AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                     Azərbaycan nefti bahalaşıb .....                     Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir .....                     Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir .....                     Müştərinin sifarişini OĞURLADILAR VƏ... .....                     Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... .....                     Dəymiş ziyanı tam ödəmək istəmirlər... .....                     Ağzını açdı və... .....                     Məşhurluq artıq zəhmətlə qazanılmır: .....                     İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” .....                     4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir .....                 

Rusiya ilə yeni silah sazişi: Bakıya “Bal-E” taktiki raketləri gəlir - video
Tarix: 26-05-2014, 12:11 | Çap et
Rusiya ilə yeni silah sazişi: Bakıya “Bal-E” taktiki raketləri gəlir
Azərbaycanla Rusiya arasında daha bir iri silah sövdələşməsinə dair razılaşma əldə olunub.

Virtualaz.org saytı xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi Rusiyadan “Bal-E” taktiki sahil raket komplekslərini almağa maraq göstərir.

Bu haqda “Kommersant” qəzetinə bu raketləri istehsal edən “Taktiki raket silahları” korporasiyasının baş direktoru Boris Obisnov bildirib.

Onun sözlərinə görə, hələ konkret razılaşma əldə olunmayıb. Bununla belə Azərbaycan tərəfi Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinə sahil raket komplekslərinin alınması üçün sorğu göndərib. Söhbət hələlik bir diviziyon “Bal-E” komplekslərindən gedur. Bu raket komplekslərinin köməyi ilə Azərbaycan Xəzərdəki sahilyanı zonasının müdafiəsini möhkəmləndirmək niyyətindədir.

Kremlə yaxın mənbənin bildirdiyinə görə, bu raket komplekslərinin Azərbaycana satılmasına dair ilkin razılıq artıq əldə olunub. Hərbi-texniki əməkdaşlıq üzrə prezident komissiyası Azərbaycana “Bal-E” raketlərinin satılmasına icazə verib. Rusiya tərəfi bu silah sövdələşməsinə Ermənistanın neqativ reaksiyasını gözləmir. Çünki “Bal-E” raketləri dəniz məkanının müdafiəsi üçündür, Ermənistanın isə Xəzər dənizinə çıxışı yoxdur.

Müqavilənin bağlanmasından sonra Azərbaycan dünyada “Bal-E” komplekslərinə malik üçüncü ölkə olacaq. Hazırda bu komplekslər ancaq Rusiyanın Xəzər donanmasının və Vyetnam silahlı qüvvələrinin sərəncamında var. Rusiya kompleksləri Liviyaya da satmağa hazırlaşırdı, ancaq 2011-ci ildə bu ölkədə baş verən inqilabdan sonra komplekslərin Liviyaya satışına qadağa qoyulub.



Qısa arayış: “Bal-E” taktiki raket kompleksləri ərazi sularının və sahilyanı zonaların, hərbi-dəniz bazalarının və digər dəniz obyektlərinin, sahilyanı quru ərazilərinin desant təhlükəsi mövcud olan istiqamətlərinin müdafiəsi üçün nəzərdə tutulub.

İlk dəfə komplekslər Rusiya donanmasına 2008-ci ildə verilib. “Bal-E” kompleksləri MZKT-7930 şassisinin üzərində yerləşən mobil sistemdən ibarətdir. Kompleksə özüyeriyən komanda və idarəetmə mərkəzi, gəmilər əleyhinə X-35 raketləri daşıyan buraxılış qurğusu daxildir. Kompleksin tərkibində raketləri qurğuya yükləmək üçün nəqliyyat-yükləmə maşını da var. Kompleks X-35 raketləri ilə 120 kilometr məsafədə hədəfi vura bilir, hər kompleks 8 belə raketlə təchiz olunub. Raketlər bir-birindən 3 saniyə intervalla buraxılır. Maksimal hərəkət sürəti şosse yolda 60 kilometr, torpaq yolda 20 kilometrdir.

Qeyd edək ki, Azərbaycan son illər Rusiyadan milyardlarla dollarlıq yeni silah sistemləri və hərbi texnika alır. Bura 100 ədəd “T-90S” tankı, “Smerç” reaktiv yaylım atəşi sistemləri, S-300 PMU “Favorit” zenit-raket kompleksləri, odsaçan sistemlər, özüyeriyən qaubitsalar və s. silah sistemləri daxildir.

Bir neçə gün əvvəl məlum olub ki, Azərbaycan Rusiyadan daha 100 ədəd “T-90S” tankı sifariş vermək niyyətindədir və bu barədə ilkin razılaşma var.

Rusiya ilə yeni silah sazişi: Bakıya “Bal-E” taktiki raketləri gəlir
Rusiya ilə yeni silah sazişi: Bakıya “Bal-E” taktiki raketləri gəlir

Bəs Rusiya Azərbaycana bu kifayət qədər güclü və ən yeni silah sistemlərini, hərbi texnikanı niyə satır? Rusiyanın hərbi sənayesinin ən yeni məhsullarını Azərbaycana həvəslə satılmasında Kremlin hansı maraqları var?

Azərbaycan ərazilərinin bir hissəsi işğal altında olan ölkə olduğu üçün öz ordusunu gücləndirməsi tamamilə məntiqlidir. Şübhə yoxdur ki, Azərbaycan silahlı qüvvələrini bu əraziləri geri qaytara bilmək üçün ən yeni silahlarla təchiz edir.

Bəs Rusiyanın Azərbaycanı silahlandırmaqla ona Qarabağda hərbi əməliyyatlara başlamaq və erməniləri işğal altındakı ərazilərdən vurub çıxarmaqda dəstək verməsi nə dərəcədə realdır?

Rusiyalı hərbi ekspert Pavel Felqenhauer deyir ki, Azərbaycanın İranla bağlı hansısa narahatlıqları var. Lakin Bakı düşmən kimi əsasən Ermənistanı görür.

“Dağlıq Qarabağda daimi sülh yoxdur. Daim toqquşmalar baş verir, insanlar həlak olur. Əlbəttə, hələ böyük müharibə yoxdur, ancaq prinsipcə belə müharibə gözlənilir” - deyə Pavel Felqenhauer bildirib.

Ekspertin sözlərinə görə, Azərbaycana silah satışı Moskvanın İrəvanla münasibətlərini korlamır: “Əgər imkan varsa, Rusiya hamıya silah satır, müxtəlif münaqişə tərəflərinə - Somaliyə, Efiopiyaya, Hindistana, Çinə, Vyetnama. Azərbaycana silah satarkən Rusiya əsasən ondan çıxış edir ki, Bakının pulu var və o, istənilən halda silah alacaq. Rusiya satmasa, başqa yerdən alacaq. Ermənilər bundan narazıdır. Ancaq onlar neyləməlidir? İrəvan da Rusiya silahı alır, üstəlik az qala pulsuz. Öz-özlüyündə Ermənistanın hərbi büdcəsi tamamilə cüzidir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Bu gün, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Bu gün, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Bu gün, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Bu gün, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Bu gün, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Bu gün, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Bu gün, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Bu gün, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Bu gün, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Bu gün, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Bu gün, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Bu gün, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Bu gün, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Bu gün, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Bu gün, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Bu gün, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Bu gün, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Bu gün, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Bu gün, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Bu gün, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Bu gün, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Bu gün, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Bu gün, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Bu gün, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Bu gün, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Bu gün, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Bu gün, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Bu gün, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Bu gün, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Bu gün, 10:04
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Bu gün, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Bu gün, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Bu gün, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Bu gün, 09:35
Ağzını açdı və... - REPLİKA
Bu gün, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Bu gün, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Bu gün, 08:21
Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Bu gün, 08:19
Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Bu gün, 08:17
Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Bu gün, 08:14
Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Bu gün, 08:12
Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Bu gün, 07:12
Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Bu gün, 07:08
Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 06:52
"Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Bu gün, 06:37
Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Bu gün, 05:48
ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Bu gün, 05:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru