Simyonan maraqlı simadır, Bakıya gəlməsi istisna deyil...
Alen Simonyan Hikmət Hacıyevlə indiyədək həllini tapmayan məsələlər üzrə yeni mexanizmlərdən istifadə etmək barədə razılığa gəliblər.
Müzakirələr zamanı ölkəmizə qarşı terror fəaliyyətində ittiham olunaraq saxlanılan şəxslər və itkin düşənlərin taleyi də gündəmdə olub.
Amma məncə, açıqlamanın siyasi baxımdan ən diqqətçəkən hissəsi başqadır. Simonyan Azərbaycan tərəfinin sülhün qurulması istiqamətində növbəti addımlara hazır olmasını “məmnunluqla” gördüyünü deyib.
Və daha bir detal:
Bakıya mümkün səfəri barədə suala Simonyan “belə bir səfəri istisna etmirəm, amma vaxtını deyə bilmərəm” cavabını verib.
Əgər Simonyanın Bakı səfəri reallaşarsa, bu, prosesin növbəti maraqlı mərhələsi ola bilər.
Vəfa Həmzəyeva - "DİA-AZ"










