21-ci əsrdə paytaxtda içməli suyun olmaması dəhşətdir .....                     İcra başçısının həbsdəki kənd üzrə nümayəndəsindən .....                     Tramp ABŞ-ın NATO-ya 600 milyard dollar xərcləməsini dəlilik adlandırıb .....                     Burda başdan-ayağa qanunsuzluqdur... .....                     "Sədərək Yusif"un qardaşı Hacı Ənvər İTTİHAM OLUNUR .....                     Oxuyub-yazmağı bacarmayan 6 şagird .....                     Yaponiya və ABŞ maliyyə nazirləri yenin kəskin ucuzlaşması fonunda danışıqlar aparıblar .....                     Azərbaycanda oğul atasının qətlini belə sifariş edibmiş... .....                     75 yaşlı qadının üzərindən keçən marşrutun rəhbəri İradə Əliyeva kimdir? .....                     Elm və Təhsil Nazirliyi QAYÇILAMA ərəfəsində... .....                     "Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" .....                     Respublika Klinik Xəstəxanasında xəstə ziyarəti qadağan edilib .....                     "Kinos Co" MMC-nin dövlətə 400 min manatdan çox vergi borcu var .....                     Tehranın gecikmiş etirafı: İrəvanın əsl niyyəti indi görünür .....                     İsrail-Livan danışıqlarının yeni mərhələsi Vaşinqtonda keçiriləcək .....                     İran razılıq verib... .....                     Almaniyanın Köniqsberqi geri qaytarmaq planları .....                     SOCAR-da Babək Hüseynov QUYUSU: Dövlətə belə ziyan vurulur... .....                     Karxanaçı Siyasətin DAŞDAN PUL ÇIXARMA SİYASƏTİ... .....                     Allahın turisti də QAPIMIZI DÖYMÜR... .....                     Bank kartının bloka düşməsini istəmirsənsə... .....                     Kəndimizə dönsək, BÖYÜK OLACAĞIQ... .....                     Nazirlik də kadrı xaricdən axtarır... .....                     NAZİRİN NƏZƏRİNƏ: Xəzər hələ çox canlar alacaq... .....                     "Əfsələddin Buğayevdən şikayət etsəm də..." .....                     Xeyir-şər evlərinin də qazını kəsirlər... .....                     Niyə bizdə "O ƏJDAHADAN" YOXDUR? .....                     “Dəmir Yumuruq TT”nin vergi borcu 1,1 milyon manatı keçdi .....                     Paşinyana qarşı iki cəbhədən HÜCUM .....                     “Amerika bu yola nə ad qoyur-qoysun, o, strateji mahiyyətcə Turan yolu olacaq…” .....                     Azərbaycanda yeni şirkətlərin qeydiyyatı niyə 7 dəfə azalıb? .....                     Türkiyədə azərbaycanlıya yüksək vəzifə verildi .....                     "General Trading LLC" fəaliyyətini dayandırsa da, dövlətə 74 min manatdan çox borcu var .....                     "Ayna son zamanlar məni çox kövrəldir..." .....                     Erməni analitik erməni xəstəliyinə qarşı... .....                     “Ford” və “General Motors” şirkətləri “Patriot” və “Tomahawk” raketlərinin istehsalına başlaya bilərlər .....                     İcra hakimiyyəti kondisioner təmirinə 13 min manat xərcləyəcək .....                     İranın “neft hücumu” başladı .....                     “Deyirlər ki, partiyalar “satılıblar”, onda belə çıxır ki, dövlətdən məvacib alan hamı satılıb?” .....                     Qarabağın əski parçası Ermənistanda yığışdırılır .....                 

Tehranın gecikmiş etirafı: İrəvanın əsl niyyəti indi görünür - İNCƏLƏMƏ
Tarix: Bu gün, 07:23 | Çap et

İllərdir “regiona kənar qüvvələrin gətirilməsi” ittihamı ilə Azərbaycanı hədəfə alan İranın deyəsən, “bəsirət gözü” açılmağa başlayıb. İranın ali rəhbərinin hərbi müşaviri, general Yəhya Rəhim Səfəvinin Zəngəzur dəhlizi ilə bağlı son açıqlamaları, eləcə də vitse-prezident Məhəmməd Rza Müsavinin TRİPP layihəsindən narahatlığını ifadə etməsi diqqəti bu istiqamətə çəkir və suallar yaradır: İran regiondankənar qüvvələri Cənubi Qafqaza gətirənin Ermənistan olduğunu indi anlayır, yoxsa “gözləri açılıb?”

Bu sualın cavabı qeyri-müəyyən olaraq qalır, lakin artıq İran siyasi dairələrində Ermənistanın regiona ABŞ-ı gətirməyə çalışdığı barədə səslənən fikirlər Tehranın reallıqla üz-üzə qaldığının sübutudur. Çünki vaxtilə “qırmızı xətt” elan etdikləri Ermənistan İrana qarşı əsas platformaya çevrilib.

Yaxşı xatırlayırıq ki, İran rəsmiləri regiondakı proseslərə münasibətdə açıq şəkildə Ermənistanı müdafiə edən mövqe nümayiş etdiriblər. Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyi əksər hallarda ya görməzlikdən gəlinib, ya da müxtəlif ittihamlarla hədəfə alınıb. Bu fonda Zəngəzur dəhlizi məsələsi ətrafında ən sərt reaksiyalar da məhz Tehrandan gəlib. Zəngəzur dəhlizini gah “NATO yolu”, gah “Ermənistan sərhədinin pozulması” kimi uydurma formada təqdim edən İran Azərbaycana qarşı reallıqdan uzaq iddialarla ittihamlar yağdırıb. Bunun fonunda Bakıya qarşı “regiona kənar qüvvələrin gətirilməsi”, “İrana qarşı platforma olması” kimi əsassız kampaniyalar aparılıb. Halbuki Bakı dəfələrlə bəyan edib ki, Azərbaycanın İrana qarşı hər hansı ərazi, siyasi və ya hərbi iddiası yoxdur. Azərbaycan heç vaxt İran üçün təhlükə mənbəyi olmayıb. Əksinə, son onilliklər ərzində iki ölkə arasında yaranan gərginliklərin mühüm hissəsi məhz İranın seçdiyi siyasətin nəticəsi kimi ortaya çıxıb. Tehrandakı səfirliyimizə silahlı hücum, 44 günlük müharibə zamanı İran ərazisindən Ermənistana müxtəlif yüklərin daşınması ilə bağlı yayılan məlumatlar, hətta Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın bu məsələyə dair etirafları, Araz çayı boyunca keçirilən hərbi təlimlər uzun müddət Bakıda ciddi narahatlıq yaradıb.

Müharibədən sonra da vəziyyət dəyişmədi. Azərbaycanın suveren ərazilərində fəaliyyət göstərən separatçı rejimə Zəngəzur istiqamətindən qanunsuz yanacaq daşınması faktları ortaya çıxdı. Qarabağda qeyri-qanuni fəaliyyət göstərən qrupların təchizatında İran marşrutunun adı hallandı. Prezident İlham Əliyev də dəfələrlə bu məsələyə münasibət bildirib. Dövlət başçısı yerli telekanallara müsahibəsində qeyd edib ki, Laçın yoluna vizual müşahidə əldə ediləndən sonra hər şey ortaya çıxdı.

“İkinci Qarabağ müharibəsi başa çatandan, artıq biz Laçın yoluna vizual müşahidə əldə edəndən sonra görməyə başladıq ki, İrandan gələn yanacaqdaşıyan yük maşınları müntəzəm olaraq Qarabağa Ermənistandan səfərlər edirlər. Saxta erməni maşın nömrələrini İran yanacaqdaşıyan yük maşınlarının üzərinə yapışdırmaqla sanki bu, Ermənistan maşınlarıdır. Amma onların üzərində farsca yazılar da var idi. Bu bizi çox təəccübləndirdi. Özü də biz araşdırmağa başladıq. Gördük ki, eyni nömrə bir neçə maşına yapışdırılır, yəni, nömrə eyni, maşınlar fərqli idi. Yəni, bu saxtakarlığı da o qədər səliqəsiz etmişdilər ki, adam, vallah, söz tapa bilmir. Ondan sonra biz artıq bir maşını saxladıq, sürücülər saxlanıldı və biz gördük ki, onların yol sənədlərində yazılıb ki, Stepanakert, Ermənistan. Yəni, bu, açıq bizim ərazi bütövlüyümüzə, suverenliyimizə hörmətsizlik idi”, - dövlət başçısı qeyd edib.

Bundan əlavə, 44 günlük müharibədən sonra İrandan Qarabağa göndərilən şəxslərlə bağlı müxtəlif məlumatlar yayıldı. Həmin dövrdə Azərbaycan mediasında və ekspert dairələrində bu məsələ ciddi müzakirə olunurdu. Bütün bunlar Bakının narahatlığının əsassız olmadığını göstərirdi. Lakin Tehran uzun müddət bu reallıqları görmək istəmədi. Əvəzində Zəngəzur dəhlizi ətrafında süni təhlükə obrazı yaradıldı, Azərbaycanın nəqliyyat layihələri regionun sabitliyinə təhdid kimi təqdim edildi.

İndi isə vəziyyət dəyişir. Ermənistanın son illərdə ABŞ və Avropa strukturları ilə hərbi-siyasi əməkdaşlığı genişləndirməsi, Vaşinqtonun Cənubi Qafqazdakı fəallığının artması, müxtəlif beynəlxalq layihələr vasitəsilə regionda möhkəmlənmək cəhdləri artıq Tehranın özündə də narahatlıq yaratmağa başlayıb. Başqa sözlə, İran rəsmiləri indi Ermənistanın illərdir həyata keçirdiyi siyasətin mahiyyətini anlamağa başlayırlar. Anlayırlar ki, Ermənistan heç vaxt İranın strateji tərəfdaşı olmayıb. İrəvanın əsas məqsədi də hər zaman daha böyük geosiyasi oyunçuları bölgəyə cəlb etmək, onların dəstəyindən istifadə etməklə öz mövqelərini gücləndirmək olub.

Maraqlıdır ki, bu həqiqətlər səsləndirilərkən, vaxtilə Azərbaycana qarşı ən sərt ittihamlar irəli sürən şəxslərin səsi eşidilmir. Xüsusilə İranın Ermənistandakı keçmiş səfiri Mehdi Sübhaninin illərlə Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi bəyanatlar yada düşür. Sübhani demək olar ki, hər çıxışında Azərbaycanı ittiham edir, regionda təhlükənin məhz Bakının siyasətindən qaynaqlandığını iddia edirdi. Bu gün isə İranın öz siyasi elitasında Ermənistanın regiona ABŞ-ı gətirmək cəhdləri barədə açıq danışılır. Deməli, problem Azərbaycanın həyata keçirmək istədiyi nəqliyyat layihələrində yox, İrəvanın arxasında dayanan və regiona daxil olmağa çalışan xarici güclərin planlarındadır.

Tehranın bu həqiqəti anlaması müsbət haldır. Ancaq sual dəyişmir: İran bunu niyə bu qədər gec başa düşdü?

Ermənistanın tutduğu yol, seçdiyi geosiyasi kurs və xarici qüvvələri regiona cəlb etmək cəhdləri əslində çoxdan hər kəsə məlum idi. Sadəcə, bəzi dairələr bunu görmək istəmirdi. İndi isə görünən odur ki, Tehranda ünvanlar dəyişməyə başlayır. Əgər əvvəllər bütün iradlar Bakıya yönəlirdisə, artıq həmin sualların bir hissəsi İrəvana ünvanlanır. Bu isə regiondakı yeni geosiyasi reallıqların ən maraqlı nəticələrindən biridir. İran “qardaş” elan etdiyi Ermənistanın “xəyanəti” ilə üz-üzə qalıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
21-ci əsrdə paytaxtda içməli suyun olmaması dəhşətdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:01
İcra başçısının həbsdəki kənd üzrə nümayəndəsindən XƏBƏR VAR
Bu gün, 08:33
Tramp ABŞ-ın NATO-ya 600 milyard dollar xərcləməsini dəlilik adlandırıb
Bu gün, 08:31
Burda başdan-ayağa qanunsuzluqdur... - ETİRAZ VAR!
Bu gün, 08:29
"Sədərək Yusif"un qardaşı Hacı Ənvər İTTİHAM OLUNUR - Vətəndaşın pulunu mənimsəyib?
Bu gün, 08:18
Oxuyub-yazmağı bacarmayan 6 şagird – Abbaszadə düzmü dedi?
Bu gün, 08:05
Yaponiya və ABŞ maliyyə nazirləri yenin kəskin ucuzlaşması fonunda danışıqlar aparıblar - KİV
Bu gün, 08:03
Azərbaycanda oğul atasının qətlini belə sifariş edibmiş... - Vatsap yazışmaları
Bu gün, 08:01
75 yaşlı qadının üzərindən keçən marşrutun rəhbəri İradə Əliyeva kimdir? - TƏFƏRRÜAT
Bu gün, 07:45
Elm və Təhsil Nazirliyi QAYÇILAMA ərəfəsində... - İDDİA
Bu gün, 07:41
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - MALƏSƏF...
Bu gün, 07:33
Respublika Klinik Xəstəxanasında xəstə ziyarəti qadağan edilib - PANDEMİYA TƏHLÜKƏSİ?
Bu gün, 07:30
"Kinos Co" MMC-nin dövlətə 400 min manatdan çox vergi borcu var - Sahibi görün kimdir
Bu gün, 07:26
Tehranın gecikmiş etirafı: İrəvanın əsl niyyəti indi görünür - İNCƏLƏMƏ
Bu gün, 07:23
İsrail-Livan danışıqlarının yeni mərhələsi Vaşinqtonda keçiriləcək
Bu gün, 07:20
İran razılıq verib... - Vens belə deyir...
Bu gün, 07:00
Almaniyanın Köniqsberqi geri qaytarmaq planları - GƏLİŞMƏ
Bu gün, 06:55
SOCAR-da Babək Hüseynov QUYUSU: Dövlətə belə ziyan vurulur... - İLGİNC FAKTLAR
Bu gün, 06:51
Karxanaçı Siyasətin DAŞDAN PUL ÇIXARMA SİYASƏTİ... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:40
Allahın turisti də QAPIMIZI DÖYMÜR... - AXI NİYƏ?..
Bu gün, 06:36
Bank kartının bloka düşməsini istəmirsənsə... - AKTUAL
Bu gün, 06:30
Kəndimizə dönsək, BÖYÜK OLACAĞIQ... - dönə bilmək üçün isə...
Bu gün, 06:25
Nazirlik də kadrı xaricdən axtarır... - TƏHSİLİN BAŞINI BURAXAQ...
Bu gün, 06:04
NAZİRİN NƏZƏRİNƏ: Xəzər hələ çox canlar alacaq... - ÇÜNKİ...
Bu gün, 05:52
"Əfsələddin Buğayevdən şikayət etsəm də..." - MÜRACİƏT
Bu gün, 05:46
Xeyir-şər evlərinin də qazını kəsirlər... - GİLEY
Bu gün, 05:28
Niyə bizdə "O ƏJDAHADAN" YOXDUR? - TƏKLİF...
Bu gün, 05:12
“Dəmir Yumuruq TT”nin vergi borcu 1,1 milyon manatı keçdi - DETALLAR
Bu gün, 05:00
Paşinyana qarşı iki cəbhədən HÜCUM - GƏLİŞMƏ
Bu gün, 04:57
“Amerika bu yola nə ad qoyur-qoysun, o, strateji mahiyyətcə Turan yolu olacaq…” - partiya sədri
Bu gün, 04:55
Azərbaycanda yeni şirkətlərin qeydiyyatı niyə 7 dəfə azalıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 04:53
Türkiyədə azərbaycanlıya yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 04:50
"General Trading LLC" fəaliyyətini dayandırsa da, dövlətə 74 min manatdan çox borcu var - FOTO
Bu gün, 04:47
"Ayna son zamanlar məni çox kövrəldir..."
Bu gün, 04:43
Erməni analitik erməni xəstəliyinə qarşı... - "Siz bu psixologiya ilə güclü dövlət qurmaq istəyirsiniz?"
Bu gün, 04:40
“Ford” və “General Motors” şirkətləri “Patriot” və “Tomahawk” raketlərinin istehsalına başlaya bilərlər - KİV
Bu gün, 04:37
İcra hakimiyyəti kondisioner təmirinə 13 min manat xərcləyəcək
Dünən, 18:00
İranın “neft hücumu” başladı – Azərbaycanın gəlirləri RİSK ALTINDA?
Dünən, 17:58
“Deyirlər ki, partiyalar “satılıblar”, onda belə çıxır ki, dövlətdən məvacib alan hamı satılıb?” - Tural Abbaslı
Dünən, 17:53
Qarabağın əski parçası Ermənistanda yığışdırılır - KİV
Dünən, 17:45
Azərbaycan-Türkmənistan münasibətləri inkişafdadır - MƏQALƏ
Dünən, 17:43
Qədim tarixə söykənən Azərbaycan və Türkmənistan münasibətləri - İsrafil Kərimovun yazısı
Dünən, 17:41
Sığınacaqdakı qızlara elçi düşənlərin məqsədləri... - Kəmalə Ağazadədən ilginc açıqlama
Dünən, 17:39
Rusiya və bu üç ölkə Ermənistandan təcili cavab gözləyir - Zaxarova
Dünən, 17:30
İşdən çıxarılan rəisin vəzifəsi bu şəxsə həvalə edildi - ƏMR
Dünən, 17:27
Bakı Neft Emalı zavodunda ƏYRİ İŞLƏR... - SOCAR Təhlükəsizlik idarəsinin iştirakı ilə...
Dünən, 17:12
Azərbaycanda universitet təşkilati-hüquqi formasını dəyişir - DETALLAR
Dünən, 16:55
Radiasiyalı yumurta, yoxsa müflis etmə planı? – İki istehsalçının “yumurta savaşı”
Dünən, 16:53
Azərbaycan təhsili iki yol arasında qalıb: - Hansını seçsin?
Dünən, 16:38
Gürcüstanda azərbaycanlıların sayının artması müsbət tendensiyadır - Natiq Cəfərli
Dünən, 16:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru