`Post Cargo` POST OLUB GETDİ! .....                     "İstifadəçi niyə bu iki qurum arasında “ötürülməlidir”?" .....                     Əli Əhmədovun oğlu baş həkim təyin edildi .....                     Ətin qiyməti düşəcək, yoxsa qalxacaq? .....                     Quru sərhədlərlə bağlı mühüm xəbər .....                     Simvolik qisas və Çingiz xan prospekti .....                     Ermənistan Rusiyanı istismar edir .....                     ÇOX OLMADI Kİ: “Məzun günü” tədbiri üçün 156 min manat... .....                     ABŞ şirkətinin Azərbaycandakı törəməsi kapitalını 4.5 milyon dollar azaldıb .....                     Azərbaycanda əmlakın qiymətləndirilməsi qaydası dəyişir .....                     “Əsgər yanına gedirik, bəlkə benzininiz olar?” .....                     Ermənistan üçün Rusiya asılılığı bitir? .....                     "Prior Leasing"in səhmdarlarının yığıncağı keçiriləcək .....                     "60 manatın cəmi 25 manatını qaytardılar..." .....                     Süleyman Mikayılovun müavini və digərlərinin işi yüngülləşdi .....                     Məşhur biznesmen həbsdən yayındı, yoxsa qanunun tələbi elə budur? .....                     Anar Bayramov daha 2 rəhbər şəxsi vəzifədən uzaqlaşdırdı .....                     Kremlin ilginc Güney Qafqaz PLANI .....                     İsi Mustafayev yüksək vəzifəyə təyin edildi .....                     “Başkənd artıq bizim üçün gərginlik mənbəyi ola bilməz, dəyişdirəcəyik” .....                     Putin erməni kəndlilərini sıxmaqda davam edir... .....                     Görürsünüz, Rövşən müəllim, planlamaq olur... mümkündür... .....                     AzəriQaz-dan yeni TALAMA ÜSULU .....                     Putinin cəbhədəki vəziyyətdən xəbəri yoxdur .....                     Niyə dövlət qurumlarımızın saytlarına xaricdən daxil olmaq olmur? .....                     "Nə deyə bilərik, öz işləridir, əsas odur ki, bizdən uzaq osunlar..." .....                     VƏTƏN VƏ DAŞ... .....                     Nazirliyin bu idarəsində ŞOK YEYİNTİ .....                     Suraxanını "zəbt edən" Əliyev qardaşları .....                     Dilçi: "“Qadın” və “arvad” sinonim-dublet deyil" .....                     4 gün sonra: Ermənistanda müharibə olacaq... .....                     Daha bir şübhəli şirkət... .....                     AYNA-nın “rəsmxət dərsi” .....                     Kreml Ermənistanı pulsuz qoydu: İğtişaşa hazırlıq .....                     Böyük qaçışdan böyük qayıdışa: kəndləri necə dirçəltməli? .....                     Mikayılovun işçiləri üçün də QANUN ŞAH DEYİL... .....                     “Adımdan yalandan istifadə ediblər, mən Şəfiqəni yox, Əli İsanı dəstəkləmişəm..” .....                     Köhnə “müttəfiqlərin” yeni hədələri .....                     "N-Turan" MMC-də böyük vergi şoku .....                     Kreml sıxışdırılır: Türkiyə Ermənistan bazarını bu taktika ilə ələ keçirir .....                 

Məşhur biznesmen həbsdən yayındı, yoxsa qanunun tələbi elə budur? – Qalmaqallı məhkəmə hökmünün hüquqi tərəfləri
Tarix: Bu gün, 11:36 | Çap et

Bakıda məşhur biznesmen Emil Ağacanovun tanışı və yaxın münasibətdə olduğu İradə Muradovanın ölümü ilə bağlı cinayət işi üzrə çıxarılan hökm cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Xüsusi amansızlıqla qətldə ittiham olunan biznesmen barəsində azadlıqdan məhrumetmə cəzası deyil, psixiatriya xəstəxanasında məcburi müalicə tədbiri tətbiq edilməsi bir çox suallar doğurub. İctimaiyyətin diqqətini çəkən əsas məqam ağır və rezonanslı qətl hadisəsi ilə bağlı təqsirləndirilən şəxs necə oldu ki, həbs cəzası almadı?

Musavat.com xəbər verir ki, ittihama görə, hadisə 2025-ci il avqustun 23-də Yasamal rayonunda baş verib. Hüquq-mühafizə orqanlarının araşdırmaları zamanı İradə Muradovanın meyiti Emil Ağacanova məxsus mənzilin hamamında, vannanın içərisində paltarsız vəziyyətdə aşkarlanıb. İstintaq materiallarında göstərilib ki, qadın çoxsaylı bıçaq xəsarətləri alıb və ölüm xüsusi amansızlıqla törədilmiş zorakılıq nəticəsində baş verib. İttiham tərəfinin versiyasına görə, hadisədən əvvəl Emil Ağacanov və İradə Muradova birlikdə mənzildə olublar. İstintaq zamanı onların uzun müddət yaxın münasibətdə olduqları müəyyən edilib.

Materiallarda həmçinin biznesmenin hadisə vaxtı narkotik vasitə istifadəsi ehtimalı və mənzildə dini məzmunlu musiqilərin səsləndiyi barədə məlumatlar yer alıb. Toplanmış sübutlar əsasında Emil Ağacanova Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi - xüsusi amansızlıqla adam öldürmə ittihamı verilib. Cinayət işinin istintaqı və məhkəmə baxışı zamanı əsas mübahisə hadisənin necə baş verməsindən çox, təqsirləndirilən şəxsin psixi vəziyyəti ətrafında cəmləşib. İş materiallarında əks olunan ekspertiza rəylərinə əsasən, Emil Ağacanovun hadisə zamanı psixi pozuntu vəziyyətində olduğu və öz hərəkətlərinin mahiyyətini dərk etmədiyi qənaətinə gəlinib. Məhkəmə iclaslarında müdafiə tərəfi də məhz bu mövqedən çıxış edib. Vəkillər bildiriblər ki, təqsirləndirilən şəxsin davranışları, hadisədən sonrakı vəziyyəti və ekspertiza nəticələri onun anlaqsız vəziyyətdə olduğunu göstərir. Lakin zərərçəkmiş tərəfin nümayəndələri və İradə Muradovanın yaxınları proses ərzində bu qənaətlə razılaşmadıqlarını bildiriblər. Onlar qətlin qəddarlıqla törədildiyini, hadisədən əvvəl və sonra baş verənlərin araşdırılmalı olduğunu vurğulayaraq, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən kənarda qalmasının ədalətli olmadığını iddia ediblər. Məhz bu səbəbdən proses boyunca ekspertiza rəyləri iş üzrə ən çox müzakirə olunan sübutlardan biri olub.

Bəs məhkəmə niyə həbs yox, məcburi müalicə seçdi?

Tanınmış vəkil Ceyhun Yusifov Musavat.com-a deyib ki, Azərbaycan qanunvericiliyinə görə, cinayət məsuliyyəti yalnız şəxsin törətdiyi əməlin mahiyyətini dərk etdiyi və hərəkətlərinə nəzarət edə bildiyi halda yaranır: “Əgər məhkəmə müəyyən edərsə ki, şəxs cinayəti törədərkən anlaqsız vəziyyətdə olub, o zaman həmin şəxsə adi qaydada həbs cəzası verilə bilməz. Məhkəmə hökmündə də məhz bu nəticəyə gəlinib. Hakim Emil Ağacanovun cinayət hadisəsi zamanı anlaqsız vəziyyətdə olduğunu qəbul edib. Nəticədə Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir seçilib”.

Bəs məcburi müalicə hansı qaydada gerçəkləşir?

Ceyhun Yusifov deyir ki, cəmiyyətdə geniş yayılmış yanlış təsəvvürlərdən biri odur ki, psixiatriya xəstəxanasına göndərilən şəxs faktiki olaraq azadlığa buraxılır:

“Əslində isə hüquqi baxımdan vəziyyət fərqlidir. Məcburi müalicə alan şəxs öz istəyi ilə xəstəxananı tərk edə bilmir. O, xüsusi nəzarət altında saxlanılır və mütəmadi tibbi müşahidədən keçirilir. Adi pasiyentdən fərqli olaraq onun müəssisədən çıxması yalnız həkim komissiyasının rəyi və məhkəmənin qərarı əsasında mümkündür. Bu səbəbdən məcburi müalicə həbs hesab edilməsə də, şəxsin azadlığını ciddi şəkildə məhdudlaşdıran hüquqi tədbirdir”.

Ceyhun Yusifov məcburi müalicə ilə bağlı ən çox verilən suallardan biri olan müddət məsələsinə də aydınlıq gətirib: “Qanunvericilikdə bunun üçün konkret vaxt həddi müəyyən edilməyib. Yəni məhkəmə 5 il məcburi müalicə və ya 10 il məcburi müalicə hökmü çıxarmır. Şəxsin psixi vəziyyəti dövri olaraq həkim komissiyaları tərəfindən qiymətləndirilir. Əgər onun artıq təhlükəli olmadığı və cəmiyyət üçün risk yaratmadığı müəyyən edilərsə, məsələ yenidən məhkəməyə təqdim olunur. Əks halda müalicə davam etdirilir.Bəzi hallarda belə müalicə tədbirləri uzun illər davam edə, hətta müəyyən hallarda nəzəri olaraq bəzi həbs cəzalarından daha uzun sürə bilər”.

Xatırladaq ki, İradə Muradovanın qətli ilə bağlı cinayət işi ictimai rezonans doğurduğundan məhkəmənin hökmü də müxtəlif reaksiyalarla qarşılanıb. Bir tərəf hesab edir ki, məhkəmə ekspertiza rəylərinə və qanunun tələblərinə uyğun hökm çıxarıb. Digər tərəf isə belə ağır cinayətə görə həbs cəzasının tətbiq edilməməsini qəbul etməkdə çətinlik çəkir.

Ceyhun Yusifov vurğulayıb ki, burada əsas məsələ cinayətin ağırlığından çox, təqsirləndirilən şəxsin həmin əməli törədərkən psixi vəziyyətidir:

“Əgər anlaqsızlıq hüquqi və tibbi cəhətdən sübuta yetirilibsə, məhkəmənin alternativ qərar vermək imkanları məhdud olur”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
`Post Cargo` POST OLUB GETDİ! - NARAZILIQ VAR...
Bu gün, 12:44
"İstifadəçi niyə bu iki qurum arasında “ötürülməlidir”?" - ETİRAZ VAR...
Bu gün, 12:38
Əli Əhmədovun oğlu baş həkim təyin edildi - ƏMR
Bu gün, 12:28
Ətin qiyməti düşəcək, yoxsa qalxacaq? - Ekspert bütün riskləri açıqladı
Bu gün, 12:27
Quru sərhədlərlə bağlı mühüm xəbər – Şəxsi maşınlar Türkiyəyə necə keçir?
Bu gün, 12:22
Simvolik qisas və Çingiz xan prospekti - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 12:18
Ermənistan Rusiyanı istismar edir - Volodin belə deyir...
Bu gün, 12:17
ÇOX OLMADI Kİ: “Məzun günü” tədbiri üçün 156 min manat... - DETALLAR...
Bu gün, 12:12
ABŞ şirkətinin Azərbaycandakı törəməsi kapitalını 4.5 milyon dollar azaldıb
Bu gün, 12:07
Azərbaycanda əmlakın qiymətləndirilməsi qaydası dəyişir - Narazılıq var
Bu gün, 12:03
“Əsgər yanına gedirik, bəlkə benzininiz olar?” – Yeni DƏLƏDUZLUQ
Bu gün, 11:57
Ermənistan üçün Rusiya asılılığı bitir? -Aİ görünməmiş iqtisadi güzəştlərin düyməsinə basdı
Bu gün, 11:50
"Prior Leasing"in səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 11:49
"60 manatın cəmi 25 manatını qaytardılar..." - GİLEY
Bu gün, 11:47
Süleyman Mikayılovun müavini və digərlərinin işi yüngülləşdi - TƏFƏRRÜAT
Bu gün, 11:41
Məşhur biznesmen həbsdən yayındı, yoxsa qanunun tələbi elə budur? – Qalmaqallı məhkəmə hökmünün hüquqi tərəfləri
Bu gün, 11:36
Anar Bayramov daha 2 rəhbər şəxsi vəzifədən uzaqlaşdırdı - BUNDAN SONRA...
Bu gün, 11:35
Kremlin ilginc Güney Qafqaz PLANI – Azərbaycan da...
Bu gün, 11:34
İsi Mustafayev yüksək vəzifəyə təyin edildi - ƏMR
Bu gün, 11:33
“Başkənd artıq bizim üçün gərginlik mənbəyi ola bilməz, dəyişdirəcəyik” - Nikol Paşinyan
Bu gün, 11:28
Putin erməni kəndlilərini sıxmaqda davam edir... - BU DƏFƏ...
Bu gün, 07:36
Görürsünüz, Rövşən müəllim, planlamaq olur... mümkündür... - ETİRAZ
Bu gün, 07:30
AzəriQaz-dan yeni TALAMA ÜSULU - artıq borc yazsınlar deyə...
Bu gün, 07:17
Putinin cəbhədəki vəziyyətdən xəbəri yoxdur - HESABAT
Bu gün, 07:06
Niyə dövlət qurumlarımızın saytlarına xaricdən daxil olmaq olmur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:04
"Nə deyə bilərik, öz işləridir, əsas odur ki, bizdən uzaq osunlar..." - Arif Hacılı
Bu gün, 06:52
VƏTƏN VƏ DAŞ... - evimiz yükə çevrilirsə...
Bu gün, 06:21
Nazirliyin bu idarəsində ŞOK YEYİNTİ - RƏSMİ QARƏT
Bu gün, 06:15
Suraxanını "zəbt edən" Əliyev qardaşları KİMDİR?
Bu gün, 06:06
Dilçi: "“Qadın” və “arvad” sinonim-dublet deyil" - "Gərək deputat ixtisası olmayan bir sahəyə hazırlıqsız “girişməyəydi”"
Bu gün, 06:01
4 gün sonra: Ermənistanda müharibə olacaq... - Görünəni odur ki...
Bu gün, 05:58
Daha bir şübhəli şirkət... - FOTO
Bu gün, 05:56
AYNA-nın “rəsmxət dərsi” - məqsəd sürücüləri cərimələtdirməkdir, yoxsa…
Bu gün, 05:52
Kreml Ermənistanı pulsuz qoydu: İğtişaşa hazırlıq - NƏ BAŞ VERİR?
Bu gün, 05:48
Böyük qaçışdan böyük qayıdışa: kəndləri necə dirçəltməli? - Torpaqdan qaçışın pərdəarxası...
Bu gün, 05:45
Mikayılovun işçiləri üçün də QANUN ŞAH DEYİL... - BU DA FAKT...
Bu gün, 05:43
“Adımdan yalandan istifadə ediblər, mən Şəfiqəni yox, Əli İsanı dəstəkləmişəm..” - QALMAQAL
Bu gün, 05:41
Köhnə “müttəfiqlərin” yeni hədələri – Putin və Lukaşenko Paşinyandan nə istəyirlər?
Bu gün, 05:39
"N-Turan" MMC-də böyük vergi şoku - Şirkət əldən-ələ keçib, 300 mindən çox borc yaranıb
Bu gün, 05:36
Kreml sıxışdırılır: Türkiyə Ermənistan bazarını bu taktika ilə ələ keçirir - GƏLİŞMƏ
Bu gün, 05:28
Paşinyan kənd təsərrüfatı məhsulları üçün yeni bazarlar tapdığını açıqlayıb - TƏFƏRRÜAT
Bu gün, 05:26
ABŞ Qeşm adasına, İran isə Bəhreynə zərbələr endirib - CENTCOM
Bu gün, 05:24
Naşı həkimin əlinə düşən Hacı Tahir görmə qabiliyyətini itirib - İlkin ehtimala görə...
Dünən, 22:34
Vaşinqton Bakıya milyardlıq sazişlərlə gəldi ━━ Reuters detalları açıqladı
Dünən, 22:32
Ermənistan seçkilərində biz qalib gələcəyik - Rusiyalı oliqarx
Dünən, 17:23
Uşaqpulu müzakirələrini necə kəsək? - İsveç, Norveç, Finlandiya...
Dünən, 17:08
Bir evi bir neçəsinə satan biznesmenin İŞİ: - "makler" DANIŞDI
Dünən, 17:06
Bakı Metropolitenində yeni VƏZİFƏ TƏYİNATI
Dünən, 17:03
Tacir tənqidlərə cavab verdi: - "Həyətimdə qalstukla gəzməliydim?"
Dünən, 17:02
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi - TƏFƏRRÜAT
Dünən, 17:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru