Müğənni Zemfira İbrahimova sosial şəbəkə hesabında aparıcı Afaq Gəncəliyə cavab verib.
Yenicag.az xəbər verir ki, o, aparıcının bazar günü verilişində öz adının hallanmasını, mahnısının tənqid olunmasını haqsızlıq kimi dəyərləndirib:
“Mən adətən heç kimə cavab vermirəm, amma efirdə yayımlandığına və haqsızlığa görə bunu deməyi özümə borc bildim. Afaq Gəncəli xanım, mənim sənətim, təhsilim sizə məlumdur. Siz 2016-cı ildə mənim Kübariyə xanımla konsertimin aparıcısı da siz olmusunuz. Məlum məsələdir, siz reytinq qazanmağınız üçün nələrsə edirsiniz. Təbii ki, sizin kanalın işi reytinq yığmaqdır. Amma sizə bir iradım var siz mənim ən gözəl mahnımı da seçib verə bilərdiniz”.
Qeyd edək ki, “AfaqlaOnlar” verilişində Zemfiranın o qədər də məşhur olmayan mahnısı səsləndirilib. Verilişdə qonaq olan müğənni Mehin Hümbətova onun ifasını “biabırçı” adlandırıb.








