Burda açıq-aşkar ZAY MƏHSUL SATIRLAR... .....                     Bakı həmin Bakıdır... sadəcə, üzməyi öyrənməlidir... .....                     Pentaqon Tramp üçün İrana zərbə planları hazırlayıb .....                     Saatlıq maaş sistemi işçilərə nə qazandıracaq? .....                     “Mikrorayon” serialını sevənlərə üzücü xəbər .....                     Xaraba günə qalan Goranboy: Başçıdan soruşan yoxdur ki... .....                     "Ürəyimin üç damarını dəyişiblər..." .....                     Bakı-Moskva arasında yeni dövr .....                     Ekologiyanın “boz kardinal”ı Vüqar Kərimova qarşı ağır ittihamlar .....                     Naxçıvanda məmurların qəbuluna düşmək İMKANSIZDIR... .....                     Təcili Tibbi Yardımın TƏCİLİ YARDIMINA ümidli olsaq.... .....                     "Sədərək Yusif" üçün bu ölkənin qanunları İŞLƏMİR... .....                     Siyəzəndə dövlətin əmlakı belə QARƏT OLUNUR... .....                     Qorxmaz Hüseynovun OĞURLADIĞI PULLAR .....                     İraqda daha bir İsrail hərbi bazası aşkarlanıb .....                     Deputatın GİZLƏTDİYİ GERÇƏKLİK... .....                     Azərbaycanda minimum əməkhaqqı ilə nə qədər uzağa getmək olar... .....                     1-ci Qarabağ savaşı qaziləri UNUDULUB? .....                     Ukraynanın Moskvaya qisas hücumu .....                     "Baxdım ki, məndən başqa heç kəs heç nə etməyəcək,..." .....                     Avropada milli maraqlarımızı hədəfə alan SAPI MİLLİ BALTALAR... .....                     İctimai yayımın baş direktorunun seçilməsi İctimai prosesin nəticəsi olmalıdır... .....                     Hər 3 uşaqdan 2-i sovet dövründən qalma məktəb binalarında oxuyur .....                     Məktəb uşağın özünü təhlükəsiz hiss etdiyi yer olmalıdır... .....                     Bakının dərdi var... Bakı xəstədir... .....                     AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib .....                     Ermənistanı yeni müharibəyə hazırlayırlar .....                     SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? .....                     İranın bayraq əndişəsi .....                     Azərbaycana qarşı sistemli PLAN .....                     Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... .....                     Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib .....                     Kremldən İrəvana sərt xəbərdarlıq .....                     Tramp Çinin mövqeyini gücləndirir .....                     Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur .....                     AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                 

“Yerdə o qədər erməni vardı ki, üstündən keçib gedirdim” - Polkovnik
Tarix: 7-08-2014, 10:15 | Çap et
“Yerdə o qədər erməni vardı ki, üstündən keçib gedirdim”
“400-ə yaxın erməni öldürmüşdük. Murovdağdan Kəlbəcərə düşən yerdə o qədər çox erməni meyiti vardı ki, düşüb onları dərəyə tullamağa vaxt yox idi. Maşınla meyitlərin üstündən keçib gedirdim”.

Bu sözləri Axar.az-a 1993-1994-cü ilin ən böyük qış əməliyyatlarından biri olmuş Murovdağ əməliyyatının komandiri Valeh Rəfiyev deyib.

Polkovnik-leytenant Valeh Rəfiyev 1993-cü ildə Kəlbəcərdən çıxmış dağınıq briqadaya komandir təyin edilib. Məqsəd isə qışda hərbi əməliyyatlar apararaq Kəlbəcəri işğaldan azad etmək olub.

Əməliyyat öncəsi düşmənə informasiya sızdırılır

“Bir neçə dəfə uğurlu döyüş əməliyatlarına başlamaq istəsəm də, bu, baş tutmadı. Çünki daxildən kimsə bu barədə ermənilərə öncədən məlumat verirdi və biz döyüş əməliyyatlarına başlamaq istəyəndə hücuma məruz qalırdıq. Belə olan halda əməliyyat planımı yalnız briqadamın yüksək rütbəli zabitlərinə dedim. Ondan sonra bizim döyüş əməliyyatlarımız uğurlu alındı”.

Meydançay döyüşü

Murovdağ əməliyyatının Meydançay adlanan ilk uğurlu mərhələsi dekabrın 29-da başlanır. Kərim Vəliyev 701-ci briqadanın komandiri, polkovnik-leytenant Valeh Rəfiyevə əməliyyat planını həyata keçirmək əmri verir:
“Məqsədimiz Murovdağdakı yüksəkliklərə hücum edərək ermənilərdən geri almaq idi. Havanın soyuq olması işimizi çətinləşdirirdi. Hücuma iki istiqamətdən keçməyi qərarı almışdım. Biri Daşkəsən, digəri isə birbaşa Murovdağdan Yanşaq kəndi istiqamətində olmalı idi. Taborlardan birini gecə ilə Koroğlu dağı (3462 m) tərəfdən ermənilərin arxasına, Meydançay istiqamətində göndərdim. Niyyətim pusqu qurmaq idi. Qoşunlarımız həmin yerdən hücuma keçməli, həmçinin, geriyə çəkiləcək olan düşməni və köməyə gələcək erməniləri məhv etməliydi”.

5 saat davam edən döyüş və öldürülən 400 erməni

“Elə bir hücum alındı ki, bunu heç özüm də gözləmirdim. Səhər saat 5-ədək bütün əməliyyat bitdi. Biz xeyli sayda düşmənin canlı qüvvəsini və texnikasını məhv etdik. Murovdağdan Kəlbəcərə düşən yerdə o qədər çox erməni vardı ki, düşüb onları dərəyə tullamağa vaxt yox idi. 400-ə yaxın erməni öldürdük. Maşınla meyitlərin üstündən keçib gedirdim. Biz bu tapşırığı layiqincə yerinə yetirdik. 13 yaşayış məntəqəsini azad edərək, 22 km Kəlbəcərin içərilərinə doğru daxil olduq”.

Levon Ter Petrosyan Heydər Əliyevə yalvarır

Briqada komandiri aparılan Murovdağ əməliyyatı ilə bağlı məruzə etmək üçün Gəncəyə çağırılıb. Valeh Rəfiyev Gəncədə əməliyyatla bağlı mərhum general Zaur Rzayevə məruzə edib:
“Mən tapşırıq alıb geri dönərkən Toğanada külli miqdarda xarici maşınlar gördüm. Gələnlər ətraf rayonların rəhbər işçiləri idi. Onların hamısı uğurlu əməliyyatdan çox razı qalmışdılar. Murovdağ istiqamətində qazanılan qələbə bütün cəbhəboyu ruh yüksəkliyi yaratdı. Əməliyyat o qədər uğurlu olmuşdu ki, Ermənistan prezidenti Levon Ter-Petrosyan atəşkəsin imzalanması üçün Heydər Əliyevə yalvarırdı. Yanvar ayında yeni əməliyyatın başlanması nəzərdə tutulurdu və ordumuz artıq Horadiz istiqamətində əməliyyatlara başlamışdı. Füzulinin bir neçə kəndi işğaldan azad edilmişdi. Bunun nəticəsində Beyləqan rayonunun işğal edilməsinin qarşısı alındı. Ermənilərin qeyd etdikləri kimi, döyüş əməliyyatlarını aparacaq qoşunları və texnikaları yox idi. Hətta onların xarici millətlərdən olan döyüşçüləri maşınlara minib qaçırdılar”.

Uğursuz qış əməliyyatı

Murovdağ əməliyyatı Kəlbəcər əməliyyatının 2-ci hissəsi idi və Kəlbəcəri geri almaq nəzərdə tutulurdu. Amma bu zaman yüksək rütbəli şəxslərin fikirləri üst-üstə düşmür. Müdafiə Nazirliyinin qərarı ilə 1994-cü il yanvarın 8-i Valeh Rəfiyev vəzifəsindən azad edilir:

“Vəzifəmdən azad edilməyin bir neçə səbəbi vardı. Əməliyyat zamanı taborlarımız qarda 3-4 sutka hərəkət etmiş və isti yeməklər yeməmişdilər. Əllərində olan quru yeməklər qurtarmışdı. Mən onları geri çəkib, başqa taborla əvəz etmək və müdafiə mövqeyinə çəkilmək istəyirdim. Əsgərləri yedirdib, yuyundurmaq və onlarda yenidən ruh yüksəkliyi yaratmaq lazım idi. Amma rəhbərlik mənim bu fikrim ilə razılaşmadı və irəli hərəkət etmək əmri verildi. Etiraz etdim ki, əsgərlərimiz ac halda soyuqda irəliləyə bilməyəcək.
İrəli hərəkət etmək qərarı veriləndə əlavə briqadalar istədim. Mənim əsas planım Murovdağdakı yüksəklikləri ələ keçirtmək idi. Qoşunları Kəlbəcərə, cənub tərəfə çəkmək lazım idi. Kəskin soyuqlar əsgərlərin irəliləməsinə mane olurdu. Amma irəli hərəkət etmək qərarı verildi. Mən əlavə briqadalar istədim. Onlardan biri Tərtər, digəri isə Gədəbəy tərəfdən hücum etməliydilər. Erməniləri mühasirəyə almağı planlaşdırmışdım. Amma o vaxt ordu tam şəkildə formalaşmamışdı. Könüllülər dəstəsinə döyüş bacarıqları olmayan adamlar rəhbərlik edirdilər. Məni briqada komandiri vəzifəsindən azad etdikdən sonra qoşunlarımız Murovdağda mühasirəyə düşdülər. Qar uçqunları və soyuq hava şəraitinə görə geri çəkilib uğursuzluğa düçar oldular. Amma yaza qədər müdafiəyə keçib, aprel-may aylarında yenidən əməliyyatlara başlasaydıq, nəticəsi də çox yaxşı olacaqdı. Burada şəxsi münaqişələr də böyük rol oynadı. Murovdağ əməliyyatı ermənilər üzərində olan müharibəni qələbə ilə başa vurmaq üçün nəzərdə tutulmuşdu. Amma rəhbərlik arasında fikir ayrılığı əməliyyatın uğursuz nəticələnməsinə gətirib çıxardı”.

Bu gün istefada olan polkovnik-leytenant Valeh Rəfiyev ehtiyac yaranacağı halda öz döyüş yoldaşları ilə birgə Murovdağ əməliyyatındakı qələbəsini yenidən təkrarlayacağını deyir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Burda açıq-aşkar ZAY MƏHSUL SATIRLAR... - MÜRACİƏT
Bu gün, 08:07
Bakı həmin Bakıdır... sadəcə, üzməyi öyrənməlidir... - REPLİKA
Bu gün, 08:02
Pentaqon Tramp üçün İrana zərbə planları hazırlayıb - İDDİA
Bu gün, 07:42
Saatlıq maaş sistemi işçilərə nə qazandıracaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:41
“Mikrorayon” serialını sevənlərə üzücü xəbər – Həmin kadrlara görə…
Bu gün, 07:39
Xaraba günə qalan Goranboy: Başçıdan soruşan yoxdur ki... - DÖVLƏTİN PULLARI HANI?
Bu gün, 07:19
"Ürəyimin üç damarını dəyişiblər..." - İntiqam Soltan
Bu gün, 06:53
Bakı-Moskva arasında yeni dövr – “Soyuq praqmatizm”
Bu gün, 06:50
Ekologiyanın “boz kardinal”ı Vüqar Kərimova qarşı ağır ittihamlar - Dövlətin yaşıl siyasətini “qara biznes”ə çevirənlər…
Bu gün, 06:48
Naxçıvanda məmurların qəbuluna düşmək İMKANSIZDIR... - GİLEY
Bu gün, 06:35
Təcili Tibbi Yardımın TƏCİLİ YARDIMINA ümidli olsaq.... - ETİRAZ VAR!
Bu gün, 06:29
"Sədərək Yusif" üçün bu ölkənin qanunları İŞLƏMİR... - İLGİNC FAKTLAR
Bu gün, 06:22
Siyəzəndə dövlətin əmlakı belə QARƏT OLUNUR... - İTTİHAM VAR...
Bu gün, 06:18
Qorxmaz Hüseynovun OĞURLADIĞI PULLAR - görün, harda imiş...
Bu gün, 06:07
İraqda daha bir İsrail hərbi bazası aşkarlanıb - KİV
Bu gün, 06:00
Deputatın GİZLƏTDİYİ GERÇƏKLİK... - yəni bilmirmi ki...
Bu gün, 01:23
Azərbaycanda minimum əməkhaqqı ilə nə qədər uzağa getmək olar... - AKTUAL
Bu gün, 01:13
1-ci Qarabağ savaşı qaziləri UNUDULUB? - GİLEY
Bu gün, 01:07
Ukraynanın Moskvaya qisas hücumu - FOTO
Bu gün, 00:59
"Baxdım ki, məndən başqa heç kəs heç nə etməyəcək,..." - Nura Suri
Bu gün, 00:50
Avropada milli maraqlarımızı hədəfə alan SAPI MİLLİ BALTALAR... - AXI NİYƏ?..
Bu gün, 00:45
İctimai yayımın baş direktorunun seçilməsi İctimai prosesin nəticəsi olmalıdır... - ÇÜNKİ...
Bu gün, 00:40
Hər 3 uşaqdan 2-i sovet dövründən qalma məktəb binalarında oxuyur - MALƏSƏF...
Bu gün, 00:35
Məktəb uşağın özünü təhlükəsiz hiss etdiyi yer olmalıdır... - qorxu zonası yox...
Bu gün, 00:27
Bakının dərdi var... Bakı xəstədir... - FAKT BUDUR!
Bu gün, 00:14
AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib - DİQQƏT
Dünən, 10:39
Ermənistanı yeni müharibəyə hazırlayırlar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 08:36
SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:35
İranın bayraq əndişəsi - AXI NİYƏ?..
Dünən, 08:25
Azərbaycana qarşı sistemli PLAN - GƏLİŞMƏ
Dünən, 08:21
Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... -Növbəti həyasızlıq...
Dünən, 08:19
Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib - Natiq Cəfərli
Dünən, 08:16
Kremldən İrəvana sərt xəbərdarlıq – 5 milyard dollarlıq təhlükə sizi gözləyir
Dünən, 08:11
Tramp Çinin mövqeyini gücləndirir - Səbəblər
Dünən, 08:07
Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur - Qalibaf
Dünən, 08:04
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
16-05-2026, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
16-05-2026, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
16-05-2026, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
16-05-2026, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
16-05-2026, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
16-05-2026, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
16-05-2026, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
16-05-2026, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
16-05-2026, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
16-05-2026, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
16-05-2026, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
16-05-2026, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
16-05-2026, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
16-05-2026, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
16-05-2026, 11:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru