AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                     Azərbaycan nefti bahalaşıb .....                     Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir .....                     Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir .....                     Müştərinin sifarişini OĞURLADILAR VƏ... .....                     Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... .....                     Dəymiş ziyanı tam ödəmək istəmirlər... .....                     Ağzını açdı və... .....                     Məşhurluq artıq zəhmətlə qazanılmır: .....                     İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” .....                     4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir .....                 

Etibar Əliyev əmanətlərə necə xəyanət etdi? - Şok
Tarix: 15-05-2014, 14:29 | Çap et
Etibar Əliyev əmanətlərə necə xəyanət etdi?
Əgər gələcəyiniz üçün pul tədarük etmək istəyirsinizsə, bunu nəbadə əmanət şəklində banka yerləşdirməklə reallaşdırasınız. Təcrübə göstərir ki, pul yığmağın dədə-baba qaydası daha etibarlıdır. Yəni artıq pulunuz varsa, evinizdəki seyfə qoyun, bankın seyfinə yox.

Konkretləşdirsək, sabiq “Texnikabank”da və “Royal Bank”da batan əmanətlər buna sübutdur. Hər iki bankın rəhbərliyinin maliyyə maxinasiyaları vətəndaşların başında çatladı.

Xüsusilə birincidə - “Texnikabank”da 38 milyona yaxın əmanətin batması kiçik rəqəm deyil. İllərdir büdcədən sosial ipoteka kreditlərinə ayrılan vəsaitdən nə az, nə çox, 18 milyon manat artıq.

Xatırladaq ki, maliyyə fırıldaqları “Texnikabank”ın Bakı, Yasamal filiallarında baş vermişdi. İş üzrə müxtəlif vaxtlarda Müşahidə Şurasının sədri Etibar Əliyev, İdarə Heyətinin sabiq sədri Samir Hüseynov, Bakı filialının rəhbəri Zal Yusifov və filialın əməkdaşları Vüqar Behbudov, İslam Yusifov, Səmayə Məmmədova, Ramal Yusifov, Rauf Əhmədov, Ülvi Hüseynov, Fəxri Hüseynov, Dağıstan Nəsirov, Akif Həsənov, Elşən Həsənov, İntiqam Sultanov, Mübariz Zeynalov, Saleh Qasımov, Məhəmməd Mürsəlov həbs ediliblər. Ümumilikdə 30-a yaxın bank işçisi dəmir barmaqlıqlar arxasındadır. Göründüyü kimi, “piramida” şəklində dələduzluq cinayətidir. Düzdür, hazırda proseslərin baş icraçıları Etibar Əliyev, eləcə də Samir Hüseynov azadlıqdadırlar. Lakin vətəndaşların 1 qəpiyi belə qaytarılmayıb.

İş Avropa Məhkəməsində

İş üzrə vəkil Nazim İsmayılov deyir ki, hazırda bir çox əmanətçinin şikayəti Avropa İnsan Haqları Məhkəməsindədir:

“İşlə bağlı 60 nəfərin şikayətinə baxılırdı. Hazırda onların yarısı ərizələrini Avropa Məhkəməsinə təqdim ediblər”.

N.İsmayılov deyir ki, məhkəmə əmanətçilərin hamısının hüquqlarını tanıyıb: “Burada incə məqam da odur. Məhkəmə öz növbəsində əmanətçilərin hüquqlarını tanıyıb. Banka yerləşdirdikləri pulların qaytarılmasını təsdiqləyib. Lakin burada manevr edirlər. Cinayət-Prosessual Məcəlləsinin 180,181-ci maddələrinə əsasən, zərər cinayət törətmiş şəxsdən tutulmalıdır. Burada “Texnikabank”la bağlanan müqavilə öhdəliyi də var. Müqavilələrin heç biri etibarsız sayılmayıb. Onların hər biri - mədaxil kassa orderləri, əmanət kitabçaları qüvvədədir. Dəfələrlə ekspertiza keçirilib və sənədlərin qanuni olduğu təsdiqlənib.

“Zal Yusifov heç kimin pulunu qaytarmayacaq”

Məhkəmə pulların qaytarılmasında məsul şəxs kimi Zal Yusifovu göstərir. Nəzərə alsaq ki, Zal Yusifov 15 il həbs cəzası alıb. Əmlakı isə müsadirə edilib. O, həbsdən çıxsa belə, heç kəsin pulunu qaytarası deyil”.

Bildirək ki, əmanətlər banka 2005-2008-ci illərdə 12 faizlə yerləşdirilib. Yeri gəlmişkən, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, "Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçilərin vurduğu zərərin əvəzini ödəməlidir". Yəni bir qayda olaraq cinayət nəticəsində əmanətçilərə vurulmuş zərəri hüquqi şəxs olan "Texnikabank" ödəməlidir.

Etibar Əliyev təqsirkar deyil?

Diqqəti çəkən baş verənlərdə bankın sabiq Müşahidə Şurasının sədrinin kölgədə qalmasıdır (sabiq bankirin cinayət işi tamamilə fərqli epizodlar üzrə aparılır). Yəni bankın rəhbəri kimi o, məsuliyyətdən kənar saxlanılıb. Bu, belə əsaslandırılır ki, Müşahidə Şurasının sədri kimi o, 3 il 1 ay bankın Bakı filialını nəzarətsiz buraxıb. Hansı ki, bu da bank sistemində rast gəlinməyən praktikadır. Əvvəla, banklar gündəlik 2 dəfə hesabat verirlər. Bundan əlavə, əmanət rəsmiləşdirilərkən yerləşdirilən məbləğlə bağlı məlumat mərkəzləşdirilmiş şəkildə bankın özünə göndərilir. Vəkil N.İsmayılov bu haqda belə deyir: “Filialın hesabat verməməsi ilə bağlı iddialar absurddur. Hər ilin yekununda audit keçirilir. Auditor tərəfindən həmin hesabat təsdiqlənir. Başqa tərəfdən Bakı filialı auditin nəticələrinə görə, illərlə yaxşıların sırasında olub. Cinayət hadisəsi ilə bağlı məsələlər gündəmə gəldikdən sonra bütün sənədlər gizlədildi”.

Sabiq bankirin pulu var?

Göründüyü kimi, pulların mənimsənilməsinə məsul şəxslərdən biri 15 il müddətinə həbsdə, digəri isə tamamilə sudan quru çıxmış vəziyyətdədir. Qeyd edək ki, bir müddət həbs həyatı yaşayan Etibar Əliyev 2012-ci ilin noyabrından azadlıqdadır. Düzdür, hazırda onun bankdakı payı xeyli azdır. Belə ki, 2012-ci ilin oktyabrında “Texnikabank” adını dəyişdirərək “Bank Technique” kimi fəaliyyətini davam etdirməyə başlayıb və E.Əliyev yeni bankda əvvəlki hüdudsuz səlahiyyətlərə malik deyil. Amma bu, onun tam səlahiyyətsiz və müflis olması anlamına da gəlmir. Birincisi, “Texnikabank”la bərabər, "KredAqro" da onun nəzarətində idi. "KredoAqro”nun Həsən Əliyev 63 ünvanında yerləşən baş ofisi Etibar Əliyevin həyat yoldaşı Sevda Əliyevanın, "KredAqro"nun Abşeron və "Xalqlar dostluğu" filialları isə Etibar Əliyevin oğlu Kəramət Əliyevin adına olub. Son insidentə kimi "KredAqro"nun bütün bank əməliyyatları "Texnikabank"da aparılırdı. Bankın törəmə müəssisəsi olan "Alfa-Sığorta"da müştərilər çox yüksək faizlə sığortalanırdı. Həmçinin, Etibar Əliyevin yaxın dostu, "Texnikabank"ın Müşahidə Şurasının keçmiş üzvü Məcid Əsədov yüksək əmək haqqı ilə Eldar Cəfərova birinci müavin gətizdirilmişdi. Etibar Əliyevlə Eldar Cəfərov müxtəlif yollarla qazandıqları pullarla "Invest Kredit" İttifaqını yaratmışdılar. Həmin ittifaqın təsisçiləri isə Eldar Cəfərovun anası Xatın Cəfərova ilə Etibar Əliyevin oğlu Kəramət Əliyevdir. Lakin 2011-ci il dekabrın 22-də Kəramət Əliyevin "Invest Kredit" İttifaqındakı səhmləri Etibar Əliyevin həyat yoldaşı Sevda Əliyevanın bacısının, Xatın Cəfərovanın səhmləri isə Eldar Cəfərovun dayısı oğlunun adına keçirildi.

Pulu batan əmanətçilər isə hüquq mühafizə orqanlarından ƏDALƏT gözləməkdədir. Məhkəmə onların zərərçəkən kimi hüququnu tanıyıb. Zərərlərin ödənməsi üçün sabiq “Texnikabank”ın Müşahidə Şurasının sədri Etibar Əliyevin məsuliyyətini və cavabdehliyini də tanısa, bu, HÜQUQA və İNSAN HAQLARINA böyük töhfə olacaq. Çünki vətəndaş bir banka əmanət yerləşdirəndə hansısa şəxslərə deyil, məhz Banka və Dövlətinə güvənir. Bu güvənə kimlərinsə kölgə salmasına yol vermək olmaz...

Növbəti yazıda əmanətçilərin “Texnikabank”a əmanət etdikləri pulların Etibar Əliyev tərəfindən hara və necə xərclənməsinin detallarını yazacağıq. “Publika.az”ı izləyin!










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Bu gün, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Bu gün, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Bu gün, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Bu gün, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Bu gün, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Bu gün, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Bu gün, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Bu gün, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Bu gün, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Bu gün, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Bu gün, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Bu gün, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Bu gün, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Bu gün, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Bu gün, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Bu gün, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Bu gün, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Bu gün, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Bu gün, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Bu gün, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Bu gün, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Bu gün, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Bu gün, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Bu gün, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Bu gün, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Bu gün, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Bu gün, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Bu gün, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Bu gün, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Bu gün, 10:04
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Bu gün, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Bu gün, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Bu gün, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Bu gün, 09:35
Ağzını açdı və... - REPLİKA
Bu gün, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Bu gün, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Bu gün, 08:21
Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Bu gün, 08:19
Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Bu gün, 08:17
Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Bu gün, 08:14
Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Bu gün, 08:12
Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Bu gün, 07:12
Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Bu gün, 07:08
Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 06:52
"Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Bu gün, 06:37
Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Bu gün, 05:48
ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Bu gün, 05:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru