Niyə dövlət qurumlarımızın saytlarına xaricdən daxil olmaq olmur? .....                     "Nə deyə bilərik, öz işləridir, əsas odur ki, bizdən uzaq osunlar..." .....                     VƏTƏN VƏ DAŞ... .....                     Nazirliyin bu idarəsində ŞOK YEYİNTİ .....                     Suraxanını "zəbt edən" Əliyev qardaşları .....                     Dilçi: "“Qadın” və “arvad” sinonim-dublet deyil" .....                     4 gün sonra: Ermənistanda müharibə olacaq... .....                     Daha bir şübhəli şirkət... .....                     AYNA-nın “rəsmxət dərsi” .....                     Kreml Ermənistanı pulsuz qoydu: İğtişaşa hazırlıq .....                     Böyük qaçışdan böyük qayıdışa: kəndləri necə dirçəltməli? .....                     Mikayılovun işçiləri üçün də QANUN ŞAH DEYİL... .....                     “Adımdan yalandan istifadə ediblər, mən Şəfiqəni yox, Əli İsanı dəstəkləmişəm..” .....                     Köhnə “müttəfiqlərin” yeni hədələri .....                     "N-Turan" MMC-də böyük vergi şoku .....                     Kreml sıxışdırılır: Türkiyə Ermənistan bazarını bu taktika ilə ələ keçirir .....                     Paşinyan kənd təsərrüfatı məhsulları üçün yeni bazarlar tapdığını açıqlayıb .....                     ABŞ Qeşm adasına, İran isə Bəhreynə zərbələr endirib .....                     Naşı həkimin əlinə düşən Hacı Tahir görmə qabiliyyətini itirib .....                     Vaşinqton Bakıya milyardlıq sazişlərlə gəldi .....                     Ermənistan seçkilərində biz qalib gələcəyik .....                     Uşaqpulu müzakirələrini necə kəsək? .....                     Bir evi bir neçəsinə satan biznesmenin İŞİ: .....                     Bakı Metropolitenində yeni .....                     Tacir tənqidlərə cavab verdi: .....                     Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi .....                     "Koçaryanı tarixin zibilliyinə atacaqlar..." .....                     ADRA-nın yeni sədr müavini kimdir? .....                     Rusiyanın kölgəsi altında ERMƏNİ RƏZALƏTİ... .....                     Türkiyə-Ermənistan yaxınlaşması regionda güc balansını dəyişə bilər .....                     “Karapetyanın psixoloji problemi var, 300 min azərbaycanlı…” .....                     Kinematoqrafçılar İttifaqının qurultay nəticələri .....                     "30 illik müəlliməm" deyənlərin imtahana daha çox ehtiyacı var .....                     "Paysis"in elektron pul təşkilatı lisenziyası ləğv edilib .....                     Bakıda şəhid xanımı buna görə öldürülübmüş .....                     “NEO BOKT” 2025-ci ili zərərlə başa vurub .....                     “Bank Avrasiya”nın səhmdarı yenidən təşkil olunur .....                     Dövlətin milyonlarını görün, kimə HƏVALƏ EDİRLƏR... .....                     Günay Ağamalıya atasından qalan bu biznes şok etdi .....                     Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv etdi .....                 

4 gün sonra: Ermənistanda müharibə olacaq... - Görünəni odur ki...
Tarix: Bu gün, 05:58 | Çap et

Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca regionda proseslərin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı müxtəlif proqnozlar səsləndirilir.

Xüsusilə bəzi siyasi ekspertlər və politoloqlar seçkilərdən sonra ölkədə ciddi qarşıdurmaların, hətta küçə toqquşmalarının, bəziləri isə vətəndaş müharibəsinin baş verə biləcəyini iddia edirlər. Bu proqnozlarda ən çox vurğulanan məqamlardan biri də Rusiya faktorudur.

Mövcud şəraitdə seçkilərdən sonra ölkədə ciddi qarşıdurma və küçə toqquşmaları baş verə biləcəyi ilə bağlı səslənən proqnozlar nə dərəcədə realdır?

“Cebheinfo.az”-a açıqlamasında politoloq Tofiq Abbasovun fikrincə, Ermənistanda elə boşluqlar var ki, orada istənilən qüvvə və ya terror təşkilatı müəyyən məqsədlərinə nail ola bilər.

O qeyd edib ki, hazırda Baş nazir Nikol Paşinyan özünün demokratik və azadsevər imicini bir qədər şişirdərək bunu dövlət reallığı kimi təqdim etməyə çalışır, amma bu əsla belə deyil:

“Ermənistan cəmiyyətinin özünəməxsus simptomları və spesifik göstəriciləri var. Elə buna görə də bəzən ən gözlənilməz anda arzuolunmaz proseslərin şahidi olmaq mümkündür.

Buna baxmayaraq, hesab edirəm ki, Nikol Paşinyan qalib gələcək. Faktiki olaraq burada əsas qüvvələr – istər ABŞ, istər Avropa İttifaqı, istərsə də Rusiya – Paşinyanın hakimiyyətdə qalmasını istəyirlər. Bu nə qədər paradoksal görünsə də, vəziyyət belədir.

Bu gün Rusiya Paşinyanı bilərəkdən dünyaya özünün düşməni kimi təqdim edir. Məqsəd isə hələ də tərəddüd edən və elektorat daxilində qərarsız qalan qüvvələrin məhz Paşinyana sığınaraq ona səs verməsinə təsir göstərməkdir”.

O bildirib ki, burada özünəməxsus latent (gizli, əlamətləri büruzə verməyən) bir proses gedir:

“Bütün fövqəlqüvvələr çalışır ki, Nikol Paşinyan hakimiyyəti əldən verməsin. Çünki bu həm Avropanı, həm Amerikanı, həm də Rusiyanı qane edir. Hazırda Rusiyanın Paşinyandan narazı olduğu, onun Avropa İttifaqına yaxınlaşmağa çalışdığı barədə fikirlər səslənir.

Lakin burada əsas sual yaranır ki, onun burada hansı qazancı var? Digər tərəfdən, Avropa İttifaqı Ermənistanı mövcud problemləri ilə birlikdə onu öz qoynuna alandır? Əlbəttə ki, yox. Çünki Avropa İttifaqı adətən münasibət qurursa, çalışır qarşı tərəfdən faydalansın, xeyir götürsün.

Bu baxımdan, Ermənistana Avropa İttifaqının verəcəyi heç bir şey yoxdur. Əksinə, Avropa İttifaqı Ermənistanı öz sıralarına qəbul etsələr, Ermənistan yalnız ittifaqdan kömək umacaq.

Onlar da hazırda belə bir imkanlara malik deyillər. Çünki özlərinin vəziyyəti də qənaətbəxş deyil. Digər tərəfdən, ABŞ ilə münasibətləri kifayət qədər gərgindir. Bundan əlavə, ölkə daxilində enerji böhranı və digər ciddi problemlər də mövcuddur”.

Politoloq hesab edir ki, Ermənistanda prinsip etibarilə, silahlı qarşıdurmalar, çevriliş cəhdləri və bu kimi hadisələr yaşanmazsa, Nikol Paşinyan hakimiyyətini qoruyub saxlayacaq:

“Paşinyan bundan sonra həm Rusiya, həm ABŞ, həm də Avropa İttifaqı ilə münasibətlərdə yeni mərhələyə keçid etməyə çalışacaq. Əslində, mahiyyət etibarilə, onlar köhnə siyasətin müəyyən konturlarını yenidən canlandırmağa çalışacaqlar.

Lakin seçkilərdən qalib çıxmış qüvvə bu proseslərə yeni yanaşma nümayiş etdirməyə, siyasi vitrini, yəni fasadı yeniləməyə səy göstərəcək. Məqsəd isə islahatlara açıq və hazır bir qüvvə obrazı yaratmaq olacaq.

Digər tərəfdən, bütün islahatlara hazır olduqlarını nümayiş etdirməyə çalışacaq, eyni zamanda beynəlxalq birlik qarşısında daha müsbət nəticələr və töhfələr ortaya qoymağa cəhd göstərəcəklər”.

O əlavə edib ki, müxalifətin güc nümayişi və mümkün qarşıdurma ehtimalları fonunda Paşinyanın mövqeyi həlledici sayılır:

“Əgər müxalifət, xüsusilə də rusiyapərəst qüvvələr – Robert Köçəryan, Samvel Karapetyan və digərləri həqiqətən də Paşinyan əleyhinə böyük kütlə toplaya bilməsələr, onların bu mübarizəyə qoşulmasının ciddi mənası olmayacaq. Yox, əgər onlar hakimiyyətin üzərinə böyük qüvvə ilə gələcəklərsə, o zaman ciddi toqquşmaların baş verməsi mümkündür. Hətta istisna etmirəm ki, seçkilər belə baş tutmaya bilər.

Qarşıdakı 2-3 gün olduqca həlledici dövrdür və bununla bağlı proqnozlar da müxtəlifdir. Belə görünür ki, Paşinyan burada yüksək cəsarət və qətiyyət göstərsə, onun qarşısını almaq mümkün olmayacaq.

Robert Köçəryan, Samvel Karapetyan, kilsə nümayəndələri və digər qüvvələr nə qədər tənqid və qarayaxma kampaniyaları aparsalar da, Paşinyanın gücünü zəiflətməkdə çətinlik çəkəcəklər. Çünki Paşinyan, demək olar ki, vəziyyəti nəzarətdə saxlayır.

Güc strukturları kifayət qədər möhkəmdir və onlar da öz mövqelərini qorumağa çalışırlar. Eyni zamanda hakimiyyət nümayəndələri vurğulayırlar ki, demokratik yolu seçiblər və insanlara müəyyən azadlıqlar veriblər. Onların fikrincə, bu azadlıqlar nə Robert Köçəryanın, nə də Serj Sarkisyanın hakimiyyəti dövründə mövcud olub”.

Tofiq Abbasov vurğulayıb ki, Nikol Paşinyan da hakimiyyətə gəldiyi 2018-ci ildən sonra bir çox səhvlərə yol verib:

“Daha sonra köhnə sistemi müəyyən mənada “reanimasiya” etməyə çalışsa da, bunun doğru yol olmadığını anladı. Xüsusilə İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra o, Ermənistan cəmiyyətinin və siyasi sisteminin ümumilikdə doğru istiqamətdə olmadığını dərk etdi.

Başa düşdü ki, indiki vəziyyətdə uduzublar, amma gələcəyi də uduza bilərlər. Buna görə də Paşinyan öz səhvlərindən, eləcə də təkcə özünün deyil, keçmiş hakimiyyətlərin yol verdiyi yanlışlardan nəticə çıxarmağa çalışdı və “mifik Ermənistan” deyil, real Ermənistan qurmaq lazım olduğunu anladı.

Onun yanaşmasına görə, bütün imkanlar və resurslar birləşdirilməli, cəmiyyət vahid bir sistem kimi fəaliyyət göstərməlidir ki, Ermənistan həqiqətən gələcəyə uyğun şəkildə transformasiya oluna bilsin. Əsas məsələ isə ondan ibarətdir ki, Ermənistanın dövlət subyektliyi hələ də yarımçıqdır”.

Politoloq qeyd edib ki, Avropa İttifaqı ilə əməkdaşlıq Ermənistana fayda vermir, çıxış yolu Azərbaycan və Türkiyə ilə münasibətlərin bərpası və regiona inteqrasiyadır:

“Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində onlar müəyyən oyunlara daxil olurlar, xüsusi missiya tələb edirlər. Lakin bunların heç birinin Ermənistan üçün real fayda verəcəyini düşünmürəm.

Sadəcə Ermənistanın kisəsindən yeyəcəklər, amma qarşılığında heç nə verməyəcəklər. Ona görə də Ermənistan üçün ən doğru yol Azərbaycan və Türkiyə ilə münasibətləri bərpa etmək, ərazi iddialarından və təhdid xarakterli yanaşmalardan imtina etməkdir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Niyə dövlət qurumlarımızın saytlarına xaricdən daxil olmaq olmur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:04
"Nə deyə bilərik, öz işləridir, əsas odur ki, bizdən uzaq osunlar..." - Arif Hacılı
Bu gün, 06:52
VƏTƏN VƏ DAŞ... - evimiz yükə çevrilirsə...
Bu gün, 06:21
Nazirliyin bu idarəsində ŞOK YEYİNTİ - RƏSMİ QARƏT
Bu gün, 06:15
Suraxanını "zəbt edən" Əliyev qardaşları KİMDİR?
Bu gün, 06:06
Dilçi: "“Qadın” və “arvad” sinonim-dublet deyil" - "Gərək deputat ixtisası olmayan bir sahəyə hazırlıqsız “girişməyəydi”"
Bu gün, 06:01
4 gün sonra: Ermənistanda müharibə olacaq... - Görünəni odur ki...
Bu gün, 05:58
Daha bir şübhəli şirkət... - FOTO
Bu gün, 05:56
AYNA-nın “rəsmxət dərsi” - məqsəd sürücüləri cərimələtdirməkdir, yoxsa…
Bu gün, 05:52
Kreml Ermənistanı pulsuz qoydu: İğtişaşa hazırlıq - NƏ BAŞ VERİR?
Bu gün, 05:48
Böyük qaçışdan böyük qayıdışa: kəndləri necə dirçəltməli? - Torpaqdan qaçışın pərdəarxası...
Bu gün, 05:45
Mikayılovun işçiləri üçün də QANUN ŞAH DEYİL... - BU DA FAKT...
Bu gün, 05:43
“Adımdan yalandan istifadə ediblər, mən Şəfiqəni yox, Əli İsanı dəstəkləmişəm..” - QALMAQAL
Bu gün, 05:41
Köhnə “müttəfiqlərin” yeni hədələri – Putin və Lukaşenko Paşinyandan nə istəyirlər?
Bu gün, 05:39
"N-Turan" MMC-də böyük vergi şoku - Şirkət əldən-ələ keçib, 300 mindən çox borc yaranıb
Bu gün, 05:36
Kreml sıxışdırılır: Türkiyə Ermənistan bazarını bu taktika ilə ələ keçirir - GƏLİŞMƏ
Bu gün, 05:28
Paşinyan kənd təsərrüfatı məhsulları üçün yeni bazarlar tapdığını açıqlayıb - TƏFƏRRÜAT
Bu gün, 05:26
ABŞ Qeşm adasına, İran isə Bəhreynə zərbələr endirib - CENTCOM
Bu gün, 05:24
Naşı həkimin əlinə düşən Hacı Tahir görmə qabiliyyətini itirib - İlkin ehtimala görə...
Dünən, 22:34
Vaşinqton Bakıya milyardlıq sazişlərlə gəldi ━━ Reuters detalları açıqladı
Dünən, 22:32
Ermənistan seçkilərində biz qalib gələcəyik - Rusiyalı oliqarx
Dünən, 17:23
Uşaqpulu müzakirələrini necə kəsək? - İsveç, Norveç, Finlandiya...
Dünən, 17:08
Bir evi bir neçəsinə satan biznesmenin İŞİ: - "makler" DANIŞDI
Dünən, 17:06
Bakı Metropolitenində yeni VƏZİFƏ TƏYİNATI
Dünən, 17:03
Tacir tənqidlərə cavab verdi: - "Həyətimdə qalstukla gəzməliydim?"
Dünən, 17:02
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi - TƏFƏRRÜAT
Dünən, 17:01
"Koçaryanı tarixin zibilliyinə atacaqlar..." - Keçmiş deputatdan maraqlı ŞƏRH
Dünən, 16:59
ADRA-nın yeni sədr müavini kimdir? - DOSYE
Dünən, 16:56
Rusiyanın kölgəsi altında ERMƏNİ RƏZALƏTİ... DAVAM EDİR...
Dünən, 16:52
Türkiyə-Ermənistan yaxınlaşması regionda güc balansını dəyişə bilər - “Stratfor”
Dünən, 16:50
“Karapetyanın psixoloji problemi var, 300 min azərbaycanlı…” - Xaratyan
Dünən, 16:48
Kinematoqrafçılar İttifaqının qurultay nəticələri LƏĞV EDİLİR?
Dünən, 16:35
"30 illik müəlliməm" deyənlərin imtahana daha çox ehtiyacı var – Ekspertdən tənqid
Dünən, 16:32
"Paysis"in elektron pul təşkilatı lisenziyası ləğv edilib
Dünən, 16:28
Bakıda şəhid xanımı buna görə öldürülübmüş – DETALLAR
Dünən, 16:26
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub
Dünən, 16:22
“Bank Avrasiya”nın səhmdarı yenidən təşkil olunur
Dünən, 16:19
Dövlətin milyonlarını görün, kimə HƏVALƏ EDİRLƏR... - Qanun hərləyən kimdir ki...
Dünən, 16:15
Günay Ağamalıya atasından qalan bu biznes şok etdi - VİDEO
Dünən, 16:01
Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv etdi - SƏBƏB
Dünən, 16:00
Dünyanın ən bahalı casus proqramları hansılardır: Bakıda varmı? - ARAŞDIRMA
Dünən, 15:57
Ermənistanda Samvel Karapetyana qarşı iş açılıb - “Verelq.am”
Dünən, 15:53
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Dünən, 15:21
Şikayətlər artır, həll isə yoxdur: - İcra hakimiyyətlərində nə baş verir?
Dünən, 15:17
Bakıda toyda DƏHŞƏT: - əmisi qızı ilə oynayıb qardaşını bıçaqladı
Dünən, 15:13
45 minlik maşına görə Bank Respublika məhkəməyə verildi - TƏFƏRRÜAT
Dünən, 15:07
“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi
Dünən, 14:33
Paşinyan Rusiyanın Ermənistan məhsullarına məhdudiyyətlərini tənqid edib
Dünən, 14:31
“Saxtakarlıqla professor olub” demişdi, cəzalandı - TƏFƏRRÜAT
Dünən, 14:30
Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu
Dünən, 13:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru