AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                     Azərbaycan nefti bahalaşıb .....                     Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir .....                     Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir .....                     Müştərinin sifarişini OĞURLADILAR VƏ... .....                     Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... .....                     Dəymiş ziyanı tam ödəmək istəmirlər... .....                     Ağzını açdı və... .....                     Məşhurluq artıq zəhmətlə qazanılmır: .....                     İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” .....                     4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir .....                 

İŞİD-in hədəfə aldığı İraq azərbaycanlıları rəsmi Bakıya ümidlidir
Tarix: 21-06-2014, 12:14 | Çap et
İŞİD-in hədəfə aldığı İraq azərbaycanlıları rəsmi Bakıya ümidlidir
İraqın böyük hissəsi terrorçu dediyimiz В«İraq və Şam İslam DövlətiВ»nin – İŞİD-in nəzarətindədir. Gündəlik xəbərlərə əsasən, bu qənaətə gəlmək olar ki, artıq tarixin yadigarı olan bu ölkədə sözün əsl mənasında sünni-şiə müharibəsi gedir. Səbəb isə şiələrin üstünlük təşkil etdiyi və əsas postları tutduğu Maliki hökumətinin sünni əhaliyə qarşı amansız, aşağılayıcı münasibət göstərməsidir. Hətta demək olar ki, bu gün İraqda sünnilər hökumətin nəzərində adi vətəndaşdan çox qanunsuz miqratlar kimidir. Elə buna görə də İŞİD ortaya çıxanda sünni əhali qeyd-şərtsiz onları dəstəklədi və davasız- filansız idarəetmə strukturlarını onlara həvalə etdilər. Maraqlıdır ki, dost ölkədə yaşanan olaylar barədə rəsmi məlumat almaq üçün dəfələrlə müraciət etdiyimiz İraqın Azərbaycandakı səfirliyinin nə telefonlarına cavab verən var, nə də internet üzərindən yazılan məktublara? Ona görə yenə də birbaşa İraqa – Kərkükə bağlanıb, suallara cavabı Türkmənieli Partiyasının sədri Riyaz Sarıkahyadan almağa çalışdıq. Müsahibimiz söhbətə hazırda ölkədə siyasi-hərbi vəziyyət barədə ümumi məlumat verməklə başladı.



- Mosul və Səlahəddin vilayətlərinin böyük hissəsi hazırda İŞİD-in nəzarətindədir. Amma Mosulun Təlafər rayonunda hələlik şiə türkmənlərlə mərkəzi hökumətin silahlı qüvvələri İŞİD-ə ciddi müqavimət göstərməkdədir. Eyni zamanda, Səlahaddin vilayətinin şərq hissəsi olan türkmənlərin məskunlaşdığı Tuz rayonu hər tərəfdən terrorçu yaraqlılar tərəfindən mühasirəyə alınsa da, hələlik işğal olunmayıb. Kərkükün də Bəşir kəndi İŞİD-in nəzarətindədir. Buna baxmayaraq, yaraqlıların Kərkükə doğru hərəkətinin qarşısı, hələlik yerli polis və peşmərgə qüvvələri tərəfindən alınıb. Vəziyyət olduqca ağırdır, vaxtaşırı iranlı rəsmilər bölgəyə səfər edirlər. Nəzərə alın ki, bölgəmizin sünni-ərəb əhalisi də Malikiyə qarşı İŞİD-in tərəfindədir. Bütün hallarda isə zərər türkmənlərə dəyir.

- İraq hökumətinin əlində normal ordu yoxdurmu ki, ölkəni bölüb-parçalayan bu qruplaşmanın qarşısını kəssin? Bağdad niyə hərbi səfərbərliyə başlamır, ölkədə fövqəladə vəziyyət elan etmir?
- Bölgəmiz müharibə meydanına çevrilib. Maliki ordu komandanlığından çox narazıdır, onları uğursuz taktikada günahlandırır və ümumiyyətlə, orduya inanmır. Elə bu səbəbdən də В«BədrВ» silahlı dəstələrini prosesə cəlb etməyə başlayıb. Maliki açıq-aşkar şiələrdən ibarət milis güclərini dəstəkləyir. Eyni zamanda, o, klassik ordu sistemindən uzaqlaşmaq yolunu tutub.

- Qəti demək olarmı ki, bu gün İraqda məhz sünni-şiə müharibəsi gedir?
- Proseslər əsasən bu səmtdə inkişaf edir. Amma müharibənin sərhəd xətti türkmənlər olduğundan, ən böyük əziyyəti də biz yaşayırıq. Bu dava-dalaş biz türkmənlərin deyil, ancaq bölgəmizdə olduğu üçün ziyanı bizə dəyir. Yeri gəlmişkən, içimizdən bəzi adamlar dolayısı yolla tərəf tutmağa başlayıblar. Bu isə Türkmən milli hərəkatının uğursuz siyasəti ilə bağlı ola bilər. Düşünürəm ki, türkmən xalqının milli şüurunu oyandırmaq lazımdır.

- Sədri olduğunuz Türkməneli Partiyası bu prosesdən nə etməyi düşünür? Məsələn, şəxsən sizin və ya təmsilçinizin İŞİD rəhbərliyi müzakirələrə getməsi mümkündür?
- Biz tam səlahiyyətli Türkmən heyəti yaratmağa çalışırıq və inşallah bu həftə proses başa çatacaq. Bundan sonra türkmənlərin bütün maraqlarını təmin edən hər bir şey həmin heyətin səlahiyyətində olacaq. Bütün maraqlı tərəflər, təsiredici əhəmiyyəti mərkəzlərlə, eləcə də ayrı-ayrı dövlətlərlə müzakirələri bu heyət aparacaq. İŞİD indiki hadisələr müstəvisində sünnilərin nəzarətindəki dörd təşkilatdan sadəcə biridir. Digərləri isə BƏƏS, В«Müsəlman qardaşlarıВ» və В«TəriqətçilərВ»dir. Məqsədləri sünnilərin federativ bölgəsini yaratmaqdır. Ancaq Kərkükü də yaratmaq istədikləri bölgənin içində görmək istəyirlər. Bu yandan da kürdlər Kərkükə iddialıdırlar. Çünki bölgəmizdə çox böyük neft ehtiyatları mövcuddur və hamı onu nəzarətə almaq istəyir. Biz türkmənlər isə Kərkükü müstəqil federasiya subyekti olaraq görmək arzusundayıq. Düşünürük ki, ölkəmiz ərəb, türkmən və kürd xalqları tərəfindən bərabər səviyyədə, eyni hüquqda idarə olunsun. ABŞ İraqı de-fakto üç yerə bölüb və istəyir ki, İraq ərazisində sünni, şiə və kürd bölgələri fəaliyyət göstərsin. Türkmən milli varlığını nəzərdən kənarda saxlamaq istəyirlər. Bizim təklifimiz isə kürd, sünni və şiə bölgələrinin yanında, inzibati mərkəzi Telafər olmaqla Türkməneli milli muxtariyyəti də olsun. Bundan əlavə, Kərkük ərazisində 5 inzibati rayonun yaradılması da planımıza daxildir. Məncə Azərbaycan Respublikası da bizim təkliflərimizə dəstək verməlidir. Rəsmi Bakı bununla Türkmənelində yaşayan azərbaycanlı qardaşları qarşısında öz borcunu yerinə yetirmiş olar.

- Məncə, fürsət tapıb bu planlarınızı İŞİD rəhbərliyi ilə müzakirə edin. Bəlkə onlar sizi dəstəkləyəcək…
- Əlbəttə, sünni koalisiyası içində yer alan qruplarla görüşmək mümkündür. Amma şiələr və kürdlərlə, eləcə də bölgəyə təsir qüvvəsi olan kənar güc mərkəzləri ilə danışıqlar aparmaq lazımdır. Ümumilikdə, bizim türkmənlər olaraq buna gücümüz çatmır. Türk dövlətləri başda Türkiyə, Azərbaycan və Türkmənistan olmaqla, bizi ciddi şəkildə dəstəkləyərək mənəvi köməklərini verməlidirlər. Necə ki, İran şiələri, Səudiyyə Ərəbistanı və Qərb sünniləri, Qərb ölkələri kürdləri dəstəkləyir.

- Türkmənelinin ayrıca bir muxtar bölgə statusu almaq istəyini Kürdistanın yerli hökumətinin nəzərinə çatdırmısınız? Bəlkə onlar sizi eşidələr…
- Dəfələrlə belə söhbətlərimiz olub. Əvvəllər bizim planlarımıza qırmızı işıq yandırırdılar, indi isə sarı işıq. Yəni nisbətən yumşalıblar. Amma öncə millətimizin dəstəyinə ehtiyaclıyıq. Çünki bu halda özümüzü arxalı hiss edərik və işlərimiz də daha rəvan gedər. Biz çox şey istəmirik – haqqımızı versinlər, vəssalam. Ümumiyyətlə, bütün xalqlar öz haqlarına düşəni alsınlar, biz buna müsbət yanaşırıq.

- Məncə türkmənlərin bütün siyasi partiyaları, ictimai təşkilatları, QHT-ləri bir araya gələrək bölgənin muxtariyyətini elan etməlidir və bunu rəsmən sənədləşdirməli, hər bir ölkədaxili orqana və xarici ölkələrə qərarlarını çatdırmalı, tanınmasını tələb etməlidir. Amma siz bunu etmədən başqa ölkələrdən yardım istəyirsiniz. Azərbaycan bir zamanlar azadlığına qovuşmaq üçün çox sayda şəhid verdi, amma geri çəkilmədi, haqqını aldı…
- Kürd qardaşlarımız 1991-ci ildə ABŞ, Türkiyə, Böyük Britaniya və Fransa tərəfindən yaradılan təhlükəsiz bölgə sayəsində muxtariyyətini qazana bildi. Bundan başqa, İraqda heç bir xalq öz milli bölgəsini qura bilmədi. Yaddan çıxarmayın ki, buralar dünyanın vacib hesab etdiyi yerlərdir, burada istənilən qərarı vermək o qədər də asan deyil. Hamı kimi bizim də siyasi dəstəyə ehtiyacımız olur və hətta var. Özü də müəyyən qədər irəli gedə bilmişik. Səddam Hüseynin zamanında türkmən olmağın özü günah sayılırdı.

- Sizin kimi biz də bəzən Türkiyəyə böyük qardaş kimi baxırıq. Olsun, bu böyük qardaşımız siz türkmənlərin istəyinə necə baxır? Maraqlıdır, kürdlərə verdikləri dəstəyi niyə qanı qanlarından, canı canlarından olan türkmənlərdən əsirgəyirlər? Bu vaxtadək rəsmi Ankara ilə məsləhətləşdinizmi və onlardan nə cavab ala bildiniz?
- Mən illərdir bu məsələni rəsmi Ankara ilə müzakirə edirəm. Ancaq təəssüf ki, onlar həmişə məni sadəcə dinləyirlər, amma cavab vermək istəmirlər. Bu müddətdə onlardan heç bir dəstək almadıq. Kürdlərə gəldikdə, onlar da bizim qardaşlarımızdır, Türkiyə ilə yaxın münasibətlərinin olması məni qətiyyən narahat etmir. Əksinə sevindirir. Ancaq türkmənlərin də milli varlığı unudulmamalıdır.

- Bu günlərdə dedilər ABŞ-ın təyyarədaşıyanı İraq sularına doğru üzür. Hansı ki, elə İraqı indiki vəziyyətə Amerikanın özü salıb. Buna baxmayaraq, yenə də maraqlıdır, ABŞ sizi İŞİD- təhlükəsindən qurtarmağa həvəsli görünürmü?
- Burada söhbət bölgəni yenidən qurmaqdır. İraq ərazisi üç ana bölgədən ibarətdir. İŞİD sadəcə ssenarinin bir parçasıdır. Təbii ki, bu, İran və Türkiyəyə də mesajdır, eləcə də Səudiyyə Ərəbistanına. Məncə İraqın yurulması üçün Amerika gəmisinin gəlməsinə ehtiyac yoxdur. Bunu İranın öz içindəki tarazlaşdırıcı qüvvələr də edə bilər.

- Yeri gəlmişkən, bu gün Türkməneli torpaqlarında azərbaycanlılar yaşayır? Əgər yaşayırlarsa, vəziyyətləri necədir?
- Biz türkmənlər dil və mədəniyyət baxımından elə azərbaycanlıyıq. Amma tarixən əlaqələrimiz Anadolu coğrafiyasında qurulub. Çünki uzun müddət Osmanlı dövlətinin vətəndaşları olmuşuq. Diqqət etsəniz, türkmənlərin dili daha çox Azərbaycan türkcəsinə uyğundur.

- Dedikləriniz doğrudur, inkar etmirəm. Amma mən Azərbaycan vətəndaşlarını soruşdum…
- Azərbaycan vətəndaşları buralarda yaşamırlar. Varsa da sayılmayacaq dərəcədə azdırlar.

- Bayaq Azərbaycandan kömək istədiniz. Maraqlıdır, indiyədək Azərbaycan hökumətinə bununla bağlı hər hansı müraciətiniz olub və ya yaxınlarda etmək fikriniz var?
- Keçmişdə az da olsa, tanıtım məqsədilə vaxtaşırı görüşlərimiz olardı. Bir çox türkmən liderlər əvvəlki dövlət başçıları rəhmətlik Əbülfəz Elçibəylə, rəhmətlik Heydər Əliyevlə və indiki prezident İlham Əliyevlə görüşlər keçiriblər. Amma bunu hər hansı siyasi dəstək almaq məqsədilə etmədilər. Buna baxmayaraq, düşünürəm ki, artıq zamanı yetişib, dəstək almaq üçün Azərbaycan hökumətinə müraciət etməyə çalışacağam. Hesab edirəm ki, Türkmənelinin problemləri bizim qədər Azərbaycanın da milli-mənəvi məsələsidir. Bölgəmizdə bir xalqın yox edilməsinin qarşısını almaq lazımdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Dünən, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Dünən, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Dünən, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Dünən, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Dünən, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Dünən, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Dünən, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Dünən, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Dünən, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Dünən, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Dünən, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Dünən, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Dünən, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Dünən, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Dünən, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Dünən, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Dünən, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Dünən, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Dünən, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Dünən, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Dünən, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Dünən, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Dünən, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Dünən, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Dünən, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Dünən, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Dünən, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Dünən, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Dünən, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Dünən, 10:04
Azərbaycan nefti bahalaşıb
Dünən, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Dünən, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Dünən, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Dünən, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Dünən, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Dünən, 09:35
Ağzını açdı və... - REPLİKA
Dünən, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Dünən, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Dünən, 08:21
Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Dünən, 08:19
Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Dünən, 08:17
Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Dünən, 08:14
Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Dünən, 08:12
Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Dünən, 07:12
Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Dünən, 07:08
Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Dünən, 06:52
"Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Dünən, 06:37
Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Dünən, 05:48
ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Dünən, 05:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru