Bakıdakı “yəhudi”nin qurbanları .....                     Sumqayıtda 5-ci mərtəbədən yıxılan uşaq sağ qalıb .....                     90 min manatlıq mənzili sahibinin xəbəri olmadan satan şəxs .....                     Müctəba Xamenei ölüb .....                     YAP-da qadın sədrlərin sayı açıqlanıb .....                     Məktəb qarşısında tanışını bıçaqlanan şəxs məhkəmə zalında .....                     "Pul qazanmaq üçün şeytanın da ağlına gəlməyənləri edirlər..." .....                     FHN qəzalı vəziyyətə düşmüş evlərin təmirinə .....                     Qumar pulunu leqallaşdıran Rusiya vətəndaşları ilə bağlı .....                     Dövlət Məşğulluq Agentliyi köhnə TENDER PARTNYORUNA üstünlük verdi .....                     Almaniyanın enerji şirkətinin Azərbaycandakı nümayəndəliyi .....                     Xadimə işlədiyi evdən 80 min manatlıq qızıl üzüklər oğurladı .....                     Neft Fondu «Google»un səhmlərinə 466 MİLYON DOLLAR YATIRIB .....                     “Belə valideynin xoşbəxt övladı olur” .....                     Bakıda qayınanasını bıçaqlayan şəxsə şərti cəza verildi .....                     Azərbaycanda şirkətlər ayrıldı .....                     Polis kapitanı çayda boğulub .....                     Əməkdar artistdən kobud qayda pozuntusu: yolu kəsib mahnı oxudu .....                     "Güclü sənətin qarşısını heç kim kəsə bilməz" .....                     “Bakıda Almaniya ilə rəsmi danışıqlar aparılmayıb” .....                     "Bu, bizim üçün Allahın ən böyük möcüzələrindən biri oldu" .....                     Qazaxıstan BTC və Bakı-Supsanı əlavə neft ixracı marşrutları kimi nəzərdən keçirir .....                     Vaşinqtondan başlanan sülh prosesi .....                     Cənubi Qafqazda uzunmüddətli sülhün mümkünlüyünü göstərən mühüm siyasi hadisə .....                     Götürək Gürcüstan cəmiyyətini... .....                     "Evdə uşaq ac qalmalıdır?" .....                     “VƏ”dən əvvəl gələn Azərbaycan .....                     Rusiya nüvə dövlətidir, heç kim ona hücum edə bilməz .....                     Vaşinqton-Bakı münasibətlərində gözlənilməz nəticə .....                     Qağaməli Seyfullayevin işçiləri gileylənir ki... .....                     Tarix məhkəmə zalı deyil... .....                     "Liftlər baxımsızdır, amma illik pul yığılır..." .....                     2 ildir ki, buradan mənzil alıb, amma... .....                     "Vətəndaş öz pulunu inandığı dəyərlər üçün xərcləməyi öyrənməlidir..." .....                     " Yaxşı günümdə də, pis günümdə də hər zaman yanımda, dayağım olmusan..." .....                     4 min manata telefon alasan, o da belə... .....                     Azərbaycan təhsil sisteminin DƏFN MƏRASİMİ... .....                     "21-ci əsrdir... amma bu kənddə..." .....                     Təcili Tibbi Yardımın AYAĞINDAKI ÖLÜMLƏR... .....                     ABŞ İsrailin Qəzza ilə bağlı razılaşmalara əməl edəcəyinə ümid edir .....                 

Beyləqanda “pambıqla baş kəsirlər” – Fermerlərə zərbə
Tarix: 15-07-2026, 17:12 | Çap et

Azərbaycan uzun illərdir qeyri-neft sektorunun inkişafı üçün pambıqçılığı strateji sahələrdən biri elan edib. Dövlət bu sahəyə böyük subsidiyalar ayırır, fermerləri pambıq əkməyə həvəsləndirir və emal müəssisələrinin fəaliyyətini dəstəkləyir. Məqsəd kənd yerlərində məşğulluğu artırmaq, ixracı genişləndirmək və ölkəyə əlavə valyuta qazandırmaqdır.

Musavat.com “Bakı-Xəbər”ə istinadən xəbər verir ki, Beyləqan rayonunda fəaliyyət göstərən pambıq istehsalı və emalı müəssisələri ilə bağlı fermerlərin səsləndirdiyi iddialar bu sahədə ciddi problemlərin olduğunu göstərir.

Müəllif Akif Nəsirli bildirir ki, əgər bu iddialar doğrudursa, pambıqçılığın inkişafına ən böyük zərbəni bazar deyil, məhz sistemin içində yaranmış qeyri-şəffaf münasibətlər vurur: "Pambıq sahədən yığıldıqdan sonra zavoda təhvil verilənədək müəyyən qədər təbii itki yaranır. Yarpaqların ayrılması, xırda zibillərin təmizlənməsi, nəmliyin dəyişməsi və daşınma zamanı baş verən itkilər səbəbindən dünya təcrübəsində bu göstərici adətən 2–4 faiz arasında qəbul edilir. Hətta 5 faizdən artıq itki varsa, bunun artıq araşdırılması vacib hesab olunur. Lakin Beyləqan fermerləri iddia edirlər ki, onlardan təhvil alınan pambıqdan 21–24 faiz itki çıxılır. Belə bir rəqəm normal texnoloji proseslə izah edilə bilməz və ciddi suallar yaradır".

Fermerlərin ən ağır ittihamı isə bununla bitmir. Onların sözlərinə görə, "itki" adı ilə çıxılan pambıq sonradan yenidən onların öz adına sənədləşdirilir. Pul fermerin bank kartına köçürülür, daha sonra həmin vəsait onlardan nağd şəkildə geri tələb olunur. Fermerlər bildirirlər ki, bu pulu qaytarmasalar, növbəti dəfə məhsulları qəbul edilməyə, hesablaşmaları gecikdirilməyə və ya müxtəlif problemlərlə üzləşməyə məcbur ediləcəklərindən ehtiyat edirlər: «Bu iddialar müstəqil şəkildə təsdiqlənməyib və aidiyyəti qurumlar tərəfindən araşdırılmalıdır. Ancaq belə iddiaların çoxsaylı fermerlər tərəfindən səsləndirilməsi özü-özlüyündə narahatlıq doğurur. Fermerlərin dediyinə görə, problemlər yalnız məhsulun qəbulunda yaşanmır. Onlar bildirirlər ki, toxum, gübrə, pestisid və digər kənd təsərrüfatı vasitələri bazar qiymətindən iki dəfə baha satılır. Aqrotexniki xidmətlər, traktor və digər texnikaların xidmət haqları da alternativ bazarla müqayisədə daha yüksək olur. Nəticədə fermer həm istehsal zamanı artıq xərc çəkir, həm məhsulu təhvil verəndə itki ilə üzləşir, həm də ilin sonunda qazanc əldə edə bilmir».

Sahədən təhvil məntəqəsinə qədər pambıqda itki nə qədər olur?

Sabirabad rayonundan olan pambıqçı-fermer Əfras Əsgərovun Musavat.com-a dediyinə görə, əllə və kombaynla yığılan pambıqda itki faizi fərqli olur:

"Adətən, əllə yığılan pambıqda itki daha az olur. İtkinin miqdarına müxtəlif amillər təsir edir: yığılan zamankı hava şəraiti – yağışlı, dumanlı, şehli havada yığılan pambıqda itki faizi yüksək hesablanır. Çünki pambıq nəm çəkir və ağırlaşır. Daha sonra pambığın yarpaqlarının tökülmə vəziyyəti də itkiyə təsir edir. Əgər yarpaqlar tam tökülməyibsə, kombaynla yığım zamanı çox həcmdə yarpaq pambığa qarışır. Bundan əlavə, pambığın xırda budaqları da qırılıb içinə düşür. Bizdə əllə yığılan pambıqda itki 5 faizə çatmır. Çünki əllə yığılanda içinə əlavə heç nə qarışmır. Lakin kombaynla yığılan pambıqda 10 faizdən aşağı olmur itki, bəzən 15-16 faizə də qalxır. Pambığın yarpaqları vaxtında qurudulub tökülmürsə, şehli, alaqlı yığılsa, 20-25 faizə də qalxa bilər".

Fermer bildirir ki, bütün şirkətlər pambığın təhvil alınması prosesini ciddi nəzarətdə saxlayırlar:

"Bütün rayonlarda elektron tərəzilərdir, zavodların nümayəndələri, fermerlər, hətta mühafizəçilər də nəzarət edirlər. Zavodlara, şirkətlərə bu məsələ qətiyyən sərf etməz. Ona görə də inandırıcı saymıram deyilənləri".

Qeyd edək ki, ötən ilki rekord məhsuldan sonra bu il Azərbaycanda pambıq əkinləri xeyli azalıb. Dövlət Statistika Komitəsinin hesabatına əsasən yanvar-may aylarında ölkədə 89 min hektar sahədə pambıq əkilib. Ötən il 100,6 min hektar sahədə əkin aparılmışdı. Bu isə o deməkdir ki, bu il pambıq əkinlərində 11,6 min hektar, yaxud 11,5 faiz azalma var. Rayonlar üzrə bölgüyə baxdıqda aydın olur ki, ənənəvi pambıqçılıq rayonlarında əkin sahələrində artım yalnız Sabirabad(0,8 faiz), Yevlax(22,2 faiz), Bərdə(0,6 faiz) və Füzulidə(11,5 dəfə) qeydə alınıb. Qalan rayonlarda isə pambıq əkinləri azalıb.

Beyləqan Azərbaycanın ən böyük pambıqçılıq rayonlarından biridir. Eyni zamanda pambıq istehsalında ən yüksək məhsuldarlıq bu rayondadır. Rayon icra hakimiyyəti başçısı Əziz Əzizovun açıqlamasına əsasən bu il Beyləqanda təxminən 9 min hektarda pambıq əkilib.

Açıqlanan məlumata görə, Beyləqan sahələrində pambığın 100 faizə yaxın hissəsi müasir pambıqyığan maşınlar vasitəsilə toplanır. Bu isə təhvil verilən pambıqda itki faizinin yüksək olmasına gətirib çıxaran amildir: kombaynla pambıqda əllə yığılandan daha çox qarışıq olur.

Beyləqanda pambıq əkinlərinin mühüm hissəsindən toplanan məhsul “MKT İstehsalat Kommersiya” MMC, "Azərpambıq” MMC və “P-Agro” MMC-yə təhvil verilir. "Azərpambıq ASK" MMC-nin Beyləqan Pambıq İstehsalı və Emalı filialının direktoru Fazil Hacıyev Musavat.com-a açıqlamasında onların müəssisəsi ilə bağlı belə bir halın olmadığını vurğuladı. Onun sözlərinə görə, indiyədək belə bir fakt qeydə alınmayıb, alınması da mümkün deyil, çünki pambığın təhvil alınması elektronlaşdırılıb, ona müdaxilə imkanı yoxdur.

Beyləqanda fəaliyyət göstərən digər pambıq şirkətlərindən məsələyə münasibət öyrənə bilmədik. Lakin müəssisələrin rəhbərliyi səviyyəsində belə əməliyyatlara şərait yaradılması ağlabatan deyil. Bu sxemin yerli səlahiyyətli şəxslərin fəaliyyəti olması daha çox ehtimal oluna bilər.

Son 4 ildə fermerlərdən pambığın alış qiymətində dəyişiklik olmayıb. 2022-ci ildən bəri pambığın alış qiyməti 1 ton 1-ci növ üçün 800 manat, 2-ci növ üçün 780 manat, 3-cü növ üçün 740 manat, 4-cü növ üçün 700 manat təşkil edir. Hər 1 ton pambığa 20 faiz itki yazıb, onun yarısının pulunu geri almaqla toplayıcı müəssisələr, yaxud bu işə girişən şəxslər külli miqdarda gəlir əldə edə bilərlər. Beyləqan ən yüksək məhsuldarlıq əldə olunan rayondur, istehsal edilən pambığın mühüm hissəsi 1 və 2-ci növdə olur. Ötən il rayonda 37,5 min ton pambıq istehsal olunub. Birinci növ 1 ton pambığın 10 faizinin qiyməti 85, ikinci növdə 78 manat təşkil edir. Yəni fermerlərin iddiaları doğrudursa, bu sxemdə iştirak edənlərin kifayət qədər böyük qazanc əldə etmək imkanı var.

Bundan əlavə, Aqrar Subsidiya Şurasının qərarına əsasən, bu il müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələrində becərilmiş və tədarük məntəqələrinə təhvil verilmiş pambığın hər tonuna görə fermerlərə 215 manat subsidiya ödəniləcək.

Müasir suvarma sistemləri ilə təmin olunmamiş əkin sahələrində becərilərək tədarük məntəqələrinə təhvil verilmiş pambığın hər tonuna görə isə fermerlər 200 manat subsidiya alacaqlar.

Dünya,
Musavat.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıdakı “yəhudi”nin qurbanları - Sensasion adlar
Bu gün, 11:36
Sumqayıtda 5-ci mərtəbədən yıxılan uşaq sağ qalıb
Bu gün, 11:30
90 min manatlıq mənzili sahibinin xəbəri olmadan satan şəxs AZADLIĞA BURAXILDI
Bu gün, 11:29
Müctəba Xamenei ölüb - Lisak
Bu gün, 11:28
YAP-da qadın sədrlərin sayı açıqlanıb
Bu gün, 11:26
Məktəb qarşısında tanışını bıçaqlanan şəxs məhkəmə zalında HƏBS EDİLDİ
Bu gün, 11:24
"Pul qazanmaq üçün şeytanın da ağlına gəlməyənləri edirlər..." - BURASI NAXÇIVANDIR!
Bu gün, 11:17
FHN qəzalı vəziyyətə düşmüş evlərin təmirinə 5,2 manat milyon xərcləyəcək
Bu gün, 11:09
Qumar pulunu leqallaşdıran Rusiya vətəndaşları ilə bağlı QƏRAR
Bu gün, 11:08
Dövlət Məşğulluq Agentliyi köhnə TENDER PARTNYORUNA üstünlük verdi - DETALLAR
Bu gün, 11:07
Almaniyanın enerji şirkətinin Azərbaycandakı nümayəndəliyi - BAĞLANIR
Bu gün, 11:06
Xadimə işlədiyi evdən 80 min manatlıq qızıl üzüklər oğurladı – HÖKM
Bu gün, 11:05
Neft Fondu «Google»un səhmlərinə 466 MİLYON DOLLAR YATIRIB - TƏFƏRRÜAT
Bu gün, 11:04
“Belə valideynin xoşbəxt övladı olur” – Aygün Kazımovanın uşaqlarla maraqlı anları
Bu gün, 11:03
Bakıda qayınanasını bıçaqlayan şəxsə şərti cəza verildi
Bu gün, 11:02
Azərbaycanda şirkətlər ayrıldı - NİZAMNAMƏ KAPİTALI 50 MİN MANAT AZALDILDI
Bu gün, 11:01
Polis kapitanı çayda boğulub - FOTO
Bu gün, 10:58
Əməkdar artistdən kobud qayda pozuntusu: yolu kəsib mahnı oxudu - VİDEO
Bu gün, 10:56
"Güclü sənətin qarşısını heç kim kəsə bilməz"
Bu gün, 10:55
“Bakıda Almaniya ilə rəsmi danışıqlar aparılmayıb” – Qaluzin deyir ki...
Bu gün, 10:21
"Bu, bizim üçün Allahın ən böyük möcüzələrindən biri oldu"
Bu gün, 10:13
Qazaxıstan BTC və Bakı-Supsanı əlavə neft ixracı marşrutları kimi nəzərdən keçirir - "İnterfaks-Qazaxıstan"
Bu gün, 10:09
Vaşinqtondan başlanan sülh prosesi - MƏQALƏ
Bu gün, 09:02
Cənubi Qafqazda uzunmüddətli sülhün mümkünlüyünü göstərən mühüm siyasi hadisə - İsrafil Kərimovun yazısı
Bu gün, 09:00
Götürək Gürcüstan cəmiyyətini... - Fazil Mustafa yazır...
Bu gün, 08:57
"Evdə uşaq ac qalmalıdır?" - "Kapital bank" a "DUR" deyən olacaqmı?
Bu gün, 08:50
“VƏ”dən əvvəl gələn Azərbaycan - Elçin Mirzəbəyli yazır...
Bu gün, 08:40
Rusiya nüvə dövlətidir, heç kim ona hücum edə bilməz - Vuçiç
Bu gün, 08:30
Vaşinqton-Bakı münasibətlərində gözlənilməz nəticə – Regionda proseslər sürətləndi
Bu gün, 08:29
Qağaməli Seyfullayevin işçiləri gileylənir ki... - "Az qala hər ay maaşlar aşağı düşür..."
Bu gün, 08:25
Tarix məhkəmə zalı deyil... - REPLİKA
Bu gün, 08:04
"Liftlər baxımsızdır, amma illik pul yığılır..." - NARAZILIQ VAR...
Bu gün, 07:58
2 ildir ki, buradan mənzil alıb, amma... - BU NƏDİ BELƏ?
Bu gün, 07:51
"Vətəndaş öz pulunu inandığı dəyərlər üçün xərcləməyi öyrənməlidir..." - Natiq Cəfərli
Bu gün, 07:39
" Yaxşı günümdə də, pis günümdə də hər zaman yanımda, dayağım olmusan..." - Rəqsanə İsmayılova
Bu gün, 07:34
4 min manata telefon alasan, o da belə... - ETİRAZ VAR!
Bu gün, 07:29
Azərbaycan təhsil sisteminin DƏFN MƏRASİMİ... - Ruhumuz heç də ŞAD OLMAYACAQ...
Bu gün, 07:23
"21-ci əsrdir... amma bu kənddə..." - GİLEY
Bu gün, 07:10
Təcili Tibbi Yardımın AYAĞINDAKI ÖLÜMLƏR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:57
ABŞ İsrailin Qəzza ilə bağlı razılaşmalara əməl edəcəyinə ümid edir - AXİOS
Bu gün, 06:30
Bakıda HAVALAR ÇÖNÜR? - AÇIQLAMA
Bu gün, 06:24
Müharibə dövründə Azərbaycan vasitəsilə İrana yardım və dəstək göstərilib - Pezeşkiandan ETİRAF
Bu gün, 06:22
Cəlilabadda xanım bələdiyyə sədri yol təmirində FOTOSESSİYA ELƏTDİRDİ - azyaşlı uşağı da qucağında...
Dünən, 12:11
"İndi isə artıq konkret sənəd ortadadır..." - deputat
Dünən, 11:41
TRIPP layihəsi işə düşür - Tramp müharibə riskinin üzərindən birdəfəlik xətt çəkdi
Dünən, 11:36
Trampın iki zəngi, Vaşinqtonun yeni hesabı - ŞƏRH
Dünən, 11:29
Azərbaycanda iki vəkil HƏBS OLUNDU - TƏFƏRRÜAT
Dünən, 10:30
İrandan "Məkkə" sazişinə reaksiya: - Düzgün yolu tapmayıblar!
Dünən, 10:23
Suriyanın keçmiş kəşfiyyat rəhbəri Rusiyada yaşayır - BBC
Dünən, 08:55
ETSN buralara niyə nəzarət etmir ki... - “Necə oldu ki, bu qədər çox olan canlı yoxa çıxdı?”
Dünən, 08:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru