Milyonlarla manat vergi borcu var, mülklər hərraca çıxarılıb .....                     İşdən çıxarılan direktor ayaqyolu avadanlıqlarını EVİNƏ APARDI .....                     “VNT-Azərbaycan Logistik” şirkəti kapitalını kəskin azaltdı .....                     Yevlaxda 657 minlik tender ləğv edilib .....                     “Azərbaycan Sənaye Bankı”nın sədri vəzifəsindən ayrılır .....                     Niyaməddin Musayev sosial şəbəkələrdə yayılan görüntülərinə aydınlıq gətirdi .....                     Bu il Azərbaycanda ən çox ucuzlaşan avtomobillərin siyahısı açıqlandı .....                     SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb .....                     Putin və Pezeşkian Tehran və Vaşinqton münasibətlərindəki problemləri müzakirə ediblər .....                     Lamiyyə Ələkbərovaya yeni vəzifə verildi .....                     "Xadimə və satıcı eyni adamdır" .....                     Müharibə iştirakçıları veteranlıq statusu tələb edir: .....                     Mübahisə etdiyi şəxsin üzərinə qəsdlə maşın sürdü .....                     Tanınmış aparıcı “Azərcell”dən ŞİKAYƏTÇİDİR .....                     Qadın güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsrət Məmmədyarov vəfat edib .....                     Revanşistlərin “separatçı sevgisi” .....                     Suvarma suyu pullu oldu: Kəndlini nə gözləyir? .....                     Ermənistan müdafiə naziri ordunun mövqelərini yoxladı .....                     Putinlə görüşdə bunları müzakirə edəcəyik .....                     Qarşıdurmadan dialoqa: .....                     “Prior Leasing” şirkətinin dövlətə 230 min manata yaxın vergi borcu yaranıb .....                     İRİA-nın şöbə müdiri işdən çıxdı .....                     Bu qurumda yeni təyinatlar oldu .....                     "Məni ad gününə, toylarınıza da çağırmayın" .....                     İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı .....                     AZPROMO sığortaçı seçib .....                     İcra hakimiyyətlərinin “sevimli” şirkətinə məxsus əmlak müsadirə olunaraq hərraca çıxarılıb .....                     Atasını öldürüb meyitini “Bəkdəmir yalı”na aparıbmış .....                     Qazax-Tovuzda alkoqollu içkiyə xərclənən vəsait kəskin artıb .....                     Məşhur məmurun kürəkəni əliqandallı Bakıya gətirildi .....                     “Sabah”ın ÇL-də bu klublardan xal alması mümkünsüzdür” .....                     Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın .....                     İlham Əliyev Putinlə söhbətləşdi .....                     İran bu tarixdə BOMBARDMAN ediləcək .....                     "Vasifin ad günümə aldığı hədiyyəni deməyə utanıram" .....                     Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin .....                     Əməkdar jurnalistin 185 mini ələ keçirildi: Şöbə rəisi olmaq istəyirmiş .....                     Tanınmış şərhçi Nurlan Valehoğluya yeni vəzifə verildi .....                     Parkda tanışlarını döyərək bıçaqladı, cəzası artırıldı, istəyi reallaşmadı .....                     Kremldən Əliyev-Putin görüşü barədə .....                 

Əlillərin sosial müdafiəsi... yoxsa büdcənin ƏLİLLƏRDƏN MÜDAFİƏSİ? - NARAZILIQ VAR!
Tarix: 15-11-2022, 10:56 | Çap et
Əlillərin sosial müdafiəsi... yoxsa büdcənin ƏLİLLƏRDƏN MÜDAFİƏSİ?
Azərbaycan xalqı, dünya azərbaycanlıları 8 noyabr – Zəfər Gününü qeyd etdilər. Müharibədən isə bizim cəmiyyətə yalnız qələbə və geri alınmış torpaqlar qalmadı. Doğrudur, həm Birinci, həm İkinci Qarabağa müharibəsi şəhidlərimizin də qanı yerdə qalmadı, düşmənin hay-küylə yaratdığı “yenilməz erməni ordusu” mifi dağıldı, dünya haqq savaşı aparan Azərbaycan əsgərinin gücünü gördü.

Amma müharibədən həm də “canlı şəhidlər” dediyimiz qazilərin səhhət problemi də miras qaldı. Çoxlu sayda əsgər və zabit sağlamlığını itirdi, əlil, şikəst oldu, əmək qabiliyyətini tam və ya qismən itirdi. Azərbaycan hökuməti həmin şəxslərin reabilitasiyası və sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atır. Bu müstəvidə görülən işlər sırasında mühüm biri də əlillik dərəcələrinin təyini və nəticə etibarilə həmin dərəcələrə görə pensiyaların təyin olunması məsələsidir. Etiraf etmək lazımdır ki, bu məsələdə həmişə məmurların korrupsiya hüquqpozmalarına rast gəlinib və əvvəllər tibbi sosial ekspert komissiyaları sədrlərinin və üzvlərinin məsuliyyətə cəlb olunmalarının şahidi olmuşuq. İndi qazilər məhz qalib əsgərlər kimi cəmiyyətdə onlara bəslənən hörmət və ehtiramın hesabına məmurların qurduqları (qurmaq istədikləri) süni maneələri aşa bilirlər. Ən azından qazilərin yaxasındakı, Prezidentin sərəncamı ilə təltif olunduqları orden və medallar məmurların gözünü qamaşdırır. Amma digər əlil vətəndaşlar (müharibə iştirakçısı olmayanlar) öz halal haqlarını tələb edəndə qarşılaşdıqları bürokratik əngəlləri dəf edə bilmirlər.

Belə haqsızlıqla üzləşən gənc əlil Asif Cənnətovun məruz qaldığı hüquqpozma barədə “Tibbi-Sosial Ekspertiza Agentliyində dırnaq əvəzinə barmaq kəsən “Möminə Xatun” kimdir” başlıqlı məqalədə yazmışdıq. Xatırladaq ki, Asifin anası Rəqsanə Cənnətova redaksiyamıza müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində komissiya üzvü, özü barədə mömün qadın imici formalaşdıran, işə hicabda gələn nevropatoloq İradə xanımdan şikayətlənmişdi. Ötən məqalədən sitat: “Rəqsanə Cənnətova bildirir ki, övladı Cənnətov Asif Cənnət oğlunun 18 yaşı tamam olan kimi əlillik pensiyası kəsilib. Yenidən təyinat almaq üçün onlayn müraciət əsasında Asif Cənnətov Agentlikdə müayinəyə dəvət olunub. Lakin doktor İradə xanım anadangəlmə Parkinson xəstəliyindən, eləcə də nitq qüsurundan əziyyət çəkən Asif Cənnətovun əlilliyini qəsdən tanımaq istəmir. Sərbəst gəzib-dolaşa bilməyən Asif valideynlərinin müşayiəti ilə dəfələrlə İradə həkimin yanında olub. Hər dəfə də İradə xanım fərqli sözlər deyərək, onları get-gələ salıb. Hər dəfə bir başqa sənəd tələb edib, deyib ki, əvvəllər bu cür xəstələrə əlillik dərəcəsi düşürdü, indi qaydalar dəyişib, daha düşmür. Cənnətovlar həmin təsdiq sənədini (o sıradan axırıncısını Mirqasımov ad. 1 saylı Respublika Xəstəxanasından) gətirib təhvil verəndən sonra yeni bir “əmma” çıxarıb: Valideynlərə deyib ki, getsinlər evə, xəstə övladlarının qıcolması tutanda videoya çəkib gətirsinlər. Ən nəhayət, İradə həkim etiraf edib ki, “yuxarıdan” (bizim misalda Səhiyyə Naziri Teymur Musayev, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, DTSER Agentlyinin sədri Anar Bayramov) imperativ göstəriş var, heç kəsə humanist münasibət göstərilməsin, əks halda o, işini itirə bilər, evinə apardığı məvacibindən, çörək pulundan məhrum olar. Əlilliyin təyin olunması üçün mütləq gərək “yuxarı”dan göstəriş verilsin”.

Məqalədə haqlı olaraq sual da qoyulmuşdu: Bəs o İradə xanımın “quru maaş” dediyi çörək pulu gerçək əlili pensiyadan məhrum edirsə, haram deyilmi? Və bu haramxorluq İradənin başına örtdüyü hicabla, qıldığı namazla, etdiyi ibadətlə necə uzlaşır?

Bu dəfə redaksiyamıza Asifin atası Cənnət Cənnətov müraciət edib: “İradə xanım yəqin özü də “yuxarıdan” təltifnamə qazanmaq istəyir ki, nəinki sadə vətəndaşlara, hətta müharibə əlilləri ilə söz güləşdirəndə də imtiyaz sarıdan geri qalmasın. Təltif isə yəqin ki, o həkim-ekspertlərə verilir ki, heç kəsə əlillik dərəcəsi təyin etməsinlər, əlillik statusu dayandırılmış olanların statusunu bərpa etməsinlər. Hər halda İradə xanımın sözlərindən belə çıxır. Oğlum Asif sonradan mənə dedi ki, İradə xanım onu humanistliyə dəvət edən həkim ekspert həmkarına belə cavab verib: “Bu uşaq ağıllı-başlı gəncdir, kollec tələbəsidir, özü də yüksək keçid balı toplayıb dövlət hesabına oxuyub, buna necə əlillik verək?” Maraqlıdır, məgər mənim oğlum əlil sayılmaq üçün oxuya bilməməli, Allah eləməmişkən, gerizəkalı olmalı, evdə, məktəbdə aldığı tərbiyəni bilərkdən gizlədib müayinə zamanı hoqqa çıxarmalıydı? Yaxud, özünü yalandan qıc olmuş kimi göstərməliydi? Oğlumun gözünün zəifliyini, nitqinin qüsurunu, bir sıra başqa aydın görünən, üzdə olan nöqsanlarını nəzərə almayan, sanki görməyən nevropatoloq İradə xanım bizə təklif edir ki, oğlumun evdə qıcolması baş tutan anda video-görünrüsünü qeydə alaq və çəkdiyimiz ona göstərək. Başa düşmürəm, biz valideyn olaraq övladımızın qıcolma anında onu özünə gətirməklə qayğılanmalıyıq, yoxsa, ürəyimizə daş bağlayıb video çəkməklə məşğul olmalıyıq? İradə xanımın istədiyi tibb müəssisələrindən aryışları, analiz, müayinə nəticələrini gətirib ona təqdim edəndən sonra axırda sözü bu oldu ki, bizim özümüzün daha bir ixtisaslı ekspert-həkimimiz var, amma xaricdədir, o gəlib çıxmayınca, rəy verməyincə iş alınmayacaq. Yenə də qəribədir, bu boyda ölkədə xaricə ezam olunmuş, yaxud, səyahətə çıxmış bir həkimi əvəzləyəcək başqa həmkarı yoxdurmu? Özünü “Allah adamı” kimi təqdim edib haqqı tanımayan (Allahın mübarək adlarından biri də Haqqdır), öz iradəsizliyini, qərar vermək məsələsində acizliyini Nazirliyin, guya dəyişən qaydaların, çatışmayan hansısa rəyin, xaricdə olan həkim ekspertin üstünə yıxmağa çalışan İradə xanım elə mövqe sərgiləyir ki, sanki təmsil etdiyi Nazirliyin vəzifəsi əhalinin, o cümlədən, əlillərin sosial müdafiəsi deyil, dövlət büdcəsinin əhalidən, eləcə də əlillərdən müdafiəsidir. Ən adi bir həqiqət unudulmamalıdır: Bu gün başqa əlamətlər bir yana, qıcolmasının müayinə günlərinə təsadüf etmədiyinə görə əlillik statusundan məhrum olan şəxs sabah tutaq ki, işlədiyi yerdə qəfil tutan qıcolma səbəbindən özü istehsalat xəsarəti ala, yaxud, hərəkəti və ya hərəkətsizliyi ucbatından kimlərinsə xəsarət almasına, istehsal vasitələrinin, əmlakın ziyan görməsinə səbəbkar ola bilər. Necə deyərlər, iş bir dəfə olur. Müayinənin aparıldığı 1-ci mərtəbədə hətta müayinəyə gətirilmiş başqa xəstələr və onları müşayiət edən yaxın adamları oğluma imtina cavabı verilməsini öyrənəndən sonra öz ümidlərinin də qırıldığını etiraf etdilər: “Əgər belə xəstəyə əlillik vermirlərsə, daha bizim burda vaxt itirməyimizin yeri yoxdur, dağılışıb gedək evimizə””.

Cənnət Cənnətov hətta İradə xanımın ünvanına dediyi tənqidi sözlərə görə, onun tərəfindən məhkəməyə də verilməsinə hazır olduğunu bildirmişdir: “Qoy həmin məhkəmə də ən yüksək reytinqli hakimlərin, lap elə tələb etdiyimiz təkrar müayinə də açıq formada sahənin ən ixtisaslı həkim ekspertlərinin iştirakı ilə, kütləvi informasiya vasitələrinin çəkilişlərinin müşayiəti ilə keçirilsin, efirdə, sosial şəbəkələrdə canlı olaraq yayımlansın. O halda hətta bizim üçün mənfi olacaq nəticə ilə barışmağa, İradə xanımın tələb edəcəyi üzrxahlığı etməyə hazırıq”.

Deryaz.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Milyonlarla manat vergi borcu var, mülklər hərraca çıxarılıb - "Pakdad"da nə baş verir?
Bu gün, 17:25
İşdən çıxarılan direktor ayaqyolu avadanlıqlarını EVİNƏ APARDI - BU NƏDİ BELƏ?
Bu gün, 17:13
“VNT-Azərbaycan Logistik” şirkəti kapitalını kəskin azaltdı
Bu gün, 17:05
Yevlaxda 657 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 17:04
“Azərbaycan Sənaye Bankı”nın sədri vəzifəsindən ayrılır - BUNDAN SONRA...
Bu gün, 16:57
Niyaməddin Musayev sosial şəbəkələrdə yayılan görüntülərinə aydınlıq gətirdi - AÇIQLAMA
Bu gün, 16:52
Bu il Azərbaycanda ən çox ucuzlaşan avtomobillərin siyahısı açıqlandı – Son qiymətlər
Bu gün, 16:50
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO
Bu gün, 16:44
Putin və Pezeşkian Tehran və Vaşinqton münasibətlərindəki problemləri müzakirə ediblər - "İnterfaks"
Bu gün, 16:41
Lamiyyə Ələkbərovaya yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 16:33
"Xadimə və satıcı eyni adamdır" - "Bravo"dan şikayət
Bu gün, 16:24
Müharibə iştirakçıları veteranlıq statusu tələb edir: - Ziddiyyətlər aradan qaldırılmalıldır
Bu gün, 16:15
Mübahisə etdiyi şəxsin üzərinə qəsdlə maşın sürdü – MƏHKƏMƏ
Bu gün, 16:08
Tanınmış aparıcı “Azərcell”dən ŞİKAYƏTÇİDİR - “Buna görə məndən etibarnamə tələb edirlər”
Bu gün, 16:04
Qadın güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsrət Məmmədyarov vəfat edib
Bu gün, 16:00
Revanşistlərin “separatçı sevgisi” -Parisdə sərgi, AHİM-ə şikayət, Zonabendin səfər istəyi
Bu gün, 15:58
Suvarma suyu pullu oldu: Kəndlini nə gözləyir? - ARAŞDIRMA
Bu gün, 15:57
Ermənistan müdafiə naziri ordunun mövqelərini yoxladı - nəyin TƏDARÜKÜDÜR?
Bu gün, 15:54
Putinlə görüşdə bunları müzakirə edəcəyik - Paşinyan
Bu gün, 15:52
Qarşıdurmadan dialoqa: - Ermənistan Dünya Köçəri Oyunlarında
Bu gün, 15:50
“Prior Leasing” şirkətinin dövlətə 230 min manata yaxın vergi borcu yaranıb - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 15:48
İRİA-nın şöbə müdiri işdən çıxdı - ƏMR
Bu gün, 15:46
Bu qurumda yeni təyinatlar oldu - ADLAR
Bu gün, 15:44
"Məni ad gününə, toylarınıza da çağırmayın" - Xalq artisti
Bu gün, 15:42
İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - GƏLİŞMƏ
Bu gün, 15:37
AZPROMO sığortaçı seçib
Bu gün, 15:20
İcra hakimiyyətlərinin “sevimli” şirkətinə məxsus əmlak müsadirə olunaraq hərraca çıxarılıb - İLGİNC FAKTLAR...
Bu gün, 15:18
Atasını öldürüb meyitini “Bəkdəmir yalı”na aparıbmış - 34 il əvvəl törədilən qətlin TƏFƏRRÜATI
Bu gün, 15:14
Qazax-Tovuzda alkoqollu içkiyə xərclənən vəsait kəskin artıb – Rayonlar üzrə siyahı
Bu gün, 15:09
Məşhur məmurun kürəkəni əliqandallı Bakıya gətirildi – 13 il əvvəl törədilən qətl işi məhkəməyə göndərildi
Bu gün, 15:07
“Sabah”ın ÇL-də bu klublardan xal alması mümkünsüzdür” – Rəşad Ergün
Bu gün, 13:04
Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın həbsinə order verilib
Bu gün, 13:02
İlham Əliyev Putinlə söhbətləşdi - FOTO
Bu gün, 13:01
İran bu tarixdə BOMBARDMAN ediləcək – Azərbaycan üçün RİSKİ…
Bu gün, 12:57
"Vasifin ad günümə aldığı hədiyyəni deməyə utanıram" - Mətanət Əsədova
Bu gün, 12:51
Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR
Bu gün, 12:49
Əməkdar jurnalistin 185 mini ələ keçirildi: Şöbə rəisi olmaq istəyirmiş - TƏFƏRRÜAT
Bu gün, 12:47
Tanınmış şərhçi Nurlan Valehoğluya yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:42
Parkda tanışlarını döyərək bıçaqladı, cəzası artırıldı, istəyi reallaşmadı – QƏRAR
Bu gün, 12:38
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
Bu gün, 12:34
İrandan sonra İsrailin növbəti hədəfi Türkiyə olacaq - Zərdüşt Əlizadə belə deyir...
Bu gün, 12:23
“300 şagirdin oxuduğu məktəbin tavanı çökmək üzrədir..” - Video
Bu gün, 12:20
Naxçıvan İcra Hakimiyyəti 230 min manata işıq dirəkləri və park oturacaqları alır - DETALLAR
Bu gün, 12:12
“Kişi xeylağıdır, hansısa qadınla istirahətə gedibsə, bu, evlənmək deməkdir?” - Polad Bülbüloğlu ilə bağlı AÇIQLAMA
Bu gün, 12:11
Ermənistan dəmir yollarını Rusiyadan alıb Qazaxıstana vermək istəyir - KİV
Bu gün, 11:55
“Express Lombard” 2 dəfə kiçilib - Mənfəəti azalıb
Bu gün, 11:53
Avropada iş vədi ilə 171 nəfəri aldadıb 217 min manat aldı – MƏHKƏMƏ
Bu gün, 11:47
Fuad Muradov xüsusi təyinatlı “zon”a köçürülüb - Keçmiş məmurların yanına...
Bu gün, 11:45
Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu daha da artıb - MƏQALƏ
Bu gün, 11:38
Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir - İsrafil Kərimovun yazısı
Bu gün, 11:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru