Bu gün Ukrayna və Moldova ilk danışıqlar klasterini açaraq AB-yə daxil olmaq yolunda həlledici addım atacaqlar.
Axar.az xəbər verir ki, bu barədə "Quardian" məlumat yayıb.
Məlumata görə, Ukrayna kifayət qədər iradə ilə texniki danışıqları təxminən dörd il ərzində başa çatdıra bilər:
"Ukrayna ötən ilin dekabrında AB-nin genişlənmə üzrə komissarı Marta Koş və baş nazirin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini Taras Kaçka arasında razılaşdırılmış 10 bəndlik planda nəzərdə tutulan islahatların cəmi 15%-ni həyata keçirib. 10 bənddən ibarət plana NABU və Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğunun müstəqilliyinin gücləndirilməsi, antikorrupsiya strategiyasının qəbulu, hakim və prokurorların təyinat proseslərində islahatların aparılması tədbirləri daxildir.
Həmçinin, AB-yə daxil olmaq üçün ölkə minlərlə Avropa qanun və qərarını qəbul etməli və sonra mövcud üzvlərdən yekdil razılıq almalıdır".











