Mərkəzi Seçki Komissiyası vasitəsilə “Çiçəklənən Ermənistan” Partiyasının parlamentə daxil olmasını əngəlləyən Baş nazir Nikol Paşinyan bu dəfə sözügedən partiyanın sədri, oliqarx Qaqik Sarukyanı müflis etmək niyyətindədir.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” yazıb.
Nəşrin məlumatına görə, Ermənistan Dövlət Gəlirləri Komitəsi bir həftədir Sarukyan və ailəsi ilə əlaqəli bütün obyektlərdə genişmiqyaslı yoxlamalar aparır:
“Dünən iqtisadiyyat naziri Gevorq Papoyan da bəyan edib ki, 2014-cü ildə Sarukyanın “Şanqri-La” kazinosuna verilən lisenziya ləğv edilib. Bir neçə gün əvvəl prokurorluq “Ararat” sement zavodunun özəlləşdirilməsi ilə bağlı prosesə başlayıb”.
Xatırladaq ki, Nikol Paşinyan seçki kampaniyası zamanı dəfələrlə oliqarxlar Qaqik Sarukyan və Samvel Karapetyanın ilin sonunadək “evsiz bomjlar”a çevriləcəklərini söyləmişdi.









