Keçmiş SSRİ-nin yenidən bərpa olunacağına dair xeyli müddətdir müzakirələr gedir. Bunun əsas təşəbbüskarı kimi isə ənənəvi olaraq Rusiya çıxış edir. Amma indiki məqamda SSRİ-ni yaratmaq heç də asan məsələ deyil. Çünki keçmiş sovet respublikalarının dünya ilə əlaqələri elə bir səviyyəyə çatıb ki, onları nə qoparmaq mümkündür, nə də buna cəhd etmək. Ancaq Rusiya yenə də israrından dönmür.
Putindən xəbərdarlıq
Rusiya prezidenti Vladimir Putin Sovetlər dönəminin bərpa olacağını bildirib. Qonşu ölkənin dövlət başçısı 2020-ci ilə qədər Sovetlər dönəminin yenidən qurulacağını və Rusiyanın əvvəlki kimi daha da güclü olacağını vurğulayıb.
Putinin sözlərinə görə, Rusiyanın daha da güclənməsi üçün orduda yeni islahatlar həyata keçiriləcək. Belə ki, bölgədə liderliyini qorumaq üçün Putin ordu quruculuğuna 1 trilyon 300 milyard rubl xərcləyəcəyini bəyan edib.
Qeyd edək ki, Putinin bu çıxışı Rusiyada birmənalı qarşılanmayıb. Prezidentin fikirlərinə etiraz edənlər də olub.
Avrasiya Birliyi projesi
Əslində, Rusiya prezidentinin bu fikirləri ilk deyil. O, hələ bundan əvvəl də dəfələrlə bu cür bəyanatlar verib. Düzdür, orada SSRİ deyil, Avrasiya Birliyindən bəhs olunur. Amma mahiyyətcə bunların hər ikisi eyniyyət təşkil edirlər. Çünki yekunda 15 dövləti bir araya gətirib, yenidən nəhəng bir imperiya qurmaq istəyi ortalıqdadır.
Avrasiya Birliyi məsələsini ilk ortalığa atarkən Rusiya burada təkcə keçmiş respublikaları nəzərdə tutmurdu. Həmçinin Çinin də bu ittifaqda təmsil olunmasını düşünürdü. Bunun üçün nəzərdə tutulan planların sırasında ən birincisi vahid pulun tətbiq olunması təklif edilirdi. Həmin vaxt məsələyə Qazaxıstan, Belarusiya, Özbəkistan və Ermənistan dərhal müsbət reaksiya vermişdilər. Azərbaycan həmişəki kimi, belə bir ittifaqda olmaq istəmədiyini açıqlamışdı. Amma təkcə Azərbaycan deyil, Çində bu birlikdən imtina etmişdi.
Belə ki, ABŞ Federal Bankının səhmlərinin 75 milyard dollarlıq hissəsini əlində cəmləşdirən Çinə bu şəkildə hərəkət etmək sərf etmirdi. Ona görə ki, yeni ittifaqa qoşulacağı təqdirdə, Amerika pulu üzərindəki nəzarəti əldən vermiş olacaqdı. Üstəlik, 75 milyard dolları da batacaqdı ki, bu da sərf edən variant deyildi. O səbəbdən də iqtisadi təsir imkanlarını itirmək istəməyən Pekin ruslarla anlaşmadan vaz keçdi.
Rusiyanın hədəfi nədir?
Əslində, Rusiyanın Avropa Birliyi məsələsində hədəfi tamam başqadır. Üzdə В«SSRİ-ni bərpa edirikВ» deyə bəyanatlar vverilsə də, planın arxasında fərqli bir siyasi istəyin olduğu ortalıqdadır. Dəqiq məsələdir ki, Rusiyanın çox böyük potensialı var. Təbii sərvətlərinə görə, dünyanın ən birinci ölkəsi olan Rusiyanın təkbaşına kimsəyə ehtiyacı yoxdur. Sadəcə, Moskvanın bir problemi var: PUL.
Qeyd edək ki, yerin altında olan sərvəti çıxarmaq üçün mütləq pul lazımdır. Rusiyanın hal hazırda həmin imkanı yoxdur və bu səbəbdən də dollara möhtaclığı var. İkincisi, Rusiya indiki məqamda sərvətlərini xammal şəklində satır ki, bu da onun gəlirlərini iki dəfə aşağı salır. Moskvaya sərf edir ki, yerin altından və üstündən çıxan bu sərvətləri emal edib, məhsul kimi satsın və böyük pullar qazansın. Amma bunu etmək üçün yetərli qədər resursu olmadığından Amerikadan asılı vəziyyətə düşüb. Daha doğrusu, ABŞ dollarından asılılıq onun В«evini yıxmaqdadırВ».
Rusiyanın В«SSRİ-ni bərpa edirəmВ» bəyanatları da məhz ABŞ-a qarşı çevirilmiş bir plandır. Moskva bununla nə qazanacaq? Avrasiya Birliyi və ya SSRİ-ni yaratmaq və bura Çini də daxil edərsə, böyük bir bazarın nəzarət altında olmasına nail olacaq. Kremlin öz məhsullarını satması üçün ən azın 2 milyard əhalisi olan bir əraziyə hökm etməsi reallaşacaq. Üstəlik, Rusiya təkcə 15 respublika ilə deyil, həmçinin Şərqi Avropa və Cənubi Şərqi Asiyanın (Laos, Kamboca, Şimali Koreya) bir sıra dövlətlərini də bu ittifaqda görmək arzusundadır. Bu isə dünyanın böyük bir qisminin rusların nəzarəti altında olması deməkdir.
Yeni münaqişələr qorxusu
Bildirək ki, belə birliklər yaranan zaman çox vaxt münaqişələr də peyda olur. Keçmiş SSRİ ərazisində isə belə münaqişələrin sayı yetərli qədərdir. Rusiyanın özünün Ukrayna ilə Kırım davası var. Azərbaycan Ermənistanla Qarabağ münaqişəsinə görə düşmən kəsilib. Gürcüstan Abxaziya və Cənubi Osetiya problemlərinin ağrısını çəkir. Moldova Dnestryanı münaqişəninin qurbanıdır. Orta Asiyada isə qazax-özbək-qırğız düşmənçiliyi hər an partlaya bilər.
Təbii ki, Amerika böyük imkanların əlindən çıxmasına imkan verməmək üçün bir sıra addımlar atacaq. İlk addımlar isə yeni münaqişə ocaqlarının yaradılması ilə bağlı olacaq. Pentaqonun bu məsələdə səriştəli olduğu da şübhəsizdir. Çünki zaman içində çoxlu sayda milli münaqişələr yaratmağı bacarmış ABŞ kəşfiyyatı xeyli təcrübəyə sahibdir.
Rusiyanın düşündüyü ərazilərdə isə bunu həyata keçirmək çox asandır. Hətta faktiki mövcud dövlətlərin daxilində belə milli münaqişələri gücləndirmək və artırmaq üçün geniş imkanlar var. Belə olan təqdirdə, yeni SSRİ-nin yaranmaması və Rusiyanın planının pozulması üçün ABŞ dinc oturmayacaq. Yeni münaqişələr isə böyük qanlar deməkdir. Həmin qanın içindəsə çoxları boğula bilər.
JAM.AZ









