İqtisadiyyat.az xəbər verir ki, "Azərişıq" ASC bununla bağlı hazırlıqlara yekun vurub.
Məlumata görə, layihə Xaçmazın Nərəcan və Çaykənarı, Beyləqanın isə Bünyadlı və Gödəklər yaşayış məntəqələri ərazisində həyata keçiriləcək.
Sözügedən işlərin icrasını “Amfa Construction” şirkəti aparacaq.
Belə ki, burada komplekt transformator məntəqələrinin (KTM), 10 və 0,4 kV-luq paylayıcı elektrik şəbəkəsinin ÖİN xətlərlə (özünüdaşıyan izolyasiyalı naqil) yenidənqurulması nəzərdə tutulur.
Həmin kəndlərdə elektrik təsərrüfatının yenilənməsi 5 milyon 530 min manata başa gələcək.








