İlham Rəhimovun təsisçi olduğu 11 şirkətin ümumi zərəri 926 milyon rubl olub .....                     ABŞ Konqresində Ermənistanın azərbaycanlıları etnik təmizləməyə məruz qoymasına dair .....                     Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinə ikinci müavin təyin edilib .....                     Ölkənin ən fərsiz qurumu - ADSEA Bakını Kərbəlaya çevirib .....                     “Təcavüz səhnəsinə görə onun verdiyi rolu oynamadım, nişanlı idim, .....                     Neft anbarı, elektrik stansiyası, liman... .....                     İrəvan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər .....                     “Qafqaz Təhsil Mərkəzi” ilə bağlı şok iddia .....                     “Zirə Sera”nın istixanasında ölüm işi .....                     “ÇƏN DÖVRÜ”NƏ QAYIDIŞ... .....                     Paşinyan Sarukyanla bağlı verdiyi sözü yerinə yetirir .....                     Mülayim şimal-şərq küləyi əsəcək .....                     Azərbaycanda lizinq şirkəti BOKT yaratdı .....                     Emin Əmrullayev... XOŞ DANIŞIR... amma BOŞ DANIŞIR... .....                     3 ildir UNEC-in Dərbənd flialına tələbə qəbulu aparılmasına niyə imkan verilmir? .....                     Gündəm yumurtadır: Niyə ucuzlaşıb anidən bahalaşdı? .....                     Peşə Təhsili Agentliyində nələr baş verir? .....                     AAYDA-da rəhbər vəzifələrə yeni təyinatlar olub .....                     Rusiya dağılarsa... .....                     "Azdrama"da keçmiş rəhbərliklə problemimə görə bir çox aktyor mənə salam verməyə qorxurdu .....                     Rusiyadan ərik və gül zərbəsi .....                     Naxçıvanda MƏMUR ÖZBAŞINALIĞI... .....                     İrandan Azərbaycana ƏRZAQ SABOTAJI: Naxçıvanı ACINDAN QIRACAĞIQ... .....                     Arif Hacılının ölkədən çıxışına qadağa qoyulub .....                     Təkbaşına meşə yaradan adam .....                     Ermənistanda təlimlər zamanı hərbi qulluqçu yaralanıb .....                     Keçmiş icra başçısına yeni vəzifə verildi .....                     “Qaraqan qalib oldu, məni söyürdülər“ .....                     Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxslər .....                     “Badam” klinikasının direktoru istefa verdi .....                     Rusiya Belarusdan hücuma keçə bilərmi? .....                     21-ci əsrdə paytaxtda içməli suyun olmaması dəhşətdir .....                     İcra başçısının həbsdəki kənd üzrə nümayəndəsindən .....                     Tramp ABŞ-ın NATO-ya 600 milyard dollar xərcləməsini dəlilik adlandırıb .....                     Burda başdan-ayağa qanunsuzluqdur... .....                     "Sədərək Yusif"un qardaşı Hacı Ənvər İTTİHAM OLUNUR .....                     Oxuyub-yazmağı bacarmayan 6 şagird .....                     Yaponiya və ABŞ maliyyə nazirləri yenin kəskin ucuzlaşması fonunda danışıqlar aparıblar .....                     Azərbaycanda oğul atasının qətlini belə sifariş edibmiş... .....                     75 yaşlı qadının üzərindən keçən marşrutun rəhbəri İradə Əliyeva kimdir? .....                 

"Azdrama"da keçmiş rəhbərliklə problemimə görə bir çox aktyor mənə salam verməyə qorxurdu - Məsmə Aslanqızı
Tarix: Bu gün, 12:09 | Çap et

İstidir. Fotoqrafımızla birgə Bakının dolanbaclarında kölgəlik axtara-axtara, nəfəs dərə-dərə müsahibimlə vədələşdiyimiz yerə gedirik. Bir az keçmiş müsahibimdən mesaj gəlir. Artıq məkandadır. Bizdən tez çatmasının səbəbini isə belə izah edir:

– Düşündüm, bir az piyada gəzərəm, amma çox isti oldu, taksi ilə gəldim.

Biz məkana çatıb görürük ki, müsahibimiz bizim üçün guşə də seçib, çay da sifariş verib. İsti yay günlərindən biri, isti çay... qalırdı bircə söhbətə başlamaq... Biz də elə söhbətə yayın dözülməz istisindən başlayırıq.

"Report" Əməkdar artist Məsmə Aslanqızı ilə müsahibəni təqdim edir.

– İsti ilə aranız necədir?

– Normal, amma yay fəslində adam daha çox Bakıdan kənarda olmaq istəyir. İmkan daxilində mən də Bakıdan uzaqlaşa bilirəm, amma hər fəslin öz gözəlliyinin olduğunu düşünürəm, övladlarıma da bunu təlqin edirəm. Məsələn, adətən, yağışda analar övladlarını orta məktəbə getməyə qoymurlar. Mən belə etmirəm, əskinə, istəyirəm, qızım yağışda da, qarda da dərsə getsin, məhz yağışın, qarın altında dərsə getmək necə bir hissdir, onu görsün, başa düşsün, hiss eləsin.

– Sizinlə müsahibə üçün danışanda qrafikinizin çox sıx olduğunu dediniz.

– Elədir. Ümumiyyətlə, mən işləməkdən zövq alıram, evdə boş-bikar otursam, daha çox yorularam, işləyib yorulmaq daha yaxşıdır. Ən çox zövq aldığım iş isə dublyajdır.

– Hazırda, mən bilən, daha çox elə dublyaja fokuslanmısınız, çünki sizin aktiv tamaşanızı xatırlamıram.

– Doğrudur, uzun müddətdir, mənim olduğum tamaşalar repertuardan çıxarılıb. Hazırda isə yeni tamaşanın məşqini edirik. İrqmar Berqmanın (İsveçli kino və teatr rejissoru, yazıçı-ssenarist, – N.P) "Payız sonatası" pyesi əsasında hazırlanmış üç nəfərlik tamaşadır. İllərdir, səhnədə görmədiyimiz Zemfira Nərimanova, Elşən Rüstəmov və mən. Düşünürəm ki, tamaşanı yeni mövsüm üçün təhvil verərik.

Tamaşalarımın repertuardan çıxarılmasının səbəbini bilmirəm

– Deyirsiniz ki, tamaşalarınız repertuardan çıxarılıb. Məsələn, "Xanuma" və "Qarabağnamə"ni xatırladım, hazırda onlar nümayiş olunmur. Repertuardan çıxarılma səbəbi nə olub?

– Həmçinin İlyas Əfəndiyevin "Boy çiçəyi" tamaşasında da var idim, tərəf müqabilim Xalq artisti Fuad Poladov dünyasını dəyişdi, sonra Xalq artisti Ramiz Novruzla oynadıq, o da dünyasını dəyişdi. Beləcə, zamanla repertuardan çıxarıldı. Siz adlarını çəkdiyiniz tamaşalar da həmçinin. Düzü, tamaşaların repertuardan çıxarılmasının səbəbi ilə bağlı konkret nəsə demək çətindir, yəni bilmirəm.

– Məsmə xanım, Sizin teatr fəaliyyətiniz 1995-96-cı illərdən başlayır. Yəni rahatlıqla demək olar ki, bir igidin ömrü qədər teatr ömrünüz var. Sizin üçün bu 30 illik teatr ömrü necə keçdi?

– Hərdən özüm də inana bilmirəm ki, 30 ildən çoxdur, Akademik Milli Dram Teatrındayam. Məni teatrda işlə təmin edən adam Xalq artisti Həsənağa Turabov olub. Qabiliyyət imtahanı götürəndə mahnı oxumaqdan tutmuş etüd göstərməyə, şeir deməyə qədər hər şey elədim. Adımı soruşdu, dedim Məsmə. Dedi, Məsmə olmaz, Məsməxanım olar. Sonra da dedi ki, çox istedadlı qızsan, əgər qəbul olmasan, "Azdrama"ya gedib onu tapım. Elə oldu ki, qəbul oldum, Xalq artisti Azər Paşa Nemətovun kursuna düşdüm. Xalq yazıçısı Elçinin "Ah Paris, Paris" tamaşasının məşqləri gedirdi. Məşqlərə baxandan sonra bizdən soruşdu ki, nə fikirləşirsiniz? Dedim, burada nə var ki... çıxaram, oynayaram. Amma sonra başa düşdüm ki, belə deyilmiş, səhnə adamı elə tutur, elə ovsunlayır ki... Addım atanda əllərini unudursan, əl-qol hərəkətləri edəndə ayaqlarını... Amma nəticə etibarilə Həsənağa Turabov baxdı, bəyəndi və məni işə götürdü.

– Müsahibələrinizin birində rast gəldim ki, xaraktercə çox utancaq adamsınız. Teatr və utanmaq, mənə çox qəribə gəldi.

Gülür.

– Bilirsiniz, mən uşaq vaxtlarından özümə qapanıq və özgüvənsiz biri olmuşam. Səhnəyə çıxanda bütün bunların hamısını unuduram, səbəbini mən də bilmirəm. Yəni səhnədə tamamilə başqa bir Məsmə oluram. Hətta qohumlarım da tamaşalarıma baxanda eynisini deyirlər, mən, doğrudan da, səhnədə başqa biriyəm. 48 yaşım var, günü bu gün də səhnədən kənarda kimsə məndən danışanda qulaqlarım qızarır.

– Azərbaycan teatr cameəsində zaman-zaman müxtəlif səpkili qalmaqallar olub. Ötən il sizin də adınız bu qalmaqallardan birində hallandı. O söhbətlərə qayıtmaq fikrim yoxdur, sadəcə, bu gün siz "Azdrama"dasınız, deyirsiniz, yeni tamaşanız var. Bu kontekstdə maraqlıdır, bədii rəhbər vəzifəsinin ləğvi və Mehriban Ələkbərzadənin teatrdan getməsindən sonra teatrda vəziyyət necədir?

– Mən bilmirəm, bunu Mehriban Ələkbərzadə ilə bağlamaq olar, ya yox, amma, həqiqətən də, çox ciddi dəyişikliklər var. Bilirsiniz, mən qalmaqal adamı deyiləm. Bu illər ərzində teatra gəlib məşqimi eləmişəm, tamaşamı oynamışam, işimə məsuliyyətlə yanaşmışam, bir çox dövlət tədbirlərində mütəmadi iştirak etmişəm, teatra, dövlətə, dövlətçiliyə sadiq olmuşam. Qeybət, söz gəzdirmək, rol üstündə dava etmək və s. bu cür xırdalıqlar mənlik olmayıb, xislətimdə yoxdur.

Birinci və ümid edirəm ki, sonuncu dəfə yaşadığım o dediyiniz qalmaqal isə daha çox bir insanın haqq səsi idi. Susub eləcə kənardan izləmək olmazdı, əslində, mənim və bir neçə sənət yoldaşımın demək istədiyini bir çox teatr aktyoru, sənət adamı demək istəyirdi. Sadəcə, bəziləri cürət etmirdi, bəziləri qorxduqlarını açıq etiraf edirdi, bəziləri laqeyd yanaşırdı, bəziləri isə səhnə arxasında danışmağa üstünlük verirdi. Nazim Hikmət demiş, sən yanmasan, mən yanmasam, biz yanmasaq, necə çıxar qaranlıqlar aydınlığa. Bir sözlə, biz yandıq, işığımızdan da bir çoxları bəhrələndi.

Şükür, indi teatrda nisbi sakitlikdir. Teatrın yaradıcı heyətinin, demək olar, hamısı tamaşalarla məşğuldur. Hamısı bir-biri ilə mehriban dolanır. Rəhbərlik tərəfindən hamıya eyni insanı münasibət göstərilir. Bir sözlə, heç kəs kənarda qalmır. Bu da teatrın direktoru İlham Əsgərovun sayəsində baş verir.

Kresloda oturmaq olar, vəzifə almaq olar, amma idarəçilik çox çətindir, bunu hər adam bacarmır

– Onda belə çıxır ki, Mehriban xanım orada olanda İlham Əsgərov bədii məsələlərə qarışmırdı.

– Əvvəl-əvvəl qarışmırdı, amma sonra gördü ki, mütləq bu prosesi öz əlinə almalıdır, başqa cür mümkün deyil. İlham Əsgərov 30 ilə yaxındır, "Azdrama"da çalışır, o bu teatrlar bağlı hər şeyi bilir, məlumatlıdır. Mən bunu dəfələrlə demişəm, yenə də deyirəm, bizim bəxtimiz gətirib ki, İlham Əsgərov kimi rəhbərimiz var. Tam səmimiyyətimlə deyirəm, İlham Əsgərov "Azdrama"nı söküb təzədən yığa bilər.

Dediyim kimi, teatrımızda ab-hava çox yaxşıdır, yəni tamamilə dəyişib. Hətta indi teatrda 90-cı illərin sonu, 2000-ci ilin əvvəllərindəki mühiti xatırlayıram, çünki o zaman mövcud olan böyük-kiçik anlayışı hiss olunur, hamının üzü gülür, hamı rahatdır.

Sizə bir şeyi də deyim, Mehriban Ələkbərzadə ilə aramızdakı problemə görə bir çox aktyor mənə salam verməyə qorxurdu ki, birdən xəbər ona çatar, o da onlara rol verməz, bizimlə də düşmənçilik edər, adımızı təqaüdə göndərməz və sair.

Bilirsiniz, hər adam idarəçiliyi bacarmır. Kresloda oturmaq olar, vəzifə almaq olar, amma idarəçilik çox çətindir, bunu hər adam bacarmır. Bu müddət ərzində mən Maqbet müəllimi (Maqbet Bünyadov – əməkdar mədəniyyət işçisi, 2006-2010-cu illərdə Akademik Milli Dram Teatrının direktoru olub, – N.P) çox yaxşı idarəçi kimi xatırlayıram.

– Biz ötənilki qalmaqala müəyyən mənada toxunduq, həmin qalmaqalın bir tərəfi də o idi ki, "Azdrama"ya başqa teatrlardan aktyor-aktrisa dəvət olunur...

– Mənə, ümumiyyətlə, bu müzakirə çatmır, burada qəribə nə var? Bu niyə yanlış olsun ki? Bu, tamamilə, normal haldır, mən heç vaxt heç bir halda "Azdrama"ya başqa teatrdan aktyor-aktrisa dəvət olunmasına pis baxmamışam. Teatrda işlədiyim müddətdə o qədər belə hal olub ki... Normaldır.

– Bayaq dediniz ki, hazırda teatrda hamının tamaşası var. Bəlkə, hamının rol almasına məhz başqa yerlərdən aktyor-aktrisanın dəvət olunması mane olurmuş.

Bir qədər düşünür...

– Yox, mən buna inanmıram.

30 ildir teatrdayam, bu illər ərzində yığdığım hörməti hansısa bir filmdə, serialda alacağım müəyyən qonorar xətrinə itirə bilmərəm

– Aydındır. Bu günlərdə "Mikrorayon" (Rejissor Qulu Əsgərov, ssenari Gəray Həsən, – N.P) adlı serial əməlli başlı gündəm yaradıb. Uzun illərdən sonra sizi filmdə-serialda görmək maraqlıdır və baş qəhrəmanın anası olan Bahar adlı rolunuz da kifayət qədər dramatikdir. Sözügedən rolla bağlı çıxışınıza baxdım, orada bir ifadə işlətdiniz ki, ssenari ilə tanış olan kimi rejissora demisiniz ki, Bahar obrazı mənəm. Maraqlıdır, özünüzlə Bahar obrazı arasında nə kimi bağ var?

Dərin bir ah çəkən Məsmə xanım bir xeyli düşünür. Hiss olunur ki, bu sualı cavablamaq üçün əməlli-başlı hazırlıq görür.

– Mən illərdir, efirdən uzaq düşmüşəm. Çox darıxmışdım efir üçün, çəkiliş meydançası üçün. "Mikrorayon"dan əvvəl iki seriala dəvət almışdım. Desəm ki, rejissorlar qapıma düzülmüşdü, yalan olar. Mən teatr aktrisasıyam, peşəkar kinoda ilk işim Yusif Quliyevin çəkdiyi "Qrinviç meridianından kənarda" qısametrajlı filmi olub, ikinci dəfə isə Xalq artisti Vaqif Mustafayevin Heydər Əliyev haqqında çəkdiyi filmdə Ulu Öndərin anası İzzət xanımın obrazını canlandırmışam. Mən daha çox teatrdakı rollarımla, uşaq verilişlərinin aparıcılığı ilə tanınmışam. "Mikrorayon" serialına dəvətim, sözün düzü, mənim üçün gözlənilməz oldu. Uzun illərdən sonra efirə məhz bu serialla qayıtdığıma görə özümü şanslı hesab edirəm.

– Deyirsiniz, buna qədər iki dəfə dəvət gəlmişdi, niyə imtina etdiniz?

– Ssenari məni qane etməmişdi, mənim üçün ssenari çox-çox vacibdir. Başqa tərəfdən isə rejissordan rejissora da fərq var. Bilirsiniz, rejissor məndə yaxşı fikir yaratmırsa, getmirəm. Mən 30 ildir, teatrdayam, bu illər ərzində yığdığım hörməti hansısa bir filmdə, serialda alacağım müəyyən qonorar xətrinə itirə bilmərəm. Bu mənada, seçici davranıram. Ən kiçik nümunəni deyim, bir də görürsən, mesaj gəlir, oxuyursan ki, bir mesajda beş dənə səhv var. Yəni adi bir təklif, adi bir dəvətdə belə bu cür xətalar məni soyudur, çünki bu ilkin təəssüratdır.

"Mikrorayon"a dəvət gəldi, ssenarini oxudum, oxuduqca inanın ki, əllərim əsirdi. Çünki bu obrazın həyatıma çox yaxın hiss edirdim. Çəkdiyim əziyyətlər, problemlər, təklik... Oxuduqca bütün bunlar mənim gözümün qarşısından keçdi və başa düşdüm ki, Bahar mənəm. Rejissor Qulu Əsgərova da məhz belə dedim, dedim ki, bilmirəm, siz bu rola kimi təsdiq edəcəksiniz, amma Bahar mənəm.

"Mikrorayon"un son seriyasından sonra rejissora yazdım ki, bu cür zəif övlad böyütdüyüm üçün özümə nifrət edirəm

– Necə düşünürsünüz, Azərbaycanda Bahar kimi analar çoxdurmu?

– Əlbəttə, çoxdur. Biz ümid edirik ki, serialda gəlinən ümumi nəticə bu mövzuda müsbət təsirini göstərəcək. Oğlan övladını yetişdirmək çox çətindir. Bəli, mən qız anasıyam, eyni sözləri qız övladı üçün də demək olar. Ümumiyyətlə, ana mövzusu, ananın tək-tənha müxtəlif səpkili problemlərlə təkbətək qalması, doğrudan da, bütün dövrlər üçün aktualdır.

Serialın son seriyasından sonra rejissora yazdım ki, bu cür zəif övlad böyütdüyüm üçün özümə nifrət edirəm. Bilirsiniz, heç bir qadın öz xoşu ilə güclü olmur, bu məcburiyyətdən yaranan bir şeydir. Serialda da bu məsələ kifayət qədər göstərilib, yenə də deyirəm, biz ümid edirik ki, məhz bu mövzudakı problemlərə müəyyən mənada işıq tuta biləcəyik.

Baharın yaşadığı əziyyətlər, ağrı, acı, tək başına bunların öhdəsindən gələ bilib-bilməmək qorxusu mənə çox tanış idi. Çünki məhz o ərəfədə oxşar həyatı özüm yaşayırdım. Mən şükür, öhdəsindən gəldim, Baharın taleyini isə serialda görəcəyik.

– Serial üçün kastinqdə iştirak edənlərin əksəriyyəti gənc nəsil idi. Gənclərlə işləmək necə idi?

– Bu qədər gənclə eyni anda bir kollektivdə ilk dəfə idi, işləyirdim. İnanın, heç birini tanımırdım, onların qabiliyyətini, istedadını görüb elə sevindim, elə sevindim. Nə yaxşı ki, Azərbaycan kinosunda belə bir gənc nəsil var. Böyük-kiçik yeri bilən, istedadlı... Mən elə gedib-gəlib böyük-kiçik yerini bilməkdən danışıram, bu səbəbsiz deyil. Baxın yenə də deyirəm, mən 30 ildir, teatrdayam, tutaq ki, qrim otağındayam, bir də görürəm, otağa Xalq artisti Rafiq Əzimov girdi, tez qalxıram ayağa, ona yer verirəm. Amma elə gənclər var ki, heç veclərinə də olmur, yer vermək bir yana, fikir belə vermirlər.

Davamlı dublyajla məşğul olmağım artıq məişət danışığıma da təsir edib

– Məsmə xanım, teatrı pafossuz düşünmək, demək olar ki, mümkün deyil. Siz teatr aktrisasısınız. Dublyajın diksiyası isə tamamilə fərqlidir. Siz həm də dublyaj aktrisasınız. Nəhayət, gəlirik filmə-seriala. Film həm pafosdan uzaq olmalıdır, həm də dili fərqlidir. Bunun öhdəsindən gəlmək sizin üçün çətin deyil ki?

Gülür.

– Əlbəttə ki, çətindir, həm də çox çətin. Çox düz deyirsiniz, teatrda pafossuz mümkün deyil. Məsələn, götürək "Almaz" pyesini, başdan ayağa pafosdur, onsuz mümkün deyil. Dublyaj danışığı da bir yandan. Sizə deyim, davamlı dublyajla məşğul olmağım artıq məişət danışığıma da təsir edib.

– Siz həftənin neçə günü dublyajda olursunuz ki?

– Bu, tələbatdan asılıdır. Bəzən hər gün, bəzən həftədə iki-üç dəfə, bəzən daha az, yaxud daha çox. Dediyim kimi, "Mikrorayon"a çəkiləndə çox narahat idim ki, həm teatrdakı pafos, həm də dublyajdakı dil mənə mane olsun. Amma belə olmadı, öhdəsindən gələ bildim.

– Dublyajdan söz düşmüşkən, qonorar məsələsi həmişə problemlidir. Yenə də elədirmi?

– Elədir, azdır.

Sırf teatrdan aldığımız maaşla dolanmaq olmur, oradan aldığımız məvacib heç bir həftəlik tələbatı ödəmir

– Yəni zəhmətə dəymir, sırf sevdiyiniz üçün məşğul olursunuz.

– Bilirsiniz, sırf teatrdan aldığımız maaşla da dolanmaq olmur. Bu mənada, əlavə işlər vacibdir. Mən də sevdiyim dublyaj işi ilə məşğulam. Buna qəti şəkildə məcburiyyət deyə bilmirəm, sevməsəydim, bəlkə də, çalışmazdım.

– Bəs serialda vəziyyət necədir? Məsələn, "Mikrorayon"dakı qonorar sizi qane elədimi?

– Mənim uzun müddətdən sonra ilk işim idi, hesab edirəm ki, buna da şükür demək olar.

– Bacılarınızdan birini bilirəm ki, incəsənət sahəsindədir. Bəs ümumiyyətlə ailənizdə başqa belə adamlar varmı?

– Biz üç bacıyıq, böyük bacım hüquq-mühafizə orqanlarında çalışır. Kiçik bacım isə, dediyimiz kimi, mədəniyyət sahəsindədir. İxtisas olaraq, rejissorluğu bitirsə də, hazırda müğənnidir. 1997-1998-ci illərdə iki bacı dövlət tədbirlərində çıxışlar edirdik, mən aparıcı, o isə ifaçı olaraq. Dəfələrlə böyük səhnələrdə, Heydər Əliyev Sarayında, hətta Ulu Öndərin iştirak elədiyi tədbirlərdə çıxışlar etmişik. Sonra ailə həyatı qurdu, bir az səhnədən uzaqlaşdı, indi daha çox el şənliklərində iştirak edir.

Atam şəhid olandan sonra ailəlikcə bilirdik ki, daha əvvəlki həyatımız olmayacaq

– Ailənizdən danışırıq, atanız 20 Yanvar hadisələrində şəhid olub. Bu hadisələr baş verəndə sizin 12-13 yaşınız var idi. Maraqlıdır, əgər yaşasaydı, sizi səhnəyə qoyardımı?

– Yox, qoymazdı. Bayaq danışdığımız utancaqlığım mənə elə atamdan keçib. Adicə hansısa bir toyda, məclisdə çəkilib ən arxada, gözdən-könüldən uzaqda dayanırdı ki, kameraya düşməsin.

Atam şəhid olanda mənim hələ 12 yaşım tamam olmamışdı, amma ona qədər bizi, az qala, Azərbaycanın bütün rayonlarını gəzdirmişdi. O vaxt indiki kimi hotellər, istirahət mərkəzləri yox idi, bir çadırımız olurdu, bir də biz. Hətta bir dəfə xatırlayıram, gedib meşədə çadır qurduq, beş-altı gün orada qaldıq. Axırı meşəbəyi gəldi ki..

– Məskən salmısınız...

– Hə, dedi, burada əməlli-başlı məskən salmışınız. Atam onun üçün "Meşəbəyi" mahnısını qoşdu, dedik, güldük, sonra onu da yola saldıq. Elə olurdu, qidamız qurtarırdı, düşürdük yaxın kəndlərə... Yəni o 11-12 il ərzində o qədər xatirələrimiz var ki... Atam şəhid olandan sonra ailəlikcə bütün bu xoşbəxt günlərimizi də itirdik, bilirdik ki, daha əvvəlki həyatımız olmayacaq. Anam, bu mənada, çox güclü qadındır, böyük qadındır. O bütün həyatını övladlarına bağlayıb, bizi elə böyüdüb. Mənə elə gəlir, qadın ana olandan sonra artıq öz həyatını unudur, övladları üçün yaşayır.

– Bayaq iki serialdan ssenariyə görə imtina etdiyinizi dediniz. Bəs teatrda imtina etdiyiniz rol olub?

– Teatrda buna ixtiyarımız yoxdur. Elə olub ki, baxmışam, bu rol mənim deyil, amma məcbur oynamışam. Bəlkə də, belə bir qayda yoxdur, amma mən heç vaxt imtina etməmişəm, edə bilməmişəm. Bəzən də elə olur ki, obrazı rejissor aktyora düzgün izah edə bilmir. Mənim elə obrazlarım olub ki, bu günə qədər orada nə oynadığımı başa düşməmişəm, çünki rejissor düzgün izah etməyib, edə bilməyib.

– Məsmə xanım, teatrda dostluq etdiyiniz adam varmı?

– Yoxdur (gülür). Mənim nəinki çalışdığım teatrda, ümumiyyətlə, bu sənətdə dostluq, rəfiqəlik etdiyim insan yoxdur. Xətrini çox istədiyim, hörmət etdiyim, pərəstiş etdiyim, ürəyimi sevindirən, üzümü güldürən insanlar var, amma bunlar dostluq deyil. Özümə ən yaxın bacılarımı, anamı və qızımı bilirəm.

– Bir az ənənəvi sualdır, ədəbiyyatla aranız necədir?

– İnanın ki, mən hər gün evdən çıxanda öz-özümə deyirəm ki, ilahi, mənə güc ver, "Səmərqənd"i (Livan əsilli fransız yazıçı Amin Maalufun romanı, – N.P) oxuyub bitirim. O dərəcədə məşğulam, düzdür, bu qətiyyən mənə haqq qazandırmır, amma belədir. Xalamın 85 yaşı var, hələ də kitab oxuyur. Kitabı oxuyuram, kimsə kənardan nəsə söz deyir, harasa çağırır, yarımçıq qalır, iki gün sonra qaldığım yerdən davam edə bilmirəm... Təəssüf.

Sonuncu dəfə Səbahəttin Əlinin "Xəz paltolu Madonna" kitabını səsli variantda dinləmişəm. Evdə iş görə-görə, hansısa hissəsini qaçıranda təzədən geri qaytarıb dinləyə-dinləyə, amma bu kitab oxumağın ləzzətini vermir. Bilirsiniz, kitabı vərəqləyə-vərəqləyə, qoxusunu ala-ala oxumadınsa, heç nə...

Beləcə, Məsmə xanımın kitab oxumağın ləzzətini, dadını özünəməxsus teatrallıqla təsviri ilə müsahibəni yekunlaşdırırıq. Məkandan çıxıb liftə minəndə bizə yaxınlaşan orta yaşlı qadın bayaqdan bəri bizi kənardan izlədiyini deyir.

– O xanımın siması tanış gəlir, yadıma sala bilmədim.

– Əməkdar artist Məsmə Aslanqızı, – dərhal cavablayıram.

Qadın əməlli-başlı təəccüblə o yan-bu yana baxır, axırı təəccübünü yığışdırıb deyir.

– "Mikrorayon"dakı qadındır, hə?

Təsdiq edirəm.

– Çox yaxşı oynayıb, çox təsirli... İndiki anaların səsi olub. İmkanınız olarsa, təşəkkürlərimizi çatdırın...











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İlham Rəhimovun təsisçi olduğu 11 şirkətin ümumi zərəri 926 milyon rubl olub - TƏFƏRRÜAT
Bu gün, 13:16
ABŞ Konqresində Ermənistanın azərbaycanlıları etnik təmizləməyə məruz qoymasına dair KONFRANS KEÇİRİLƏCƏK
Bu gün, 13:14
Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinə ikinci müavin təyin edilib - ƏMR
Bu gün, 13:13
Ölkənin ən fərsiz qurumu - ADSEA Bakını Kərbəlaya çevirib - TOTAL NARAZILIQ...
Bu gün, 13:10
“Təcavüz səhnəsinə görə onun verdiyi rolu oynamadım, nişanlı idim, sonradan Mehriban Xanlarova çəkildi”
Bu gün, 13:04
Neft anbarı, elektrik stansiyası, liman... - Ukrayna dronları hər yeri vurur
Bu gün, 12:58
İrəvan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər - "RİA Novosti"
Bu gün, 12:55
“Qafqaz Təhsil Mərkəzi” ilə bağlı şok iddia - 6000 manat ödədi, universitet tanınmadı
Bu gün, 12:54
“Zirə Sera”nın istixanasında ölüm işi - Üç il həbs verildi
Bu gün, 12:52
“ÇƏN DÖVRÜ”NƏ QAYIDIŞ... - Paytaxt sakinləri susuzluqdan qurtulmağın yollarını axtarır
Bu gün, 12:50
Paşinyan Sarukyanla bağlı verdiyi sözü yerinə yetirir - “Hraparak”
Bu gün, 12:46
Mülayim şimal-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:44
Azərbaycanda lizinq şirkəti BOKT yaratdı
Bu gün, 12:43
Emin Əmrullayev... XOŞ DANIŞIR... amma BOŞ DANIŞIR... - ÇÜNKİ...
Bu gün, 12:39
3 ildir UNEC-in Dərbənd flialına tələbə qəbulu aparılmasına niyə imkan verilmir? - BU NƏDİ BELƏ?
Bu gün, 12:32
Gündəm yumurtadır: Niyə ucuzlaşıb anidən bahalaşdı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:26
Peşə Təhsili Agentliyində nələr baş verir? – Boş ştatlar, müəmmalı təyinatlar və cavabsız suallar
Bu gün, 12:19
AAYDA-da rəhbər vəzifələrə yeni təyinatlar olub - ƏMR
Bu gün, 12:16
Rusiya dağılarsa... - Vaşinqton, Brüssel və Pekin üçün əsas kabus
Bu gün, 12:12
"Azdrama"da keçmiş rəhbərliklə problemimə görə bir çox aktyor mənə salam verməyə qorxurdu - Məsmə Aslanqızı
Bu gün, 12:09
Rusiyadan ərik və gül zərbəsi – erməni fermerlər “qan ağlayır”
Bu gün, 12:03
Naxçıvanda MƏMUR ÖZBAŞINALIĞI... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 11:56
İrandan Azərbaycana ƏRZAQ SABOTAJI: Naxçıvanı ACINDAN QIRACAĞIQ... - Fars-molla rejimi AĞLINI İTİRİB...
Bu gün, 11:46
Arif Hacılının ölkədən çıxışına qadağa qoyulub - AÇIQLAMA
Bu gün, 11:40
Təkbaşına meşə yaradan adam - FOTO
Bu gün, 11:32
Ermənistanda təlimlər zamanı hərbi qulluqçu yaralanıb
Bu gün, 11:18
Keçmiş icra başçısına yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:00
“Qaraqan qalib oldu, məni söyürdülər“ - Nigar Köçərli
Bu gün, 09:57
Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxslər yenidən məhkəmə qarşısında
Bu gün, 09:10
“Badam” klinikasının direktoru istefa verdi - BUNA GÖRƏ...
Bu gün, 09:09
Rusiya Belarusdan hücuma keçə bilərmi? - Pivnenko
Bu gün, 09:04
21-ci əsrdə paytaxtda içməli suyun olmaması dəhşətdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:01
İcra başçısının həbsdəki kənd üzrə nümayəndəsindən XƏBƏR VAR
Bu gün, 08:33
Tramp ABŞ-ın NATO-ya 600 milyard dollar xərcləməsini dəlilik adlandırıb
Bu gün, 08:31
Burda başdan-ayağa qanunsuzluqdur... - ETİRAZ VAR!
Bu gün, 08:29
"Sədərək Yusif"un qardaşı Hacı Ənvər İTTİHAM OLUNUR - Vətəndaşın pulunu mənimsəyib?
Bu gün, 08:18
Oxuyub-yazmağı bacarmayan 6 şagird – Abbaszadə düzmü dedi?
Bu gün, 08:05
Yaponiya və ABŞ maliyyə nazirləri yenin kəskin ucuzlaşması fonunda danışıqlar aparıblar - KİV
Bu gün, 08:03
Azərbaycanda oğul atasının qətlini belə sifariş edibmiş... - Vatsap yazışmaları
Bu gün, 08:01
75 yaşlı qadının üzərindən keçən marşrutun rəhbəri İradə Əliyeva kimdir? - TƏFƏRRÜAT
Bu gün, 07:45
Elm və Təhsil Nazirliyi QAYÇILAMA ərəfəsində... - İDDİA
Bu gün, 07:41
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - MALƏSƏF...
Bu gün, 07:33
Respublika Klinik Xəstəxanasında xəstə ziyarəti qadağan edilib - PANDEMİYA TƏHLÜKƏSİ?
Bu gün, 07:30
"Kinos Co" MMC-nin dövlətə 400 min manatdan çox vergi borcu var - Sahibi görün kimdir
Bu gün, 07:26
Tehranın gecikmiş etirafı: İrəvanın əsl niyyəti indi görünür - İNCƏLƏMƏ
Bu gün, 07:23
İsrail-Livan danışıqlarının yeni mərhələsi Vaşinqtonda keçiriləcək
Bu gün, 07:20
İran razılıq verib... - Vens belə deyir...
Bu gün, 07:00
Almaniyanın Köniqsberqi geri qaytarmaq planları - GƏLİŞMƏ
Bu gün, 06:55
SOCAR-da Babək Hüseynov QUYUSU: Dövlətə belə ziyan vurulur... - İLGİNC FAKTLAR
Bu gün, 06:51
Karxanaçı Siyasətin DAŞDAN PUL ÇIXARMA SİYASƏTİ... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru