Dövlət Agentliyi «qara siyahı»nı genişləndirir .....                     Erməni Apostol Kilsəsi: separatizm və revanşizm aləti .....                     İcra bacılarına yeni tapşırıq verildi .....                     Böyük Britaniya "Lotu Quli"nin qardaşına sanksiya tətbiq etdi .....                     Şahbuzda məmurlar ƏJDAHA KİMİ SUYUN QABAĞINI KƏSİBLƏR .....                     Sosial yardım üçün müraciətlərə niyə GEC CAVAB VERİRLƏR? .....                     Vüsal Nəsirli direktoru bu şöbəyə müdir təyin etdi .....                     Sabiq deputatın şirkəti Tuğ kəndinin xarici su təchizatının tikintisinə görə 3.6 milyon alacaq .....                     Nazir onu rəis müavini təyin etdi .....                     Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı .....                     Qardaşı oğlunu öldürən müəllim: “Mismarçıxaranla onun baş nahiyəsindən zərbə vuraraq qətlə yetirdim” .....                     “Həmin rejissora görə zalı tərk etdilər, tamaşaya qadağa qoyuldu” .....                     Gecə saatlarında sərxoş əri tərəfindən döyülən qadın: .....                     Azərbaycanın şərab şirkətinin rəhbərliyi yenidən seçiləcək .....                     Xəzərin coğrafi xəritəsi dəyişir? .....                     Çin ABŞ-yə üç sahədə qalib gəlib .....                     Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb .....                     Burda vətəndaşı rəsmən BOĞAZA YIĞIRLAR... .....                     “Bakı Hövsan Beynəlxalq Dəniz Limanı”nın Direktorlar şurasın tərkibi yenidən seçiləcək .....                     Vasif Talıbovun TƏBLİĞATI GEDİR: Prezidentə ÇAĞIRIŞ... .....                     Konstantin Zatulin: Soçinin erməni kütləsi üçün "faydalı axmaq" .....                     Ukrayna ərazilərini geri alır, bu isə Putin üçün... .....                     Azərbaycanda bu karqo şirkətləri ilə bağlı pis xəbər .....                     ABŞ və İsrail diplomatiyaya xəyanət edib .....                     Varlı balasına "hə", kasıba "yox" deyən müşavirin sonu .....                     Estoniya Hörmüz boğazına hərbi heyət göndərməyi planlaşdırır .....                     "İçində “şor kərə, Göyərti” olduğu bilinən bir bağlama niyə 60 saata çatdırılsın ki?" .....                     SOCAR-ın İtaliyada aldığı şirkətə korrupsioner gürcü təyin edilib .....                     "Ən maraqlısı o 25 faizlik qaranlıq hissədir" .....                     Pentaqon rəhbərinin qərarı müttəfiqləri şoka salıb .....                     750 ailənin yaşadığı kənddə tibb məntəqəsi yoxdur .....                     Azərbaycanda turizm sektoru RƏSMƏN ÇÖKÜR .....                     Aytən Səfərova “Caspian İnternational Hospital” ilə DAVADA .....                     QHT sisteminə DÖVLƏT NƏZARƏT ETMİR? .....                     Bakı təhsil idarəsi MƏXFİ sistemə keçib? .....                     Kubada enerji sistemi çökdü, etirazlar başlayıb .....                     Deputat və rektor Eldar Quliyevin “Para”sı hesabatları niyə gizlədir? .....                     Hətta Adil Vəliyev də ona söz keçirə bilmir .....                     Mirsaleh Seyidovun BAZARI BAĞLANDI .....                     "Necə ola bilər ki, müəllim cəzalandırılsın, dərsi pozan şagird isə toxunulmaz qalsın?” .....                 

Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı – Həm də qanunu pozmaq yolu ilə
Tarix: Bu gün, 10:10 | Çap et

Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi tərəfindən Gömrük balansında olan tərəzilərin quraşdırılması üçün layihə-smeta sənədlərinin hazırlanması xidmətinin satınalınması üzrə 03.11.2025-ci ildə başlanılmış açıq tenderə yekun vurulub. Müsabiqənin qalibi “KON-LAY PROJECT” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 50.976 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 04.05.2026-cı ildə dərc edilib.

Şərtlər toplusuna görə MMC 28.04.2027-ci ilə qədər Sədərək tırpark, Sədərək Gömrük Postun, Şahtaxtı Gömrük Postu, Astara Modul tipli Dövlət Sərhəd Buraxılış məntəqəsi və Qırmızı Körpü Gömrük Postu ərazisində 1. Topoqrafiya 2. Geologiya 3. Memarlıq həlli 4. Konstruksiya 5. Texnologiya 6. Tikintinin təşkili 7. Elektrik təchizatı 8. Video müşahidə 9. Rabitə təchizatı 10. Ekspertiza layihənin müdafiəsi 11. Smeta sənədlərinin hazırlanması işlərini həyata keçirməlidir.

Qeyd edək ki, “Azərterminalkompleks” Birliyi tərəfindən nəzərdə tutulmuş layihə-smeta sənədlərinin hazırlanması xidmətinin satınalmasında ehtimal olunan qiyməti 111.285,39 manat müəyyən edilib.

Dövlət satınalmalarının portalına yerləşdirilmiş bu məlumatdan da görsəndiyi kimi satınalan təşkilat olaraq “Azərterminalkompleks” Birliyinin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı “KON-LAY PROJECT” MMC-nin təklif etdiyi qiymətlər arasında kəskin fərq var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi “Azərterminalkompleks” Birliyi açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı, hətta 50 faizdən də aşağı qiymət təqdim etmiş “KON-LAY PROJECT” MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.

Burada maraqlı başqa bir durum da var. Yuxarıda qeyd etdiyimiz kimi, bu məlumat satınalmaların portalında 04.05.2026-cı ildə dərc edilib.

Qeyd edək ki, bu müqavilə bağlandıqdan bir neçə gün sonra, daha dəqiq 13.05.2026-ci ildə satınalmaların portalında yeni məlumat dərc edilib. Nəzarət orqanı olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliy tərəfindən “KON-LAY PROJECT” MMC sənəd saxtalaşdırdığına görə 12.05.2026-ci il tarixdən etibarsız təchizatçılar siyahısına alınıb.

Nəzarət orqanı tərfindən etibarsız təchizatçılar siyahısına salınmış MMC barədə daha nə kimi məlumatlar var?

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “KON-LAY PROJECT” (VÖEN: 1301807111) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 07.11.2008-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU, HƏSƏNBƏY ZƏRDABİ PR., ev.78, m.20, qanuni təmsilçisinin isə Həsənov Anar Əzimxan Qasımov Xalid Ağamalı oğlu olduğu qeyd edilib.

MMC-nin instagram sosial şəbəkə hesabında sənaye və mülki binalarının memarlıq və layihələndirilməsi, interyer və eksteryer dizayn, landşaft, smeta, gtəmir-tikinti işləri ilə məşğul olduğu göstərilir.

Medianın 2014-cü ildə yaydığı məlumata görə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakıdakı bəzi çoxmərtəbəli binaların qanunsuz tikintisinə etiraz əlaməti olaraq Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı meriyasına müraciət edərək bildirib ki, tikintisinə yeni başlanılmış bəzi obyektlərin tikinti layihələrinin tərkibi mövcud norma və standartların tələblərinə cavab verməsə də, həmçinin həmin obyektlərin ərazidə yerləşdirilməsi şəhərsalma baxımından əsaslandırılmasa da, tikinti layihələri şəhər memarlıq xidməti tərəfindən razılaşdırılıb. Komitə göstərilən obyektlərin layihələrində müvafiq dəyişikliklərin aparılmasını və yaxud bu obyektlərdə tikinti işlərinin müvafiq qaydada dayandırılmasını xahiş edib.

Eyni zamanda layihəçilərə “Kon-Lay Project” MMC və digər layihəçi şirkətlərə xəbərdarlıq edilib ki, bir daha şəhərsalma reqlamentinin pozulması ilə sifarişçinin arzusuna uyğun olaraq tikinti obyekti layihələndiriləcəyi təqdirdə onların lisenziyası müvafiq qaydada dayandırılacaq.

Göründüyü kimi, Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi həm şəhərsalma reqlamentinin pozulması ilə sifarişçinin arzusuna uyğun olaraq tikinti obyekti layihələndirən, həm də sənəd saxtalaşdıran bir MMC ilə ehtimal qiyməti 50 faizdən də aşağı olan satınalma müqaviləsi bağlamışdır

Qeyd edək ki, “Kon-Lay Project” MMC 2025-ci ildə bəzi dövlət qurumları tərəfindən keçirilmiş 25 satınalmanın qalibi olub. Mediada MMC-nin qalibi olduğu satınalmalarda şübhəli məqamların olduğu iddia edilir.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti ilə Xocavənd rayonunun Hadrut, Sos, Tağaverd, Qırmızı Bazar qəsəbəsi, Quzey Xırman və Xanoba kəndlərinin fərdi yaşayış evlərinin əsaslı təmir işlərinin layihələndirilməsi üzrə 2.417.831,8, Füzuli rayonu ərazisində yerləşən Dövlətyarlı kəndinin layihəsinə əlavə və dəyişikliklərin edilməsi üzrə 358.838, Dövlətyarlı kəndi ərazisində “Ağıllı kənd”in tikintisinin 1-ci mərhələsi üzrə tikinti işlərinə müəllif nəzarəti xidmətinin aparılması üzrə isə 257.830 manat dəyərində 3 müqavilə bağlayıb.

İndi kim zəmanət verə bilər ki, “Kon-Lay Project” MMC daha əvvəllər də qalibi olduğu satınalmalarda sənəd saxtalaşdırmayıb, tenderləri danışıq yolu ilə əldə etməyib?

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin rəisi Kənan Aşurludur. Kənan Aşurlu uzun illər Fövqəlada Hallar Nazirliyində işləyib. O, 2019-cu ilin sonunadək Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi vəzifəsində çalışıb. 2022-ci ilin avqust ayında “Azərterminalkompleks” Birliyinə rəhbər təyin olunub. 2024-cü ilin yanvarında Prezident İlham Əliyevin Sərəncamına əsasən gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.

Xatırladaq ki, Kənan Aşurlu 2022-ci ilin iyunun 20-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən xüsusi əməliyyat nəticəsində saxlanılmış gömrük general-mayoru Ehtiram Xəlilovun yerinə təyin edilib.

2026-ci ilin aprelində Hesablama Palatasının audit hesabatında “Azərterminalkompleks” Birliyində maliyyə və uçot pozuntuları aşkarlandığı bildirilir. Hesabatda yazılıb ki, “2023-cü ildə digər pozuntu isə Komitənin Yasamal rayonu, İnşaatçılar prospekti 2 ünvanında yerləşən yeni inzibati binasının tikintisi ilə bağlı müəyyən edilib.

Belə ki, “Azərterminalkompleks” Birliyi tərəfindən Komitənin yeni inzibati binasının tikintisi çərçivəsində bağlanılmış müqavilələr üzrə aparılmış hesablaşmalarda kapitallaşdırılmalı olan dəyər 17 milyon 988,8 min manat olduğu halda, maliyyə uçotu sənədlərində bu məbləğ 2 milyon 733,9 min manat az əks etdirilib. Binanın tikintisi üzrə əvvəlki təchizatçılarla bağlanmış müqavilələrin icra olunmayan hissəsinə görə sonrakı təchizatçı ilə bağlanılmış müqavilələrin tərkibində iki müqavilə üzrə bəzi işlərin qiymətləri də artırılıb. Nəticə olaraq xərclər şişirdilib”- məlumatda deyilir.

Aktualinfo.net











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət Agentliyi «qara siyahı»nı genişləndirir – 18 İLLİK ŞİRKƏT «ETİBARSIZ TƏCHİZATÇI» OLDU
Bu gün, 11:03
Erməni Apostol Kilsəsi: separatizm və revanşizm aləti - GƏLİŞMƏ
Bu gün, 11:01
İcra bacılarına yeni tapşırıq verildi - DETALLAR
Bu gün, 10:59
Böyük Britaniya "Lotu Quli"nin qardaşına sanksiya tətbiq etdi - TƏFƏRRÜAT
Bu gün, 10:56
Şahbuzda məmurlar ƏJDAHA KİMİ SUYUN QABAĞINI KƏSİBLƏR - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:44
Sosial yardım üçün müraciətlərə niyə GEC CAVAB VERİRLƏR? - ETİRAZ VAR!
Bu gün, 10:37
Vüsal Nəsirli direktoru bu şöbəyə müdir təyin etdi - BUNDAN SONRA...
Bu gün, 10:21
Sabiq deputatın şirkəti Tuğ kəndinin xarici su təchizatının tikintisinə görə 3.6 milyon alacaq
Bu gün, 10:18
Nazir onu rəis müavini təyin etdi - ƏMR
Bu gün, 10:13
Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı – Həm də qanunu pozmaq yolu ilə
Bu gün, 10:10
Qardaşı oğlunu öldürən müəllim: “Mismarçıxaranla onun baş nahiyəsindən zərbə vuraraq qətlə yetirdim” - TƏFƏRRÜAT
Bu gün, 10:07
“Həmin rejissora görə zalı tərk etdilər, tamaşaya qadağa qoyuldu” - Məlahət Abbasovadan şok ETİRAF
Bu gün, 10:03
Gecə saatlarında sərxoş əri tərəfindən döyülən qadın: - “O, məni vurandan sonra gedib yatdı”
Bu gün, 10:00
Azərbaycanın şərab şirkətinin rəhbərliyi yenidən seçiləcək
Bu gün, 09:52
Xəzərin coğrafi xəritəsi dəyişir? - AÇIQLAMA
Bu gün, 09:49
Çin ABŞ-yə üç sahədə qalib gəlib - Çzin Çanjun
Bu gün, 09:47
Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb
Bu gün, 09:45
Burda vətəndaşı rəsmən BOĞAZA YIĞIRLAR... - GİLEY
Bu gün, 09:43
“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı”nın Direktorlar şurasın tərkibi yenidən seçiləcək - GÖZLƏNTİ
Bu gün, 09:35
Vasif Talıbovun TƏBLİĞATI GEDİR: Prezidentə ÇAĞIRIŞ... - "...Naxçıvanı ona tapşırın!"
Bu gün, 09:23
Konstantin Zatulin: Soçinin erməni kütləsi üçün "faydalı axmaq" - FAKT BUDUR!
Bu gün, 09:14
Ukrayna ərazilərini geri alır, bu isə Putin üçün... - CNN
Bu gün, 07:27
Azərbaycanda bu karqo şirkətləri ilə bağlı pis xəbər - SİYAHI
Bu gün, 07:25
ABŞ və İsrail diplomatiyaya xəyanət edib - İran
Bu gün, 07:22
Varlı balasına "hə", kasıba "yox" deyən müşavirin sonu - Nəcibə Nəsibova niyə qovuldu?
Bu gün, 07:20
Estoniya Hörmüz boğazına hərbi heyət göndərməyi planlaşdırır - ERR nəşri
Bu gün, 06:59
"İçində “şor kərə, Göyərti” olduğu bilinən bir bağlama niyə 60 saata çatdırılsın ki?" - NARAZILIQ VAR...
Bu gün, 06:57
SOCAR-ın İtaliyada aldığı şirkətə korrupsioner gürcü təyin edilib - BU NƏDİ BELƏ?
Bu gün, 06:39
"Ən maraqlısı o 25 faizlik qaranlıq hissədir" - ŞƏRH
Bu gün, 06:32
Pentaqon rəhbərinin qərarı müttəfiqləri şoka salıb - “Politico”
Bu gün, 06:20
750 ailənin yaşadığı kənddə tibb məntəqəsi yoxdur - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 06:17
Azərbaycanda turizm sektoru RƏSMƏN ÇÖKÜR - AXI NİYƏ?..
Bu gün, 06:05
Aytən Səfərova “Caspian İnternational Hospital” ilə DAVADA - TƏFƏRRÜAT
Bu gün, 06:03
QHT sisteminə DÖVLƏT NƏZARƏT ETMİR? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 05:59
Bakı təhsil idarəsi MƏXFİ sistemə keçib? - BU NƏDİ BELƏ?
Bu gün, 05:47
Kubada enerji sistemi çökdü, etirazlar başlayıb - KİV
Bu gün, 05:43
Deputat və rektor Eldar Quliyevin “Para”sı hesabatları niyə gizlədir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:41
Hətta Adil Vəliyev də ona söz keçirə bilmir - BELƏSİ VARMI?
Bu gün, 05:36
Mirsaleh Seyidovun BAZARI BAĞLANDI - NƏ BAŞ VERİR?
Bu gün, 05:22
"Necə ola bilər ki, müəllim cəzalandırılsın, dərsi pozan şagird isə toxunulmaz qalsın?” - İlqar Orucovdan sərt REAKSİYA
Bu gün, 05:10
"İsrailin qarşısında Türkiyədən başqa dura bilən ikinci müsəlman dövləti yoxdur" - Etibar Məmmədov
Bu gün, 05:07
Rusiya Paşinyanı devirmək üçün hərəkətə keçib - GƏLİŞMƏ
Bu gün, 05:02
Naxçıvanda bu nazirlikdə mebel satınalması baş tutmadı - SƏBƏB
Bu gün, 04:49
Rəsmi İrəvan rus hərbi bazası ilə bağlı mövqeyini açıqladı - Bağlanır, ya yox?
Bu gün, 04:42
"Biletləri də ucuz qoymuşam ki, hamı konsertimə gələ bilsin" - Əməkdar artist
Bu gün, 04:38
ABŞ erməni hərbçiləri öyrədir - FOTO
Bu gün, 04:36
ABŞ kəşfiyyatının direktoru Kubaya səfər edərək Trampın şərtini açıqlayıb - KİV
Bu gün, 04:32
Köçəryanın blokunun üzvləri rüşvət ittihamı ilə saxlanıldı - KİV
Dünən, 17:47
Bu qurumda bir neçə şöbə ləğv edildi: Yeni idarə yaradıldı - TƏFƏRRÜAT
Dünən, 17:45
Şagirdlər üçün yeni vəziyyət – 315 manat cərimə gələcək?
Dünən, 17:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru