" "AzəriQaz" artıq xeyir-şər evlərinin qazını kəsməyə başlayıb". "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Xəqani Əsgərov adlı sahibkar qeyd edib.
Narazı vətəndaş daha sonra müraciətini belə davam etdirir: "SOCAR-a müraciət edirsən, tədbir görmürlər. Mənim fikrimcə gücü çatmır... nə SOCAR-ın, nə də "antiinhisar"ın.
Müraciət edirəm ki, tədbir görsünlər... hamısı AzəriQaz-a sorğu göndərir. AzəriQaz da cavab vermir və ya istədiyi kimi cavab verir. Araşdırma apara bilmirlər. Korrupsiya barədə məlumat verəndə də deyirlər ki, hər pul alanı işdən çıxarsaq, kütləvi hal alar..."










