Qusar rayonu Yasab kəndi olduqca acınacaqlı durumdadır. "DİA-AZ" xəbər verir ki, bu barədə yerli sakinlər adından edilən müraciətdə deyilir.
Müraciətdə daha sonra bildirilir ki, dəfələrlə problemlərlə bağlı aidiyyatı qurumlara müraciət etsələr də, heç bir faydası olmayıb.
Sakinlər yazır: "Qusar rayonu Yasab kəndində orta məktəb pis gündədir. Ciddi təmirə, bəlkə də yeni məktəbin tikintisinə ehtiyac var.
21-ci əsrdir, neft-qaz ölkəsiyik... hələ də Yasab kəndində qaz ümumiyyətlə, yoxdur. Soyuq havalarda camaat əziyyət çəkir.
Xahiş edirdik ki, bu məsələlər həll olunsun!"








