Əsas Səhifə > Güney Press > Bakıda məşhur restoranın ətrafında QALMAQAL

Bakıda məşhur restoranın ətrafında QALMAQAL


Dünən, 16:38

Bakının Mehdi Mehdizadə küçəsində yerləşən məşhur “Chaicity” restoranına elektrik enerjinin verilişi dayandırılıb.

Xitab24.az-ın əldə etdiyi məlumata görə, bu, sözügedən obyektin mülkiyyətçisi tərəfindən “Azərişıq” ASC-yə edilən müraciət əsasında baş verib.

Məlum olub ki, hazırda “Chaicity” restoranının rəhbərliyi ilə 808 kv.m ərazisi olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisi arasında icarə müqaviləsi ilə bağlı mübahisə yaşanıb.

Məlumata görə, obyektin mülkiyyətçisi “Chaicity”nin sözügedən qeyri-yaşayış sahəsindən çıxarılmasını tələb edir. Restoran rəhbərliyi isə tərəflər arasında bağlanmış icarə müqaviləsinin qüvvədə olduğunu iddia edir.

“Chaicity” rəhbərliyi “Azərişıq” ASC-yə qarşı elektrik enerjinin bərpa edilməsi ilə bağlı məhkəmə iddiası qaldırıb. Qeyd olunub ki, elektrik enerjinin kəsilməsi nəticəsində obyektin fəaliyyəti iflic vəziyyətə düşüb.

Bakı İnzibati Məhkəməsi şikayət ərizəsini təmin etməyib.


Geri qayıt