Xocavənddə traktor minaya düşüb .....                     ABŞ generalı Odessaya səfər edib .....                     “Atəşgah” Sığorta Şirkətində təyinat olub .....                     Azərbaycanda elektron pul təşkilatına yeni rəhbər təyin edildi .....                     “Falcon Finance”ın cəmi gəliri AZALIB .....                     “Deyir xalqa xidmət edirəm, ay yetim, toyda oxuyub pul qazanmısan da” .....                     Xalq artisti “Bolt”dan şikayətçidir .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyi “yalan vədlər” fabriki kimi... .....                     Seyran Hüseynova general-mayor rütbəsi verildi .....                     Afaq Gəncəlidən ETİRAF: .....                     “Loğmanı işdən çıxarıblar, onun dəstəyini görməmişəm” .....                     Afaq Gəncəlidən ETİRAF: .....                     Dərslər 1 sentyabrda BAŞLAYIR? .....                     ADY-dən şikayət: Qatarlar ünvana 2 saat gec çatır .....                     Dərslər 1 sentyabrda BAŞLAYIR? .....                     Paşinyanın “4 ərazi” açıqlamasının sirri .....                     Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir .....                     Bakıda qol saatına görə QAN TÖKÜLDÜ: .....                     Erməni məhbuslar Bakıda DƏRS ALIR: .....                     Şirkətə 726 minlik ziyan vurmaqda təqsirləndirilən iş adamının bəraət hökmü .....                     Nazirin sinif yoldaşı olmaq Valeh Mirzaliyevə nələr qazandırır? .....                     "Müğənnilər pul xərcləmir, həvəsləri yoxdur" .....                     Ermənistanda konstitusiya dəyişikliyi ilə bağlı son seçim: .....                     Mənzil bazarında bahalaşma: Kirayələr nə qədər artıb? .....                     CNN-ə qarşı iddia: informasiya etibarlılığı uğrunda mübarizədə presedent .....                     30 illik İmişli Balıq Zavodu .....                     Azərbaycan Rusiyaya çatır .....                     "Zəngəzur" elektrik ötürmə xəttində işlərin birinci mərhələsi yekunlaşır .....                     Vüsal Nəsirli onu rəhbər təyin etdi .....                     Arsenyan Rusiyadan geri çağırılır .....                     Rusiya seçkilərində .....                     İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi .....                     Bu şəxslər üzlərini dəyişdirib, gizlicə Azərbaycana girə bilərlər? .....                     İranın Zəngəzur “sancısı” BUNA GÖRƏ imiş... .....                     Ermənistanın AES təhlükəsi: .....                     Kəngərlidə 37-ci il AB-HAVASI... .....                     Rusiyada adam oğurluğunda ittiham edilən azərbaycanlı ilə bağlı .....                     “İbrahim Tatlısəs məni Türkiyəyə dəvət etdi, .....                     Ev sahibini döyüb qızını qaçırdan "elektrik şəbəkəsi"nin işçilərindən .....                     Şahbaz Xuduoğlu Əlisa Nicatı müdafiə etdi: .....                 

Erməni məhbuslar Bakıda DƏRS ALIR: - “Üçüncü ölkə vasitəsilə görüşə icazə verilməyəcək”
Tarix: Bu gün, 15:00 | Çap et

Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanda saxlanılan ermənilərə konsulluq səfərinin təşkili ilə bağlı üçüncü, neytral ölkəyə müraciət etdiyini açıqlayıb.

Bu barədə Ermənistan XİN məlumat yayıb. Nazirlik hansı ölkəyə müraciət edildiyini açıqlamayıb.

XİN bildirib ki, Azərbaycanda saxlanılan şəxslərə baş çəkilməsi məsələsi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə də mütəmadi müzakirələr aparılır. Ermənistan tərəfinin məlumatına görə, 2026-cı ildə BQXK bu şəxslərə baş çəkmək üçün müvafiq icazə ala bilməyib.

Nazirlik qeyd edib ki, Azərbaycanda saxlanılan ermənilərin geri qaytarılması məsələsi Ermənistan hökumətinin daim diqqət mərkəzindədir.

Məlumata görə, iyulun 8-də Bakıda həbsdə olan Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend Ermənistanın baş naziri Nikol Paşinyana açıq məktub göndərərək beynəlxalq qadın humanitar nümayəndə heyətinin tərkibində Bakıya getmək niyyətində olduğunu bildirmişdi.

Avqustun 20-də Zonabend və erməni məhbusların Avropa İnsan Hüquqları Məhkəməsində maraqlarını təmsil edən Siranuyş Saakyan Ermənistan XİN-in İnsan Hüquqları və Humanitar Məsələlər İdarəsinin, məhbuslar, girovlar və itkin düşmüş şəxslərlə bağlı idarələrarası komissiyanın, eləcə də ombudsman aparatının nümayəndələri ilə görüşüblər.

Siyasi ekspertlər hesab edir ki, Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanda saxlanılan şəxslərə baş çəkmək üçün neytral bir ölkəyə və Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) müraciət etməsi İrəvanın həm daxili, həm də xarici siyasətdə güddüyü konkret maraqlardan xəbər verir. Paşinyan hakimiyyəti bir tərəfdən revanşist müxalifətin və Qarabağdan gələn ermənilərin sosial narazılığını idarə etməyə çalışırsa, digər tərəfdən bu mövzunu beynəlmiləlləşdirərək sülh prosesi öncəsi Bakıya qarşı əlavə siyasi təzyiq rıçağı yaratmaq niyyətindədir. Lakin Beynəlxalq Qızıl Xaç Komitəsinin siyasiləşməsi səbəbilə bu qurumla əməkdaşlığı dayandıran Azərbaycan dövləti üçün saxlanılan şəxslərin hüquqları ölkə qanunvericiliyi və Ombudsman monitorinqi çərçivəsində tam təmin olunur və Bakı öz suverenliyinə zidd olan heç bir kənar konsulluq müdaxiləsinə imkan verməyəcək.

Mövzunu Sherg.az-a şərh edən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Ermənistandakı ictimai-siyasi vəziyyətin stabil olmadığını deyib.

Ermənistanda güclü müxalifətin olduğunu vurğulayan hüquq müdafiəçisi qeyd edib ki, revanşist qüvvələrin böyük hissəsi məhz müxalifət düşərgəsində cəmləşib: "Cəmiyyətin müəyyən təbəqəsi bu qüvvələrin təsiri altındadır. Müxalifətin ritorikasında yenidən müharibəyə çağırışlar, ərazi iddiaları və revanşist fikirlər ön plana çıxır. Bu, revanşist müxalifətin əlində bir silahdır. Sosial bazalarını bu vasitə ilə genişləndirməyə çalışırlar.

Qarabağdan könüllü şəkildə getmiş ermənilərin Ermənistanda yaşayan qohumları, yaxınları və tanışları da yaranmış vəziyyətdən narazıdırlar və müxalifət bu narazılıqdan da siyasi məqsədləri üçün istifadə etməyə cəhd edir. Əslində özlərindən narazı olmalıdırlar, çünkü müharibəni uduzdular, müharibəni onlar başladılar və sonluğu da onlar üçün çox pis nəticələrlə qurtardı".

Çingiz Qənizadənin sözlərinə görə, Ermənistan Xarici İşlər Nazirliyinin bu məsələni gündəmdə saxlamasının əsas səbəblərindən biri ölkədəki narazı kütləni müəyyən qədər sakitləşdirmək və hakimiyyətin də bu məsələdə maraqlı olduğunu göstərməkdir:

“Onlar, eyni zamanda, Qarabağdan getmiş ermənilərin geri qaytarılması məsələsini gündəmdə saxlamaqla öz sosial bazalarını genişləndirməyə çalışırlar. Çünki narazı sosial bazanın böyük hissəsinin yenidən siyasi hakimiyyətin yanında olmasını istəyirlər. Yəni burada iki məqam var: birincisi, öz sosial bazalarını genişləndirmək, ikincisi isə narazı və müxalifətçi qüvvələri müəyyən qədər sakitləşdirmək”.

Üçüncü ölkəyə müraciət məsələsinə gəldikdə isə hüquq müdafiəçisinin sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmadan diplomatik münasibətlərin qurulması mümkün deyil: "Diplomatik münasibətlər olmadığı halda isə konsulluq əlaqələri də mövcud deyil. Belə vəziyyətdə Ermənistan beynəlxalq təşkilatlara müraciət edə bilər".

Hüquq müdafiəçisi Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı fəaliyyətinin dayandırılmasına da toxunub. O bildirib ki, Komitə müəyyən siyasi dairələrin təsiri altında fəaliyyət göstərib və humanitar missiyasından kənara çıxaraq siyasi alətə çevrilib: “Onlar haqqın yanında ola bilmədilər və Azərbaycanda fəaliyyətlərini dayandıraraq, daha doğrusu, bizim istəyimizə uyğun şəkildə ölkəni tərk etdilər. Azərbaycan dövləti bu qurumla əməkdaşlıqda maraqlı olmadığını bildirdi və onlar da haqlı olaraq ölkəni tərk edib getdilər. Bu baxımdan, Beynəlxalq Qırmızı Xaçın hansısa bir 2026-cı il üçün müraciət edərək müvafiq izahat ala bilməməsi təbii haldır. Azərbaycan hələlik onlarla əməkdaşlıq hələlik etmək niyyətində deyil".

Çingiz Qənizadənin sözlərinə görə, Ermənistan sülh müqaviləsinin imzalanmasında maraqlıdır, lakin bu prosesə ölkədəki siyasi və hüquqi reallıqları nəzərə alaraq mərhələli şəkildə gedir. O bildirib ki, Ermənistan Konstitusiyasında dəyişiklik edilməsi və bununla bağlı referendum keçirilməsi zərurəti var. Parlamentdə referendum məsələsini həll etmək üçün tələb olunan səs çoxluğunun əldə olunmaması da prosesi müəyyən qədər çətinləşdirir: " Son dövrlərdə Baş nazir Nikol Paşinyanın bəzi bəyanatları Ermənistanın Qarabağla bağlı mövqeyində dəyişikliklərin baş verdiyini göstərir. Paşinyan real vəziyyətə qiymət verilməsinin, xəyallardan və Qarabağla bağlı arzularından imtina edilərək real Ermənistanın inkişafına fokuslanmağın vacibliyini vurğulayır. Paşinyanın son bəyanatlarından biri də kifayət qədər maraqlı idi. O bildirdi ki, dağıdıcı iddialarla, başqa ölkələrin ərazilərinə iddia etməklə yaşamaq əvəzinə, artıq real Ermənistanın idarəçiliyinə və normal inkişafına diqqət yetirmək niyyətindədir. Bunun altında ciddi siyasi maraqlar dayanır. Yəni Qarabağ məsələsinin Ermənistan üçün artıq geridə qaldığı, digər dövlətlərin ərazilərinə dair iddialardan imtina edilməli olduğu və ölkənin mövcud reallıqları üzərində çalışaraq onu inkişaf etdirməyin vacibliyi mesajı verilir. Onu da deyim ki, Azərbaycanın Ermənistanla ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində atılan addımlar və Zəngəzur dəhlizi ilə bağlı İrəvandan səslənən daha müsbət və xoşməramlı ifadələr də Ermənistanın sülh müqaviləsinə doğru getmək niyyətini göstərir. Ermənistan ölkədəki siyasi reallıqları nəzərə alaraq bu prosesə mərhələli şəkildə yanaşır və nəticə etibarilə sülh müqaviləsinin imzalanması mümkündür. Bundan sonra Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlərin qurulması məsələsi də gündəmə gələ bilər.

Amma üçüncü ölkədən onların konsulluq xətti ilə bu saxlanılan, barələrində hökm çıxarılmış bu cinayətkar, separatçı rejimin rəhbərləri ilə ünsiyyət saxlamaq, görüşməyə Azərbaycan də icazə verməyəcək. Onlar normal ailələri ilə telefon danışıqları edirlər və heç bir problem yoxdur. Saxlanma şəraitləri normaldır. Ombudsman səfər edir, onların saxlanma şəraiti ilə bağlı Səbinə xanım və onun komandası tez-tez ictimaiyyətə açıqlamalar verirlər. Belə olan halda üçüncü ölkənin vasitəsilə hansısa konsulluq əməkdaşının gəlib onlarla görüşməsinin nə kimi yeni nəticə verəcəyi də aydın deyil. Ona görə də hesab edirəm ki, konsulluq əməkdaşının onlara baş çəkməsinə ciddi ehtiyac yoxdur”.

Ç. Qənizadə qeyd edib ki, bütün bu məsələlərdə Azərbaycanın xarici siyasətini həyata keçirən dövlət başçısının mövqeyi həlledicidir. Onun sözlərinə görə, Prezidentin bu məsələyə münasibəti də Azərbaycan xalqının və dövlətin milli maraqları çərçivəsində formalaşacaq: “Cənab Prezident belə məsələlərdə hər zaman milli və dövlət maraqlarını əsas götürür. Hesab edirəm ki, gələcəkdə bu məsələyə münasibət bildirərkən də ilk növbədə Azərbaycan xalqının və dövlətinin maraqlarından çıxış edəcək”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xocavənddə traktor minaya düşüb
Bu gün, 18:26
ABŞ generalı Odessaya səfər edib
Bu gün, 18:04
“Atəşgah” Sığorta Şirkətində təyinat olub - BUNDAN SONRA...
Bu gün, 17:55
Azərbaycanda elektron pul təşkilatına yeni rəhbər təyin edildi - ƏMR
Bu gün, 17:53
“Falcon Finance”ın cəmi gəliri AZALIB - HESABAT
Bu gün, 17:45
“Deyir xalqa xidmət edirəm, ay yetim, toyda oxuyub pul qazanmısan da” – Seyran Səxavət
Bu gün, 17:36
Xalq artisti “Bolt”dan şikayətçidir - “Biabırçılıqdır, fırıldaqçılıq edirlər”
Bu gün, 17:29
QHT-lərə Dövlət Dəstəyi Agentliyi “yalan vədlər” fabriki kimi... -...dövlət büdcəsi havaya sovrulur
Bu gün, 16:17
Seyran Hüseynova general-mayor rütbəsi verildi - ƏMR
Bu gün, 15:59
Afaq Gəncəlidən ETİRAF: - "Aparıcı olmasaydım, mütləq..."
Bu gün, 15:56
“Loğmanı işdən çıxarıblar, onun dəstəyini görməmişəm” - Xalq artisti qardaşı ilə danışmır?
Bu gün, 15:51
Afaq Gəncəlidən ETİRAF: - "Aparıcı olmasaydım, mütləq..."
Bu gün, 15:47
Dərslər 1 sentyabrda BAŞLAYIR? - AÇIQLAMA
Bu gün, 15:37
ADY-dən şikayət: Qatarlar ünvana 2 saat gec çatır - BU NƏDİ BELƏ?
Bu gün, 15:34
Dərslər 1 sentyabrda BAŞLAYIR? - AÇIQLAMA
Bu gün, 15:26
Paşinyanın “4 ərazi” açıqlamasının sirri – Bakının belə bir qərarı yoxdur
Bu gün, 15:22
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:11
Bakıda qol saatına görə QAN TÖKÜLDÜ: - "Bilsəydim, tək çıxmazdım"
Bu gün, 15:08
Erməni məhbuslar Bakıda DƏRS ALIR: - “Üçüncü ölkə vasitəsilə görüşə icazə verilməyəcək”
Bu gün, 15:00
Şirkətə 726 minlik ziyan vurmaqda təqsirləndirilən iş adamının bəraət hökmü LƏĞV EDİLDİ
Bu gün, 13:25
Nazirin sinif yoldaşı olmaq Valeh Mirzaliyevə nələr qazandırır? - İLGİNC FAKTLAR
Bu gün, 13:21
"Müğənnilər pul xərcləmir, həvəsləri yoxdur" – Hit mahnılar niyə TARİXƏ QARIŞIR?
Bu gün, 13:18
Ermənistanda konstitusiya dəyişikliyi ilə bağlı son seçim: - Bir yol qalıb...
Bu gün, 13:13
Mənzil bazarında bahalaşma: Kirayələr nə qədər artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 13:12
CNN-ə qarşı iddia: informasiya etibarlılığı uğrunda mübarizədə presedent - TƏFƏRRÜAT
Bu gün, 13:07
30 illik İmişli Balıq Zavodu – BAĞLANIR
Bu gün, 13:06
Azərbaycan Rusiyaya çatır – Qaz bazarında MÜHÜM gəlişmə
Bu gün, 12:58
"Zəngəzur" elektrik ötürmə xəttində işlərin birinci mərhələsi yekunlaşır - VİDEO
Bu gün, 11:53
Vüsal Nəsirli onu rəhbər təyin etdi - ƏMR
Bu gün, 11:50
Arsenyan Rusiyadan geri çağırılır – Paşinyan narazıdır
Bu gün, 11:36
Rusiya seçkilərində İLGİNC “erməni ssenarisi”
Bu gün, 11:12
İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi - KİV
Bu gün, 11:09
Bu şəxslər üzlərini dəyişdirib, gizlicə Azərbaycana girə bilərlər? – MÜƏMMA
Bu gün, 11:08
İranın Zəngəzur “sancısı” BUNA GÖRƏ imiş... - GƏLİŞMƏ
Bu gün, 11:05
Ermənistanın AES təhlükəsi: - ABŞ reaktoru İrəvanı batıra bilər
Bu gün, 10:40
Kəngərlidə 37-ci il AB-HAVASI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:34
Rusiyada adam oğurluğunda ittiham edilən azərbaycanlı ilə bağlı QƏRAR
Bu gün, 10:30
“İbrahim Tatlısəs məni Türkiyəyə dəvət etdi, Zeynəb xanıma deyəndə dedi ki...”
Bu gün, 10:28
Ev sahibini döyüb qızını qaçırdan "elektrik şəbəkəsi"nin işçilərindən XƏBƏR VAR
Bu gün, 10:25
Şahbaz Xuduoğlu Əlisa Nicatı müdafiə etdi: - “Onda deyək ki, Mirzə Cəlil də "Ölülər" deməməli idi?!”
Bu gün, 10:23
Rusiyadakı yanacaq böhranı Ermənistana təsir etmir - Azərbaycanla sülhün faydaları
Bu gün, 10:21
Smolenskaya meydanında diplomatik striptiz və ya absurd teatr - Zaxarovaya məntiqi sual
Bu gün, 10:17
Paşinyan bunu qanuniləşdirmək istəyir, Bakı qəbul etməyəcək – Sabiq nazir
Bu gün, 10:14
Azərbaycan UEFA reytinqində mövqeyini qorudu
Bu gün, 10:12
“Green Card” uddu, Bakıdakı vəzifəsindən getdi – AÇIQLAMA
Bu gün, 10:07
Tahir Əmiraslanovun yerinə o təyin olundu -2025-ci ilin noyabrından...
Bu gün, 09:58
ABŞ BƏƏ-dən Dubaydan İrana axan maliyyə kanalını bağlamağı tələb edir
Bu gün, 09:56
Azərbaycan neftinin qiyməti 97 dollara yaxınlaşıb
Bu gün, 09:53
Putin düşünür ki, ukraynalılar bu qışdan sağ çıxmayacaq - Kislitsa
Bu gün, 08:40
İmtahanla çıxara bilmədikləri işçiyə ZORLA ƏRİZƏ YAZDIRIRLAR - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru