Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                     Azərbaycan nefti bahalaşıb .....                     Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir .....                     Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir .....                     Müştərinin sifarişini OĞURLADILAR VƏ... .....                     Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... .....                     Dəymiş ziyanı tam ödəmək istəmirlər... .....                     Ağzını açdı və... .....                     Məşhurluq artıq zəhmətlə qazanılmır: .....                     İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” .....                     4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir .....                     Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? .....                 

Pirallahıdakı məktəb kollektiv şəkildə prezidentə şikayət edib
Tarix: 14-05-2014, 16:09 | Çap et
Pirallahıdakı məktəb kollektiv şəkildə prezidentə şikayət edib
Pirallahı rayonunun Çilov adasındakı Rasim İbrahimov adına 131 saylı tam orta məktəbin kollektivi prezident İlham Əliyevə müraciət edib.

Çilov - Xəzər dənizində, Bakı arxipelaqında adadır. Sahildən 30 kilometr aralıdadır. 131 saylı məktəb bu adada yeganə məktəbdir.

Prezidentə müraciəti 131 saylı məktəbin bədən tərbiyəsi müəllimi, məktəbin İlk Həmkarlar Komitəsinin sədri Mahir Ocaqverdiyev, hərbi rəhbər, Əfqanıstan və Qarabağ müharibəsi veteranı, II qrup əlil Vidadi İsmayılov, ingilis dili müəllimi, Qarabağ müharibəsi veteranı Hüseynağa Həşimov, Azərbaycan dili və ədəbiyyatı müəllimi, Qarabağ müharibəsi veteranı Süleyman Babayev, riyaziyyat müəllimi Novruz Muradov, texniki işçi, III qrip əlil Ramal Məmmədov, nəzarətçi Xavər Ələnurova və başqaları (ümumilikdə 30 nəfər) imzalayıblar.

“Media forum” saytının məlumatına görə, müraciətdə deyilir: “Biz Bakı şəhərində yaşayırıq, Bakıda rəsmi qeydiyyatdayıq. Hər həftə Çilov adasına işləməyə gedirik. Ora gediş-gəliş ancaq su nəqliyyatı (gəmi) ilə həyata keçirildiyindən biz həftənin 5, bəzən isə 4 gününü Çilov adasında qalmalı oluruq. Çilov adasında qaldığımız müddətdə ARDNŞ-nin “28 May” adına NQÇİ-nin yataqxanasında yaşayırıq”.

Daha sonra müraciətdə məlumat verilir ki, məktəb kollektivi üzləşdiyi problemlə əlaqədar 2013-cü il dekabr ayının 20-dən dövlət başçısına müraciət edib, ancaq müsbət nəticə əldə olunmayıb, ona görə də kollektiv prezidentə ikinci dəfə üz tutmaq məcburiyyətində qalıb.

Müraciətdə bildirilir ki, Çilov adasında yerləşən bütün dövlət və qeyri-dövlət təşkilatlarında çalışan işçilər kimi, 131 saylı məktəbin kollektivinə də Nazirlər Kabinetinin qərarına uyğun olaraq ezamiyyə xərci əvəzinə gündəlik vəsait - 10 manat verilirdi. Bu isə bir ay ərzində adambaşına 160-200 manatın verilməsi deməkdir.

2013-cü ilin yay aylarında Bakı Şəhər Təhsil İdarəsinin mərkəzləşdirilmiş mühasibatlığının Sabunçu-Xəzər xidmət bölməsində audit aparan Hesablama Palatası 131 saylı məktəbin kollektivinə ezamiyyə xərclərinin əvəzi kimi gündəlik vəsaitin verilməsinə rəsmi irad bildirib və bu irad aktlaşdırılıb. Həmin irad əsasında 2013-cü ilin iyun ayından 131 saylı məktəbin işçilərinə ezamiyyə xərclərini əvəzləyən vəsaitin verilməsi dayandırılıb.

Prezidentə müraciətdə vurğulanır ki, məktəbdə çalışan 33 nəfərdən 30-u bu vəsaiti alırdı.

Daha sonra müraciətdə deyilir: “Nəzərinizə çatdırırıq ki, Hesablama Palatasının heç bir auditoru və yaxud rəsmi nümayəndəsi məktəbin yerləşdiyi məkan və iş rejimi haqqında məlumat əldə etmək üçün Çilov adasında olmayıb. Yəni qərar qəbul etdikləri müəssisə haqqında primitiv informasiyaları belə olmayıb və bu haqda heç bir dəqiqləşdirmə aparmayıblar. Hətta onlar Çilov adasını Pirallahı adası ilə səhv salırmışlar. Halbuki Pirallahi adasının quru ilə əlaqəsi olduğu halda Çilov adası sahildən 30 kilometr aralıda yerləşir və buna görə də Nazirlər Kabinetinin 2011-ci il sentyabrın 20-də qəbul etdiyi “Ezamiyyə xərclərinin normaları haqqında” qərarının 6-cı bəndinin (“Daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün 10,0 manat əlavə vəsait verilir”) bütün müddəaları istisnasız halda məktəb kollektivinə şamil olunur. Burada digər qanuni şərhlərə belə ehtiyac yoxdur. Bunu uzun illər boyu məlum ödənişi qanuni maliyyə sənədləri ilə həyata keçirən Bakı Şəhər Təhsil İdarəsinin mühasibatlığı da təsdiqləyir. Ən əsası odur ki, “Ezamiyyə xərclərinin normaları haqqında” qərarı hazırlayan Nazirlər Kabinetinin hüquq şöbəsinin mütəxəssisləri də Hesablama Palatasının səhv qərar qəbul etdiyini söyləyirlər. Sonradan Maliyyə Nazirliyi də bu vəsaitin qanuni verildiyini təsdiqlədi, hətta irəli sürülən əlavə layihəni geri qaytararaq ona heç bir ehtiyacın olmadığını bildirdi.

Ümumiyyətlə, Çilov adasının xüsusi yaşayış statusu nəzərə alınaraq bütün müəssisələrdə iş rejimi məcburi formada “Ezamiyyə xərclərinin normaları haqqında” qərarın 6-cı bəndinə uyğunlaşdırılmış formadadır. Ona görə də Çilov adasında yerləşən bu məktəbdə (məktəb yaranandan) və bütün digər müəssisələrdə bu vəsait həmişə ödənilib, indi də ödənilir. Necə ola bilər ki, bu adada işləyən yalnız məktəb kollektivi bu vəsaiti almamalıdır?! Məktəb kollektivi Azərbaycan vətəndaşları deyillərmi?

Əgər bu, uzun illər boyu ödənilən böyük məbləğli qeyri-qanuni vəsait olubsa, niyə kobud maliyyə pozuntusu qeydə alınmayıb və cinayət işi açılmayıb?!

Məktəb kollektivi 9 aydır ki, bu misli olmayan haqsızlığa qarşı və öz maddi hüquqları uğrunda mübarizə aparır. Ölkə prezidentinə, Nazirlər Kabinetinin hüquq şöbəsinə, Milli Məclisin sədrinə, maliyyə nazirinə, təhsil nazirinə, baş prokurora, Hesablama Palatasının sədrinə, Bakı Şəhər Təhsil İdarəsinin müdirinə dəfələrlə müraciət edilib.

Bütün bunları nəzərə alaraq, Prezident Administrasiyası məktəb kollektivinin Azərbaycan Respublikasının prezidentinə 2013-cü il dekabrın 20-də göndərdiyi məktubunu xüsusi nəzarətə götürüb. Problemin ətraflı və müsbət həlli üçün bu məktub Nazirlər Kabinetinə göndərilib. Nazirlər Kabineti bu problemin müsbət həlli üçün 6-cı maddəyə əlavə layihə hazırlayıb və bu sənədə müsbət hüquqi rəy almaq üçün Ədliyyə Nazirliyinə göndərib. Ədliyyə Nazirliyi bu sənədə müsbət hüquqi rəy verib. Bu müsbət rəyin maliyyə tərəfinin təsdiqi üçün Nazirlər Kabineti məlum sənədi bu dəfə Maliyyə Nazirliyinə göndərib. Lakin Maliyyə Nazirliyi bizim 9 aydır haqsız yerə üzləşdiyimiz və həllini səbirsizliklə gözlədiyimiz problemə mənfi rəy verib.

Sonradan məktəb kollektivi Maliyyə Nazirliyinə əlavə ərizə yazmağa məcbur olub. Bu əlavə ərizədən sonra Maliyyə Nazirliyi araşdırma aparıb və belə bir nəticəyə gəlib: “Məktəb kollektivinə verilən vəsait tamamilə qanuni verilib və bu vəsaiti ödəmək üçün artıq Nazirlər Kabinetinin məlum qərarı və 6-cı maddə var, bunu nəzərə alaraq əlavə layihə hazırlamağa heç bir ehtiyac yoxdur. Sadəcə olaraq, Hesablama Palatası 2013-cü ildə etdiyi texniki səhvini düzəltməli və yaxud buna artıq rəsmi maliyyə etirazı etməməli, bu haqda Maliyyə Nazirliyinə və Təhsil Nazirliyinə məlumat verməlidir”. Məktəb kollektivi bu informasiyanı əldə rəhbər tutaraq, məmurların bu “anormal karusel sisteminə” məcburən tabe olaraq Hesablama Palatasına ikinci dəfə görüşə gedib. Hesablama Palatasında birinci görüşdə olduğu kimi qeyd ediblər ki, “Akta yazılan bu iradı təkzib etmək qanuni baxımdan qeyri-mümkündür, amma Hesablama Palatası məktəb kollektivinə verilən bu vəsaitə etiraz etmir və bundan sonra onlara kömək etməkdə həmişə israrlıdır”. Bu informasiya haqqında yenidən Bakı Şəhər Təhsil İdarəsinə və Təhsil Nazirliyinə məlumat verilib. Amma heç bir müsbət nəticə əldə olunmayıb.

Məktəb kollektivi problemin həlli ilə əlaqədar olaraq müvafiq nazirliklərə və təşkilatlara 50-yə yaxın ərizə, müraciət, təkrar ərizə, əlavə ərizə göndərib. Bu ərizələrdə üzləşdiyimiz problem ətraflı şəkildə təhlil olunub. Bəzi müraciətlərdə bu vəsaitin dayandırılmasına əsas səbəb olanlar haqda dolayısı yollarla müəyyən xoşagəlməz məlumatlar də verilib. Amma məktəb kollektivi onlara edilmiş haqsızlığın müqabilində heç kəsə pislik etmək istəmədiklərini dəfələrlə qeyd edib.

Bizi hər hansı digər dövlət təşkilatları ilə səhv salmamalıydılar. Məktəb kollektivi çətin dəniz şəraitində və ən çətin “vaxta” rejimində işləyir, sovet dövründən qalma köhnə gəmilərdən və açıq dəniz üzərində uçan helikopterlərdən istifadə edir, öz doğma ev-eşiyindən aralanaraq uzaq adada şəraiti yaxşı olmayan yataqxanada yaşayır, məişətdə texniki sudan istifadə edir, rütubəti bütün bədənləri ilə hiss edir, “oksigen çatışmazlığı” adlanan dəniz xəstəliyindən əziyyət çəkərək öz sağlamlıqları hesabına, çətinliklə və halallıqla pul qazanırlar. Biz həm də Azərbaycan üçün beynəlxalq əhəmiyyətli strateji siyasi-coğrafi əhəmiyyət daşıyan uzaq bir adanı – Çilov adasını öz sağlamlığımızla, əzablarımızla və zəhmətimizlə yaşadırıq”.

Müraciətdə vurğulanır ki, problemin həll olunmaması məktəb kollektivini psixoloji cəhətdən tənzimlənməyən həddə çatdırır və onları qeyri-ənənəvi mübarizə üsulları haqqında düşünməyə təhrik edir: “Bu vəziyyət artıq yetişib. Məktəbdə işçilərin, xüsusilə də texniki işçilərin vəziyyəti artıq psixoloji cəhətdən tənzimlənməyən həddədir”.

Müraciətin sonunda ölkə prezidentindən xahiş olunur ki, artıq qeyri-ənənəvi üsullarla mübarizə aparmaq məcburiyyətində qalmış məktəb kollektivinin həmin üsullara əl atmasının qarşısını alsın və kollektivin üzvlərinə verilən gündəlik ödənişlərin, həmçinin əvvəlki 10 ayda yığılıb qalmış ödənişlərin həyata keçirilməsinə yardım göstərsin.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Bu gün, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Bu gün, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Bu gün, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Bu gün, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Bu gün, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Bu gün, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Bu gün, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Bu gün, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Bu gün, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Bu gün, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Bu gün, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Bu gün, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Bu gün, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Bu gün, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Bu gün, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Bu gün, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Bu gün, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Bu gün, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Bu gün, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Bu gün, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Bu gün, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Bu gün, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Bu gün, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Bu gün, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Bu gün, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Bu gün, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Bu gün, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Bu gün, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Bu gün, 10:04
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Bu gün, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Bu gün, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Bu gün, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Bu gün, 09:35
Ağzını açdı və... - REPLİKA
Bu gün, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Bu gün, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Bu gün, 08:21
Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Bu gün, 08:19
Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Bu gün, 08:17
Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Bu gün, 08:14
Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Bu gün, 08:12
Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Bu gün, 07:12
Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Bu gün, 07:08
Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 06:52
"Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Bu gün, 06:37
Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Bu gün, 05:48
ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Bu gün, 05:42
Talıbovun kadrını Budaqov HİMAYƏ EDİR? - İLGİNC FAKTLAR
Bu gün, 05:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru