Onun istefaya göndərilməsi üçün mümkün olan hər şeyi edəcəklər - ŞƏRH
Tarix: 7-12-2024, 10:39 | Çap et
 Son illərdə Azərbaycana qarşı açıq şəkildə düşmənçilik siyasəti yürüdən Fransa Prezidenti Emmanuel Makron üçün yolun sonu görünməyə başlayıb. Bunu hazırda Fransada yaşanan ciddi siyasi böhranın və ya siyasi zəlzələnin nəticələrindən də görmək mümkündür. Fransanın Baş naziri Mişel Barnyenin bu gün Yelisey Sarayına gələrək istefa ərizəsini Prezident Makrona təqdim etməsi sözügedən siyasi böhranın "pik" nöqtəsidir. Bu, Fransa prezidenti üçün həddindən artıq ağrılı nəticədir. Çünki Fransa parlamentində müxalifətin baş nazirə etimadsızlıq səsverməsindən sonra, Prezident Emmanuel Makronun da istefasının tələb ediləcəyi açıqlanıb.
Siyasi şərhçi Əlisahib Hüseynov "Sherg.az"a açıqlamasında deyib ki, Makronun siyasi rəqibləri yaranmış əlverişli vəziyyətdən istifadə edərək, onun istefaya göndərilməsi üçün mümkün olan hər şeyi edəcəklər. Ekspertin sözlərinə görə, hərçənd ki, Fransa prezidenti heç bir halda postunu tərk etməyəcəyini bildirib. Ancaq daxili və xarici siyasətdə yol verilən ağır səhvlər Mişel Barnyenin sonunu gətirdiyi kimi Makronun da siyasi karyerasını bitirə bilər:
"Prezidentin və baş nazirin 2025-ci ilin dövlət büdcəsinin sosial xərclər bölməsi ilə bağlı parlamentə təqdim etdiyi qanun layihəsinin müxalifət tərəfindən rədd olunması fonunda, baş nazirin sözügedən layihəni parlamentin təsdiqi olmadan qəbul etməsi səbəbilə hökumətə qarşı parlament tərəfindən etimadsızlıq qərarının qəbul edilməsi Prezident Emmanuel Makronun özünün də mövqelərini ciddi şəkildə sarsıdır. Makronun mövqelərinin zəifləməsi isə ölkədə siyasi böhranın davam etməsini şərtləndirəcək. Makronun və Barnyenin təqdim etdikləri ölkə üçün mühüm islahatların başlanğıcı kimi təbliğ olunan büdcə layihəsinin parlamentdə keçirilən səsvermə zamanı lazımi dəstəyi qazana bilməməsi bir daha onu göstərdi ki, Makronun hökumətinə olan inam, həqiqətən də, həddindən artıq azalıb. Hazırda fransızların 63 faizindən çoxu Makronun istefasını istəyir. Bu, Makronun siyasi reytinqinin aşağı düşdüyünü göstərən rekord göstəricidir. Respondentlərin əksəriyyəti hesab edir ki, Emmanuel Makron mövcud siyasi qeyri-sabitliyə, xüsusən də iyunda parlamenti buraxmaq qərarının doğurduğu siyasi böhrana görə məsuliyyət daşıyır".
Ə.Hüseynov vurğulayıb ki, əksər fransızlar Emmanuel Makronun Yelisey Sarayını tərk etməsini istəyir: "Makronun istər daxili siyasətdə, istərsə də xarici siyasətdə üzləşdiyi uğursuzluqlar onun hər an tarixin arxivinə göndərilməsi ilə nəticələnə bilər. Fransa liderinin yürütdüyü ksenofob, islamofob, türkəfob, irqçi, ermənipərəst siyasət bir çox ölkələrlə yanaşı, Azərbaycanla da münasibətləri tamamilə korlayıb. Makronun ermənipərəst siyasəti Fransanın öz milli maraqlarına zərbə vurdu. Onun Ermənistanı silahlandırması Cənubi Qafqaza dayanıqlı sülhün gəlişini də ləngitdi. Afrikadan qovulan Fransa Cənubi Qafqazda və Ukraynada əsas söz sahibi kimi çıxış etməyə çalışdı, lakin burada da fiasko ilə üzləşdi. Bir sözlə, Fransanın bugünkü uğursuzluqlarının səbəbi Makronun apardığı yanlış və qərəzli siyasətdir. Ona görə fransızlar çıxış yolunu Makronu istefaya getməyə çağırmaqda görürlər. Hakimiyyət ambisiyalarından əl çəkə bilməyən Makron isə səlahiyyət müddətinin sonuna qədər vəzifəsində qalmaq niyyətindədir. Lakin Makron özünün əfsanəvi kumiri, Fransanın sabiq Prezidenti Şarl de Qollun aqibətini yaşamaqdan sığortalanmayıb. Makron ədalətsiz siyasətinin bədəlini ödəyir".

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Belə, məntiq işləməyən ölkədə yaşayırıq..." - partiya sədri
Bu gün, 02:17 |
|
|
|
| • "Əmək haqları yenə üç aydır ki, ödənilmir..." - NARAZILIQ VAR...
Bu gün, 02:08 |
|
|
|
| • Güney Qafqaz YENİDƏN QARIŞIR? - GƏLİŞMƏ
Bu gün, 01:56 |
|
|
|
| • Bu, düşüncə əxlaqıdır... - REPLİKA
Bu gün, 01:50 |
|
|
|
| • Keçmiş mer nəyin güdazına getdi? - 25 İLLİK HAQQ-HESAB...
Bu gün, 01:44 |
|
|
|
| • Zardakı tikinti xaosuna görə PREZİDENTƏ MÜRACİƏT OLUNDU - "Sizdən xahiş edirəm..."
Bu gün, 01:36 |
|
|
|
| • Bu ölkədə QİYMƏT BAZARINA nəzarət edən varmı? - ETİRAZ
Bu gün, 01:21 |
|
|
|
| • Türkmənistanda ŞİMALİ KOREYA AB-HAVASI... - KİV
Bu gün, 01:17 |
|
|
|
| • 15 min həkimin maaşı artırıldı: BƏS YERDƏ QALANI? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:13 |
|
|
|
| • Dinə ÇEVİK MÜDAXİLƏ... - AKTUAL
Bu gün, 01:04 |
|
|
|
| • Expressbankda 2 yeni təyinat olub - DOSYE
Dünən, 18:30 |
|
|
|
| • 26 illik şirkət ləğv olunur – Səhmdarların əmlakı bölüşdürüləcək
Dünən, 18:28 |
|
|
|
| • Tibb işçilərinin maaşlarının artırılması səhiyyədə hansı nəticələrə yol açacaq? - AÇIQLAMA
Dünən, 18:27 |
|
|
|
| • MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş - VİDEO
Dünən, 18:18 |
|
|
|
| • Dilqəm Əsgərovla oğlu arasında məhkəmə çəkişməsi: - "Mənim əleyhimə danışan jurnalistlə gəlmişdi"
Dünən, 18:14 |
|
|
|
| • Moskvadan İrəvanın dəmir yolu iddialarına cavab: - Overçuk rəsmi müraciətin olmadığını açıqladı
Dünən, 18:09 |
|
|
|
| • Putinlə Trampın gözlənilən görüşünün tarixi və məkanı açıqlanıb
Dünən, 17:59 |
|
|
|
| • Rusiya gizli şəkildə İrana kömək edir - “The Financial Times”
Dünən, 17:52 |
|
|
|
| • Vergidən yayınmada ittiham olunan sahibkarın istəyi reallaşmadı - TƏFƏRRÜAT
Dünən, 17:49 |
|
|
|
| • “Bu gün sülhə əvvəlkindən daha yaxınıq” - Erməni politoloqdan ŞƏRH
Dünən, 17:27 |
|
|
|
| • “AFB Bank”ın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:24 |
|
|
|
| • Azərbaycanda bu yol istismar idarələri də ləğv olundu - SİYAHI
Dünən, 17:16 |
|
|
|
| • Azərbaycan Rusiya ilə ticarət strukturunu dəyişir: Moskva mövqelərini itirir - GƏLİŞMƏ
Dünən, 17:12 |
|
|
|
| • “Citomed” borcunu ödəyə bilmir? – Son 5 ayda 3 dəfəyə yaxın artıb
Dünən, 17:08 |
|
|
|
| • Kafe-restoranlarda təhsilə xərclədiyimizdən 5 dəfə çox pul xərcləyirik
Dünən, 16:59 |
|
|
|
| • Masazırda dövlətin QANUNLARI İŞLƏMİR... - Görünəni budur...
Dünən, 16:53 |
|
|
|
| • Ukrayna ICAO-nu Rusiya üzərindən uçuşları qadağan etməyə çağırıb
Dünən, 16:50 |
|
|
|
| • İçib gömrük qapısına uzanan iranlı həbs edildi
Dünən, 16:44 |
|
|
|
| • Bazarda mövqe qazanmaq üçün “vuruşan” BOKT-a yeni rəhbər gəlir - BUNDAN SONRA...
Dünən, 15:03 |
|
|
|
| • Gəncə Şəhər İcra Hakimiyyəti bu şirkətə 1 milyon ödəyəcək
Dünən, 15:00 |
|
|
|
| • Sülhün açarı İrəvanda: - Ermənistan bu addımı atmasa, yeni mərhələ başlamayacaq
Dünən, 14:58 |
|
|
|
| • Xaricdə qızı boğub öldürən azərbaycanlılara 15 il CƏZA TƏLƏBİ
Dünən, 14:50 |
|
|
|
| • Əməkdar artistə vəzifə verildi - ƏMR
Dünən, 14:45 |
|
|
|
| • Qarabağ Qazisinə qarşı XƏYANƏTKAR PLAN - TƏFƏRRÜAT
Dünən, 14:35 |
|
|
|
| • “Poladın evlilik xəbərinə hələ də gülürəm, yekə kişisən, 81 yaşın var”
Dünən, 13:11 |
|
|
|
| • Yasamalda qanunsuz tikinti narazılıq yaratdı – Video
Dünən, 13:07 |
|
|
|
| • Rusiya və Ermənistan arasında yük daşımaları artdı
Dünən, 13:04 |
|
|
|
| • Ət niyə bahalaşır? - “Süni qiymət artımı ola bilər”
Dünən, 13:02 |
|
|
|
| • Universitetdən sonra rahat iş tapmaq üçün tələbəlik dövründə nə etmək lazımdır? - AKTUAL
Dünən, 12:56 |
|
|
|
| • Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyin edildi - BUNDAN SONRA...
Dünən, 12:52 |
|
|
|
| • Şimal-şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:45 |
|
|
|
| • BƏLLİ OLDU: Ramiz Mehdiyev nə qədər rüşvət alıb? - BU DA HAMISI DEYİL...
Dünən, 12:40 |
|
|
|
| • Paşinyan Azərbaycana qarşı döyüşənləri komandanlığa yığır - REAKSİYA
Dünən, 12:36 |
|
|
|
| • Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir - SƏBƏB
Dünən, 12:28 |
|
|
|
| • Aygünlə Namiqdən yeni duet və klip: - Nə vaxt təqdim olunacaq?
Dünən, 12:27 |
|
|
|
| • “Əlvida, Ermənistan?” - Putin və Paşinyanın ŞƏT sammitindəki görüşünün nəticələri
Dünən, 12:23 |
|
|
|
| • Xalq artisti plastik əməliyyatla bağlı yazılanlara ƏSƏBLƏŞDİ: - “Tarixdə mənim kimi sənətkar olmayıb”
Dünən, 12:21 |
|
|
|
| • “Salyan-Avtovağzal” ASC dövlətin borcunu ödəyə bilmir
Dünən, 12:19 |
|
|
|
| • Bir müharibə cinayətkarı digərini təbrik etdi: - Kremlin əsirlər klubu...
Dünən, 12:14 |
|
|
|
| • Hansı rayonlarda insanlar pensiyadan daha çox “asılıdr”? - SİYAHI
Dünən, 12:10 |
|
|
|
|