
"Zaqataladan əlil adamam... Xəstəxanaya müraciət edirəm, baxan yoxdur..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Nail Hacıyev adlı istifadəçi yazır və Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru Əfsələddin Buğayevdən gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Direktor Əfsələddin Buğayevdən Prezidentə yazıram, şikayətim ünvana çatmır... Məktubuma cavab yoxdur.
Bu müraciəti yazma məqsədim də odur ki, Şikayətə baxılmır. İş artıq o həddə çatıb ki, mən əlil gənc intihar etməli olacam.
Əfsələddin Buğayev isə deyir ki, bacardığını elə... Kimdir ki, xəstə əlili eşidən... Qalmışıq çıxılmaz vəziyyətdə..."









