Tramp Kobaxidzeyə məktubunda ABŞ-Gürcüstan əməkdaşlığının möhkəmləndirilməsini dəstəkləyib .....                     Ağsu bazarında QOÇULUQ EDƏN KİMDİR? .....                     TERRORDAN SONRA İLK: Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə hava əlaqəsini BƏRPA EDİR .....                     "RUSİYA ŞOVİNİZMDƏN ƏL ÇƏKMƏLİDİR, ƏVVƏLKİ AZƏRBAYCAN DEYİLİK" .....                     Mingəçevir ŞİH ekskavator, yolsüpürən maşın, avtosəbət, otbiçən alır .....                     Vardanyanın arvadına kim dəstək verəcək? .....                     “Studiyada elə düz-qoş edirlər ki, çaş-baş qalırsan” .....                     300 manatlıq borc üstündə dəhşət: Oğul doğma anasını bıçaqladı .....                     Nizami rayonunda nizam yoxdur... RƏSMƏN XAOSDUR! .....                     ABŞ- İran gərginliyi: Azərbaycanı nə gözləyir? .....                     “3+3” formatı yenidən gündəmdə .....                     Öncə arvadını, sonra özünü bıçaqladı .....                     Ermənistan artıq bu məhsulları AB-yə ixrac edəcək .....                     Ukraynanın yeni Nazirlər Kabinetində nazirliklərin sayı 15-dən 17-yə çatıb .....                     SKSP-nın rezidentinə yeni direktor gəlib .....                     İcra başçısı ADSEA rəhbərliyini GÜNAHKAR ÇIXARDI... .....                     “TuranBank”da yeni təyinat .....                     Vüsalə Əlizadə "İncə səhər" proqramı ilə yollarını ayırıb .....                     Toy və yas mərasimində KÜTLƏVİ ZƏHƏRLƏNMƏLƏR .....                     Ruslar erməni güllərini TANIDILAR... .....                     Hacıqabuldan İrəvana satış edən şirkətlə bağlı .....                     Quzu əti bahalaşıb: .....                     Culfada barəsində cinayət işi başlanan sabiq bələdiyyə sədrinin məhkəməsi başlayır .....                     Qoşqar Təhməzli AQTİ-nin İdarə Heyətinə yeni sədr təyin etdi .....                     Evdən dişədək kredit: .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     “Döyülə-döyülə arvad olmaq”: Zorakılığı legitimləşdirənlərin “qalxanı” .....                     Bu film Azərbaycana .....                     Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoruna ağır ittihamlar .....                     Müştəridən “Kontakt Home”a ETİRAZ .....                     Ədalətsiz 907-ci düzəliş uğrunda mübarizə: Amerika siyasəti və erməni lobbisi .....                     Nəriman Həsənzadənin vəziyyəti ağırdır .....                     Cəlilov köhnə komanda ilə NİYƏ YOLA GETMİR? .....                     Zakir Quliyevdən şübhəli anlaşma .....                     ABŞ-ın son həftədə hücumlarında 38 nəfər ölüb, 400-dən çox yaralı var .....                     Azərbaycanın milyonlar qazanacağı liman və şəhər niyə bombalandı? .....                     "Toylara o dəbi ilk dəfə mən gətirdim" .....                     Sələmə pul istədi, imtina aldı, mübahisə qanla bitdi .....                     Günay Malikqızı işdən ayrılmasının səbəbini açıqladı .....                     İstefalar Ceyhun Cəlilovu BİTİRƏCƏKMİ? .....                 

"Qızışdıranlar olmasa, əslində, camaat üçün xoşdur" - Razi Nurullayev
Tarix: 23-12-2024, 12:50 | Çap et
"Qızışdıranlar olmasa, əslində, camaat üçün xoşdur"
Müsahibim Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevdir.

Razi Nurullayevin fəaliyyəti cəmiyyətdə birmənalı qarşılanmayıb. Ümumiyyətlə, ona qarşı olan münasibətlər hər zaman dəyişkən olub.

Bəs o, özü bu münasibətlər haqqında nə düşünür?

Razi Nurullayevlə bu müsahibədə parlamentdəki vəziyyətdən tutmuş digər ictimai-siyasi məsələlərə qədər söhbətləşdik.

"DİA-AZ" Gununsesi.info-ya istinadla sözügedən müsahibəni təqdim edir:

-Razi bəy, Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı siz də daxil olmaqla az saylı deputatlar əhalinin problemlərini dilə gətirdi, amma bu, rəhbərlik tərəfindən süngü ilə qarşılandı. Kənardan yaranan rəy bundan ibarət oldu ki, Milli Məclis müstəqil, dövlətin məsuliyyətini bölüşən ikinci ali dövlət hakimiyyəti orqanı olmaq statusundan imtina edib.

-Mən bu gün də vətəndaşları narahat edən problemlərin qaldırılmasında heç bir problem görmürəm. Siz dediyiniz məsələ isə bir az qarışıqdır. Sonuncu dəfə elə bir təəssürat yaranmışdı ki, sanki deputatlar sözləşib, hökümətə qarşı çıxırdılar.

-Hə, özü də YAP-çılar…

-Doğrudur. YAP-çı deputatların da tənqidi fikirlər səsləndirilməsi, yəni, özlərini mənim sıramda göstərməkləri cəmiyyətdə də birmənalı qarşılanmamışdı.

-Sizin sıranızda olması? Yəni, YAP-çıların müxalifətçilik etməsi?

-Bəli. Sədr bizə həmişə bu şəraiti yaradıb. O, onu da doğru söylədi ki, axı hər şey pis ola bilməz. Mən sonradan öz çıxışıma baxdım, razılaşdım ki, hər şeyi qara görmək də bir iş deyil. Elə bir təəssürat yarandı ki, sanki ölkədə normal heç nə yoxdur, hər şey pisdir. Amma elə deyil axı. Sədrin iradını da təbii qəbul etdim. Hərçənd biz Qarabağı azad etmişik, nə qədər işlər görülür, büdcə artıb və.s. Gərək danışanda bunlar da deyilsin.

–Elə sədr də deyirdi ki, görülən işləri danışın, nədi hamı etirazını bildirir?!

-Şəxsən mən Milli Məclisdə hər zaman tənqidi fikirlər səsləndirmişəm. Bəzən çox sərt çıxışlar etsəm də, şəxsim adına deyirəm ki, məni heç zaman bloklamayıblar, heç bir təzyiq də olmayıb. Bir sözlə, bu dəfə özüm üçün də dərs almış oldum ki, hər şeyi pis görmək olmaz. Hamı bilir ki, mən qərəzli adam olmamışam. Buradan məsələn, indi vəzifəli şəxslərə demək istəyirəm ki, deputatlarla tez-tez görüşmək lazımdır. Görüşməli, müzakirə etməli, hesabatlar verməliyik. Adicə bir misal deyim. Ələt azad iqtisadi zonanın rəhbəri olan hörmətli Valeh Ələsgərov var. Qanunvericiliyə dəyişilik müzakirə olunan zaman onunla bağlı tənqidi çıxışlar etmişdim. Bir çox deputatlar da tənqid etdi. Valeh müəllim əvvəlcə əsəbiləşdi. Dedi, bizim əziyyətimizi niyə görmürsünüz? Dedim ki, axı görməmişəm, göstərin. Elə oldu, Valeh Ələsgərov bizi Azad iqtisadi zonaya dəvət etdi, işləri də göstərdi və mən şoka düşdüm. Demə, yaxşı işlər görürlərmiş. Daha sonra dərhal mən bunu Milli Məclisdə dedim. Sözüm bundadır ki, kimsə qərəz olduğunu düşünürsə, xəbər verməli, işləri təqdim etməlidir. Etməlidir ki, biz də bilək.

-Siz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yaman çox tənqid edirdiniz…

-Bəli, onları ən çox mən tənqid etmişəm, amma ədalət naminə deməliyəm ki, yaxşı işləri də var. Özümü tənqidlərimdə haqsız görməmişəm, lakin xoş sözlər də demişəm. Müraciətlərim bəzən həll olunmasa da, laqeyd qalmayıblar.

-Nədənsə, sizin kimi bir neçə fəal olan deputatın fəaliyyətində, çıxışlarında insan haqları, məhkəmə-hüquq sisteminin mövcud durumunun üstündən sükutla keçilir. Ehtiyyat edirsiniz, yoxsa bu da bir qadağadır?!

-Yox, mənim üçün heç bir qadağa yoxdur. Prezident seçkilərində iştirak etdiyim zaman ən çox çıxışlarım elə bu məsələlər üzrə idi. Parlamentdə də xeyli çıxışıarım olub. Üstəlik, zaman-zaman jurnalistlər də sual verəndə danışmışam. Sadəcə, bu məsələdə kələfin ucu itib. Əslində, mənim özüm də bilmirəm ki, bu məsələyə hansı kontekslə yanaşmaq lazımdır. Bir tərəfdən düşünürəm ki, mən bunu üstünə gedirəm, deyirəm, insan haqları, hüquqları, hər şey pisdir filan. Yaxşı, bəs bu məsələnin həllinə təsir edirmi? Xeyr. Bununla müdafiə etdiyim adamın vəziyyətini çətinləşdirmiş oluram.

-Necə yəni?

-Çünki Azərbaycanın özünün reallıqları da var. İnsan haqları komitəsində bu məsələlər müzakirə olunur. Bəzən pərdəarxası işlər görürük ki, bunu ictimai desək, ziyana işləyər. Açıq tekstlə bunu deyim ki, məsələn, gördüyüm işləri desəm, media və ayrı-ayrı şəxslər başlayacaqlar məndən qəhrəman obrazı yaratmağa. Nəticə nə olacaq? Artıq danışmaq imkanlarım məhdudlaşacaq.

-Deyirsiniz ki, sizi yuxarıdan sıxacaqlar?!

-Yox, yox. Media elə vəziyyətə gətirəcək ki, hökümətlə işgüzar münasibətlərimə xələl gətirəcək. İkinci məsələ odur ki, müdafiə olunmaq istəyən insanların hamısı məsələni birtərəfli qoyur. Jurnalistlərin hazırladıqları reportajlara baxanda görürsən ki, ancaq və ancaq tənqiddir. Görürsən ki, ölkədəki mənfiliklərdən başqa heç nə yoxdur. İndi bir yaxşı iş olmadımı? Demək, məsələ nədir? Onlar xaricdən maliyyələşir. Buna görə də maliyyəni verənin dediklərini həyata keçirirlər. Hökümət də deyir ki, xaricdən pul almağı qadağan etmişəm.

-Onda belə çıxır ki, cinayət işi açılan media orqanlarında hökümət haqlıdır?!

-Hökümət orada haqlıdır ki, deyir, xaricdən maliyyə almaq qadağandır. Axı burada qanun pozulur. Digər tərəf də onda haqlıdır ki, bəs haradan maliyyələşək? Belə çıxır, ancaq Azərbaycandan maliyyələşməlidir.

-Axı hökümət pul ayırsa, tənqid edə bilməyəklər…

-Bəli, elədir. Məsələn, orta mövqe tutmaq olar. 50 faiz tənqid edəndə, 50 faiz də müsbət işləri göstərmək lazımdır. Başqa orta yol yoxdur. Ya da gərək, bir cəsarətli adam çıxsın, pulu da o, öz hesabına ayırsın.

-Sonra da həmin adamı sıxsınlar…

-Bir sözlə, özün bir yolla həll etməlisən. Bu da neytrallıqdır. Hökümətdən alıb hökümətin tərəfini saxlamalısansa, xaricdən də alanda onların tərəfini saxlayırsan. Adi bir misal. “AzadlıqRadiosu”nun, “Amerikanın Səsi”nin reportajlarına baxıram. “AzadlıqRadiosu” tənqid edəndə qarşı tərəfdən də mövqe qoyur. Düzdür, xeyli məsələlərdə qərəz olsa da, adətən, belə olur. “BBC” isə məsələn, 80 faiz qərəzli yanaşır. Bu yaxınlarda onların Cənub zonasından repotajı var idi, baxdım, dəhşətə gəldim. Birbaşa seperatizmə çağırış idi. Vallah, o reportaj xaricdə olsaydı, bütün üzvlər həbs olunardı. Amma bizdə göz də yumulur. Şəxsən mən müxalifəti təmsil edən adam kimi dözüm göstərməzdim ki, hakimiyyət göstərir. Bir sözlə, kim olur olsun, dövlətin maraqları nəzərə alınmalıdır. Hakimiyyətin marağını nəzərə almaya da bilərsən. Prezidentdən, nazirdən, ümumilikdə iqtidardan xoşun gəlməyə bilər, amma dövlətçilik ayrı məsələlərdir.

-Parlamentdə təmsil olunan partiyaların sifarişlə təmsil olunduğu düşüncəsi də var bu gün. Deyirlər, icazə olmasa, heç bir partiya seçilə bilməz, hətta fəal, danışan deputatların da sifariş əsasında danışdığı deyilir.

-Əvvəla, bu günə qədər filan mövzu ilə danış, bu haqda söz denən məsələləri olmayıb. Şəxsən mən eşitməmişəm, bilmirəm, mənə deyilməyib.

-Yəni, sizə deyilməyib, amma deyilənlər var?

-Bilmirəm axı. Ola bilsin, YAP-ın öz strategiyası var, onlara nəsə deyilə bilər. Bunu da dəqiq deyə bilmərəm. Öz adıma deyim ki, bu sözlər kənardan deyilsə də, eybəcər görünür. Bu, necə ola bilər? Deputat onsuz da danışmalıdır. Biz oyuncağıq? Onu danış, bunu denən. Mümkün deyil. Bir dəfə demişdilər ki, ona deyirlər, üzündən oxuyur. İndi gəl, izah et ki, mən məsuliyyətli deputatam, çıxışıma əvvəlcədən hazırlaşıram, yazıram, çıxıb rahat da danışıram. Qaldı ki, seçilmək məsələsinə, deyim. Bu, çox asan bir məsələdir. İstənilən adam əvvəlcədən təxmin edə bilir bunu. Bir namizəd olur, o, çox aktiv olur, sayılır, seçilir, sevilir, üstəlik, onun da rəqibi uğurlu seçim olmursa, əvvəlcədən bilmək olur da.

-Belə başa düşdüm ki, seçkilərdən heç bir narazılığınız yoxdur…

-Bu fikirdəyəm ki, seçkini özbaşına buraxmaq olmaz. Belə olsa, seçki günü hər hadisə ola bilər, xaos yaranar. Dünyanın heç bir yerində belə şey yoxdur. Bizdə seçki talehin ümidinə buraxılsa, Parlamentə düşənlər oranı dağıdar. Məsələn, imkanlı adamlar var, onlar pul gücünə səsləri alar, seçilər və bununla da qırğın düşər. Biri qolu zorbadı, biri varlıdı. İndi bu demokratiya olacaq? Necə tutacaqsan ki, hansı yolla etdi? Ona görə də seçkiyə nəzarət lazımdır.

-Mərkəzi Seçki Komissiyası var da onsuz.

-O cür yox. Amerikada bu sistem başqadır. Orada xalqın səsini alsan da, başqa keyfiyyətlərin yoxlanılır. Baxırlar ki, layiqsən? Trampka Klinton namizəd alanda Hillari daha çox səs almışdı, amma Trampı uyğun gördülər. Bir növ ictimai nəzarət mexanizmi.

-Belə bir qərar, mexanizm bizdə yaxşı qarşılanmaz. Bu, daha çox müdaxilə hesab edilə bilər.

-Bilirəm. Ola bilər ki, dövlətin verdiyi qərarlar çoxluğun xoşuna gəlməsin. Amma dövlət idarə eləmək asan iş deyil. Başqa misal çəkək. Bu gün dövlət bir təhlükə hiss eləsin, desin, bir həftə çölə çıxmamaq qərarı olsun. Narazılıqlar başlanacaq ki, bu nə deməkdir filan.

-Bu məntiqlə sərhədlərin də illərlə bağlı qalması düzgündür?

-Gələcəm orada. Demək, narazılıqlar oldu, qərar yığışıldı, hamı çıxdı küçəyə və çox keçmir, böyük bir hadisə baş verdi, kütləvi qırğın oldu. Onda nə deyəcəklər? Deyəcəklər ki, hökümət hara baxır? Xalqı qırdılar, getməlidirlər. Sərhədə qalanda isə Cənab Prezident də dedi ki, bu, təhlükəsizliklə bağlıdır. Əmin olaq, nəsə var ki, bağlı saxlanılır.

-Razi bəy, Azərbaycanda “ana müxalifət” hansı partiyanı hesab edirsiniz?

-Doğrusu, hazırda bu termini qəbul etmirəm. Bu gün müxalifət elə bir dağılmış vəziyyətdədir ki, özlərinə düşmən lazım deyil.

-Partiya olaraq siz özünüz əlaqələri bərpa etməyə çalışırsınız?

-Parlamentdə təmsil olunan partiyalarla münasibətlərim var. Kənarda olanlarla da var, amma iş birliyimiz yoxdur. Bu gün müxalifət partiyalarının özləri oturuşmalıdır. Əvvəlki müxalifət bir qaragüruh idi. Dövlət necə oturuşdu, Qarabağı azad etdi, müxalifət də oturub möhkəmlənməlidir.

-Müxalifət də oturuşub hakimiyyəti ələ keçirməlidir?!

-Bu gün müxalifət partiyaları çox hündürə tullanırlar, amma müxalifətin gücü yoxdur. Üstəlik, xalqın da siyasətə marağı yoxdur.

-AXCP, Əli Kərimli necə?

-Onlar radikal müxalifətdir. Ondan sonra Müsavat da müəyyən bir radikallıqdadır.

-AXCP-yə “ana müxalifət” deyirlər ictimai rəydə…

-Onların ətrafıdır o cür deyən. Müxalifət partiyası tənqidi mövqeyi ilə ana müxalifət olacaqsa, onda xaricdə oturanlar daha çox ana müxalifətdir. Bu gün onlar on dəfə çox kəskin, radikal danışırlar. Ana müxalifət ölkədə müsbət dəyişiklik yaradan, xalqı arxasınca apara bilənə, nəticəsi olana deyərlər. Mikrafon qabağına keçib hər danışan adama yox.

-AXCP adına iddia etdiyiniz vaxtlarda sizi hakimiyyət mediasının da vurduğunu demişdiniz. Yəqin, münasibətləriniz indiyə düzələr…

-Bu gün siz mediaya baxsanız, mənə olan münasibəti açıq-aydın görə bilərsiniz. Hazırda bütün media ilə əlaqəm var, amma bəziləri var ki, məni Milli Cəbhə Partiyasının sədri kimi təqdim etmirlər.

-Biz edərik. Dövlət medialarıdır?

-Açığı, tam baxmamışam, amma vəziyyət belədir.

-Səbəb nədir, inciyirsiniz bundan?

-Səbəbi bilmirəm, incimirəm də. Əvvəllər deyirdim, indi bu da maraqlı deyil. Amma mən bu partiyanın sədriyəm, bunu da hər zaman deyirəm. Fakt budur ki, insanların da partiyama münasibəti müsbətdir. Hə, deyim, Parlamentə təzə düşəndə bir çox mediada elə məni ana müxalifət kimi qələmə verirdi. Amma mən bu iddiada deyiləm, məqsədim insanlara kömək etməkdir. Elə siyasət aparmaq istəyirəm ki, ətrafımdakı insanlara ziyan dəyməsin, deputat statusumdan yaxşı mənada istifadə edərək köməklik edə bilim. Yox, mən kömək edə bilməsəm, fəaliyyətimə görə nəsə olsa, deyəcəklər, orada nəyə oturmusan? Mandatı qoy, çıx get.

-Yəni, balansı saxlamağa çalışırsınız?

-Balansı saxlamalıyam. Axı başqa cür nə edim? Bilirsiniz, bu gün bir problem də adamların özündən yekə danışmasıdır. İnsan gərək öz gücünü bilsin. Bəzi məsələlərə yavaş-yavaş nail olmaq lazımdır.

-Müsahibələrinizin birində demişdiniz ki, Azərbaycanda hansı məmuru silkələsən, ciddi yoxlasan, gərək həbsə atasan. İndiki məmurlara da şamil edirsiniz bu fikri?

-Nəinki məmuru, elə əksər sadə vətəndaşı da yoxlasan, ortaya belə faktlar çıxar. İstər sadə vətəndaşı olsun, istər vətəndaş cəmiyyətinin nümayəndələri, bələdiyyəsi, müəllimi, həkimi, bir sözlə, böyük əksəriyyəti-ortaya qanunsuz faktlar çıxar.

-Onda bunlara göz yumurlar da qəsdən?!

-Bəzi məsələlər var ki, göz yumulmalıdır. Göz yumulmasa, ölkə idarə oluna bilməz. İslahatlar sistemli getməlidir. Bu gün sistemli islahat gedən sahələr əladır. Məsələn, kim deyə bilər ki, ASAN xidmətdə korrupsiya, rüşvət var? Azərbaycanda amma rüşvətsiz sahə yox idi. Demək, müəyyən qədər inkişaf etmişik.

-Səhiyyə sisteminin bərbad olduğunu demişdiniz.

-Bəli, demişdim. İndi də bu sistemdə çoxlu problemlər var, amma insafən yaxşı işləri də qeyd etmək lazımdır. İndi deyək ki, Azərbaycan rüşvət, korrupsiya yoxdur, yalan olar. Azərbaycanda korrupsiya da, rüşvətxorluq da var. Yarıtmaz idarəçilik formaları var. Hamısını da birdən həll etmək olmur. Səhiyyə sisteminin keçdiyi yol təqdirə layiqdir. Hazırda sığorta məsələləri xeyli problemləri aradan qaldırıb, insanlar üçün çox şey əlçatan olub. Ümid edirəm ki, digər çatışmazlıqlar da həll olunacaq.

-O vaxt demişdiniz ki, məhkəmə sistemimiz xətalıdır, gələcəkdə bəzi hakimlərin adlarını çəkib biabır edəcəm. Bəlkə çəkəsiniz?

-Bəziləri ilə bağlı qərarlar verildi. Töhmət aldılar, tənqid olundular. Amma bu sahədə də ciddi irəliləyiş var. Əvvəl insanlarda şübhələr var idi ki, görəsən, şəffaf rəy ala bilərəmmi? Amma hazırda bu şübhə yoxdur. Ayrı-ayrı hakimlər var, onlar hələ də aparılan islahatlara uymaq istəmirlər.

-Ad çəkin…

-Yox, adını çəkmək istədiklərimin çoxu artıq yoxdur. Ümumən deyirəm. Özüm bir çox hakimlərə zəng etmişəm, xahiş etmişəm ki, filan vətəndaşın işini kökündən araşdıraq, daha çox diqqət ayıraq. Çünki bəzən məhkəməyə o qədər iş daxil olur ki, onlar da yorulur. İnsandılar da. Ola bilər ki, kökündən araşdırılmasın. Xahişim də bu üzrə olur ki, filan vətəndaşın işinə diqqətlə baxılsın. Məsələn, bir-iki məhkəmədə işlər getmişdi. Qərarın biri Abşeronda idi, biri də Sumqayıtda. Bir vətəndaş ev almışdı, vicdanlı alıcı idi. Altı il sonra biri gəlib sənəd göstərib ki, çıxın, ev mənimdir. Ailə faciə yaşadı. Ev sahibinin həyat yoldaşı qorxudan, həyəcandan onkoloji xəstəlik tutdu. Ali Məhkəməyə dərin təşəkkürlərimi bildirirəm ki, qərar ləğv olundu, Sumqayıt Apelyasiyaya göndərildi. İndi burada Abşeron və Sumqayıt məhkəməsini tənqid etmirəm, onların çox düzgün qərarları da olub. Sadəcə, məsələ qarışıqdır. Üstəlik, bu evlərin bir neçə nəfər satılması məsələsi lap çətindir. Hamı evə pul verib alır, qalırsan belə ki, evi kimə verəsən, nə edəsən?

-Sizin şirkətinizin olduğu söhbəti də çıxmışdı, amma dedilər, qohumunuzun adınadır. Nə məsələdir, əslində sizindir, amma başqa adla?!

-Xeyr. 2004-cü ildə mənim adımla qeydiyyatdan bir şirkət keçmişdi, amma o da artıq yoxdur. Doğrusu, mən biznesdə bacarıqsızam. Məşğul olmamışam.

-Razi bəy, sosial şəbəkələrdə də yaman aktivsiniz. Tez-tez evinizdən videolar paylaşırsınız. Gah idman edirsiniz, gah nəsə hazırlayırsınız. Bunu da izləyicilər həm gülüşlə, hətta təhqirlər qarşılaylşır. İncimirsiniz? Və ümumiyyətlə, niyə elə edirsiniz?

-O cür videolar bir-iki dəfə olub. Əlli yaşı arxada qoymuşam. Hər bir insanın CV-sində belə hallar olur. Amma hərəkətlərimdə cəmiyyətə qarşı təhqir olmayıb. Amma dərs aldım ki, insanlarımız səmimiyyətə açıq deyil. Ancaq qalstuklu çıxmaq lazımdır. Nə var ki, orda? Üstəlik, bu cür videolardan da bir çox insanlar mənə qarşı istifadə edirlər. Qızışdıranlar olmasa, əslində, camaat üçün xoşdur.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp Kobaxidzeyə məktubunda ABŞ-Gürcüstan əməkdaşlığının möhkəmləndirilməsini dəstəkləyib
Dünən, 20:12
Ağsu bazarında QOÇULUQ EDƏN KİMDİR? - NARAZILIQ VAR...
Dünən, 16:47
TERRORDAN SONRA İLK: Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə hava əlaqəsini BƏRPA EDİR - AÇIQLANDI
Dünən, 16:19
"RUSİYA ŞOVİNİZMDƏN ƏL ÇƏKMƏLİDİR, ƏVVƏLKİ AZƏRBAYCAN DEYİLİK" - "ABŞ-nin ikinci hədəfi qabardılmır..."
Dünən, 16:16
Mingəçevir ŞİH ekskavator, yolsüpürən maşın, avtosəbət, otbiçən alır – 720 min xərcləmək istəyir
Dünən, 16:09
Vardanyanın arvadına kim dəstək verəcək? - KİV
Dünən, 16:07
“Studiyada elə düz-qoş edirlər ki, çaş-baş qalırsan” - Aşıq Namiq Fərhadoğlu
Dünən, 16:05
300 manatlıq borc üstündə dəhşət: Oğul doğma anasını bıçaqladı - TƏFƏRRÜAT
Dünən, 16:02
Nizami rayonunda nizam yoxdur... RƏSMƏN XAOSDUR! - BU NƏDİ BELƏ?
Dünən, 15:56
ABŞ- İran gərginliyi: Azərbaycanı nə gözləyir? - ŞƏRH
Dünən, 15:51
“3+3” formatı yenidən gündəmdə - Lavrov açıqladı
Dünən, 15:49
Öncə arvadını, sonra özünü bıçaqladı - İkisi də sağdır
Dünən, 15:44
Ermənistan artıq bu məhsulları AB-yə ixrac edəcək
Dünən, 15:15
Ukraynanın yeni Nazirlər Kabinetində nazirliklərin sayı 15-dən 17-yə çatıb
Dünən, 15:11
SKSP-nın rezidentinə yeni direktor gəlib - ƏMR
Dünən, 15:07
İcra başçısı ADSEA rəhbərliyini GÜNAHKAR ÇIXARDI... - Əziyyət çəkən isə sakinlərdir...
Dünən, 14:57
“TuranBank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 14:54
Vüsalə Əlizadə "İncə səhər" proqramı ilə yollarını ayırıb
Dünən, 14:47
Toy və yas mərasimində KÜTLƏVİ ZƏHƏRLƏNMƏLƏR – Məclisdəki faciənin məsuliyyətini kim daşıyır?
Dünən, 14:41
Ruslar erməni güllərini TANIDILAR... - FIRILDAQ baş tutmadı...
Dünən, 14:36
Hacıqabuldan İrəvana satış edən şirkətlə bağlı MARAQLI DETALLAR
Dünən, 13:38
Quzu əti bahalaşıb: - Qiymətlər 25 manata çatır
Dünən, 13:28
Culfada barəsində cinayət işi başlanan sabiq bələdiyyə sədrinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:02
Qoşqar Təhməzli AQTİ-nin İdarə Heyətinə yeni sədr təyin etdi - BUNDAN SONRA...
Dünən, 12:50
Evdən dişədək kredit: - Alıcı və satıcı üçün riskli gələcək
Dünən, 12:48
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:43
“Döyülə-döyülə arvad olmaq”: Zorakılığı legitimləşdirənlərin “qalxanı” - AKTUAL
Dünən, 12:33
Bu film Azərbaycana milyardlar QAZANDIRA bilər
Dünən, 12:31
Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoruna ağır ittihamlar - "Tomoqrafiya bazarı"ndan tutmuş "ailə podratı"na qədər...
Dünən, 12:24
Müştəridən “Kontakt Home”a ETİRAZ - “Qızıl zəmanətlə məhsul almışam, amma…”
Dünən, 12:20
Ədalətsiz 907-ci düzəliş uğrunda mübarizə: Amerika siyasəti və erməni lobbisi - GÖRÜNƏNİ ODUR Kİ...
Dünən, 12:07
Nəriman Həsənzadənin vəziyyəti ağırdır
Dünən, 12:01
Cəlilov köhnə komanda ilə NİYƏ YOLA GETMİR? - Naxçıvanda kadr islahatları, yoxsa kadrsız idarəçilik…
Dünən, 11:55
Zakir Quliyevdən şübhəli anlaşma – Müqavilə Əfəndi İsmiyevin hansı şirkəti ilə bağlanır
Dünən, 11:36
ABŞ-ın son həftədə hücumlarında 38 nəfər ölüb, 400-dən çox yaralı var - İran Səhiyyə Nazirliyi
Dünən, 11:22
Azərbaycanın milyonlar qazanacağı liman və şəhər niyə bombalandı? - GƏLİŞMƏ
Dünən, 11:19
"Toylara o dəbi ilk dəfə mən gətirdim" - Mətanət İsgəndərli
Dünən, 11:06
Sələmə pul istədi, imtina aldı, mübahisə qanla bitdi - MƏHKƏMƏ
Dünən, 10:57
Günay Malikqızı işdən ayrılmasının səbəbini açıqladı - "...mənim üçün çətin idi"
Dünən, 10:51
İstefalar Ceyhun Cəlilovu BİTİRƏCƏKMİ? - İLGİNC
Dünən, 10:45
"Arzum"un cinayət işində ifadə verən şahid: “Hadisə zamanı “TikTok”da canlı yayımda paylaşım etmişdim” - TƏFƏRRÜAT
Dünən, 10:36
SEPAH ABŞ-ın Omandakı radar sistemlərinə zərbələr endirib
Dünən, 10:35
Rusiyanın gələcəyi və dünya nizamı haqqında: -“Bu, ən vacib sualdır”
Dünən, 10:18
“Biz İran üzərində güclü bir qələbə qazanırıq”
Dünən, 10:16
Bakı Sağlamlıq Mərkəzi "Azəri Med" şirkəti ilə 5 milyonluq müqavilə bağlayıb
Dünən, 10:12
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
Dünən, 10:03
Rusiya bazarı Ermənistan üçün bağlanır - 600 milyon dollar da batır
Dünən, 09:58
Sərxoş vəziyyətdə 154 baş qoyun oğurlayan şəxs anlaqsız sayıldı – MƏHKƏMƏ
Dünən, 09:53
"Babala TV"nin təsisçisi Oğuzhan Uğur saxlanılıb - "TRT Haber"
Dünən, 09:43
“ARKOZ” Holdinq Babək sakinlərini BOĞAZA YIĞIB... - NARAZILIQ VAR...
Dünən, 09:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru