"Qətərin ərazi sularında olan mülki yük gəmisi bu səhər pilotsuz uçuş aparatı (PUA) tərəfindən hədəfə alınıb".
Teleqraf xəbər verir ki, bu barədə Qətər Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib.
O qeyd edib ki, Əbu-Dabidən gələn gəminin göyərtəsində hücum nəticəsində məhdud miqyaslı yanğın baş verib:
"Yanğın qısa müddətdə söndürülüb və insident zamanı heç bir xəsarət alan olmayıb".
Onun sözlərinə görə, hadisədən sonra gəmi təhlükəsiz şəkildə hərəkətini davam etdirib:
"Yanğın nəzarətə alındıqdan sonra gəmi Məsaid limanına doğru yoluna davam edib və aidiyyəti qurumlarla koordinasiyalı şəkildə bütün zəruri təhlükəsizlik tədbirləri görülüb".









