Binəqədi polisindən Ramil Usubova şok şikayət ünvanlandı - "Qabırğam sındırılsa da, şil-küt edilsəm də"...
Tarix: 3-04-2014, 16:08 | Çap et
 Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi, A.Məhərrəmov küçəsi, ev 4-də yaşayan Məmmədova Yasəmən Hacıalı qızının döyülməsi və ciddi bədən xəsarəti alması ilə bağlı yazı dərc olunmuşdu.
Y.Məmmədova dünən “Təzadlar”a yeni müraciət təqdim edib. Bu dəfəki şikayət daxili işlər naziri Ramil Usubova ünvanlıdır.
Aşağıda şikayəti təqdim edirik: Azərbaycan Respublikasının daxili işlər naziri cənab R.Usubova! Surəti: “Təzadlar” qəzeti redaksiyasına!
Çox hörmətli cənab nazir!
Bildirirəm ki, həyat yoldaşımın mənə verdiyi əzab-işgəncələrə dözməyib ondan məhkəmə yolu ilə ayrılmışam, 4 yaşında oğul anasıyam. İki aya yaxın idi ki, Binəqədi rayonu, “Poladtökmə” zavodu ilə üzbəüzdə yerləşən “Azərbaycan Milli Xörəkləri” adlı kafedə işləyirdim. Bu ilin fevralın 1-də, gündüz saat 14:20 radələrində kafenin daimi müştərilərindən olan 5 (beş) nəfər şəxs tərəfindən amansızcasına döyülmüş, söyülmüş, ağır bədən xəsarəti almışam. Vəziyyətimin ağırlığını görən iş yoldaşlarım təcili yardım çağırıblar və mən 1 saylı Klinik Tibbi Mərkəzdə 05 fevral 2014-cü ilədək müalicə olunmuşam. Müayinə məlum oldu ki, döş qəfəsinin sol tərəfində 9-cu qabırğaların yerdəyişməyən ciddi sınığı, sağ təpə və sol diz nahiyəmin yumşaq toxumalarının əzilməsi, küt əşya tərəfindən başıma ciddi xəsarət yetirilməsi və s. baş vermişdir və bunlar xəstəlik vərəqində qeyd edilmişdir. Mən hadisə baş verən an, yəni 01 fevral 2014-cü ildə, saat 14:50 radələrində DİN-in 102 qaynar xəttinə zəng edərək məlumat vermişəm. Sonra isə iş yerində döyülməyim barədə ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 4-cü PB-nə rəsmi ərizə vermişəm. Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı Niyazi Həmidov hadisə yerinə gələrək, ilkin izahatımı almışdır. Lakin fevralın 25-dək tədqiqatçı məni amansızcasına döyən 5 nəfərdən yalnız 3-dən izahat almış, özünün dediyinə görə izahatlarını almaq üçün digər 2 nəfəri PB-nə gətirə bilməmişdir. Halbuki o, qanunun gücü ilə onları məcburi qaydada gətirtməli idi. Təhqiqatçı bununla da ciddi qanun pozuntusuna yol vermişdir. Hansı ki, o, həm də dərhal hadisə şahidlərinin də izahatını almalı idi, amma alınmamışdır.
Bundan əlavə, təhqiqatçı kafedə olan kamera görüntülərinə də baxış keçirməmiş, dirilənlərlə üzləşmə, tanıtma keçirməmiş, başımda sındırılmış pivə bakalının çiliklərini maddi sübut kimi götürməmiş, məni zərərçəkmiş kimi tanımamışdır. Bu nə dərəcədə qanuni hərəkətdir?
Cənab nazir!
Ən dəhşətlisi budur ki, təhqiqatçı Niyazi Həmidov döyülüb ağır bədən xəsarətləri almağım barədə “MTE və PA” ETT Birliyinin Binəqədi rayon şöbəsinin rəyini Binəqədi RPİ-nin istintaq şöbəsinə də verməmiş, gizlətmişdir. Bu isə təbii ki, cinayət işi başlanmasını süni surətdə mümkünsüz etmişdir. Bir sözlə, baş vermiş cinayət işi xuliqanların xeyrinə tam saxtalaşdırılmış, etibarnamə üzrə səlahiyyətli nümayəndəmin dəfələrlə müraciətinə baxmayaraq onun işlə tanış olmasına şərait yaradılmamışdır.
Onu da qeyd edim ki, Azərbaycan Səhiyyə Nazirliyinin “MTE və PA” ETT Birliyinin Binəqədi rayon şöbəsinin rəisi Z.H.Hüseynovun imzaladığı 138 saylı Aktın təsviri hissəsində də qeyd olunur ki, mən hansı xəsarətlər almışam. Rəydə belə yazılır: “1991-ci il təvəllüdlü Məmmədova Yasəmən Hacıalı qızının məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində müəyyən edilmiş xəsarətlər sağ təpə və sağ diz nahiyəsinin yumşaq toxumalarının əzilməsi, sol dizin ön səthinin sıyrığı, küt əşyanın (əşyaların) təsirindən törənmişdir”
Çox hörmətli cənab nazir!
Azərbaycan Respublikasının CM-in 294.2 və 297 maddəsinə uyğun olaraq Binəqədi RPİ-in 4 PB-in təhqiqatçısı Niyazi Həmidovun yol verdiyi kobud qanun pozuntusu ilə bağlı cəzalandırılması üçün nazirliyin aidiyyəti qurumlarına tapşırıq verməyinizi Sizdən xahiş edirəm. Təəssüflə onu da qeyd etmək istəyirəm ki, hazırda toplanmış material Binəqədi RPİ-nin istintaq şöbəsinin müstəntiqi Cəlil Xudaverdiyevin icraatındadır. Yenə də rəsmi nümayəndəmin tələbinə baxmayaraq müstəntiq günü-günə sataraq təkrar ekspertiza keçirilməsini təmin etmir, mənə ağır bədən xəsarəti yetirmiş digər xuliqanların dindirilməsini hələ də təmin etməmişdir. Müstəntiq açıq şəkildə bildirir ki, darıxmayın, bir az da keçsə, qabırğaların bitişəcək, sağalacaqsan, bununla da işə xitam veriləcək və s.
***
Dünən baş verənlərlə bağlı dəfələrlə Binəqədi rayon Polis İdarəsinə zəng etsək də kimsədən konkret cavab ala bilmədik. Müstəntiq Cəlil Xudaverdiyevin də iş telefonuna dəfələrlə zəng etdik, lakin onu iş yerində tapa bilmədik.
Mövzuya qayıdacağıq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Agentlik Neftçalada 20 ədəd mənzilin alınmasına 1,9 milyon manat xərcləyəcək
Bu gün, 17:41 |
|
|
|
| • Bağçalara elektron sənəd qəbulu dayandırılır - Səbəb
Bu gün, 17:40 |
|
|
|
| • Xoşqədəmin əri Doğuşdan şok ETİRAF - "Münasib olmayan yerlərimdən bıçaqlanmışam, kişi belə..."
Bu gün, 17:02 |
|
|
|
| • Rasim Balayevin yerinə sədr bu tarixdə seçiləcək
Bu gün, 16:59 |
|
|
|
| • ADY-dən 258 min manatlıq tender - Saqqız, kəkliklotu, mixək alır
Bu gün, 16:58 |
|
|
|
| • “ATƏT-in Minsk qrupu diplomatiya tarixində uğursuz…” - deputat
Bu gün, 16:56 |
|
|
|
| • 114 nömrəli avtobusun bitməyən problemləri... – Niyə tədbir görülmür?
Bu gün, 16:51 |
|
|
|
| • Qısqanc arvadını döyən kişiyə elektron qolbaq taxıldı
Bu gün, 16:14 |
|
|
|
| • Azərbaycana qarşı vuruşan erməni general Almaniyada öldü - Ermənistan mediası
Bu gün, 16:07 |
|
|
|
| • 62 milyon manatlıq mal satan “Giltex” 770 MİN MANAT ZƏRƏR AÇIQLADI - TƏFƏRRÜAT
Bu gün, 16:06 |
|
|
|
| • Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK - Yasamalda gərgin məhkəmə işi
Bu gün, 16:00 |
|
|
|
| • Gürcüstanda qəzada ölən azərbaycanlıların sayı 8-ə çatdı
Bu gün, 15:57 |
|
|
|
| • Bakıxanov qəsəbəsində ağaclar kəsilib? - Hacı Rasim Nəbiyevin qanunsuz obyekt tikintisi….
Bu gün, 15:38 |
|
|
|
| • Alim Qasımov "Eurovision"a gedə bilər? - Xalq artistindən açıqlama
Bu gün, 15:21 |
|
|
|
| • Tramp İranın nüvə proqramının 20 il müddətinə dayandırılmasına razıdır
Bu gün, 15:20 |
|
|
|
| • "Gələn il Avroviziyaya getməsək, yaxşıdır, ya da Alim Qasımovu göndərib Avropanı təəccübləndirək" - Baba Vəziroğlu
Bu gün, 15:06 |
|
|
|
| • Azərbaycanlı xanım məhkəməni uddu - vətəndaşlığı qaytarıldı
Bu gün, 15:01 |
|
|
|
| • Metropoliten rəhbərinə irad: -“Vətəndaş onsuz da avtobusa əyləşib, sonra...”
Bu gün, 14:59 |
|
|
|
| • Tofiq Zülfüqarov 2 kəlmə yazdı, erməni istifadəçilər keçmiş naziri hədəfə aldılar - TƏFƏRRÜAT
Bu gün, 14:54 |
|
|
|
| • “Azercell” istehlakçıları aldadır? – “Bu, gizli qiymət artımıdır...”
Bu gün, 14:48 |
|
|
|
| • Roza Zərgərlinin Qazaxıstan turu təxirə salındı: - "Bədbəxt hadisə baş verib"
Bu gün, 14:44 |
|
|
|
| • Şoyqu nə dedi... niyə dedi... necə dedi... - İNCƏLƏMƏ
Bu gün, 14:25 |
|
|
|
| • Trampın başına 50 milyon avro “mükafat” qoymuşuq - Əzizi
Bu gün, 13:11 |
|
|
|
| • TABIA Group-da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 13:04 |
|
|
|
| • İcra başçısı yeni sektor müdiri təyin etdi - FOTO
Bu gün, 13:02 |
|
|
|
| • Rektor özünə yeni müşavir təyin etdi - ƏMR
Bu gün, 12:57 |
|
|
|
| • "Mənə çox işgəncələr verildi, lakin bir dəfə də olsun satqınlıq, Vətənimə xəyanət etmədim"
Bu gün, 12:54 |
|
|
|
| • İran casusu olan ABŞ zabitinin başına "pul qoyuldu" - KİV
Bu gün, 12:41 |
|
|
|
| • Ukrayna ordusunun Ryazana zərbələri nəticəsində 4 nəfər ölüb
Bu gün, 12:40 |
|
|
|
| • Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28 |
|
|
|
| • Metropoliten rəisinin fikirləri absurd, gülməli açıqlamadır - İlqar Hüseynli
Bu gün, 12:26 |
|
|
|
| • Əjdər Ol azadlığa buraxılıb? - AÇIQLAMA
Bu gün, 12:19 |
|
|
|
| • Nazirlik Rasim Rzayevdən 365 min manata ofis icarəyə götürüb - TƏFƏRRÜAT
Bu gün, 12:16 |
|
|
|
| • Xalq artisti Şuşaya gedə bilmədi: - “Gecə ilə evə qayıdıram, atamın yanında olmalıyam”
Bu gün, 12:11 |
|
|
|
| • Şəhərsalmada seysmik risklərin düzgün qiymətləndirilməsi vacibdir - Cəbrayıl Xanlarov
Bu gün, 12:09 |
|
|
|
| • Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar
Bu gün, 12:07 |
|
|
|
| • “Space FM”in rəhbəri işdən çıxarıldı - Korovinin sürücüsü də işdən çıxarılıb
Bu gün, 12:03 |
|
|
|
| • Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı
Bu gün, 11:58 |
|
|
|
| • Tahir Kərimlidən Vüsal Aslanova cavab: - “Vətəndaş mərkəzə havayı gəlmir, bulvara gəzməyə gəlsə də, metro ilə təmin olunmalıdır”
Bu gün, 11:56 |
|
|
|
| • “UNİBANK”, “EXPRESSBANK” VƏ DAHA 3 BANK... - Niyə onlar daim “şikayət liderləri” olur?
Bu gün, 11:51 |
|
|
|
| • Dünyanın ən nüfuzsuz siyasətçisi – Saffari yazır…
Bu gün, 11:49 |
|
|
|
| • Ayaz Salayev və Müşfiq Hətəmov Kino Agentliyinə etiraz etdilər - TƏFƏRRÜAT
Bu gün, 11:21 |
|
|
|
| • AZAL Dubay reyslərini bərpa edib - DİQQƏT!
Bu gün, 11:19 |
|
|
|
| • 74 milyonluq şirkətə qoşulma: - “Azerbaijan Organic Company” fəaliyyətini dayandırır
Bu gün, 11:17 |
|
|
|
| • Rusiya ilə Ukrayna arasında “205-in 205-ə” formatında əsir mübadiləsi olub
Bu gün, 11:15 |
|
|
|
| • Dövlət Agentliyi «qara siyahı»nı genişləndirir – 18 İLLİK ŞİRKƏT «ETİBARSIZ TƏCHİZATÇI» OLDU
Bu gün, 11:03 |
|
|
|
| • Erməni Apostol Kilsəsi: separatizm və revanşizm aləti - GƏLİŞMƏ
Bu gün, 11:01 |
|
|
|
| • İcra bacılarına yeni tapşırıq verildi - DETALLAR
Bu gün, 10:59 |
|
|
|
| • Böyük Britaniya "Lotu Quli"nin qardaşına sanksiya tətbiq etdi - TƏFƏRRÜAT
Bu gün, 10:56 |
|
|
|
| • Şahbuzda məmurlar ƏJDAHA KİMİ SUYUN QABAĞINI KƏSİBLƏR - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:44 |
|
|
|
|