avrasiya”nın səhmdarları toplanır
Bu gün, 15:00
Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır?
Bu gün, 14:59
“Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” - Samirə Yusifqızından QALMAQALLI MÜSAHİBƏ
Bu gün, 14:57
TƏBİB-in sistemi yenidən çökdü - Növbələr yarandı
Bu gün, 14:54
Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı - KİV
Bu gün, 14:51
Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb – İcra nümayəndəsinin oğludur
Bu gün, 14:46
NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” - NƏDƏN SİYAHIDA YOXDUR.?!
Bu gün, 14:30
Paşinyan erməniləri Qarabağı unutmağa ÇAĞIRDI
Bu gün, 13:17
Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək - RƏSMİ
Bu gün, 13:13
“İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB – ZƏRƏRİ 2 DƏFƏ ARTIB
Bu gün, 13:06
“Qurban bazarı”nda son vəziyyət: - Ən ucuz və ən bahalı heyvanlar
Bu gün, 13:02
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ
Bu gün, 12:59
112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb - SİYAHI
Bu gün, 12:53
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:51
AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? - CƏDVƏL
Bu gün, 12:49
SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:47
“Vəziyyət belə davam etsə, evləri də su basacaq” – Niyə tədbir görülmür?
Bu gün, 12:32
Ermənistanda gərginlik artır: - Paşinyanın aqibəti necə olacaq?
Bu gün, 12:27
Müğənni Nura Suri və bələdiyyə sədri arasında QALMAQAL
Bu gün, 12:23
Kannı silkələyən azərbaycanlı aktyor - Şahmar Ələkbərovun nəvəsi Hollivudun diqqət mərkəzində
Bu gün, 12:20
Baş Prokuror “Aqrar Kredit”in qanunsuzluğunu nəzarətə götürdü - TƏFƏRRÜAT
Bu gün, 12:16
Güney Qafqazın taleyi HƏLL OLUNUR... - GƏLİŞMƏ
Bu gün, 12:04
2025-ci il "Xəmsə Sığorta və Təkrarsığorta Brokeri üçün uğursuz olub - ŞİRKƏT GERİLƏYİR
Bu gün, 12:00
Rahidəni PƏRT ETDİLƏR - “Oğlanın qulağına dedi ki, bu, nə günə qalıb”
Bu gün, 11:57
Rusiya Pekinin təsiri altına düşür... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:49
İqtisadiyyat Nazirliyi TƏSDİQLƏDİ: "Bakı-Tiflis-Bakı sərnişin qatarları bərpa olunur" - 26 maydan etibarən...
Bu gün, 11:42
"Bizi niyə xərcə salırlar?" - NAXÇIVANDA NARAZILIQ
Bu gün, 11:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru