Vəzifəli şəxs yeyintini üzə çıxaran işçini məhkəməyə verdi - NARAZILIQ!
Tarix: 27-05-2021, 17:28 | Çap et
 “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansında olan “Azərpambıq ASK” MMC-də qanunsuzluqlar aşkarlanıb.
Vətəndaş Azad Məmmədov “Qafqazinfo”ya müraciət edərək bildirib ki, 2003-cü ildən “Azərpambıq” şirkətinin Biləsuvar rayonunda yerləşən pambıq zavodunda ərazi nümayəndəsi işləyib. O iddia edib ki, yeni rəhbərlik nəzarətində olan fermerlərdən pambığın nəmlik və zibilliyini qərəzli olaraq çox hesablayıb, bunun üçün də məhsuldarlıq aşağı düşüb və nəticədə şirkət 2020-ci ildə onu işdən çıxarıb.
A. Məmmədov zavodda baş verən qanunsuzluqlarla bağlı “Azərbaycan Sənaye Korporasiyası”nın (ASK) baş direkoru Kamran Nəbizadəyə məktub yazdığını deyir: “Ərizəmdə qeyd etdim ki, zavod rəhbərliyinin bunu etməkdə məqsədi öz becərdikləri və qəbulu zamanı çox aşağı faiz ilə zibil kimi göstərdikləri pambığı ört-basdır etməkdir. Mənim nümayəndəliyimdə olan fermerlərdən yüksək faizlə zibil tutuldu. Buna görə həmin fermerlərdən çoxu 2021-ci ildə “Azərpambıq”dan imtina edib digər şirkətlərlə müqavilə bağladılar”.
O müraciətində bildirib ki, zavod rəhbərliyi Cəlilabad rayonundakı “Avanqard” MMC-dən 276 hektar torpaq sahəsinin hər hektarını 130 manata icarəyə götürsə də, 350 manata sənədləşdirilərək aradakı fərqi mənimsəyib: “Filialın baş aqronomunun xəbəri olmadan onun yerinə saxta imza edilərək mənimsəmələrə yol verilib. Fermerlərə verilmiş avans vəsaitlərdən qalan borcun siyahısında filialın direktorunun 118 000 manat və baş mühasibin qohumlarının 12000 manat qalıq avans borcu gizlədilib. Texniki çiyidin hər kiloqramını 28 qəpiyə rəsmiləşdirərək 33-34 qəpiyə satıblar və əlavə aldıqları pulu mənimsəyiblər. 500 hektar arpa sahəsini pambıq tarlası kimi rəsmiləşdirib hər hektara görə 250-300 manat pul götürüblər”.
“Azərpambığ”ın Biləsuvar zavoduna 2020-ci il oktyabrın 1-dən etibarən Vahid Kazımlı rəhbərlik edib. Filialın baş mühasibi Əfsələddin Məmmadov, baş aqronomu isə Əliheydər Rəsulov olub.
A. Məmmədov qeyd edib ki, onun müraciətindən sonra baş direktor Kamran Nəbizadənin tapşırığı ilə zavoda komissiya göndərilərək audit yoxlaması aparılıb və nəticədə onun dediklərinin əksəriyyəti öz təsdiqini tapıb. Araşdırma zamanı “Azərkosmos” ASC tərəfindən çəkilmiş şəkillərlə müəyyən edilib ki, fermer Zülfi Əzizovaya məxsus pambıq sahəsinin bir hissəsi otlaqdır.
Cəlilabad rayonundakı “Avanqard” MMC-dən icarəyə götürülən 276 hektar torpaq sahəsinin 71 hektarının filialın direktoru Vahid Kazımlının, 5 hektarının aqronom S.İsgəndərovun, 91 hektarının isə digər ərazi nümayəndlərinin adına müqavilə bağlandığı məlum olub. Müqavilələrdə icarə haqqının məbləği qeyd edilməsə də, şirkət tərəfindən hər hektara görə 300 manat vəsait ödənilib.
Həmçinin müəyyən edilib ki, bəzi fermerlərə verilmiş avans vəsaitlərin sənədlərində filialın baş aqronomu Əliheydər Rəsulovun imzası yoxdur, avans vəsaitlərin alınması üçün hazırlanmış sənədlərdə də Ə.Rəsulovun əvəzinə digər şəxslər imza edib. Avans vəsaitlərin alınması üçün filialın direktorunun adından “Azərbaycan Sənaye Korporasiyası”na göndərilmiş müraciətlərdəki imzalarda kəskin fərqlər müəyyən edilib.
Direktorun 118 min, baş mühasibin 12 min borcunun gizlədilməsi iddiası da araşdırılıb. Məlum olub ki, ASK-yə göndərilən hesabatda borcun 308 min olduğu qeyd edilsə də, müqavilələr yoxlanılarkən real borcun 330 min olduğu aşkar edilib.
Azad Məmmədov Kamran Nəbizadəyə müraciətində zavod direktoru Vahid Kazımlının bütün bu əməlləri edərkən “Azərpambıq”ın direktor müavini Fəzli Məmmədova arxalandıqlarını qeyd edib. Bu sənəd ictimailəşməsə də, F.Məmmədov isə onun şərəf və ləyaqətinin alçaldığını bildirərək Biləsuvar rayon məhkəməsində müraciət edərək A.Məmmədova qarşı iddia qaldırıb. Hazırda məhkəmə prosesi davam edir.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Dünən, 18:02 |
|
|
|
| • Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Dünən, 14:45 |
|
|
|
| • Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Dünən, 14:00 |
|
|
|
| • Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Dünən, 13:53 |
|
|
|
| • Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Dünən, 13:19 |
|
|
|
| • "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Dünən, 13:15 |
|
|
|
| • Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Dünən, 12:57 |
|
|
|
| • Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Dünən, 12:53 |
|
|
|
| • “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Dünən, 12:33 |
|
|
|
| • Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Dünən, 12:31 |
|
|
|
| • Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Dünən, 12:27 |
|
|
|
| • Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Dünən, 12:03 |
|
|
|
| • Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Dünən, 11:53 |
|
|
|
| • Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Dünən, 11:47 |
|
|
|
| • Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Dünən, 11:41 |
|
|
|
| • Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Dünən, 11:35 |
|
|
|
| • “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Dünən, 11:19 |
|
|
|
| • Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Dünən, 11:17 |
|
|
|
| • “Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Dünən, 11:12 |
|
|
|
| • Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Dünən, 11:06 |
|
|
|
| • Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Dünən, 10:58 |
|
|
|
| • “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Dünən, 10:54 |
|
|
|
| • İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Dünən, 10:44 |
|
|
|
| • Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Dünən, 10:41 |
|
|
|
| • Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Dünən, 10:26 |
|
|
|
| • Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Dünən, 10:21 |
|
|
|
| • Tıxacın kökü haradadır? - AKTUAL
Dünən, 10:19 |
|
|
|
| • Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Dünən, 10:16 |
|
|
|
| • Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Dünən, 10:05 |
|
|
|
| • Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Dünən, 10:04 |
|
|
|
| • Azərbaycan nefti bahalaşıb
Dünən, 09:59 |
|
|
|
| • Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Dünən, 09:54 |
|
|
|
| • Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Dünən, 09:53 |
|
|
|
| • Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Dünən, 09:50 |
|
|
|
| • Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Dünən, 09:45 |
|
|
|
| • Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Dünən, 09:35 |
|
|
|
| • Ağzını açdı və... - REPLİKA
Dünən, 09:24 |
|
|
|
| • Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Dünən, 09:19 |
|
|
|
| • İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 08:22 |
|
|
|
| • 4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Dünən, 08:21 |
|
|
|
| • Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Dünən, 08:19 |
|
|
|
| • Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Dünən, 08:17 |
|
|
|
| • Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Dünən, 08:14 |
|
|
|
| • Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Dünən, 08:12 |
|
|
|
| • Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Dünən, 07:12 |
|
|
|
| • Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Dünən, 07:08 |
|
|
|
| • Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Dünən, 06:52 |
|
|
|
| • "Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Dünən, 06:37 |
|
|
|
| • Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Dünən, 05:48 |
|
|
|
| • ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Dünən, 05:42 |
|
|
|
|