Əsas Səhifə > Güney Press / Ana xəbər > Binəqədi polisindən Ramil Usubova şok şikayət ünvanlandı
Binəqədi polisindən Ramil Usubova şok şikayət ünvanlandı3-04-2014, 16:08 |
|
Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi, A.Məhərrəmov küçəsi, ev 4-də yaşayan Məmmədova Yasəmən Hacıalı qızının döyülməsi və ciddi bədən xəsarəti alması ilə bağlı yazı dərc olunmuşdu. Y.Məmmədova dünən “Təzadlar”a yeni müraciət təqdim edib. Bu dəfəki şikayət daxili işlər naziri Ramil Usubova ünvanlıdır. Aşağıda şikayəti təqdim edirik: Azərbaycan Respublikasının daxili işlər naziri cənab R.Usubova! Surəti: “Təzadlar” qəzeti redaksiyasına! Çox hörmətli cənab nazir! Bildirirəm ki, həyat yoldaşımın mənə verdiyi əzab-işgəncələrə dözməyib ondan məhkəmə yolu ilə ayrılmışam, 4 yaşında oğul anasıyam. İki aya yaxın idi ki, Binəqədi rayonu, “Poladtökmə” zavodu ilə üzbəüzdə yerləşən “Azərbaycan Milli Xörəkləri” adlı kafedə işləyirdim. Bu ilin fevralın 1-də, gündüz saat 14:20 radələrində kafenin daimi müştərilərindən olan 5 (beş) nəfər şəxs tərəfindən amansızcasına döyülmüş, söyülmüş, ağır bədən xəsarəti almışam. Vəziyyətimin ağırlığını görən iş yoldaşlarım təcili yardım çağırıblar və mən 1 saylı Klinik Tibbi Mərkəzdə 05 fevral 2014-cü ilədək müalicə olunmuşam. Müayinə məlum oldu ki, döş qəfəsinin sol tərəfində 9-cu qabırğaların yerdəyişməyən ciddi sınığı, sağ təpə və sol diz nahiyəmin yumşaq toxumalarının əzilməsi, küt əşya tərəfindən başıma ciddi xəsarət yetirilməsi və s. baş vermişdir və bunlar xəstəlik vərəqində qeyd edilmişdir. Mən hadisə baş verən an, yəni 01 fevral 2014-cü ildə, saat 14:50 radələrində DİN-in 102 qaynar xəttinə zəng edərək məlumat vermişəm. Sonra isə iş yerində döyülməyim barədə ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 4-cü PB-nə rəsmi ərizə vermişəm. Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı Niyazi Həmidov hadisə yerinə gələrək, ilkin izahatımı almışdır. Lakin fevralın 25-dək tədqiqatçı məni amansızcasına döyən 5 nəfərdən yalnız 3-dən izahat almış, özünün dediyinə görə izahatlarını almaq üçün digər 2 nəfəri PB-nə gətirə bilməmişdir. Halbuki o, qanunun gücü ilə onları məcburi qaydada gətirtməli idi. Təhqiqatçı bununla da ciddi qanun pozuntusuna yol vermişdir. Hansı ki, o, həm də dərhal hadisə şahidlərinin də izahatını almalı idi, amma alınmamışdır. Bundan əlavə, təhqiqatçı kafedə olan kamera görüntülərinə də baxış keçirməmiş, dirilənlərlə üzləşmə, tanıtma keçirməmiş, başımda sındırılmış pivə bakalının çiliklərini maddi sübut kimi götürməmiş, məni zərərçəkmiş kimi tanımamışdır. Bu nə dərəcədə qanuni hərəkətdir? Cənab nazir! Ən dəhşətlisi budur ki, təhqiqatçı Niyazi Həmidov döyülüb ağır bədən xəsarətləri almağım barədə “MTE və PA” ETT Birliyinin Binəqədi rayon şöbəsinin rəyini Binəqədi RPİ-nin istintaq şöbəsinə də verməmiş, gizlətmişdir. Bu isə təbii ki, cinayət işi başlanmasını süni surətdə mümkünsüz etmişdir. Bir sözlə, baş vermiş cinayət işi xuliqanların xeyrinə tam saxtalaşdırılmış, etibarnamə üzrə səlahiyyətli nümayəndəmin dəfələrlə müraciətinə baxmayaraq onun işlə tanış olmasına şərait yaradılmamışdır. Onu da qeyd edim ki, Azərbaycan Səhiyyə Nazirliyinin “MTE və PA” ETT Birliyinin Binəqədi rayon şöbəsinin rəisi Z.H.Hüseynovun imzaladığı 138 saylı Aktın təsviri hissəsində də qeyd olunur ki, mən hansı xəsarətlər almışam. Rəydə belə yazılır: “1991-ci il təvəllüdlü Məmmədova Yasəmən Hacıalı qızının məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində müəyyən edilmiş xəsarətlər sağ təpə və sağ diz nahiyəsinin yumşaq toxumalarının əzilməsi, sol dizin ön səthinin sıyrığı, küt əşyanın (əşyaların) təsirindən törənmişdir” Çox hörmətli cənab nazir! Azərbaycan Respublikasının CM-in 294.2 və 297 maddəsinə uyğun olaraq Binəqədi RPİ-in 4 PB-in təhqiqatçısı Niyazi Həmidovun yol verdiyi kobud qanun pozuntusu ilə bağlı cəzalandırılması üçün nazirliyin aidiyyəti qurumlarına tapşırıq verməyinizi Sizdən xahiş edirəm. Təəssüflə onu da qeyd etmək istəyirəm ki, hazırda toplanmış material Binəqədi RPİ-nin istintaq şöbəsinin müstəntiqi Cəlil Xudaverdiyevin icraatındadır. Yenə də rəsmi nümayəndəmin tələbinə baxmayaraq müstəntiq günü-günə sataraq təkrar ekspertiza keçirilməsini təmin etmir, mənə ağır bədən xəsarəti yetirmiş digər xuliqanların dindirilməsini hələ də təmin etməmişdir. Müstəntiq açıq şəkildə bildirir ki, darıxmayın, bir az da keçsə, qabırğaların bitişəcək, sağalacaqsan, bununla da işə xitam veriləcək və s. *** Dünən baş verənlərlə bağlı dəfələrlə Binəqədi rayon Polis İdarəsinə zəng etsək də kimsədən konkret cavab ala bilmədik. Müstəntiq Cəlil Xudaverdiyevin də iş telefonuna dəfələrlə zəng etdik, lakin onu iş yerində tapa bilmədik. Mövzuya qayıdacağıq. Geri qayıt |