Rusiyanın Ryazan vilayətində Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində biri uşaq olmaqla, 4 nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə Rusiya mediası ölkənin İstintaq Komitəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bundan başqa, azı 12 nəfər xəsarət alıb.
Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində iki yaşayış binası və sənaye obyektləri zədələnib.








