İranın nüvə proqramının 20 il dayandırılması məqbuldur.
APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə bildirib.
O, 20 illik fasilənin kifayət etdiyini qeyd edib, lakin bunun real və təminatlı olmasının vacibliyini vurğulayıb.
“20 il kifayətdir. Amma onlardan gələn təminat səviyyəsi... Bu, həqiqi 20 il olmalıdır”, — Tramp qeyd edib.








