Tarixin unutduğu 'Ölüm batalyonu" üzvü olan Azərbaycanlı qadınlar .....                     Simonyan niyə partladı... .....                     Putin Ermənistanı “sivil boşanmaya” çağırdı .....                     Məmur tamahının qurbanı olan 120 milyard manat... .....                     Hörmüz boğazında 100-ə yaxın Honkonq gəmisi bloklanıb .....                     İran Hörmüzdən sui-istifadə etməyə başlayıb .....                     Burda da müştəriyə KƏF GƏLİRLƏR .....                     Putin keçmiş baş naziri şou-biznes nümayəndəsi adlandırdı .....                     Cənubda 76 hektar meşə zolağı “buxarlanıb”… .....                     Ölkənin təhsil işçilərinin 90%-i Araz Paşayevi tanımır .....                     "Ayıbdır, keçmişinizi yaddan çıxarmayın “bəylər“..." .....                     "CBC Sport"da nə baş verir? .....                     Kəmalə Günəşliyə “padxod” edən həkim... .....                     Əvvəlcə Azərbaycanın şərti yerinə yetirilməlidir .....                     “Paşinyan və Simonyanın mesajları erməni cəmiyyətini sülhə hazırlamağa hesablanıb” .....                     "TURKUAZ-555" MMC-nin vergi borcu 130 min manatı keçdi .....                     Hər kəsin unutduğu xalq artisti... .....                     İran Hörmüz blokadasını Xəzər üzərindən yarır .....                     İsrail İraq səhrasında gizli hərbi baza qurub .....                     75 min ailəyə hər ay 500 manat yardım... .....                     Sabiq MTN şefi xaricdəki milyonlarını itirə bilər! .....                     ABŞ Venesueladakı reaktordan zənginləşdirilmiş uranı çıxarıb .....                     Paşinyan və revanşistlər ölüm-dirim savaşında: .....                     SOCAR işçisi Rövşən Nəcəfdən NƏ İSTƏDİ? .....                     Neft bahalaşır: Azərbaycan üçün qazanc, yoxsa risk? .....                     Bakıda qadın ərini tava ilə döydü: "Mənə böhtan atdı" .....                     Putinin hədəfində daha üç keçmiş sovet ölkəsi var .....                     Zelenski fərman imzalayaraq Moskvada paradın keçirilməsinə icazə verib .....                     Güllələnən kafe sahibi barədə yeni məlumatlar .....                     Azərbaycan və Ermənistan sərhəd delimitasiyası üzrə üç sənəd layihəsini razılaşdırıb .....                     Dünyanın 45 günlük aviasiya benzini EHTİYATI qalıb .....                     "Bu yaşımda da ayağımdan çəkirlər?" .....                     Ağzında çörək... BİR ALA QARĞA... .....                     Qarabağ Universitetinə sektor müdiri təyin olundu .....                     Cəlilabadda məktəblilərin davasına valideynlər QARIŞDI: Qan töküldü .....                     Putinin milyarder "desantı"nın ilk təbliğat mitinqinə cəmi 5650 erməni qatıldı... .....                     Azərbaycan neftinin qiyməti 110 dollara yaxınlaşıb .....                     Qarabağ məsələsi bağlanıb! .....                     Avropa Zelenskinin "öyüd-nəsihətlərindən" yorulub .....                     Moskvanın Zelenski ilə bağlı açıqlamasına İrəvandan cavab: .....                 

“Paşinyan və Simonyanın mesajları erməni cəmiyyətini sülhə hazırlamağa hesablanıb” - GƏLİŞMƏ
Tarix: Bu gün, 06:46 | Çap et

Cənubi Qafqazda uzun illər davam edən qarşıdurma və gərginlik fonunda Ermənistan rəhbərliyindən verilən son açıqlamalar regionda yeni siyasi mərhələnin formalaşdığına dair müzakirələri yenidən gündəmə gətirib.

Ermənistanın baş naziri Nikol Paşinyan və Parlament sədri Alen Simonyan ardıcıl şəkildə Azərbaycan-Ermənistan münasibətlərində sülh mühitinin artıq reallığa çevrildiyini bəyan edərək, əldə olunan sabitliyin qorunmasının vacibliyini vurğulayıblar. Ermənistan Baş naziri bildirib ki, artıq iki ildir tərəflər arasında toqquşma, itki və yaralıların olmaması ölkənin müstəqillik dövründə ilk belə mühüm nailiyyət hesab edilə bilər. Parlament sədri isə mürəkkəb beynəlxalq və geosiyasi şəraitdə sülhün xüsusi diqqət və qayğı tələb etdiyini bəyan edib.

Qeyd edək ki, siyasi ekspertlər tərəfindən son illərdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiya prosesi, kommunikasiya xətlərinin açılması və yekun sülh sazişi ilə bağlı aparılan danışıqlar regionun gələcək təhlükəsizlik arxitekturasını müəyyən edən əsas faktor kimi qiymətləndirilir. Ermənistan rəhbərliyinin bu açıqlamaları isə İrəvanın daxili və xarici siyasət prioritetlərində müəyyən dəyişikliklərin baş verdiyi barədə fikir formalaşdırır.

Sülhlə bağlı verilən mesajlara baxmayaraq, prosesin tam və geri dönməz xarakter alması üçün hələ də həllini gözləyən mühüm məsələlər qalmaqdadır. Bəs Ermənistan rəhbərliyinin son bəyanatları hansı siyasi mesajları ehtiva edir, regionda davamlı sülhün bərqərar olması nə dərəcədə real görünür və qarşıdakı mərhələdə tərəflərdən hansı addımlar gözlənilir? Mövzunu ekspertlə müzakirə etdik.

Tədqiqatçı-jurnalist Asəf Quliyev Sherg.az-a açıqlamasında Ermənistan rəhbərliyinin açıqlamalarında müəyyən həqiqət payı olduğunu bildirib. Onun sözlərinə görə, bu deyilənlər yalnız Ermənistan üçün deyil, Azərbaycan üçün də keçərlidir:

" Müstəqillik əldə olunduqdan bəri hər iki ölkə, məhz son iki il ərzində sülh şəraitində yaşamağa və yeni reallıqlara uyğunlaşmağa çalışır. Bu reallıq artıq hər kəs tərəfindən qəbul edilir".

Bununla belə ekspert hesab edir ki, indiki halda həm Nikol Paşinyanın, həm də Simonyanın açıqlamaları əsasən daxili auditoriyaya hesablanıb: "Onlar bu mövzuya tez-tez toxunaraq erməni ictimaiyyətinə sülh şəraitində yaşamağın, Azərbaycanla mövcud münaqişəni geridə qoyaraq gələcəyə fokuslanmağın vacibliyini izah etməyə çalışırlar. Artıq bunun ilkin nəticələri də müşahidə olunur. Məsələn, Azərbaycandan Ermənistana yanacaq daşınması, həmçinin Azərbaycan ərazisindən tranzitlə Ermənistana taxıl və gübrə göndərilməsi sülh şəraitində əməkdaşlığın ilkin göstəriciləri kimi qiymətləndirilə bilər.

Yekun sülh sazişi imzalandığı təqdirdə, Azərbaycanla daha geniş iqtisadi və regional əlaqələrin qurulması mümkündür. Eyni zamanda Türkiyə ilə sərhədlərin açılması da Ermənistan iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıyacaq.

Qeyri-rəsmi məlumatlara görə, 50–100 minə yaxın erməni Türkiyədə çalışaraq öz ailəsinə gəlir təmin edir. Türkiyə ilə sərhədlərin açılması və münasibətlərin normallaşması isə birbaşa olaraq Azərbaycanla sülh gündəliyinin davamlılığından asılı olacaq".

Tədqiqatçı qeyd edib ki, Ermənistan rəhbərliyi ictimaiyyətə göstərməyə çalışır ki, ölkənin iqtisadi rifahı və sabit gələcəyi üçün Azərbaycanla sülh sazişinin imzalanması vacibdir: "Çox güman ki, erməni cəmiyyəti bu çağırışlara müsbət cavab verərsə, yaxın gələcəkdə daha müsbət tendensiyalar müşahidə oluna bilər. Bu dəyişikliklər təkcə siyasi səviyyədə deyil, həm də insanların gündəlik həyatında özünü göstərə bilər. Belə olduğu təqdirdə davamlı sülhün təmin edilməsi də daha real və dayanıqlı hala gələr.

Baş nazirin müavini Şahin Mustafayevin bu yaxınlarda Ermənistana səfəri zamanı maraqlı bir nüans qeydə alınıb. Məlumatlara görə, o, Ermənistanın iş adamları ilə görüş keçirib. Bu görüş barədə geniş informasiya yayılmasa da, Ermənistan daxilində bəzi dairələr həmin addımı sülh prosesinin müsbət göstəricisi kimi qiymətləndiriblər.

Onu da deyim ki, 2020-ci ildəki Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatlarından sonra hər iki ölkənin ekspert mühitində belə bir fikir formalaşmışdı ki, Azərbaycan və Ermənistan arasında sülh əldə olunmasa, regionda Rusiya və İranın təsiri ilə vəziyyət yenidən gərginləşə bilər. Bu isə nə Azərbaycan, nə də Ermənistan üçün arzuolunan nəticələr vəd etmir.

Məhz bu reallıqlar fonunda Ermənistan rəhbərliyi sülhün vacibliyini öz cəmiyyətinə izah etməyə və bu istiqamətdə ictimai dəstək formalaşdırmağa çalışır. Çünki davamlı sülhə nail olunmadığı halda regionda gərginliyin artması riski qalır və bu vəziyyət həm şimal, həm də cənub qonşuların proseslərə daha aktiv müdaxiləsinə şərait yarada bilər ki, bu da nə Ermənistanın, nə də Azərbaycanın milli maraqlarına uyğun deyil".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tarixin unutduğu 'Ölüm batalyonu" üzvü olan Azərbaycanlı qadınlar - ANIM
Bu gün, 08:23
Simonyan niyə partladı... - AKTUAL
Bu gün, 08:20
Putin Ermənistanı “sivil boşanmaya” çağırdı - Fərqli variantın Ukrayna ssenarisi olacağını elan etdi
Bu gün, 08:13
Məmur tamahının qurbanı olan 120 milyard manat... - BU NƏDİ BELƏ?
Bu gün, 08:09
Hörmüz boğazında 100-ə yaxın Honkonq gəmisi bloklanıb
Bu gün, 08:02
İran Hörmüzdən sui-istifadə etməyə başlayıb
Bu gün, 07:48
Burda da müştəriyə KƏF GƏLİRLƏR - GİLEY
Bu gün, 07:46
Putin keçmiş baş naziri şou-biznes nümayəndəsi adlandırdı - KİV
Bu gün, 07:33
Cənubda 76 hektar meşə zolağı “buxarlanıb”… - Nazir Nəsimi Nəsibovu niyə cəzalandırmır?
Bu gün, 07:20
Ölkənin təhsil işçilərinin 90%-i Araz Paşayevi tanımır – Sadalanmayan milyon səbəb…
Bu gün, 07:15
"Ayıbdır, keçmişinizi yaddan çıxarmayın “bəylər“..." - ETİRAZ
Bu gün, 07:09
"CBC Sport"da nə baş verir? - "Texniki problemlər"in sıralanması təsadüfdürmü?
Bu gün, 07:02
Kəmalə Günəşliyə “padxod” edən həkim... - Qalmaqallı VİDEO
Bu gün, 06:59
Əvvəlcə Azərbaycanın şərti yerinə yetirilməlidir - ÇÜNKİ...
Bu gün, 06:49
“Paşinyan və Simonyanın mesajları erməni cəmiyyətini sülhə hazırlamağa hesablanıb” - GƏLİŞMƏ
Bu gün, 06:46
"TURKUAZ-555" MMC-nin vergi borcu 130 min manatı keçdi - FOTO
Bu gün, 06:43
Hər kəsin unutduğu xalq artisti...
Bu gün, 06:38
İran Hörmüz blokadasını Xəzər üzərindən yarır - Limanlar gecə-gündüz işləyir
Bu gün, 06:32
İsrail İraq səhrasında gizli hərbi baza qurub - WSJ
Bu gün, 06:30
75 min ailəyə hər ay 500 manat yardım... – Bu, uşaqpulunu əvəz edir?
Bu gün, 06:27
Sabiq MTN şefi xaricdəki milyonlarını itirə bilər! - rəsmi Berlin QƏRAR VERMƏYƏ HAZIRLAŞIR
Bu gün, 06:25
ABŞ Venesueladakı reaktordan zənginləşdirilmiş uranı çıxarıb - KİV
Bu gün, 06:18
Paşinyan və revanşistlər ölüm-dirim savaşında: - Ermənistanın gələcəyi təhlükədə
Dünən, 13:34
SOCAR işçisi Rövşən Nəcəfdən NƏ İSTƏDİ? - "İllərdir səbrlə gözləyirdik..."
Dünən, 13:20
Neft bahalaşır: Azərbaycan üçün qazanc, yoxsa risk? - GƏLİŞMƏ
Dünən, 13:01
Bakıda qadın ərini tava ilə döydü: "Mənə böhtan atdı" - TƏFƏRRÜAT
Dünən, 12:57
Putinin hədəfində daha üç keçmiş sovet ölkəsi var - Alman general
Dünən, 12:10
Zelenski fərman imzalayaraq Moskvada paradın keçirilməsinə icazə verib
Dünən, 12:08
Güllələnən kafe sahibi barədə yeni məlumatlar - 4 azyaşlı övladı var
Dünən, 12:05
Azərbaycan və Ermənistan sərhəd delimitasiyası üzrə üç sənəd layihəsini razılaşdırıb - Qriqoryan
Dünən, 11:56
Dünyanın 45 günlük aviasiya benzini EHTİYATI qalıb - Azərbaycan nə edəcək?
Dünən, 11:51
"Bu yaşımda da ayağımdan çəkirlər?"
Dünən, 11:41
Ağzında çörək... BİR ALA QARĞA... - MODERN TƏMSİL
Dünən, 11:38
Qarabağ Universitetinə sektor müdiri təyin olundu - ƏMR
Dünən, 11:35
Cəlilabadda məktəblilərin davasına valideynlər QARIŞDI: Qan töküldü – DETALLAR
Dünən, 11:30
Putinin milyarder "desantı"nın ilk təbliğat mitinqinə cəmi 5650 erməni qatıldı... - FOTO
Dünən, 11:20
Azərbaycan neftinin qiyməti 110 dollara yaxınlaşıb
Dünən, 11:10
Qarabağ məsələsi bağlanıb! - Alen Simonyan
Dünən, 11:09
Avropa Zelenskinin "öyüd-nəsihətlərindən" yorulub - "Politico"
Dünən, 10:57
Moskvanın Zelenski ilə bağlı açıqlamasına İrəvandan cavab: - Nə danışacağını haradan biləydik?
Dünən, 10:55
"İctimai TV mənim üçün sadəcə bir iş yeri deyil, çox doğma bir məkandır"
Dünən, 10:45
MANATO.AZ bu dəfə vətəndaşı HƏDƏLƏYİR... - Təhqir... Təhdid...
Dünən, 10:30
“Neftçi”yə qoyulan transfer qadağası ləğv edildi
Dünən, 10:03
Paşinyan Laçınla qonşu şəhərə gəldi... - Çıxışında nələr dedi?..
Dünən, 10:00
Bu klub Qurban Qurbanovu istəyir, illik 2 milyon avro maaş - ÖZÜ İSƏ...
Dünən, 09:50
Kanadada azərbaycanlı gənc yəhudilərə HÜCUM ETDİ və həbs olundu - TƏFƏRRÜAT
Dünən, 09:43
Azərbaycan və Ermənistan 9 Mayı sülh içində qeyd edir - Paşinyan BELƏ DEYİR...
Dünən, 09:39
Zelenskinin İrəvana səfər etməsi... - Köçəryan deyir ki...
Dünən, 09:38
9 Mayı hansısa formada görməzdən gəlmək mümkün deyil - deputat
Dünən, 09:30
Zaqatalada 39 yaşlı kişini restorandan çıxanda güllələdilər - TƏFƏRRÜAT
Dünən, 09:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru