Şuşaya gedən turistlər öz evlərində qalıblar .....                     6-cı ildir ki, doğum gününü həbsdə keçirir .....                     “Premium Bank”da mühüm rəhbər vəzifələrdən birini tutan şəxs postunu tərk edib .....                     Xomeyninin ölüm ildönümü mərasimi: .....                     “Azərşəkər”ə əlavə 3.8 milyon manat maya qoyuldu .....                     Ermənistana 50 milyon avro ayrılacaq .....                     Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva məhkəmə zalında həbs edilib .....                     “Unibank” qadın müştərisi ilə MƏHKƏMƏDƏ .....                     "Narkotikin sonu üç yerdə bitir .....                     Karapetyan Paşinyanla söhbətini açdı: İLK DƏFƏ... .....                     Kollec təhsilli musiqi müəllimlərinə qadağa qoyulub? .....                     Azərbaycan və Aİ yeni nə razılığa gəliblər? .....                     "Qadınlar muğamı daha incə ifa edir, kişilər isə..." .....                     Yaxın Şərqdə KRİTİK ANLAŞMA .....                     “Sponsor olmasa futbolda vəziyyət ağır olacaq, .....                     Bakıda qadın evə sərxoş vəziyyətdə gələn ərinə qapını açmadığına görə döyüldü .....                     Çin Azərbaycanda avtomobil inqilabı hazırlayır? .....                     Misir SOCAR-ı öz bazarında iştirakını genişləndirməyə dəvət edib .....                     Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib .....                     “Tamaşaçını şitliyə siz alışdırmısınız” .....                     Azərbaycanda investsiya şirkətinin rəhbərliyinə təyinat olub .....                     Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edilib .....                     Aldadıldığını deyən sahibkar... İFŞA OLUNDU! .....                     Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır .....                     Səidə keçmişindən danışıb GÖZ YAŞI TÖKDÜ: .....                     Müstəntiq məhkəmədə dindiriləcək .....                     7 körpənin öldüyü yanğın işi .....                     Əgər internet kəsilərsə: .....                     Müəllimləri işə düzəltmək adı ilə 160 min manatlıq dələduzluq .....                     Neftçilərə MƏCBURİ təlim tələbi: HƏYATLARI RİSK ALTINDADIR... .....                     Astanadan verilən ultimatum və erməni fermerlər təşvişdə... .....                     Cənubi Qafqaz Boru Kəməri vasitəsilə nəql edilən qazın həcmi artıb .....                     Ermənistanda şok məhkəmə davası: .....                     Ermənistan ABŞ ilə TRIPP üzrə çərçivə sazişi imzalayıb .....                     Macarıstan Ukrayna ilə bağlı vetonu geri götürüb .....                     Goranboy sakinləri YOLSUZLUQDAN GİLEYLƏNİR... .....                     İlhamə Quliyevanın bacısı qızının cinayət işi məhkəməyə göndərildi .....                     Qarabağdan köçmüş ermənilər Azərbaycan ərazisində qalmış evləri ilə bağlı .....                     “Ermənilərin Azərbaycana qayıtması məsələsi bağlanıb” .....                     Rusiya Azərbaycana qarşı hərəkətə keçir .....                 

"Narkotikin sonu üç yerdə bitir – həbsxana, xəstəxana, qəbiristanlıq"
Tarix: Bu gün, 15:21 | Çap et

Məktəb yaşlarından siqaret kötüyü axtaran bir uşaq, illər sonra narkotik asılılığının ən qaranlıq girdabına düşərək azadlığını, sağlamlığını, dostlarını itirib. Həbsxana kameraları, məhkumluq həyatı və bitib-tükənməyən peşmanlıqlar onun həyatının ayrılmaz hissəsinə çevrilib. Lakin taleyin ironiyası ondadır ki, mülki həyatda narkotikdən uzaq qala bilməyən bu insan Vətən müharibəsi başlayanda silaha sarılaraq ön cəbhəyə yollanıb, döyüşüb.

Lent.az uzun illər narkotik istifadəçisi olan, üç ildir asılılıqdan qurtulan və hazırda “12 Addım Reabilitasiya Mərkəzində” növbə rəhbəri kimi çalışan Babək Muxtarovla müsahibəsini təqdim edir.

- Narkotik istifadəsinə nə zamandan başlamısınız?

- Orta məktəb vaxtlarından narkotik istifadəçisiyəm. Aşağı siniflərdə yüngül, daha sonra isə həb şəklində olan narkotiklərdən istifadə edirdim. Tələbə olanda, birinci kursda oxuyarkən ağır narkotikə keçərək, asılılığımı daha da ağırlaşdırdım. Narkotikə görə bir neçə dəfə məhkum oldum.

- Hansı maddə ilə cinayət işi açıldı?

- Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) ilə cinayət işi açıldı. Sonuncu dəfə 2020-ci ildə həbsdən çıxıb, sentyabrda könüllü şəkildə 44 günlük Vətən müharibəsinə qatıldım. Dekabra qədər qaynar nöqtələrdə döyüşdüm. Veteranam, medallarım var.

- Müharibədən qayıdandan sonra yenə də narkotik istifadə etdiniz?

- Təxris olunandan sonra yenə də narkotik istifadəsinə görə məhkumluq həyatı yaşadım.

- Necə olur ki, mülki həyatda narkotiksiz bir an belə qala bilməmisiniz, amma müharibəyə gedib, axıra kimi döyüşmüsünüz? Orada heç narkotik istəmirdiniz?

- Vətən üçün getmişdim döyüşə. Ora özümü fikirləşməyimin yeri deyildi. Söz yox, çox dözülməz ağrılar olurdu, amma əlimdə silah tutub vətənin keşiyində dayanmalı idim.

- Dəfələrlə məhkum həyatı yaşamısınız. Özünüzə “artıq bəsdir, həbsə düşməməliyəm” demədiniz?

- İnanın ki, bu, mənim iradəmdən asılı deyildi. Mən xəstəliyimi tanımırdım. Elə bilirdim ki, həbsə düşəndə fiziki ağrılarım bitəcək, oradan çıxandan sonra daha istifadə etməyəcəm. Amma həbsdən çıxdığım an ağlıma “narkotik istifadə etməliyəm”, fikri gəlirdi.

- Narkotiki məktəb vaxtından istifadə edirsiniz. Onu haradan tapırdınız? Niyə başladınız istifadəyə?

- Kriminal aləmə o qədər meyilli idim ki, narkotiki axtarmaq üçün hər yola əl atırdım. Məndən böyük uşaqlar siqaret formalı narkotikdən istifadə edirdilər, gedib onların yanında dururdum, gözləyirdim ki, kötüyünü yerə atsınlar, götürüm, yandırım çəkim. Ondan sonra marixuana, psixotrop dərmanlar qəbul edib, damardaxili növlərə keçdim. Elə bataqlığa da onda düşdüm. Hər şeyimi itirdim. Canım, azadlığım, inamım, etibarım, pulum, avtomobilim getdi. Narkotik almaq üçün oğurluq edirdim, yalan danışırdım, telefon satırdım, maşınımı girov qoyurdum.

- Narkotik bir kənara, ailəniz heç siqaret çəkmə, yaşın azdır demirdi?

- Çoxlu variantım var idi. Siqareti çəkəndə əlcək taxırdım, saqqız çeynəyirdim, tumu qabıqlı yeyirdim. Fərqində olmadan asılılığımı inkişat etdirirdim. Özümü narkoman olmağa hazırlayırdım.

- Narkoman olub nə etməyi düşünürdünüz? Narkomanlıq bir rütbə, vəzifə idi?

- Bizim məhəllədə bir yaşlı narkoman var idi. O kişinin qolunda qəşəng qızıl saat, altında bahalı avomobil, əynində uzun plaş, başında norka papaq, çəkdiyi siqaret də "Marlboro"ydu. Onu görəndə hamı çəkinirdi, hörmət edirdi, qorxurdular. Mən də o narkomanı özümə kumir seçmişdim. Elə bilirdim ki, narkotik məni də onun kimi edəcək. Amma reallıq o deyildi. Mən ağır narkotiklə tanış olanda gördüm ki, həmin fanatiklik etdiyim kişi yüksək dozada narkotikdən yıxılıb öldü.

Çox sonralar araşdırdım ki, o kişiyə qalan elə o avtomobil, qızıl saat, bir də bahalı siqaret imiş. Əslində bütün ailəsini, yaxınlarını narkotik uğrunda itiribmiş.

- Bəs asılılıqdan qurtulmaq necə, çətin idi?

- İlk dəfə bura gələndə 47 günə tutmalardan (lomka) çıxdım. Həmin vaxt çox əzab-əziyyət çəkirdim. Mərkəzdə əvvəlki azadlığım əlimdən alınmışdı, qaydalara öyrəşə bilmirdim. Evdəkilər məni aldadıb gətirmişdilər. Sonra məni qoyub, çıxıb getdilər. Gördüm ki, buradakılar insan kimi yaşayırlar, mən isə insan həyatını xoşlamırdım, zombiləşməyə doğru gedirdim. Zamanla mühitə öyrəşə-öyrəşə özümü düzəltməyə başladım.

- Narkotik qəbul edəndə heç peşman olmurdunuz əməlinizdən?

- Yox, əksinə deyirdim ki, evdəkilər nə qədər danışırlar. Bircə pulum olsun narkotik alım, vəssəlam. Narkoman üç şey düşünür – pul, narkotik, istifadə və oğurluq üçün yer.

- Narkotik istifadəçisi ola-ola tələbəlik həyatınız da keçib.

- Tibb kollecində oxuyurdum. Elə birinci kursdan ağır növ narkotikə başladım. Tələbə yoldaşlarım da bilirdilər, qızlar bir az çəkirdilər. Onlara deyirdim ki, təqaüd alanda mənə də şirinlik verin. Yazıqlar mənə inanıb, pul verirdilər.

- İndi də əlaqəniz var?

- Əlbəttə, danışırıq, yazışırıq. Onlar da indiki halıma çox sevinirlər.

- Narkotikdən sonra maddi yox, mənəvi mənada itkiləriniz oldu?

- Hamını itirdim, anam istisna olmaqla. O məndən əl çəkmədi. Digərlərini də başa düşürəm. Nə qədər yaxın olsaq da, qorxub çəkinirdilər. Kim istəyər ki, narkomanla dostluq etsin? Narkoman adı bir ləkədir. Amma cəmiyyət dəstək olmalıdır həmin adamlara. Mən ziyanı ancaq özümə vururdum, kiməsə heç vaxt narkotiki məsləhət bilməmişəm.

- Bəs evdən satdığınız əşya olub?

- Anamın qızıllarını satdım. Bir dəfə də ağrılarım var idi, nə qədər etsəm də pul vermədilər. Anam televizora baxdığı yerdə onun naqilini elektrikdən ayırıb, aparıb dəyər-dəyməzinə satdım. İdarə edə bilmirdim özümü, ağılsız idim.

- Ailəlisiniz?

- Bəli, 1 yaş iki aylıq qız övladım var. İndi də onun üçün yaşayıram.

Üzümü gənclərə, cavanlara, uşaqlara tutub demək istəyirəm ki, narkotikin sonu üç yerdə bitir – həbsxana, xəstəxana, qəbiristanlıq. Narkotikə başlayanda bir-iki ay rəngli günlər keçə bilər, amma üç aydan sonra dünya qaralır. Mən rəngləri unutmuşdum, hər yer qara idi.

- Neçə il həbsdə olmuzunuz?

- Dörd dəfə həbsə düşmüşəm. Ümumilikdə doqquz il üç ay məhkum olmuşam.

- Sizə narkotik satan adamlar indi haradadırlar?

- Onların yarısı həbsdədir, yarısı da qəbirdə.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şuşaya gedən turistlər öz evlərində qalıblar - HESABAT
Bu gün, 15:51
6-cı ildir ki, doğum gününü həbsdə keçirir - BU GÜN İSƏ...
Bu gün, 15:49
“Premium Bank”da mühüm rəhbər vəzifələrdən birini tutan şəxs postunu tərk edib - DETALLAR
Bu gün, 15:45
Xomeyninin ölüm ildönümü mərasimi: - Xamenei və Pezeşkian qatılmadı
Bu gün, 15:43
“Azərşəkər”ə əlavə 3.8 milyon manat maya qoyuldu
Bu gün, 15:41
Ermənistana 50 milyon avro ayrılacaq
Bu gün, 15:39
Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva məhkəmə zalında həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 15:34
“Unibank” qadın müştərisi ilə MƏHKƏMƏDƏ - BU NƏDİ BELƏ?
Bu gün, 15:30
"Narkotikin sonu üç yerdə bitir – həbsxana, xəstəxana, qəbiristanlıq"
Bu gün, 15:21
Karapetyan Paşinyanla söhbətini açdı: İLK DƏFƏ... - “Müharibə Füzulidə bitərdi, əgər...”
Bu gün, 15:13
Kollec təhsilli musiqi müəllimlərinə qadağa qoyulub? – Rəsmi qurumdan açıqlama
Bu gün, 15:11
Azərbaycan və Aİ yeni nə razılığa gəliblər? – Bakıdan reaksiyalar
Bu gün, 13:12
"Qadınlar muğamı daha incə ifa edir, kişilər isə..." - Xalq artisti
Bu gün, 13:09
Yaxın Şərqdə KRİTİK ANLAŞMA – “İndi bütün iplər İranın əlindədir...”
Bu gün, 13:04
“Sponsor olmasa futbolda vəziyyət ağır olacaq, elə çətin xasiyyətli futbolçularla yola getmişəm ki...”
Bu gün, 13:02
Bakıda qadın evə sərxoş vəziyyətdə gələn ərinə qapını açmadığına görə döyüldü
Bu gün, 13:00
Çin Azərbaycanda avtomobil inqilabı hazırlayır? – Böyük imkanlar var, amma…
Bu gün, 12:53
Misir SOCAR-ı öz bazarında iştirakını genişləndirməyə dəvət edib
Bu gün, 12:50
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib
Bu gün, 12:44
“Tamaşaçını şitliyə siz alışdırmısınız” – Azər Axşamın elə KADRLARINI yaydı ki...
Bu gün, 12:43
Azərbaycanda investsiya şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:40
Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edilib - FOTO
Bu gün, 12:32
Aldadıldığını deyən sahibkar... İFŞA OLUNDU! - SƏN DEMƏ...
Bu gün, 12:30
Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır - Ali Məhkəmə
Bu gün, 12:15
Səidə keçmişindən danışıb GÖZ YAŞI TÖKDÜ: - “O qızı çox incitdilər”
Bu gün, 12:10
Müstəntiq məhkəmədə dindiriləcək - “Arzum 9999”un İŞİ
Bu gün, 12:09
7 körpənin öldüyü yanğın işi – Hökm təxirə salınır?
Bu gün, 12:08
Əgər internet kəsilərsə: - İlk 72 saatda dünyada bunlar baş verər…
Bu gün, 12:06
Müəllimləri işə düzəltmək adı ilə 160 min manatlıq dələduzluq – MƏHKƏMƏ İŞİ
Bu gün, 12:04
Neftçilərə MƏCBURİ təlim tələbi: HƏYATLARI RİSK ALTINDADIR... - BU NƏDİ BELƏ?
Bu gün, 12:01
Astanadan verilən ultimatum və erməni fermerlər təşvişdə... - “Milyonlar itiririk”
Bu gün, 11:50
Cənubi Qafqaz Boru Kəməri vasitəsilə nəql edilən qazın həcmi artıb - DETALLAR
Bu gün, 11:47
Ermənistanda şok məhkəmə davası: - Tsarukyan Paşinyandan "casus" ittihamına görə milyonlar tələb edir
Bu gün, 11:45
Ermənistan ABŞ ilə TRIPP üzrə çərçivə sazişi imzalayıb - Mirzoyan
Bu gün, 11:36
Macarıstan Ukrayna ilə bağlı vetonu geri götürüb - KİV
Bu gün, 11:33
Goranboy sakinləri YOLSUZLUQDAN GİLEYLƏNİR... - FOTO
Bu gün, 11:33
İlhamə Quliyevanın bacısı qızının cinayət işi məhkəməyə göndərildi - TƏFƏRRÜAT
Bu gün, 11:17
Qarabağdan köçmüş ermənilər Azərbaycan ərazisində qalmış evləri ilə bağlı AİHM-nə 600 ərizə göndərdi..
Bu gün, 11:13
“Ermənilərin Azərbaycana qayıtması məsələsi bağlanıb” - Paşinyandan NET MÖVQE
Bu gün, 11:10
Rusiya Azərbaycana qarşı hərəkətə keçir – Moskva nəyə hazırlaşır?
Bu gün, 11:00
Amerikanın iştahı kəsiləndə, “Tramp marşrutu”nu dayandıracaq - Zaxarova deyir ki...
Bu gün, 10:59
“Azkredit”in rəhərlərindən biri vəzifəsini tərk edib - BUNDAN SONRA...
Bu gün, 10:56
Xaçmaz və Beyləqanın kəndlərinin elektrik təsərrüfatının yenilənməsinə başlanılır – 5,5 milyon manat ayrıldı
Bu gün, 10:52
"Azərbaycan 90-cı illərin ölkəsi deyil” - Vahid Əhmədov
Bu gün, 10:50
"İrəvan yaxşı hesab edərsə, Aİ-yə qoşulsun" - Overçuk
Bu gün, 10:46
Kreml mediası Paşinyana müharibə elan etdi: - “Erməni Zelenski Qarabağı itirdi, növbə Ermənistanındır!”
Bu gün, 10:43
"Mən 10 günlük müalicəyə 2 min manat necə xərc çəkə bilərəm?" - GİLEY
Bu gün, 10:26
Paşinyanın Başkənd “bazarlığı”: Sülhə əngəl olacaq - ÇÜNKİ...
Bu gün, 10:17
“İşini bilən insanları pensiyaya göndərirlər, Əliqismət Lalayev 80 yaşına kimi də...” - Xalq artistindən ETİRAZ
Bu gün, 10:09
Dayısı oğlu ilə birgə keçmiş arvadını oğurlayan şəxsin işində... - şikayət geri götürüldü
Bu gün, 10:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru