ABŞ-ın “ChampionX” şirkətinin Azərbaycandakı törəmə şirkəti “ChampionX Azərbaycan” MMC nizamnamə kapitalının azaldıldığını elan edib.
Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 4 500 100 ABŞ dollarından 100 ABŞ dollarına endirilib.
Bununla da şirkətin nizamnamə kapitalı 4 500 000 ABŞ dolları məbləğində azaldılıb.
“ChampionX Azərbaycan” MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Kövkəb xanım Səfərəliyeva, ev 16, Time B/M, 2-ci mərtəbədə yerləşir. Şirkətin qanuni təmsilçisi Leonard Knoxdur.








