Gəncə Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Elmir Zamanovun (adı, soyadı şərtidir) barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, Gәncә şәhәr Mәhkәmәsinin hökmü cәzaya aid hissәsәdә dәyişdirilib, ona 3 il müddәtinә azadlığın mәhdudlaşdırılması cәzası təyin olunub. Elmir Zamanov barәsindә seçilmiş hәbs qәtimkan tәdbiri lәğv edilib vә
dәrhal hәbsdәn azad olunub.
İttihama görə, təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə əvvəlcədən cinayət niyyəti formalaşdırıb. İstintaqla müəyyən edilib ki, o, 2021-ci ilin dekabr ayında zərərçəkmiş şəxs Valeh Əşrəfovun (adı, soyadı şərtidir) teplovoz almaq istədiyini öyrənərək onunla telefon əlaqəsi saxlayıb və
özünü bu sahədə vasitəçi (“makler”) kimi təqdim
Belə ki, Elmir Zamanov zərərçəkmişə 70 000 manata satılan teplovozun mövcud olduğunu bildirərək onu sövdələşməyə razı salıb. O, əslində isə həmin teplovozun sahibi olmayıb. Söhbət 1985-ci ildən "Azərneft" İstehsalat Birliyinin Maddi-Texniki Təchizat İdarəsinə məxsus, Şəmkir xidmət sahəsinin ərazisində yerləşən TQK2-1449 markalı teplovozdan gedib. Təqsirləndirilən şəxs bu texnikanın guya özünə məxsus olduğunu bildirərək alıcının etibarını qazanmağa çalışıb.
İstintaqın qənaətinə əsasən, Elmir Zamanov əvvəldən verdiyi vədə əməl etmək və teplovozu satmaq niyyətində olmayıb. Məqsədi yalnız Valeh Əşrəfova məxsus pul vəsaitini ələ keçirmək olub.
Cinayət işi üzrə müəyyən edilib ki, təqsirləndirilən şəxs müxtəlif tarixlərdə və fərqli üsullarla zərərçəkmişdən ümumilikdə 35 500 manat məbləğində pul alıb.
Gәncә şәhәr Mәhkәmәsinin hökmü ilə Elmir Zamanov 11 ay 29 gün müddәtinә azadlıqdan mәhrum edilib.

















