“Onları birdəfəlik silirəm”.
Bunu Yenicag.az-a açıqlamasında müğənni Ülvi Qılınc deyib.
O, “Sənət cameəsində küsülü olduğunuz müğənni varmı?” sualını cavablandırıb:
Mən heç vaxt insanlardan küsmürəm. Bu, sənət adamlarına da aiddir. Mən sadəcə olaraq bəzi insanları beynimdən silirəm, itib gedirlər. Kompüterdə bir proqram var, “delete” edib birdəfəlik silirəm. Bununla da hər şey bitir, unuduram.Küsmək nədir? İnsan nə qədər doğma olmalıdır ki, ondan küsəsən. O sildiyim insanlarda demək ki, doğmalıq olmayıb. Birdəfəlik silirəm, yox olurlar.









