
“Əvvəllər hit mahnılar oxuyan müğənnilər gənc idi, reklama ehtiyacları var idi”.
Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış bəstəkar İmruzə Hüseynova “Niyə bu gün yaranan mahnılar hitə çevrilmir?” sualını cavablandırarkən deyib.
Bəstəkar hit mahnıların yaranmamasının əsas səbəblərini sadalayıb:
“Əvvəllər hit oxuyan müğənnilər gənc idi, reklama ehtiyacları var idi. Bir də “rastkrutka” deyilən bir anlayış var ki, o mahnıları nə qədər tanıdırdılar. Müğənnilərin o vaxtlar həvəsləri var idi, pul qoyurdular, reklamını təşkil edib mahnıları hitə çevirirdilər. İndiki zamanda isə sənətçilərin çoxu artıq öz sözünü deyib məşhurlaşıblar, hansısa mahnını hitə çevirməyə həvəsləri yoxdur. İndi də istənilən mahnını götürüb gün ərzində tez-tez səsləndirsən, hitə çevriləcək. Necə ki, əvvəllər sifarişli mahnılar var idi, pulunu verib hər gün radio və televiziyada yayımlayırdılar. İndi bunu etməyə ehtiyac duymurlar”.


















