AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                     Azərbaycan nefti bahalaşıb .....                     Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir .....                     Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir .....                     Müştərinin sifarişini OĞURLADILAR VƏ... .....                     Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... .....                     Dəymiş ziyanı tam ödəmək istəmirlər... .....                     Ağzını açdı və... .....                     Məşhurluq artıq zəhmətlə qazanılmır: .....                     İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” .....                     4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir .....                 

İlham Əliyevə qarşı iki yeni cəbhə açılıb...
Tarix: 18-06-2014, 17:36 | Çap et
İlham Əliyevə qarşı iki yeni cəbhə açılıb...
...Həyat da tarix kimi əyrü-üyrü axıb gedir. Qarşına gah eniş çıxır, gah yoxuş. Bir təsadüfdən qurtulub o birisinə rast gəlirsən...

Liberallar belə hesab edir. Amma hər şeyin tarixi qanunauyğunluq çərçivəsində baş verdiyini əminliklə söyləyən marksistlər onlara etiraz edir.

Təkcə tarixin yox, həm də həyatın dərki prosesi zamanı buna da dönə-dönə əmin olursan ki, iki güllə bir hədəfə eyni vaxtda dəyə bilməz.

Amma öldürsəniz də mən buna inanmaq istəmirəm...

Ölkəmizin ağqvardiyaçılığın və denikinçiliyin küllüyündən baş qaldırıb dirçəlmiş və Georgiyevsk lenti ilə bəzədilmiş intervensiya ilə yırtıcı xislətli, acgöz Qərb imperializminin həlqəsinə salınıb sıxıldığı, İlham Əliyevin “qızmar yayı”nın başladığı bu günlərdə Vaşinqtondan Azərbaycana açılan aramsız və nizamsız atəşlər doğrudanmı sırf təsadüfdür?!

Siz təsəvvür edin, sərin keçən iyun günlərində, tamamilə səbəbsiz yerə, hansısa jurnalistin qəlbinin harayı ilə Karnegi Fondunun saytında qəribə başlıqla yazı çıxır: “Korrupsiya: beynəlxalq təhlükəsizlik üçün görüməmiş təhdid”. Və bu məqalədə əlbəttə ki, “tərkidünya, zahid amerikalı” dünyanın ən korrupsiyalaşmış hökumətini, amerikalılara çox az tanış gələn, bir qarış torpaqda yerləşən Azərbaycan adlı yeni dövləti sərt tənqidə məruz qoyur.

Bunun ardınca hökumət təşkilatı, arxasında Dövlət Departamentinin və Mərkəzi Kəşfiyyat İdarəsinin qulaqlarını sallayıb durduğu “Freedom House” dözülməz vəziyyətlə bağlı hesabatla çıxış edir... Bəli, bəli, elə həmin Azərbaycanda.

Əgər siz hesab edirsinizsə ki amerikalıların bir təsadüflə başlayıb digər təsadüflə bitən bu sıçrayışları yekunlaşır, o zaman ciddi səhvə yol verirsiniz.

Bax budur, bəzi ölkələrdə insan haqlarına görə gileylənən təşkilat öz tənqidi hesabatını yayıb bitirməmiş nüfuzlu Amerika jurnalı “Foreign Policy”də, sivilizasiyaların toqquşması haqda məşhur nəzəriyyənin müəllifi, məşhur politoloq Samuel Hantinqtonun yaratdığı nəşrdə İlham Əliyevin ünvanına təhqirlərlə dolu nəhəng məqalə çıxıb. Üstəlik, bu məqalənin başlığı ABŞ-ın Bakıdakı müvəqqəti işlər vəkili olmuş, ancaq zahiri görkəmcə məsum təsiri bağışlayan Donald Lunun WikiLeaks saytı tərəfindən faş edilmiş məxfi diplomatik teleqramından sözün hərfi mənasında oğurlanıb.

Budur, tamamilə təsadüfən sanballı, qalın jurnalın daha bir amerikalı müəllifi Azərbaycandan ruhlanır və ona 60 min kompüter işarəsi həcmində nəhəng məqalə həsr edir!!!

Əlbəttə, bütün bunlar təsadüfdür, tamamilə boş-boş şeylərdir. Sadə dillə desək, bədbəxt Azərbaycan xalqının məzlum halından hiddətlənən ürəyiyumşaq və nəcib amerikalıların qəlbinin harayıdır...

Əgər fikirləşirsinizsə ki bununla hər şey bitir, o zaman yenidən səhv etmiş olarsınız. Konqresin Helsinki komissiyasında növbədənkənar və bir çox yönlərdən gözlənilməz olan dinləmələr Vaşinqtondakı antiazərbaycan çıxışların apofeozu oldu. Niyə gözlənilməz? Ona görə ki, bu dinləmələr üçün bəhanə komissiyanın özünün izah etdiyi kimi tamamilə əhəmiyyətsizdir. Sən demə, Helsinki komissiyasının üzvləri ATƏT Parlament Assambleyasının Bakıda keçiriləcək sessiyası ərəfəsində Azərbaycana dair mövqeyini bir daha nəzərdən keçirmək istəyibmiş.

Nə deyəsən?! Buna yalnız başını bulayıb gülümsəməkdən başqa əlindən nə gələr...

Ən səthi analizlə belə birmənalı nəticəyə gəlmək mümkündür: bütün bu məqalələrin, araşdırmaların, çıxışların və dinləmələrin arxasında Vaşinqtondakı Azərbaycan hökumətinə qarşı yenidən qara, çirkli piar kampaniyası başlatmış müəyyən dairələrin parlaq ifadə olunmuş siyasi iradəsi dayanır. Bəs bunlar hansı barışmaz dairələrdir?

Ayrıd etmək çətin deyil ki, “Foreign Policy” jurnalında dərc olunan, Azərbaycandakı “döyüş vərəqələri”, özlərini ciddi müxalifət KİV-ləri adlandıranlar və erməni internet portalları tərəfindən tirajlanan çirkin məqalənin arxasında kim dayanır.

Böyük ölçüdə 60-70-ci illərin Amerika siyasi sisteminin ruhunu əks etdirən, yaxud sadə desək, Mario Pyuzonun “zülmət səhnələri” barədəki romanlarında istedadla və dəqiq təsvir olunmuş amerikalı kimliyini büruzə verən bu məqalə Vaşinqtondakı dairələrin antiazərbaycan kampaniyasının baş personajlarının iç üzünü açır.

Beləliklə, nəhəng yeraltı siyasi və maliyyə hakimiyyətinə malik olan, bu hakimiyyətin köməyi ilə prezident Kennedinin və onun bədbəxt qardaşı Robertin, inqilab rəhbəri Martin Lüter Kinqin və bir çox başqalarının timsalında qarşılarındakı bütün maneələri aradan qaldıran, sonra isə bütün bu səs-küylü siyasi qətllərin üstünü yeni prezident Consun və digərlərinin köməyi ilə onilliklər boyu örtən Amerika mafioz-kuklaoynadanlarının ümumiləşmiş obrazını - don Karloenini bu cür tez-tez yada salan kimdir?!

Don Karleone obrazını tez-tez yada salan “Foreign Policy” jurnalına Devid Raskopf rəhbərlik edir. Devid Raskopf Bill Klintonun prezidentliyi dövründə prezident administrasiyasında xarici ticarət və inkişaf məsələləri üzrə katiblik rəhbərinin müavini olub. O, hazırda həm də “Garten Rothkopf” beynəlxalq konsaltinq şirkətinin prezidentidir. Bu şirkət yeni bazarlar axtarıb tapmaq, transformasiya, iqlim dəyişiklikləri və energetika məsələləri üzrə ixtisaslaşıb. D.Raskopf eyni zamanda ABŞ-ın ən qocaman fondlarından olan Karnegi Fondunun (yeri gəlmişkən, bu fond postsovet məkanında xeyli fəallıq göstərir) tədqiqatçılarından biridir. D.Raskopfun daha bir vəzifəsi var. O, Karnegi Fondunun bölmələrindən birinə - iqtisadi mövzularda ənənəvi olaraq dəyirmi masalar keçirən “Carnegie Economic Strategy Roundtable” bölməsinə də başçılıq edir.

“Foreign Policy” jurnalının baş redaktoru isə Piter Skoblikdir. Onu postsovet məkanında hələ xeyli əvvəldən - Senatın Xarici Əlaqələr Komitəsinin sədr müavini olduğu illərdən yaxşı tanıyırlar. Yeri gəlmişkən, P.Skoblik indiki dövlət katibi Con Kerrinin çıxışlarının mətnini hazırlayan şəxs (“spiçrayter”) olub.

Beləliklə, Dövlət Departamentinə yaxın olan “Foreign Policy” jurnalının səhifələrində vüsət almış antiazərbaycan isteriyasının motiv və səbəblərinə aydınlıq gətirən əsas detal bax elə burada üzə çıxır: Karnegi Fondunun əsas donoru “Carnegie Corporation of New York” adlı qeyri-hökumət təşkilatıdır. Bu qurumun başçısı isə Azərbaycan oxucusunun yaxşı tanıdığı “Human Rights Watch” hüquq müdafiə təşkilatı İdarə Heyətinin üzvü Vartan Qreqoryandır. Bəli, İran əsilli erməni... Karnegi Fondu “Foreign Policy” jurnalını hələ 2000-ci ildə alıb. Bu jurnal hələ Hantinqton dövründən bəri ABŞ hökumətinin xarici siyasət doktrinasına dair alternativ baxış və konsepsiyalar formalaşdırlması platforması rolunda çıxış edir.

2008-ci ildə isə jurnalı “Washington Post Company” şirkəti aldı. Bu şirkət 2013-cü ildə adını dəyişərək “Graham Holdings Company” oldu. Bu media imperiyasına telekanallar, müxtəlif nüfuzlu nəşrlər və internet portalları daxildir.

Beləliklə, jurnalın əsas donorlarından biri olan Vartan Qreqoryana qayıdaq. V.Qreqoryan Vaşinqtonun yüksək dairələrində kifayət qədər tanınmış və nüfuzlu şəxsdir. Senator Barak Obamanın - ABŞ-ın gələcək prezidentinin başçılıq etdiyi “Chicago Annenberg Challenge” adlı Çikaqo təşkilatının əsas sponsorlarından biri məhz cənab V.Qreqoryan idi. Obama o zaman öz ştatında dövlət məktəblərindəki islahatlar layihəsini həyata keçirirdi. Senator B.Obamanın ilk islahatlar layihəsinin maliyyələşdirilməsi üçün 49,2 milyon dollar ayrılmasına məhz V.Qreqoryan lobbiçilik etmişdi.

B.Obama Ağ Evin sahibi olandan sonra erməni tərəfdaşının bi xidmətini şübhəsiz ki, yadına salmışdı. Buna görə də V.Qreqoryan prezident administrasiyasında post əldə etdi.

V.Qreqoryanın oğlu Darex Qreqoryan “New York Daily News” və “New York Times” qəzetlərində müəllif (köşə) yazıları ilə çıxış edir. Darex Qreqoryanın həyat yoldaşı Meggi Haberman isə “Politico” qəzetinin müxbiri və CNN telekanalının siyasi şərhçisidir. Qreqoryanlar ailəsinin əli ABŞ-ın bütün nüfuzlu nəşrlərinə çatır. Məsələn, Darex Qreqoryanın qayınatası da nüfuzlu “New York Times” qəzetinin aparıcı müxbirlərindən biridir.

Bir sözlə, Qreqoryanlar media-klanı ABŞ mətbuatında “qara piar”ın təşkili üçün yaxşı və mütəşəkkil sistemə çevrilib. Obama administrasiyasındakı müxtəlif qruplaşmalar da bu klanın xidmətlərindən gen-bol istifadə edirlər.

Qeyd etmək lazımdır ki, ABŞ agenti Edvard Snoudenin ifşaedici etiraf və açıqlamalarını dərc etmiş məşhur britaniyalı jurnalist, “The Guardian” qəzetinin müxbiri Qlenn Qrinvalda qarşı “qara piar” kampaniyasını da məhz Qreqoryanlar klanı başlamışdı.

Qreqoryanlar media-klanının iş metodlarının və bu qruplaşmanın Amerika isteblişmenti ilə sıx əlaqələrinin təhlili daha bir nüfuzlu ABŞ nəşrinin - “Washington Post”un səhifələrində Azərbaycan hakimiyyətinə təzyiq göstərməyin və “qara piar” aparmağın digər mexanizmlərini də açıb ortaya qoyur.

“Washington Post” qəzeti 2010-cu ildən, xüsusilə də erməni-türk sərhədinin açılmasına dair kampaniyanın ən qızğın vaxtından bəri Azərbaycan prezidentindin intiqam almaq üçün əsas silah rolunda çıxış edirdi. Çünki İlham Əliyev Ermənistanın beynəlxalq təcriddən çıxarmaq üçün erməni diasporu və Ağ Ev tərəfindən birgə hazırlanan bu layihəyə inanılmaz dərəcədə ciddi müqavimət göstərirdi. İlham Əliyev bu planı faktiki olaraq cırıb atdı.

“Washington Post” qəzeti 2013-cü ilin avqustuna qədər “Washington Post Company” şirkətinə məxsus olub. “Washington Post Company” şirkəti isə “Foreign Policy” jurnalını alıb. İndi bu jurnalın səhifələrindən “atəş açırlar”...

Beləliklə, aparıcı ABŞ nəşrlərindən və Vaşinqtondakı siyasi çevrələrdən ilhamlanan əksər jurnalist və senatorlar son vaxtlar diqqətlərini müasir problemli siyasi xəritədəki yüzlərlə ölkədən nədənsə yalnız birinə yönəldiblər. Onların fikri-zikri nədənsə yalnız kiçik və naməlum ölkədəki,- özü də okeanın o tayındakı ölkədəki,- insan haqları və demokratiya məsələlərinin yanındadır. Guya ki, ürəklərinin səsi ilə belə edirlər...

Nə yaxşı ki, sovet dövrünün “dəmir pərdəsi” artıq yoxdur. Bu pərdə “kommunist totalitarizminin məhv elədiyi insan ruhlarını xilas etməyə can atan ədalətli və dürüst Qərb dünyası” illüziyalarını bizdən çox gözəl gizlədirdi. Əslində isə orada, xaricdə hər şey necə də çirkin və cılız imiş, necə də ikrah doğururmuş... Oralara “dəmir pərdə” arxasından baxmamaq necə də gözəl imiş...

Eynulla Fətullayev










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Dünən, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Dünən, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Dünən, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Dünən, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Dünən, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Dünən, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Dünən, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Dünən, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Dünən, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Dünən, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Dünən, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Dünən, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Dünən, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Dünən, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Dünən, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Dünən, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Dünən, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Dünən, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Dünən, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Dünən, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Dünən, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Dünən, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Dünən, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Dünən, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Dünən, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Dünən, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Dünən, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Dünən, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Dünən, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Dünən, 10:04
Azərbaycan nefti bahalaşıb
Dünən, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Dünən, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Dünən, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Dünən, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Dünən, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Dünən, 09:35
Ağzını açdı və... - REPLİKA
Dünən, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Dünən, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Dünən, 08:21
Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Dünən, 08:19
Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Dünən, 08:17
Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Dünən, 08:14
Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Dünən, 08:12
Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Dünən, 07:12
Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Dünən, 07:08
Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Dünən, 06:52
"Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Dünən, 06:37
Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Dünən, 05:48
ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Dünən, 05:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru