2020-2023-cü illərdə şəhid və qazilərimizin canı-qanı sayəsində Azərbaycan torpağından kökü kəsilmiş separatçı-terrorçu rejimin Ermənistana qaça bilmiş tör-töküntüləri Kremlin dəstəyi ilə həm demokratik Paşinyan hakimiyyətinə, həm də Azərbaycan xalqına, dövlətinə qarşı fəlaiyyətlərini davam etdirməyə çalışırlar.
Son xəbərlərdən bəlli olur ki, qondarma “artsax birliyi”, “Ara Qazaryan” hüquq firması, qondarma “artsax insan hüquqları müdafiəçisi” və “beynəlxalq və müqayisəli hüquq mərkəzi” ilə əməkdaşlıq çərçivəsində Qarabağdan köçmüş ermənilərin adından Avropa İnsan Hüquqları Məhkəməsinə(AİHM) təqdim ediləcək ərizələri qəbul etməyə davam edir.
Moderator.az xəbər verir ki, news.am-ın yaydığı məlumata görə, bu barədə Azərbaycan ərazisində tamamilə ləğv edilmiş və Ermənistan dövləti tərəfindən də tanınmayan separatçı-terrorçu rejimin keçmiş “insan hüquqları müdafiəçisi” Artak Beqlaryan danışıb.
Onun sözlərinə görə ərizələr əsasən Qarabağdan köçmüş ermənilərin əmlakının (mənzil, ev, torpaq sahəsi və s.) Azərbaycan tərəfindən müsadirə edilməsinə əsaslanan “artsax xalqı”nın əmlak iddiaları ilə bağlıdır ki, bu da geri qayıtma hüquqları və digər hüquqlarla əlaqəlidir."
“Əgər AİHM-ə müraciət etmək istəyirsinizsə, şərhlə birlikdə verilən kiçik vərəqi doldura bilərsiniz, bundan sonra sizinlə əlaqə saxlanılacaq və birlikdə əsas ərizə formasını dolduracaqsınız. Bu xidmət pulsuz təqdim olunur.
P.S.: Tərəfdaşlarımızla birlikdə artıq AİHM-ə təxminən 600 ərizə göndərmişik və mümkün qədər davam etdirəcəyik”” - deyə davamında separatçı-terrorçu ombudsman Beqlaryan yazıb.
Hesab edirik ki, məsələ ilə bağlı Azərbaycan dövlətinin müvafiq qurumları Avropa İnsan Hüquqları Məhkəməsi ilə lazımi iş aparmağa borcludur.








