Moskvanın Tuşino rayon məhkəməsi sabiq vəkil Elman Paşayevin oğlu Elvin Paşayevi külli məbləğdə dələduzluq ittihamı ilə həbs edib.
"Report" TASS-a istinadən xəbər verir ki, müvafiq qərar məhkəmə aktında yer alıb.
"Paşayevə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (külli miqdarda dələduzluq) üzrə iki cinayət törətməkdə ittiham irəli sürülüb. Tuşino rayon məhkəməsi hakiminin qərarı ilə ibtidai istintaq dövründə Paşayev barəsində həbs qətimkan tədbiri seçilib", - qərarda qeyd olunub.
Məhkəmə qərarında həmçinin qeyd edilib ki, Paşayev barəsindəki cinayət işi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi ("Qətl") ilə başlanmış işlə bir icraatda birləşdirilib.
Daha əvvəl bildirilmişdi ki, Rusiya İstintaq Komitəsinin hərbi istintaq orqanları tərəfindən sabiq vəkil Elman Paşayev barəsində cinayət işi üzrə istintaq hərəkətləri başa çatdırılıb.








