"KINOS CO" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə külli miqdarda vergi borcu üzə çıxıb.
32gun.az-ın əldə etdiyi məlumata görə, şirkətin hazırkı borcunun ümumi məbləği 411 min 973 manat 94 qəpik təşkil edir. Nizamnamə kapitalı cəmi 10 AZN olan bu cəmiyyətin qanuni təmsilçisi isə Jaskaran Singh-dir.
MMC Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, ev 12, mənzil 18 ünvanında hüquqi qeydiyyatdadır.










