Xocavənddə traktor minaya düşüb .....                     ABŞ generalı Odessaya səfər edib .....                     “Atəşgah” Sığorta Şirkətində təyinat olub .....                     Azərbaycanda elektron pul təşkilatına yeni rəhbər təyin edildi .....                     “Falcon Finance”ın cəmi gəliri AZALIB .....                     “Deyir xalqa xidmət edirəm, ay yetim, toyda oxuyub pul qazanmısan da” .....                     Xalq artisti “Bolt”dan şikayətçidir .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyi “yalan vədlər” fabriki kimi... .....                     Seyran Hüseynova general-mayor rütbəsi verildi .....                     Afaq Gəncəlidən ETİRAF: .....                     “Loğmanı işdən çıxarıblar, onun dəstəyini görməmişəm” .....                     Afaq Gəncəlidən ETİRAF: .....                     Dərslər 1 sentyabrda BAŞLAYIR? .....                     ADY-dən şikayət: Qatarlar ünvana 2 saat gec çatır .....                     Dərslər 1 sentyabrda BAŞLAYIR? .....                     Paşinyanın “4 ərazi” açıqlamasının sirri .....                     Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir .....                     Bakıda qol saatına görə QAN TÖKÜLDÜ: .....                     Erməni məhbuslar Bakıda DƏRS ALIR: .....                     Şirkətə 726 minlik ziyan vurmaqda təqsirləndirilən iş adamının bəraət hökmü .....                     Nazirin sinif yoldaşı olmaq Valeh Mirzaliyevə nələr qazandırır? .....                     "Müğənnilər pul xərcləmir, həvəsləri yoxdur" .....                     Ermənistanda konstitusiya dəyişikliyi ilə bağlı son seçim: .....                     Mənzil bazarında bahalaşma: Kirayələr nə qədər artıb? .....                     CNN-ə qarşı iddia: informasiya etibarlılığı uğrunda mübarizədə presedent .....                     30 illik İmişli Balıq Zavodu .....                     Azərbaycan Rusiyaya çatır .....                     "Zəngəzur" elektrik ötürmə xəttində işlərin birinci mərhələsi yekunlaşır .....                     Vüsal Nəsirli onu rəhbər təyin etdi .....                     Arsenyan Rusiyadan geri çağırılır .....                     Rusiya seçkilərində .....                     İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi .....                     Bu şəxslər üzlərini dəyişdirib, gizlicə Azərbaycana girə bilərlər? .....                     İranın Zəngəzur “sancısı” BUNA GÖRƏ imiş... .....                     Ermənistanın AES təhlükəsi: .....                     Kəngərlidə 37-ci il AB-HAVASI... .....                     Rusiyada adam oğurluğunda ittiham edilən azərbaycanlı ilə bağlı .....                     “İbrahim Tatlısəs məni Türkiyəyə dəvət etdi, .....                     Ev sahibini döyüb qızını qaçırdan "elektrik şəbəkəsi"nin işçilərindən .....                     Şahbaz Xuduoğlu Əlisa Nicatı müdafiə etdi: .....                 

Rusiyada adam oğurluğunda ittiham edilən azərbaycanlı ilə bağlı QƏRAR
Tarix: Bu gün, 10:30 | Çap et

Ali Məhkəmədə adam oğurluğu və dövlət sərhədini qanunsuz olaraq keçmədə təqsirləndirilən İlqar Məmmədovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, İlqar Məmmədov əvvəlcədən əlbir olduğu şəxslərlə birlikdə Rusiyanın Komi Respublikasında zərərçəkmiş S.S.-i (adı, soyadı şərtidir) oğurlayıb və ona qarşı zor tətbiq edib.

İş materiallarına görə, hadisə 2019-cu ildə Rusiya Federasiyasının Komi Respublikasının Sıktıvkar şəhərində baş verib.

Belə ki, İlqar Məmmədov tanışının təklifi əsasında Rusiya Federasiyası vətəndaşı ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs təşkil edib. Qrupun məqsədi zərərçəkmiş S.S.-i oğurlamaq olub.

Əvvəlcədən müəyyən edilmiş rollara uyğun olaraq tanışı zərərçəkmiş şəxslə əlaqə saxlayaraq onu Sıktıvkar şəhəri, Bumajnikov küçəsi, 26 ünvanına çağırıb. S.S. həmin şəxsin dəvəti ilə qeyd edilən ünvana gəldikdən sonra İlqar Məmmədov ona yaxınlaşıb. Onlar zərərçəkmiş şəxsin əllərindən tutaraq ona zor tətbiq edib, daha sonra S.S.-i İlqar Məmmədovun idarə etdiyi “Opel Astra” markalı avtomobilə tərəf aparıblar. Zərərçəkmiş şəxsin müqavimət göstərməsi səbəbindən İlqar Məmmədov onun baş nahiyəsinə azı iki dəfə zərbə vurub. Bundan sonra zərərçəkmiş şəxs məcburi şəkildə avtomobilin arxa oturacağına mindirilib.

Maşın Sıktıvkar şəhəri ərazisindən hərəkət edərək Komi Respublikasının Kortkeros rayonunun Kortkeros kəndində yerləşən şirkətlərdən birinin ərazisinə gətirilib. Burada S.S.-in müqavimət göstərməsinin və qaçmasının qarşısını almaq məqsədilə onun yük trosu ilə avtomobilin oturacağına bağlandığı bildirilir. Daha sonra İlqar Məmmədov silah qismində istifadə etdiyi bıçağı zərərçəkmiş şəxsin boğazına tutaraq onu hədələyib və həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib.

Lakin hadisənin qarşısı polis əməkdaşlarının müdaxiləsi nəticəsində alınıb. Belə ki, saat 00:05 radələrində polis əməkdaşları hadisə yerinə gələrək zərərçəkmiş şəxsi azad ediblər.

İlqar Məmmədova qarşı irəli sürülən ittihamlardan biri də Rusiya Federasiyasının dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı olub.

Məlumata görə, Rusiya Federasiyasının Komi Respublikası üzrə müvafiq dövlət qurumu tərəfindən İlqar Məmmədovun Rusiya ərazisinə girişinə müəyyən müddətə qadağa qoyulub. O, giriş məhdudiyyətinin müddətinin başa çatmasını gözləmədən, Rusiyaya girişinə icazə verilmədiyini bildiyi halda 2018-ci ildə Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçib.

İlqar Məmmədov Azərbaycan Respublikasının Yalama və Rusiya Federasiyasının Taqirkent-Kazmalyar buraxılış məntəqələri arasından keçərək Rusiya dövlət sərhədini qanunsuz şəkildə keçib. Daha sonra Taqirkent-Kazmalyar buraxılış məntəqəsinə gəlib və sərhəd nəzarətindən keçərkən pasportunu təqdim edib. O, barəsində Rusiya ərazisinə girişin qadağan edilməsi barədə qərarın mövcud olduğunu sərhəd nəzarəti əməkdaşlarından gizlədib və bununla həmin qərarla bağlı əməkdaşları yanıldaraq Rusiya ərazisinə daxil olub.

Hadisədən bir müddət sonra İlqar Məmmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədova 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Eyni zamanda, məhkəmə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş 8 illik azadlıqdan məhrumetmə cəzasını şərti olaraq tətbiq edib və onun barəsində 2 il sınaq müddəti müəyyənləşdirib.

Rusiya Federasiyasının dövlət sərhədini qanunsuz keçmə ilə bağlı ittiham üzrə isə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi nəzərə alınaraq cəza təyin edilməyib.

Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya protesti təmin edilməyib. Bundan sonra dövlət ittihamçısı kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xocavənddə traktor minaya düşüb
Bu gün, 18:26
ABŞ generalı Odessaya səfər edib
Bu gün, 18:04
“Atəşgah” Sığorta Şirkətində təyinat olub - BUNDAN SONRA...
Bu gün, 17:55
Azərbaycanda elektron pul təşkilatına yeni rəhbər təyin edildi - ƏMR
Bu gün, 17:53
“Falcon Finance”ın cəmi gəliri AZALIB - HESABAT
Bu gün, 17:45
“Deyir xalqa xidmət edirəm, ay yetim, toyda oxuyub pul qazanmısan da” – Seyran Səxavət
Bu gün, 17:36
Xalq artisti “Bolt”dan şikayətçidir - “Biabırçılıqdır, fırıldaqçılıq edirlər”
Bu gün, 17:29
QHT-lərə Dövlət Dəstəyi Agentliyi “yalan vədlər” fabriki kimi... -...dövlət büdcəsi havaya sovrulur
Bu gün, 16:17
Seyran Hüseynova general-mayor rütbəsi verildi - ƏMR
Bu gün, 15:59
Afaq Gəncəlidən ETİRAF: - "Aparıcı olmasaydım, mütləq..."
Bu gün, 15:56
“Loğmanı işdən çıxarıblar, onun dəstəyini görməmişəm” - Xalq artisti qardaşı ilə danışmır?
Bu gün, 15:51
Afaq Gəncəlidən ETİRAF: - "Aparıcı olmasaydım, mütləq..."
Bu gün, 15:47
Dərslər 1 sentyabrda BAŞLAYIR? - AÇIQLAMA
Bu gün, 15:37
ADY-dən şikayət: Qatarlar ünvana 2 saat gec çatır - BU NƏDİ BELƏ?
Bu gün, 15:34
Dərslər 1 sentyabrda BAŞLAYIR? - AÇIQLAMA
Bu gün, 15:26
Paşinyanın “4 ərazi” açıqlamasının sirri – Bakının belə bir qərarı yoxdur
Bu gün, 15:22
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:11
Bakıda qol saatına görə QAN TÖKÜLDÜ: - "Bilsəydim, tək çıxmazdım"
Bu gün, 15:08
Erməni məhbuslar Bakıda DƏRS ALIR: - “Üçüncü ölkə vasitəsilə görüşə icazə verilməyəcək”
Bu gün, 15:00
Şirkətə 726 minlik ziyan vurmaqda təqsirləndirilən iş adamının bəraət hökmü LƏĞV EDİLDİ
Bu gün, 13:25
Nazirin sinif yoldaşı olmaq Valeh Mirzaliyevə nələr qazandırır? - İLGİNC FAKTLAR
Bu gün, 13:21
"Müğənnilər pul xərcləmir, həvəsləri yoxdur" – Hit mahnılar niyə TARİXƏ QARIŞIR?
Bu gün, 13:18
Ermənistanda konstitusiya dəyişikliyi ilə bağlı son seçim: - Bir yol qalıb...
Bu gün, 13:13
Mənzil bazarında bahalaşma: Kirayələr nə qədər artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 13:12
CNN-ə qarşı iddia: informasiya etibarlılığı uğrunda mübarizədə presedent - TƏFƏRRÜAT
Bu gün, 13:07
30 illik İmişli Balıq Zavodu – BAĞLANIR
Bu gün, 13:06
Azərbaycan Rusiyaya çatır – Qaz bazarında MÜHÜM gəlişmə
Bu gün, 12:58
"Zəngəzur" elektrik ötürmə xəttində işlərin birinci mərhələsi yekunlaşır - VİDEO
Bu gün, 11:53
Vüsal Nəsirli onu rəhbər təyin etdi - ƏMR
Bu gün, 11:50
Arsenyan Rusiyadan geri çağırılır – Paşinyan narazıdır
Bu gün, 11:36
Rusiya seçkilərində İLGİNC “erməni ssenarisi”
Bu gün, 11:12
İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi - KİV
Bu gün, 11:09
Bu şəxslər üzlərini dəyişdirib, gizlicə Azərbaycana girə bilərlər? – MÜƏMMA
Bu gün, 11:08
İranın Zəngəzur “sancısı” BUNA GÖRƏ imiş... - GƏLİŞMƏ
Bu gün, 11:05
Ermənistanın AES təhlükəsi: - ABŞ reaktoru İrəvanı batıra bilər
Bu gün, 10:40
Kəngərlidə 37-ci il AB-HAVASI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:34
Rusiyada adam oğurluğunda ittiham edilən azərbaycanlı ilə bağlı QƏRAR
Bu gün, 10:30
“İbrahim Tatlısəs məni Türkiyəyə dəvət etdi, Zeynəb xanıma deyəndə dedi ki...”
Bu gün, 10:28
Ev sahibini döyüb qızını qaçırdan "elektrik şəbəkəsi"nin işçilərindən XƏBƏR VAR
Bu gün, 10:25
Şahbaz Xuduoğlu Əlisa Nicatı müdafiə etdi: - “Onda deyək ki, Mirzə Cəlil də "Ölülər" deməməli idi?!”
Bu gün, 10:23
Rusiyadakı yanacaq böhranı Ermənistana təsir etmir - Azərbaycanla sülhün faydaları
Bu gün, 10:21
Smolenskaya meydanında diplomatik striptiz və ya absurd teatr - Zaxarovaya məntiqi sual
Bu gün, 10:17
Paşinyan bunu qanuniləşdirmək istəyir, Bakı qəbul etməyəcək – Sabiq nazir
Bu gün, 10:14
Azərbaycan UEFA reytinqində mövqeyini qorudu
Bu gün, 10:12
“Green Card” uddu, Bakıdakı vəzifəsindən getdi – AÇIQLAMA
Bu gün, 10:07
Tahir Əmiraslanovun yerinə o təyin olundu -2025-ci ilin noyabrından...
Bu gün, 09:58
ABŞ BƏƏ-dən Dubaydan İrana axan maliyyə kanalını bağlamağı tələb edir
Bu gün, 09:56
Azərbaycan neftinin qiyməti 97 dollara yaxınlaşıb
Bu gün, 09:53
Putin düşünür ki, ukraynalılar bu qışdan sağ çıxmayacaq - Kislitsa
Bu gün, 08:40
İmtahanla çıxara bilmədikləri işçiyə ZORLA ƏRİZƏ YAZDIRIRLAR - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru