Bakıda fantastik qiymətə mənzil satılıb.
Qaynarinfo-nun məlumatına görə, mənzil eksperti Vüqar Əliyev verdiyi müsahibələrin birində bildirib ki, sözügedən mənzil mart ayında satılıb:
"Mənzil Bakıdadır və 80 milyon dəyərində olub. Hazırda mənzildə məşhur simalardan biri yaşayır. Mənzil bir hektar ərazinin içərisindədir. Yeni tikili və 4 mərtəbəli bina evidir".
İzləyicilər sözügedən mənzilin Xalq artisti Röya Ayxana satıldığını bildirib.









