AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                     Azərbaycan nefti bahalaşıb .....                     Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir .....                     Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir .....                     Müştərinin sifarişini OĞURLADILAR VƏ... .....                     Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... .....                     Dəymiş ziyanı tam ödəmək istəmirlər... .....                     Ağzını açdı və... .....                     Məşhurluq artıq zəhmətlə qazanılmır: .....                     İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” .....                     4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir .....                 

Hərbi Liseyin kapitanından prokurorluğa şikayət olundu
Tarix: 19-05-2014, 16:16 | Çap et
Hərbi Liseyin kapitanından prokurorluğa şikayət olundu
Qubadlı rayon sakini, məcburi köçkün, hazırda Sumqayıt şəhərində yaşayan Qərib Məmmədovdan “Media forum” saytına şikayət məktubu daxil olub.

Qərib Məmmədov Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kapitanı, 3-cü bölüyün 3-cü taqımının komandiri Orxan Hüseynovun qanunsuz hərəkətlərindən şikayətçidir.

Şikayət məktubunda deyilir ki, övladı - Məmmədov Elşən Qərib oğlu 2013-cü ildə Cəmşid Naxçıvaniski adına hərbi liseyə 343 balla qəbul olunub: “Avqustun 3-ü hərbi liseyin “Qaynar xətti”nə zəng edib, oğlumun qəbul olunması haqda məlumat öyrəndim. Məlumatı verən şəxs özünü hərbi liseyin zabiti Orxan Hüseynov kimi təqdim etdi. O, şad xəbəri mənə verdiyi üçün 20 manatlıq kontur və əlavə olaraq 50 manat “şirinlik” istədi. Həmin axşam mən onun 055 634 36 63 saylı mobil telefonuna 20 manatlıq kontur yüklədim”.

Şikayətçi daha sonra qeyd edir ki, Orxan Hüseynov avqustun 5-i onları liseyə görüş üçün dəvət edib: “Deyilən gün Sərvər adlı sürücünün maşını ilə liseyin qarşısına getdim. Orxan Hüseynov mənə yolun digər tərəfindəki “Nur” marketin arxasında yerləşən çayxanaya getməyimi və orada gözləməyimi dedi. Özü də yarım saata gələcəyini bildirdi. Görüş zamanı oğlumun hərbi liseyə qəbul olmasına görə bizi təkrar təbrik etdi və “şirinlik” kimi tələb etdiyi 50 manatı məndən istədi. Mən 50 manatı oğlum Elşənin, bizi həmin yerə gətirən Sərvərin yanında ona verdim. Sonra o, oğlum Elşənin və Sərvərin yanında bildirdi ki, ali məktəbin özəl qaydaları var: “Buranın başqa qayda-qanunları var, yuxarı rütbəli zabitlər məndən 1000 manat pul istəyirlər. Demişəm ki, o mənim yeznəmin xalası oğludur, 500 manat pul alıb verərəm”.

Orxan daha sonra mənə dedi ki, oxuduğu müddətdə, yəni 3 il sənin uşağın mənlikdir və mənim bölüyümdə olacaq. Və mən sənin uşağının hər bir probleminə cavabdehəm, onun “day-dayısı” mən olacam”.

Şikayətçi öz ərizəsində qeyd edir ki, görüş zamanı hazırda pulunun olmadığını deyib və pulu düzəltmək üçün Orxan Hüseynovdan vaxt istəyib: “Hərbi məktəbdən qayıdıb Sumqayıt şəhərindəki 9-cu mikrorayon ərazisində yerləşən “Accses Bank” filialına pul krediti üçün müraciəti etdim. Avqustun 6-da mən “Access Bank”dan kredit aldım. Avqustun 10-u səhər saat 9 radələrində sürücü Sərvərlə liseyin qarşısına getdim və Orxan Hüseynova burda olduğumu bildirdim. O, mənə telefonda bildirdi ki, keç avtomobil dayanacağına, liseyin qarşısında kamera var, orda görüşmək olmaz. Mən avtomobil dayanacağına keçib maşınların arasında 500 manatı Orxan Hüseynova verib evə döndüm. 500 manatı Orxan Hüseynova verməyimə Sərvər də şahidlik elədi”.

Qərib Məmmədov öz ərizəsində əlavə edir ki, ötən tədris ili ərzində Orxan Hüseynovla dəfələrlə görüşüb, övladının təhsili, liseydə özünü aparması, davranışı haqqında məlumat alıb, öz valideynlik borcunu yerinə yetirib: “Bu görüşlərin birində Orxan mənə bir gün hardasa oturub çörək yeyərik təklifini etdi. Abşeron rayon Saray qəsəbəsində yerləşən “Ziya” kafesində mən ona qonaqlıq verdim. Həmin qonaqlıqda hərbi liseyin digər əməkdaşı Rəfail Əsədulov və həmin liseydə bərbər-saç ustası işləyən Əliheydər adlı şəxs də iştirak edib”.

Şikayətçi əlavə edir ki, təxminən noyabr ayında Orxan Hüseynov yenə onun mobil telefonuna zəng edib, liseyin qarşısına gəlməyi dəvət edib: “Görüş zamanı mənə bildirdi ki, ev alıb, 10 min ABŞ dolları pulu çatmır. O, mənə dedi ki, “ərkim keçən valideynlərdən borc pul istəyirəm ki, 10 min ABŞ dollarını düzəldim, sonra sizə qaytararam”. Orxan həmin vaxt məndən 1000 ABŞ dollar istədi. Mən ona bu məbləğdə pul verməyə gücüm çatmayacağını dedim, əlavə etdim ki, gücüm çatan pulu toplayıb verərəm. Üstündən 2-3 gün keçəndən sonra liseyin qarşısında olan avtomobil dayanacağında 200 ABŞ dollarını Orxana borc olaraq verdim. O, mənə 2014-cü il aprelin axırı, mayın əvvəlində borcu qaytaracağını dedi. Amma bu pulu hələ də qaytarmayıb”.

Qərib Məmmədov 2014-cü il aprelin 23-ü, axşam saat 7-8 radələrində kapitan Orxan Hüseynovun yenidən ona zəng etdiyini deyib: “Mənə oğlumdan şikayətçi oldu ki, sizin oğlunuz siqaret çəkir. Ondan xahiş etdim ki, xəstəyəm, təzyiqim var, məni narahat etmə. Sən tədris ilinin əvvəlində məndən pul almısan ki, 3 il ərzində oğluna cavabdeh mənəm. Mənim oğlum liseyə gedənə qədər siqaret-filan nədir bilməyib. İndi necə olub ki, siqaret çəkir? Mən sənə pulu vermişəm və uşağın ordakı tərbiyəsiylə sən məşğul olmalı idin. O mənə dedi ki, sən artıq pul söhbətinə keçdin? Mən ona dedim ki, mənim uşağıma sən nəzarət etməli idin. Yoxsa aldığın pullara görə başqa yerlərə müraciət edəcəm. O mənə dedi ki, get əlin hara çatırsa, şikayət et. Bu söhbət belə də qaldı. Mayın 12-si axşam saatlarında təzədən mənə zəng etdi ki, kurs rəisi sizi liseyə dəvət edir. Ayın 13-ü, səhər saat 10-da mən liseyin qarşısında oldum. Kurs rəisi Vaqif Qurbanovla görüş zamanı Orxan Hüseynov mənə bildirdi ki, sizin oğlunuz altı fəndən “2” qiyməti aldığı üçün liseydən xaric olunur. Orxan Hüseynovla kurs rəisinin otağından çıxıb pilləkənlərlə düşərkən mən ondan tələb etdim ki, məndən aldığı 500 manatı qaytarsın. Çünki kapitan Orxan Hüseynov verdiyi vədi yerinə yetirməmiş, oğluma nəzarət etməmiş, onun təhsilinə fikir verməmiş, boşlu-boşuna buraxmışdı. Necə ola bilər ki, 350-dək bal toplayıb liseyə daxil olan bir şagird bir il ərzində 6 fəndən “2” qiymət alsın? O mənə dedi ki, “sakit ol, yeri deyil, çıxaq çöldə söhbət edək”. Bayırda o, mənə həm 500 manatı, həm də borc aldığı 200 ABŞ dollarını tezliklə geri qaytaracağına vəd verdi”.

Mayın 15-i şikayətçi yenidən hərbi liseyə çağırılıb və liseyin rəis müavinin yanına aparılıb: “Orada olarkən Orxan Hüseynov rəis müavininin yanında mənə dedi ki, sizin oğlunuz liseydən xaric olunduğu üçün mənə böhtan atırsınız. Mən həm həmin görüş zamanı, həm də indi də o fikirdəyəm ki, oğlumdan imtahanı Orxan Hüseynov götürməyib, liseyin müəllimləri götürüb. Aldığı qiymətləri də liseyin müəllimləri verib. Mən böhtan atmalı olsaydım, liseyin müəllimlərinə böhtan atardım ki, məndən pul tələb ediblər, vermədim deyə oğlumu kəsiblər”.

Şikayətçi eyni məzmunda ərizə ilə Respublika Hərbi Prokurorluğuna müraciət etdiyini bildirir. Ötən həftənin cümə günü - mayın 16-da Bakı Şəhər Hərbi Prokurorluğuna dəvət edildiyini, prokuror əvəzləyicisi Müşfiq Məmmədovun görüşündə olduğunu, eləcə də polkovnik Vaqif Quliyevə işlə bağlı izahat verdiyini qeyd edir: “Eyni zamanda ölkə prezidenti İlham Əliyevə, müdafiə naziri Zakir Həsənova müraciət etmişəm. Mən öz yeganə oğlumun hərbçi olmasını, vətənə qulluq etməsini, erməni qəsbkarları ilə vuruşub doğma torpaqlarımızın geri alınmasını istəmişdim. Amma kapitan Orxan Hüseynov bu bir ildə həm mənimlə, həm də oğlumla elə davrandı ki, inamımız puç oldu. Bu hadisələr zamanı oğlum psixoloji travma alıb, o, bundan sonra nəinki hərbçi olmaq istəmir, hətta Azərbaycan əsgəri belə olmaqdan imtina edir. İnanıram ki, haqq-ədalət öz yerini tapacaq, Orxan Hüseynov kimi kapitanlar cəzalandırılacaq ki, digər kursant balalar ziyan çəkməsin”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Bu gün, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Bu gün, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Bu gün, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Bu gün, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Bu gün, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Bu gün, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Bu gün, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Bu gün, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Bu gün, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Bu gün, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Bu gün, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Bu gün, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Bu gün, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Bu gün, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Bu gün, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Bu gün, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Bu gün, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Bu gün, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Bu gün, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Bu gün, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Bu gün, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Bu gün, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Bu gün, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Bu gün, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Bu gün, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Bu gün, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Bu gün, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Bu gün, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Bu gün, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Bu gün, 10:04
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Bu gün, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Bu gün, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Bu gün, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Bu gün, 09:35
Ağzını açdı və... - REPLİKA
Bu gün, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Bu gün, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Bu gün, 08:21
Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Bu gün, 08:19
Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Bu gün, 08:17
Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Bu gün, 08:14
Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Bu gün, 08:12
Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Bu gün, 07:12
Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Bu gün, 07:08
Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 06:52
"Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Bu gün, 06:37
Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Bu gün, 05:48
ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Bu gün, 05:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru