Lerik təhsilində NƏ BAŞ VERİR? - İTTİHAM
Tarix: 9-06-2021, 16:26 | Çap et
 Azərbaycanın təhsil sistemi özünəməxsus xüsusiyyətləri ilə vətəndaşlarımızı mat qoymaqda davam edir. Dünya üzrə texnologiyadan daha sürətli nə inkişaf edir deyə soruşsalar, düşünmədən deməliyik ki, bu bizim təhsil sistemimizdir. Yox düşünüb cavab versək o zaman, əsəb sistemimiz təhsil sistemimizin gününə qalacaq. Biz aktual problemləri ümumiləşdirib şablonlarla ifadə etmək istəmirik. Hamısını ayrı-ayrılıqda təhlil etmək, iddiaları araşdırmaq şəffaflıq baxımından vacibdir. Çünki, bu xəstələnmiş sistemin təhsil şöbəsi ayrı, direktoru ayrı, müəllimləri ayrı dərddir. Pis hal odur ki, koronavirus kimi yayılan bu xəstəlik təhsilimizi öldürmür, süründürür.
Bu yaxınlarda, Lerik rayon Təhsil Şöbəsinin Müdiri Salayev Zöhrab deyib ki, mən vəzifəyə gələndən bəri şöbədə neqativ tərkibli, korrupsiyalı cinayətlər yoxdur. Müdir bu qeyri-adi hadisənin səbəbini belə izah edib ki, o, hər zaman məktəb direktorları və müəllimlər üçün DUA edir. Vay-vay, deyəsən, müdir özü üçün dua etməyi unudub… Bu danışığın üzərindən az keçmiş müdir Lerik rayon Murya kənd tam orta məktəbin direktoru Əhməd Əhmədovu yanına çağırıb və deyib ki, mən Bakıya gedəcəm, iki hörmətli yoldaşa “çörək verib” yola salmaq lazımdır. Çörək müqəddəsdir, kiməsə çörək vermək savab işdir, amma və lakin… Kiminsə çörəyini alıb başqasına vermək necə işdir, hörmətli müdir? Çörək məclisində spirtli içki qəbul etdikdən sonra Əhməd Əhmədov qərara gəlib ki, “sandıqdakı pambıqlara” azadlıq versin. O qədər dəyərli “ağ qızıl”a rəvamıdır gün üzünə həsrət qalsın? İnsaf da yaxşı şeydir… Direktor etiraf edib ki, hər bir məktəb direktoru ayda Zöhrab müəllimə 200 AZN şirinlik verir. Sanmırıq ki, Zöhrab Salayev burada neqativ tərkibli, korrupsiya cinayətinə yol verir. Axı, müdirin duaları həmişə sizinlədir, hörmətli direktorlar.
Koronavirus Lerik rayonuna da düşərli olmayıb. İnternetin olmaması səbəbindən onlayn formatda dərslərin keçirilməsi mümkün olmayıb. Düşünürük ki. Zöhrab bəy Azərbaycan gələcəyinin əsas kadrları üçün səmimi qəlbdən narahatdır və onlar üçün də bolluca dua edib. Görəsən, şagirdlər də müdir üçün dua edirmi? Əhməd müəllim deyib ki, Zöhrab bəy Balaşir bəydən daha yaxşıdır. Hətta Cəlil müəllim də “yeyən” imiş. O, onlayn təhsilin olmamasını isə birbaşa Vəligüllah müəllimlə əlaqələndirib. Onun məsuliyyətsizliyi, iş fəaliyyətinin səmərəsizliyi haqqında şikayətlənib. Yəqin ki, Əhməd müəllim Zöhrab müəllimdən onlayn təhsilin rifahı üçün dua etməsini xaiş edəcək. Yoxsa Lerik də vəziyyət çətindir. Pandemiya nə qədər davam edəcək, bunu heç kim bilmir. Əhməd Əhmədov qonaqlığın bitməsindən sonra içkili halda “Chevrolet Niva” markalı avtomobilində sükan arxasına əyləşib. Bu özgüvənin, cəsarətin hardan gəldiyini izah edərkən açıqlayıb ki, Şəkidəki yüksək vəzifəli qohumuna güvənir. Azərbaycan təhsilinin bugünki vəziyyəti bizim illər sonrakı taleyimizin təməlidir. İçki məclislərində həll edilən müqəddəratlar, müzakirə edilən qanunsuzluqlar, edilən iyrənc etiraflar ürək bulandırır. Ümid edirik ki, Lerik rayon təhsil söbəsində həm müdir, həm də direktor vəzifələrinin icrasında islahatlar aparılacaq, araşdırmalar ediləcək. Ya dövlət tərəfindən, ya da müdir Zöhrab Salayev tərəfindən. Zöhrab bəyin ilk görəcəyi iş Əhməd Əhmədovun spirtli içkilərdən uzaqlaşması üçün dua etməkdir. Yoxsa, vay sizin halınıza… Təəssüf ki, hər şey bunlarla bitmir. Ardı var… KAİM.az


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Bu gün, 18:02 |
|
|
|
| • Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Bu gün, 14:45 |
|
|
|
| • Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Bu gün, 14:00 |
|
|
|
| • Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Bu gün, 13:53 |
|
|
|
| • Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Bu gün, 13:19 |
|
|
|
| • "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Bu gün, 13:15 |
|
|
|
| • Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Bu gün, 12:57 |
|
|
|
| • Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Bu gün, 12:53 |
|
|
|
| • “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Bu gün, 12:33 |
|
|
|
| • Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Bu gün, 12:31 |
|
|
|
| • Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Bu gün, 12:27 |
|
|
|
| • Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Bu gün, 12:03 |
|
|
|
| • Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Bu gün, 11:53 |
|
|
|
| • Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Bu gün, 11:47 |
|
|
|
| • Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Bu gün, 11:41 |
|
|
|
| • Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Bu gün, 11:35 |
|
|
|
| • “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Bu gün, 11:19 |
|
|
|
| • Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Bu gün, 11:17 |
|
|
|
| • “Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Bu gün, 11:12 |
|
|
|
| • Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Bu gün, 11:06 |
|
|
|
| • Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Bu gün, 10:58 |
|
|
|
| • “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Bu gün, 10:54 |
|
|
|
| • İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Bu gün, 10:44 |
|
|
|
| • Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Bu gün, 10:41 |
|
|
|
| • Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Bu gün, 10:26 |
|
|
|
| • Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Bu gün, 10:21 |
|
|
|
| • Tıxacın kökü haradadır? - AKTUAL
Bu gün, 10:19 |
|
|
|
| • Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Bu gün, 10:16 |
|
|
|
| • Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Bu gün, 10:05 |
|
|
|
| • Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Bu gün, 10:04 |
|
|
|
| • Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:59 |
|
|
|
| • Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:54 |
|
|
|
| • Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Bu gün, 09:53 |
|
|
|
| • Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Bu gün, 09:50 |
|
|
|
| • Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Bu gün, 09:45 |
|
|
|
| • Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Bu gün, 09:35 |
|
|
|
| • Ağzını açdı və... - REPLİKA
Bu gün, 09:24 |
|
|
|
| • Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Bu gün, 09:19 |
|
|
|
| • İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:22 |
|
|
|
| • 4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Bu gün, 08:21 |
|
|
|
| • Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Bu gün, 08:19 |
|
|
|
| • Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Bu gün, 08:17 |
|
|
|
| • Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Bu gün, 08:14 |
|
|
|
| • Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Bu gün, 08:12 |
|
|
|
| • Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Bu gün, 07:12 |
|
|
|
| • Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Bu gün, 07:08 |
|
|
|
| • Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 06:52 |
|
|
|
| • "Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Bu gün, 06:37 |
|
|
|
| • Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Bu gün, 05:48 |
|
|
|
| • ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Bu gün, 05:42 |
|
|
|
|