Kreml rəhbəri Vladimir Putin sülh danışıqlarına köklənməyib. O hesab edir ki, ukraynalılar növbəti qışı keçirə bilməyəcək.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin birinci müavini Sergey Kislitsa deyib.
"Putinin indi danışıqlar masasına oturmaq istəyi yoxdur. Qış başladıqdan və bitənə qədər, yəni martın ortalarına qədər onun motivasiyası daha da azalacaq. Putin ukraynalıların bu qışdan sağ çıxmaq üçün bir millət kimi kifayət qədər güclü olmadığına inanır. Ukrayna hələ də müharibəyə son qoymaq üçün diplomatik variantları nəzərdən keçirir", - deyə o bildirib.



















