Ödənilən yüz minlərlə pul və səkkiz ildir tikintisi bitməyən bina: “Beş milyonu versinlər…” - GİLEY
Tarix: 23-09-2022, 16:35 | Çap et
 Ağ Şəhərdə yerləşən “Era Tower” binasının sakinləri səkkiz ildir ki, mənzillərinə köçə bilmirlər.
DİA.AZ xəbər verir ki, bu barədə bina sakinlərinin Oxu.Az-a ünvanladıqları şikayətdə deyilir. Onların sözlərinə görə, 2014-cü ildə inşasına başlanılan 22 mərtəbəli “Era Tower” binasının tikintisi hələ də bitməyib. Səbəb isə bina üçün ayrılan vəsaitin rəhbərlik tərəfindən mənimsənilməsi olub.
Sakinlər bildirirlər ki, hazır olmayan 80 mənzilin 60-ı satılıb və onların 90 faizinin ödənişi tam həyata keçirilib. Ağ Şəhəri güvənli hesab etdikləri üçün oradan ev almaq qərarına gələn şəxslər bu addımı atarkən illərlə evsiz qalacaqlarını düşünməyiblər. “Era Tower” şirkəti güvən qazanmaq üçün hətta onlara kart da verib. Həmin kartların evin ikinci bir şəxsə satılmaması üçün verildiyi deyilib.
Şikayətçilər ərazidə “Era Tower”dən sonra tikintisinə başlanılan binaların artıq sakinlərə təhvil verildiyini vurğulayıblar:
“Dəfələrlə müraciət etməyimizə baxmayaraq, şirkət rəhbərliyi bizimlə görüşmür, dərdimizi dinləmir. O, sakinlərlə binanın tikintisini həyata keçirən “MACAZ Construction” MMC-nin direktoru Rəşad İsmayılov vasitəsilə danışır. Rəşad isə hər dəfə bir həftə sonra tikintinin başlayacağını bildirir. Binada hazırda heç bir iş getmir”.
Qeyd olunur ki, şirkət rəhbərliyi sakinlərə: “Problemi necə istəyirsiniz, elə həll edin”, - deyərək onlarla görüşməyəcəyini bildirib. Problemlə bağlı vətəndaşlar müxtəlif instansiyalara müraciət etsələr də, iş həllini tapmayıb:
“Bina sahibləri onu tikmək üçün pullarının olmadığını söyləyirlər, bəzən isə yalandan cəmi bir həftəyə başlayacaqlarını deyirlər. Bu artıq illərdir ki, belədir, “hər həftə başlayırlar”. Binanın inşası 2019-cu ilin fevral ayından tam dayanıb”.
Sakinlər çıxış yolu tapmaq üçün Bakı Ağ Şəhərin baş ofisinə yaxınlaşaraq rəhbərliklə də görüşüblər:
“Oradan bizə “Era Tower”in onlara beş milyon manat borcu olduğunu və buna görə də binanın tikintisinin dayandırıldığını bildirdilər. Biz şirkət rəhbərliyinin bizə qarşı dələduzluqlarına görə həbs olunmasını istəyirik”.
“MACAZ Construction” MMC-nin direktoru Rəşad İsmayılov isə Oxu.Az-a açıqlamasında maliyyə probleminin həll olunduğunu, gələn həftə Ağ Şəhərə ödəniş edəcəklərini vurğulayıb:
“Binanın inşasına gələn həftədən başlanılacaq. Ağ Şəhərlə bağlı maliyyə problemləri vardı, məsələ artıq öz həllini tapıb. Gələn həftə ödəniş qrafiklərini müəyyənləşdirib tikintiyə başlayacağıq. Təxminən altı-səkkiz ay ərzində də binanı təhvil verəcəyik. İşin səkkiz il yubanma səbəbi maliyyə çətinlikləri ilə əlaqəli idi. Pandemiya oldu, digər problemlər ortaya çıxdı. Amma son bir həftədir, Ağ Şəhər rəhbərliyi ilə müzakirələr aparırıq, müəyyən sənədləşmələr həyata keçiririk, onları bitirdikdən sonra müqavilə bağlanılacaq. Bizim tikintini aparmaq üçün heç bir problemimiz yoxdur, bütün materiallarımız hazırdır”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Moskvada rekord temperatur qeydə alındı
Bu gün, 18:02 |
|
|
|
| • Arvadının saçını keçəl edən ərə - Hökm oxundu
Bu gün, 17:48 |
|
|
|
| • Rusiya Ermənistana xəbərdarlıq etdi
Bu gün, 17:44 |
|
|
|
| • İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi - BUNDAN SONRA...
Bu gün, 17:16 |
|
|
|
| • Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 17:09 |
|
|
|
| • Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı - FOTO
Bu gün, 16:59 |
|
|
|
| • Moskvanın seçim tələbinə İrəvandan cavab: - Günbəgün Avropa İttifaqına yaxınlaşırıq
Bu gün, 16:53 |
|
|
|
| • Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib - AÇIQLAMA
Bu gün, 16:49 |
|
|
|
| • Azərbaycanda daha bir aqropark yaradılıb
Bu gün, 16:47 |
|
|
|
| • Qurultayda qarşıdurma gözlənilir - İttifaq katibindən XƏBƏRDARLIQ
Bu gün, 16:43 |
|
|
|
| • Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC...
Bu gün, 16:35 |
|
|
|
| • Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq
Bu gün, 16:27 |
|
|
|
| • Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib - SİYAHI
Bu gün, 16:22 |
|
|
|
| • `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Bu gün, 16:11 |
|
|
|
| • Tap.az-da saxta torpaq elanları ilə dələduzluq - TƏFƏRRÜAT
Bu gün, 16:05 |
|
|
|
| • Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır - Eldar Əzizov
Bu gün, 15:59 |
|
|
|
| • Metronun "Həzi Aslanov" stansiyasındakı təmir BU TARİXDƏ bitəcək
Bu gün, 15:47 |
|
|
|
| • Dünyanın ən gözəl şəhərləri açıqlandı - Cənubi Qafqazdan hansı var?
Bu gün, 15:43 |
|
|
|
| • Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? - AKTUAL
Bu gün, 15:41 |
|
|
|
| • Sasanilər dövründə Azərbaycan
Bu gün, 15:33 |
|
|
|
| • Nizami küçəsində qalmaqal - Yaşayış binasının həyətində qanunsuz kulinariya sexi açılıb
Bu gün, 15:10 |
|
|
|
| • Rus ordusu Voloxovkanı işğal etdi
Bu gün, 15:08 |
|
|
|
| • Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir - “Eurasianet”
Bu gün, 15:03 |
|
|
|
| • “Bank Avrasiya”nın səhmdarları toplanır
Bu gün, 15:00 |
|
|
|
| • Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır?
Bu gün, 14:59 |
|
|
|
| • “Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” - Samirə Yusifqızından QALMAQALLI MÜSAHİBƏ
Bu gün, 14:57 |
|
|
|
| • TƏBİB-in sistemi yenidən çökdü - Növbələr yarandı
Bu gün, 14:54 |
|
|
|
| • Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı - KİV
Bu gün, 14:51 |
|
|
|
| • Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb – İcra nümayəndəsinin oğludur
Bu gün, 14:46 |
|
|
|
| • NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” - NƏDƏN SİYAHIDA YOXDUR.?!
Bu gün, 14:30 |
|
|
|
| • Paşinyan erməniləri Qarabağı unutmağa ÇAĞIRDI
Bu gün, 13:17 |
|
|
|
| • Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək - RƏSMİ
Bu gün, 13:13 |
|
|
|
| • “İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB – ZƏRƏRİ 2 DƏFƏ ARTIB
Bu gün, 13:06 |
|
|
|
| • “Qurban bazarı”nda son vəziyyət: - Ən ucuz və ən bahalı heyvanlar
Bu gün, 13:02 |
|
|
|
| • Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ
Bu gün, 12:59 |
|
|
|
| • 112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb - SİYAHI
Bu gün, 12:53 |
|
|
|
| • Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:51 |
|
|
|
| • AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? - CƏDVƏL
Bu gün, 12:49 |
|
|
|
| • SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:47 |
|
|
|
| • “Vəziyyət belə davam etsə, evləri də su basacaq” – Niyə tədbir görülmür?
Bu gün, 12:32 |
|
|
|
| • Ermənistanda gərginlik artır: - Paşinyanın aqibəti necə olacaq?
Bu gün, 12:27 |
|
|
|
| • Müğənni Nura Suri və bələdiyyə sədri arasında QALMAQAL
Bu gün, 12:23 |
|
|
|
| • Kannı silkələyən azərbaycanlı aktyor - Şahmar Ələkbərovun nəvəsi Hollivudun diqqət mərkəzində
Bu gün, 12:20 |
|
|
|
| • Baş Prokuror “Aqrar Kredit”in qanunsuzluğunu nəzarətə götürdü - TƏFƏRRÜAT
Bu gün, 12:16 |
|
|
|
| • Güney Qafqazın taleyi HƏLL OLUNUR... - GƏLİŞMƏ
Bu gün, 12:04 |
|
|
|
| • 2025-ci il "Xəmsə Sığorta və Təkrarsığorta Brokeri üçün uğursuz olub - ŞİRKƏT GERİLƏYİR
Bu gün, 12:00 |
|
|
|
| • Rahidəni PƏRT ETDİLƏR - “Oğlanın qulağına dedi ki, bu, nə günə qalıb”
Bu gün, 11:57 |
|
|
|
| • Rusiya Pekinin təsiri altına düşür... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:49 |
|
|
|
| • İqtisadiyyat Nazirliyi TƏSDİQLƏDİ: "Bakı-Tiflis-Bakı sərnişin qatarları bərpa olunur" - 26 maydan etibarən...
Bu gün, 11:42 |
|
|
|
| • "Bizi niyə xərcə salırlar?" - NAXÇIVANDA NARAZILIQ
Bu gün, 11:31 |
|
|
|
|